Məhkəmə qərarları › İş №2(103)-8060/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8060/2020

28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8060/2020 28.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi ilə, İddiaçı QSC X7 Təşkilatının Cavabdeh qarşı «əsas və faiz borcunun qaytarılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-3429/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinin mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC X7 Təşkilatı Cavabdeh qarşı «əsas və faiz borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)- 3429/2020 saylı qətnaməsi ilə iddia təmin olunmamışdır. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, şikayət baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayəti nəzərdən keçirib,iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməlidir. Belə ki,iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini İddiaçı QSC X7 Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum “X5 Edilməsi Agentliyi” MMC-nin icraçı direktoru kimi X3 imzalamış,lakin onun bu səlahiyyətini təsdiq edən müvafiq sənədlər iş materiallarına əlavə edilməmişdir. İş materiallarına əlavə edilmiş etibarnamədən (iş vərəq 26) görünür ki, iddiaçı tərəfindən “X5 Edilməsi Agentliyi” MMC-nin icraçı direktoru X2 xx xxxxxxxx 2019-cu il tarixdə verilmiş etibarnamənin müddəti xx xxxxxxxx 2020-ci il tarixdə bitmişdir. Bu səbəbdən də, nümayəndənin qeyd edilən tarixdən sonra iddiaçının adından hər hansı prosessual hərəkət (həmçinin, MPM-in 74-cü maddəsində göstərilən səlahiyyətləri) etmək səlahiyyəti də olmamışdır. Apellyasiya şikayəti isə xx xxxxxxxx 2020-ci il tarixdə tərtib olunaraq, imzalanmış, məhkəməyə xx xxxxxxx 2020-ci il tarixdə daxil olmuşdur. Qeyd edilməlidir ki,Mülki Məcəllənin 365.1və 365.1.1-ci maddəsinin tələbinə görə etibarnaməyə xitam verilməsinin əsaslarından biri də onun müddətinin bitməsidir. MPM-in 73.4-cü maddəsinin tələbinə görə hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. MPM-in 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. MPM-in 74.2-ci maddəsinin tələblərinə görə iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, .... məhkəmə aktından şikayət verilməsi …. ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Birinci instansiya məhkəməsi qeyd edilənləri nəzərdən qaçırmış,apellyasiya şikayətinin səlahiyyətli şəxs tərəfindən verilməsi məsələsini yoxlamamışdır. Məhkəmə aktlarından şikayət verildiyi halda, şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, mülki iş şikayət üzrə qeyd edilən halların yoxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264,357-358, 366-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı QSC X7 Təşkilatının Cavabdeh qarşı «əsas və faiz borcunun qaytarılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-3429/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar