Məhkəmə qərarları › İş №2(103)-8070/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8070/2022

13.12.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8070/2022 13.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-174/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 birgə nikah dövründə əldə etdikləri və cavabdehin adına rəsmiləşdirilmiş “Opel Vita” markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissəsinə iddiaçının, ½ hissəsinə cavabdehin paylarının müəyyən olunması; cavabdehlər Cavabdeh1 ilə Cavabdeh3 arasında 16 fevral 2016-cı il tarixində Bakı şəhəri 23 saylı Notariat ofisində bağlanmış Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 113 saylı binanın yaxınlığında yerləşən 0.025 ha torpaq sahəsi ilə bağlı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin torpaq sahəsinin ½ hissəsinə iddiaçının, ½ hissəsinə cavabdehin paylarının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-174/2022 saylı, 10 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuşdur. Cavabdeh1 nümayəndəsi Yasamal Rayon Məhkəməsinin 2(004)-174/2022 saylı, 10 fevral 2022-ci il tarixli qətnaməsindən xx.xx.2022-ci il tarixdə elektron qaydada apellyasiya şikayət verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-174/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət qanunla nəzərdə tutulmuş qaydada dövlət rüsumu ödənilmədiyindən və Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulmuş forma-məzmuna əməl edilmədiyindən geri qaytarılmışdır. Yasamal Rayon Məhkəməsinin 2(004)-174/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə, şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kollegiya işin hallarını nəzərdən keçirərək, hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununda dəyişiklik edilməsi haqqında xx.xx.2021-ci il tarixli 364-VİQD saylı Qanunun 2-ci maddəsinə əsasən həmin qanun 01 oktyabr 2022-ci il tarixdən qüvvəyə minmiş və qüvvəyə minəndən sonra verilən iddia ərizələri və digər ərizələrə, habelə şikayətlərə görə ödənilən dövlət rüsumlarına şamil edilir. “Dövlət rüsumu haqqında” Qanunun 8.2-ci və 8.6-cı maddələrinə əsasən hazırkı iş üzrə iddia qiymətləndirilməyən iddiadır və ona görə 100 manat dövlət rüsumu ödənilir, apellyasiya şikayəti üçün isə həmin rüsumun 50 % faizi, yəni 50 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Lakin, apellyator tərəfindən təqdim edilmiş qəbzdən görünür ki, onun tərəfindən apelyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş məbləğdən az məbləğdə, yəni 15 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respukblikası Mülki Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsinə görə, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Bundan əlavə həmin Məcəllənin 361.1–ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti... 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı.... Lakin apelyasiya şikayətində apellyator tərəfindən onun şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan barədə məlumatlar göstərilməmişdir. Mülki Prosessual Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Bundan əlavə apelyasiya şikayətinə vəkilin Cavabdeh1 Bakı Apelyasiya Məhkəməsində müdafiə etməsinə dair vəkil orderi əlavə edilməmişdir. Kollegiya hesab edir ki, Cavabdeh1 nümayəndəsinin apellyasiya şikayətinə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığından və apelyasiya şikayətinin Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş forma və məzmununa dair tələblərə əməl edilmədən verildiyindən geri qaytarılmasına dair məhkəmənin qərardadı qanuni və əsaslı olmuşdur. Odur ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-174/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar