Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8066/2020 20.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı ASC cavabdehlər «xxxxxxxx» MMC-yə, Cavabdeh2 Hidayərt oğluna və Cavabdeh3 qarşı “lizinq ödənişinin və lizinq obyektinin qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 2193/2012 saylı, xx xxxxxx 2012-ci il tarixli qərardadından «xxxxxxxx» MMC tərəfindən verilmiş şikayətin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC cavabdehlər «xxxxxxxx» MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı lizinq ödənişinin və lizinq obyektinin qaytarılması tələbləri barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı təşkilat iddia ərizəsi ilə yanaşı, iddianı təmin etmə tədbiri kimi iddia tələbinə məhkəmədə baxılmasınadək ərizə ilə müraciət edib, qətnamənin gələcəkdə icrasının təmin edilməsi üçün “xxxxxxxx” MMC-nin mülkiyyətində olan “QAZ 31105-120” markalı, ** AB *** dövlət qeydiyyat nişanlı avtomobilin, Cavabdeh3 mülkiyyətində olan “VAZ 2106” markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı, “Lexus LX470” markalı, ** ZP *** dövlət qeydiyyat nişanlı avtomobillərin, Cavabdeh2 mülkiyyətində olan “VAZ-21154” markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması, həmin avtomobillərin “xxxxxxxx” MMC-nin səlahiyyətli şəxsləri, Cavabdeh3, Cavabdeh2 və digər şəxslər tərəfindən istifadəsinin qadağan olunması və həmin avtomobillərin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2193/2012 saylı, xx xxxxxx 2012ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, cavabdehlər “xxxxxxxx” MMC-nin mülkiyyətində olan “QAZ 31105-120” markalı, ** AB *** dövlət qeydiyyat nişanlı avtomobilin, X1 mülkiyyətində olan “VAZ 2106” markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı, “Lexus LX470” markalı, ** ZP *** dövlət qeydiyyat nişanlı avtomobillərin və Cavabdeh2 mülkiyyətində olan “VAZ-21154” markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Cavabdeh «xxxxxxxx» MMC xx xxxx 2020-ci il tarixdə məhkəməyə şikayət verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2193/2012 saylı, xx xxxxxx 2012-ci il tarixli qəqardadının ləğv edilməsini və cəmiyyətə məxsus “QAZ 31105-120” markalı, ** AB *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(002)-2193/2012 saylı, xx xxxxxxxx 2020ci qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası iş materiallarını, şikayəti nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə verilmiş şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə cavab vermədiyi üçün, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, şikayət «xxxxxxxx» MMC-nin nümayəndəsi qismində Müşfiq Adıgözəlov tərəfindən imzalansa də, sonuncunun imza səlahiyyətini təsdiq edən etibarnamə iş materiallarına əlavə edilməmişdir. Başqa sözlə apellyasiya şikayəti faktiki olaraq «xxxxxxxx» MMC-nin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmamışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Bakı şəhəri Qardağ Rayon Məhkəməsinin 2(002)-2193/2012 saylı, xx xxxxxx 2012-ci il tarixli qərardadından «xxxxxxxx» MMC tərəfindən verilmiş apelyasiya şikayəti səlahiyyətli şəxs tərəfindən imzalanmadığından apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Ona görə də şikayət qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa, nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə və ya digər sənəd əlavə edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 363.1.1-ci maddəsinə apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 363.4-cü maddəsinə əsasən bu Məcəllənin 363.1.1-ci maddəsində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayət vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Həmin Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 361, 366, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2193/2012 saylı, xx xxxxxx 2012ci il tarixli qərardadından «xxxxxxxx» MMC tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-8066/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8066/2020
20.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver