Məhkəmə qərarları › İş №2(103)-8080/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8080/2021

16.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8080/2021 16.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X20, İddiaçı, onun vəkili-nümayəndəsi Vəkil1, Cavabdeh1, onun vəkili-nümayəndəsi Vəkil2, Cavabdeh X19 vəkili Nümayəndə1 və nümayəndəsi Abdullaev İavarın iştirakı ilə, İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X22, Cavabdeh3 MMC-yə, Cavabdeh4 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Binəqədi rayon İcra və Probasiya şöbəsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, əmlak üzərində pay hüququnun müəyyən edilməsi və sair tələbinə dair” ilkin və birləşdirilmiş iş üzrə iddiaçı X19 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və İddiaçı qarşı “mənzildən çıxarılma tələbinə dair” iddia ərizəsi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-231/2021 saylı, 26 fevral 2021-ci il tarixli qətnaməsindən birləşdirilmiş iş üzrə iddiaçı X23 tərəfindən ayrılıqda və ilkin iddia və birləşdirilmiş iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X22, Cavabdeh3 MMC-ə, Cavabdeh4 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Binəqədi rayon İcra və Probasiya şöbəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, əmlak üzərində pay hüququnun müəyyən edilməsi və sair tələbinə dair” ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda İ giriş 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 97 m² olan 46 saylı mənzilə dair Cavabdeh2 ilə Cavabdeh3 MMC arasında bağlanmış 21 dekabr 2015-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, ünvan 1 ünvanda İ giriş 12-ci mərtəbədə yerləşən sahəsi 97 m² olan 46 saylı mənzildə 2/3 hissədə İddiaçı, 1/3 hissədə isə Cavabdeh1 paylarının müəyyən edilməsi, ünvan 1 ünvanda İ giriş 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 101 m² olan 47 saylı mənzilə dair Cavabdeh2 ilə Cavabdeh3 MMC arasında bağlanmış 21 dekabr 2015-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, ünvan 1 ünvanda İ giriş 12-ci mərtəbədə yerləşən sahəsi 101 m² olan 47 saylı mənzilə mənzildə 2/3 hissədə İddiaçı, 1/3 hissədə isə Cavabdeh1 paylarının müəyyən edilməsi, “KİA Sportage” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 ilə Cavabdeh4 arasında bağlanmış 29.09.2016-cı il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, “KİA Sportage” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobildə 2/3 hissədə İddiaçı, 1/3 hissədə isə Cavabdeh1 paylarının müəyyən edilməsi, məhkəmə qətnamələrinə əsasən Cavabdeh3 MMC-dən Cavabdeh1 xeyrinə tutulmuş və hazırki vaxtadək ödənilməmiş 142320 (yüz qırx iki min üç yüz iyirmi) manat məbləğində pulda 2/3 hissədə İddiaçı, 1/3 hissədə isə Cavabdeh1 paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını və cavabdehlər Cavabdeh3 MMC-nin direktoru İmdad Dursunov və Cavabdeh1 hərəkətlərində cinayət əlamətləri aşkar olunduğundan bu barədə xususi qərardad çıxarılmaqla Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat verilməsini xahiş etmişdir. Birləşdirilmiş iş üzrə iddiaçı X23 birləşdirilmiş iş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və İddiaçı qarşı “mənzildən çıxarılma tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2, Cavabdeh1 və İddiaçı ona məxsus ünvan 2 ünvandakı yaşayış sahəsindən məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 3 ünvanda İ giriş 12-cı mərtəbədə yerləşən ümumi sahəsi 97 m² olan 46 saylı mənzilə dair Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış 21.12.2015-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 51 saylı mənzilinə (yeni qaydalarla Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədırbəyova küçəsi. 8, M12, mənzil 1) dair X2 ilə X23 arasında bağlanmış 07.08.2020-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, X19 adına həmin mənzilə dair verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 51 saylı mənzilində (yeni qaydalarla Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədırbəyova küçəsi. 8, M12, mənzil 1) 2/3 hissədə İddiaçı, 1/3 hissədə isə Cavabdeh1 paylarının müəyyən edilməsi, ünvan 3 ünvanda İ giriş 12-cı mərtəbədə yerləşən ümumi sahəsi 101 m² olan 47 saylı mənzilə dair Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış 21.12.2015-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 52 saylı mənzilinə (yeni qaydalarla Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədırbəyova küçəsi. 8, M12, mənzil 2) dair Cavabdeh2 ilə X23 arasında bağlanmış 07.08.2020-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, X19 adına həmin mənzilə dair verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 52 saylı mənzilində (yeni qaydalarla Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədırbəyova küçəsi. 8, M12, mənzil 2) 2/3 hissədə İddiaçı, 1/3 hissədə isə Cavabdeh1 paylarının müəyyən edilməsi, “KİA Sportage” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 ilə Cavabdeh4 arasında bağlanmış 29.09.2016-cı il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, “KİA Sportage” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobildə 2/3 hissədə İddiaçı, 1/3 hissədə isə Cavabdeh1 paylarının müəyyən edilməsi, məhkəmə qətnamələrinə əsasən Cavabdeh3 MMC-dən X4 xeyrinə tutulmuş və hazırki vaxtadək ödənilməmiş 142320 (yüz qırx iki min üç yüz iyirmi) manat məbləğində pulda 2/3 hissədə İddiaçı, 1/3 hissədə isə Cavabdeh1 paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını və cavabdehlər Cavabdeh3 MMC-nin direktoru İmdad Dursunov və Cavabdeh1 hərəkətlərində cinayət əlamətləri aşkar olunduğundan bu barədə xususi qərardad çıxarılmaqla Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat verilməsini xahiş etmişdir. İlkin iddia tələbi üzrə iddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə 27.07.2010-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Sonradan aralarında fikir ayrılığı yarandığından Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-926/2016 saylı 09.02.2016-cı il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Sonradan onlar yenidən 21.04.2016-cı il tarixdə nikaha daxil olmuşlar. Birgə nikah dövründə 25.10.2012-ci il təvəllüdlü Məryəm, 23.06.2014-cü il təvəllüdlü Mədinə və 02.09.2018-ci il təvəllüdlü Hüseyn adlı övladları anadan olmuşdur Cavabdeh ilə bir müddət münasibətləri yaxşı olmuş, sonradan cavabdeh ən xırda səbəbə görə onu uşaqların yanında döyür, təhqir edir və söyürdü. Cavabdeh tərəfindən özünə qarşı həddindən artıq şiddət var imiş. Lakin o, uşaqlarına görə bütün bunlara dözürmüş və valideynlərindən də gizlədirmiş. Artıq cavabdehin ona qarşı təhqiramiz hərəkətlərindən bezib məhkəməyə nikahın pozulması üçün müraciət etmişdir. Hazırda həmin işə Xətai Rayon Məhkəməsində baxılmaqdadır. Cavabdehlə birgə nikahda olduğu dövrdə bir sıra daşınar və daşınmaz əmlak əldə edilmişdir. Lakin cavabdeh ona olan etibardan sui-istifadə edərək bütün əmlakları öz yaxın qohumlarının adına keçirmişdir. Halbuki, həmin əmlakların hamısı onların birgə nikahda olduqları dövrdə alınmışdır. Birgə nikah dövründə əldə etdikləri əmlaklardan yalnız hazırda yaşadığı ünvan 4 ünvanda yerləşən "Svit Haus” MMC tərəfindən inşa olunmuş yaşayış binasının İ girişində 46 saylı və 47 saylı mənzillər Cavabdeh1 adına olmuşdur. Belə ki, Cavabdeh3 MMC ilə Cavabdeh1 arasında bağlanmış 19.09.2013-cü il tarixli mənzil tikintisinə və satışına dair müqaviləyə əsasən ünvan 1 ünvanda İ giriş 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 97 m² olan 46 saylı və 101 m² olan 47 saylı mənzillər Cavabdeh1 məxsus olmuşdur. Lakin o, nikahın pozulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra Cavabdeh1 digər Cavabdeh3 MMC-nın direktoru İmdad Dursunovla cinayət əlaqəsinə girərək həmin mənzilləri onun razılığı olmadan digər cavabdeh olan anası Cavabdeh2 adına keçirmişdir. Cavabdeh2 ilə Cavabdeh3 MMC arasında bağlanmış 21.12.2015-cı il tarixli, əslində 2020-ci ilin yanvar ayında imzalanaraq möhürlənmiş mənzil tikintisinə və satışına dair müqavilələrdən görünür ki, ünvan 1 ünvanda İ giriş 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 97 m² olan 46 saylı və 101 m² olan 47 saylı mənzillər sifarişçi Cavabdeh3 MMC tərəfindən Cavabdeh2 satılmışdır. 21.12.2015-ci il tarixli, əslində 2020-ci ilin yanvar ayında imzalanaraq möhürlənmiş maliyyə arayışları da bunu təsdiq edir. Həmin mənzillər 09.09.2013-cü il tarixdə cavabdeh X15 birgə nikah dövründə olduqları dövrdə Cavabdeh1 adına alınmışdır. Tarixi saxtalaşdırılaraq 21.12.2015-ci il kimi qeyd edilən müqavilələrdə Cavabdeh3 MMC-nin direktoru İmdad Dursunov mənzillərin qiymətini köhnə qiymətlə qeyd etmişdir. Halbuki mübahisəli mənzil 2015-ci ildə alınmış olsaydı, onların qiyməti ən azı 200.000-300.000 manat arası qeyd edilməli idi. Həmin müqavilələrin və maliyyə arayışlarının tarixi kimi 21.12.2015-ci il tarixi qeyd edilsə də, əslində həmin müqavilələr X3 ilə Cavabdeh3 MMC arasında o, məhkəməyə müraciət edəndən sonra, təxminən 2020-ci ilin yanvar ayında imzalanmışdır. Bununla əlaqədar olaraq ekspertiza keçirilərsə, o zaman həmin imzaların 5 il əvvəl, yoxsa təzəlikcə icra olunması üzə çıxacaqdır. O, həmin müqavilələr barədə 02.06.2020-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsində keçirilmiş məhkəmə iclasında xəbər tutmuşdur. Belə ki, həmin iclasda Cavabdeh1 Xətai Rayon Məhkəməsinin 2(011)-2247/2020 saylı 11.02.2020-ci ıl tarixli qərardadından verilmiş şikayətə baxılaraq şikayət təmin edilmiş və ünvan 1 ünvanda yerləşən Cavabdeh3 MMC tərəfindən inşa olunmuş yaşayış binasının İ girişində 46 saylı və 47 saylı mənzillərin üzərinə qoyulmuş həbs götürülmüşdür. Həbsin götürülməsinin əsas səbəbi isə mübahisəli mənzillərin Cavabdeh1 adına deyil, onun anası Cavabdeh2 adına olması göstərilmişdir. Bundan sonra o, mübahisəli mənzillərə dair qayınanası Cavabdeh2 ilə Cavabdeh3 MMC arasında guya 21.12. 2015-ci il tarixli müqavilə bağlandığını bilmişdir. Bundan başqa Cavabdeh1 ilə birgə nikahda olduqları zaman “KİA Sportage” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobil də alınmışdır. Belə ki, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin 05 mart 2020-ci il tarixli məktubundan məlum olur ki, Cavabdeh1 adına 14 dekabr 2013-cü il tarixdə alğısatqı müqaviləsi əsasında “KİA Sportage” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmış, 23 sentyabr 2016-cı il tarixdə qeyd olunan avtomobil alğı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir. Həmin avtomobil arvad kimi onun razılığı olmadan başqa şəxsə satılmışdır. BDYPİ-nin cavab məktubundan sonra qeyd edilən avtomobilin başqa şəxsə satıldığını bilmişdir. Qeyd edilənlərdən əlavə Cavabdeh1 ilə birgə nikahda olduqları dövrdə, yəni 12 yanvar 2012-ci il tarixdə ünvan 5 ünvanda ümumi sahəsi 203 m² olan 4 otaqlı mənzil alınmışdır. Həmin mənzilə dair Xəqani ilə Cavabdeh3 MMC arasında məhkəmə çəkişmələri olmuşdur. Belə ki, Binəqədi Rayon Məhkəməsinin 24 yanvar 2018-ci il tarixli 2(001)-470/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh3 MMC ilə Cavabdeh1 arasında bağlanmış 12 yanvar 2012-ci il tarixli 103 saylı müqavilə əsasında ünvan 5 ünvanda tikiləcək yüksək mərtəbəli yaşayış binasının 4-cü giriş, 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 203 m² metr olan 4 otaqlı mənzilə görə ödənilmiş 94.880 manatın Cavabdeh3 MMCdən alınıb iddiaçılara ödənilməsi, iddianın qalan hissədə, yəni əldən çıxmış faydanın tutulması və mənəvi ziyanın tutulması hissəsində rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4397/2018 saylı 16 may 2018-ci il tarixli qətnaməsinə əsasən iddiaçıların apellyasiya şikayəti qismən təmin edilərək Binəqədi Rayon Məhkəməsinin 24 yanvar 2018-ci il tarixli qətnaməsi əldən çıxmış faydanın təmin olunmayan hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, Cavabdeh3 MMC-dən Cavabdeh1 xeyrinə 47.440 manat əldən çıxmış faydanın tutulması qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmiş və həmin qətnamə icra olunması üçün 06 avqust 2018-ci il tarixdə Binəqədi Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Göründüyü kimi borclu Cavabdeh3 MMC tərəfindən tələbkar Cavabdeh1 ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 203 m² metr olan 4 otaqlı mənzilə görə 94.880 manat və əldən çıxmış fayda 47.440 manat, cəmi 142.320 manat məbləğində pul ödənilməlidir. Binəqədi Rayon İcra Şöbəsinin 08 iyun 2020-ci il tarixli məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4397/2018 saylı 06 avqust 2018-ci il tarixli icra sənədi üzrə icraata 24 avqust 2018-ci il tarixdə başlanılmış və borcluya tələbin icrası barədə bildirişin göndərilməsinə baxmayaraq, tələb bu günədək icra edilməmişdir. ünvan 1 ünvanda İ giriş 12-ci mərtəbədə ümumi sahəsi 97 m² olan 46 saylı və 101 m² olan 47 saylı mənzillər, “KİA Sportage” markalı 90-SV629 dövlət qeydiyyat nişanlı avtomobil və borclu Cavabdeh3 MMC tərəfindən tələbkar Cavabdeh1 ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 203 m² olan 4 otaqlı mənzilə görə ödəyəcəyi 142.320 manat məbləğində pul Cavabdeh1 ilə onun birgə nikah dövründə olduqları zaman əldə edilmişdir. Birləşdirilmiş iş üzrə iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 6 ünvandakı mənzillər 07 avqust 2020- ci il tarixli ********** saylı çıxarış əsasında birləşdirilmiş iş üzrə iddiaçı X19 mülkiyyətindədir. Bu barədə ona müvafiq çıxarış da verilmişdir. Cavabdehlərin ona məxsus mənzildən çıxmaları barədə xəbərdarlıq etməyinə baxmayaraq, bu günə kimi hələ də mənzilləri tərk etməmişlər. Bu səbəbdən qanunvericiliyin ona verdiyi hüquqdan istifadə edərək məhkəməyə müraciət etmək məcburiyyətindədir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-231/2021 saylı, 26 fevral 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, ünvan 1 ünvanda İ giriş 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 97 kv.m olan mənzilə və həmin ünvanda 101 kv.m sahəsi olan 47 saylı mənzilə dair Cavabdeh2 ilə Cavabdeh3 MMC arasında bağlanmış mənzil tikintisinə və satışına dair 21.12.2015-ci il tarixli müqavilələr; Bakı şəhəri, Nərimanov rayonu, Qədribəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 51 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, , m 12, m1) və 52 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, m 12, m2) mənzilinə dair Cavabdeh2 ilə X23 arasında bağlanmış 07.08.2020-ci il tarixli ******* nömrəli və ******* nömrəli alğı-satqı müqavilələrin etibarsız hesab edilməsi, X19 adına Bakı şəhəri, Nərimanov rayonu, Qədribəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 51 saylı (Yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, , m 12, m1) mənzilinə dair ********** qeydiyyat nömrəsi ilə 07.08.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestrindən çıxarış və Bakı şəhəri, Nərimanov rayonu, Qədribəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 52 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, m 12, m 2) mənzilinə dair ********** qeydiyyat nömrəsi ilə 11.08.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə, 841-842, 5 saylı evin 51 saylı və 52 saylı mənzillərində (yeni qaydalarla Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsi, 8 M12, mənzil 1 və mənzil 2) və Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4397/2018 saylı 06.08.2018-ci il tarixli icra sənədinə əsasən X7 Cavabdeh3 MMC tərəfindən ödənilməli olan ümumi məbləğin, yəni 142.320 manatın (mənzilə görə ödənilmiş 94.880 manat, əldən çıxmış faydaya görə 47.440 manat) 80.661 manatı məbləğinə pulda 1/2 hissədə İddiaçı, 1/2 hissədə isə Cavabdeh1 paylarının müəyyən edilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, birləşdirilmiş iş üzrə iddiaçı X19 birləşdirilmiş iş üzrə cavabdehlər X1, X8, X9 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan birləşdirilmiş iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və ilkin iddianın rədd edilməsi, birləşdirilmiş iş üzrə iddiaçının iddiasının təmin edilməsini xahiş etmişlər. Qeyd olunan qətnamədən narazı qalan birləşdirilmiş iş üzrə iddiaçı X23 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Birləşdirilmiş iş üzrə iddiaçı X23 apellyaisya şikayətini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil ilkin iddiaçı ilə Cavabdeh1 birinci nikah dövründə, Xəqani Hakvcrdiyevin adına rəsmiləşdirilmiş, 1-ci nikah faktiki olaraq avqust 2015-ci ildə, rəsmi isə fevral 2016-cı ildə pozulmuşdur. İddiaçı mənzilə dair müqavilənin Cavabdeh1 adından çıxması faktını may-iyun 2016cı ildə, yenidən 2-ci dəfə nikaha daxil olarkən bilmişdir. Odur ki, tərəf hüququn pozulduğunu bildiyi və bilməli olduğu vaxt, məhz 2-ci nikaha daxil olduğu vaxtdır. Bu şəxslər arasındakı əmlak mübahisəsi onların birinci nikah dövründəki əmlak münasibətlərinə aid olduğundan həmin vaxtdan 5 ilə yaxın müddət keçmişdir. Buna baxmayaraq 1-ci İnstansiya Məhkəməsi bu faktı düzgün qiymətləndirməmişdir. İddiaçı iddiasının əsassız və qanunsuz olmasına dair etiraz, iddia müddətin tətbiqi (İddiaçı 2-ci dəfə Cavabdeh1lə nikaha daxil olarkən - 2016-cı ildə bilmişdir ki, Xəqaninin adında mənzilə dair müqavilə ləğv olub) və işin faktiki hallarını sübut edən notarial sənədlər, məhkəmə aktları, müqavilələr və sair bütün işin hallarını təsdiq və sübut edən sənədlər hakim V.Quliyevə təqdim olunmuşdur. Məhkəmənin hakimi AR Konstitusiyasının 127-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozmuşdur. Hakim işə qərəzsiz, ədalətli, faktlara əsasən və qanuna müvafiq olaraq baxmalı olduğu halda, bütün hüquq normalarını pozmuşdur. Əqdin etibarsızlığı üçün AR MM-nin 354-cü maddəsi ilə bir illik müddət nəzərdə tutulduğundan və İddiaçı mart-aprel 2016-cı ildə mübahisələndirilən evin qalıq dəyəri keçmiş həyat yoldaşı Cavabdeh1 tərəfindən ödəyə bilmədiyi səbəbidən, ev müqavilə əsasında Cavabdeh2 adına keçirildiyi vaxtdan (Xumar bunu 2-ci dəfə aprel 2016-cı ildə nikaha daxil olanda bilirdi), yəni bildiyi və bilməli olduğu vaxtdan beş ilə yaxın vaxt keçməsinə, MM-nin 375-ci maddəsinə əsasən iddia müddətin tətbiqi barədə məhkəməyə ərizə təqdim edilməsinə, habelə AR Konstitusiya Məhkəməsinin 10 mart 2020-ci il tarixli qərarına əsasən mənzili almış Rusiya Federasiyasının vətəndaşının vicdanlı alıcı olması faktlarını hakim qərəzli və məqsədli şəkildə nəzərə almamışdır. Hakim 21.12.2015-ci il tarixdən etibarən müqavilə əsasında mübahisəli mənzillərin Cavabdeh1 adından çıxarılaraq Cavabdeh2 adına keçirilməsi və sonuncunun adına Dövlət Reyestrində qeydə alınması faktını nəzərə almayaraq, habelə hazırda mənzilin mülkiyyətçisinin tamamilə başqa şəxs vicdanlı alıcı olması faktını nəzərə almadan,mənzilin Cavabdeh2 ilə MMC arasında bağlanmış 2015-ci il tarixli müqaviləni etibarsız hesab etmişdir. Hakim mənzili tərəflər arasında bölmüş, həm də mənzil almaq üçün Cavabdeh1 tərəfindən MMC-yə ödənilmiş və dekabr 2018-ci il tarixdə 94.886 manat pul vəsaitini geri aldığı faktını (icra məmurun sonuncu cavab məktubu) nəzərə almayaraq, mənzilin alınması üçün ödənilmiş 142.000 manat puluda subyektiv mülahizə əsasında tərəflər arasında bölmüşdür. Beləliklə hakim qanunsuz formada, faktları və qanunu nəzərə almadan, Konstitusiyanı, qanunları və Konstitusiya Məhkəməsinin qərarlarını nəzərə almadan subyektiv mülahizəsi əsasında Dövlətin adından qərar qəbul etməklə, hüquq pozuntusuna yol vermişdir. Dövlət Reyestrində xüsusi mülk kimi qeydiyyatda olmuş əmlakı xarici ölkənin vətəndaşının Notarial müqavilə əsasında almasını, başqa sözlə, hakimin AR KM-nin 10.03.2020-ci il tarixli qərarını nəzərə almaması məqsədli və qərəzli olmuşdur. Məhkəmənin qanunu və hüquq normasını düzgün tətbiq etməməsi və iş materiallarına əlavə edilmiş sübutları düzgün qiymətləndirməməsi nəticəsində onun hüquqları pozulmuşdur. Eyni zamanda Cavabdeh1 məhkəməyə 2007-2019-cu illər dövründə aylıq qazancı barədə arayış təqdim etmişdir. Hakim sübutları faktlar və qanun əsasında düzgün qiymət verməmişdir. Birləşdirilmiş iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətlərini onunla əsaslandırmışlar ki, mübahisə predmeti ilə əlaqədar bütün sübutlar iddiaçı Rafail Abdullayevin, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Məhkəmədə iştirak edən nümayəndələri-vəkillər tərəfindən, hakimə təqdim olunmuşdur. Onlar cavabdehlər olaraq, qanuna müvafiq qaydada ilkin iddiaya dair yazılı etiraz və şifahi izahlar vermişlər. İşin faktiki halı ondan ibarətdir ki, Cavabdeh1 12.01.2012-ci il tarixdə Cavabdeh3 MMC-dən, bu müəssisənin səlahiyyətli şəxsi İ.Sadıxovun vasitəçiliyi ilə 203 kv. metrlik (bünövrədən mənzil almağa dair) mənzil sahəsini almağa dair müqavilə aralarında rəsmiləşdirib. Həmin vaxt bu mənzili almaq üçün Xəqani yaxın tanışından 50.000 manat borc alaraq MMC-yə ilkin ödənişi icra etmişdir. Cavabdeh1 mənzil almaq üçün müqavilədəki digər məbləğləri 2012-2013-cü illərdə MMC-yə hissə-hissə ödəmişdir. 2013-cü ilin payızında məlum olur ki, Cavabdeh1 mənzil almaq istədiyi bina şöküləcəkdir. Bu səbəbdən Cavabdeh1 ilə MMC-nin səlahiyyətlisi İsgəndər Sadıxov razılaşırlar ki, Xəqaninin 2012-13-cü illərdə sökülən binada almaq istədiyi mənzil üçün icra etdiyi ödənişlərə uyğun olaraq, sökülən binadakı mənzil əvəzinə, yeni binada müqavilə əsasında ona ev verilsin. Bu səbəbdən də 09.09.2013-cü il tarixdə MMC ilə Cavabdeh1 aralarında yeni müqavilələr rəsmiləşdirilmişdir. Yeni 2013-cü il tarixli müqavilələrin əsilləri İ.Sadıxovda (yəni MMC-də), 2012-ci il tarixli müqavilənin əsli və ödəniş qəbzləri isə Cavabdeh1 qalmışdır. Cavabdeh1 09.09.2013-cü il tarixli müqavilə üzrə hər hansı bir əlavə ödəniş etməmiş və buna dair ödəniş qəbzləri mövcud deyildir. Cavabdeh1 ilə İ.Sadıxov şifahi olaraq razılaşırlar ki, Xəqani 2012-13-cü illərdə ödəniş etdiyi məbləğdən əlavə yeni müqavilələr ilə əlaqədar yaranmış qiymət fərqini MMC-yə sonra ödəyəcək. Cavabdeh1 mənzil almaq üçün 50.000 manat borc aldığı şəxsə borcu vaxtında qaytara bilməmişdir. Qeyd olunan borcu qaytarmaq məqsədilə, 28 avqust 2013-cü il tarixdə Xəqani nikahdan əvvəl (2008-ci ildə) aldığı mənzili İddiaçı razılıq ərizəsi əsasında borc aldığı şəxsə 60.000 manata satmışdır. (Borcu verən şəxsin Notarial qaydada təsdiq olunmuş ərizəsi və sair sənədlər sübut növü kimi hakimə təqdim olunmuşdur).Cavabdeh1 MMC-nin rəsmisi İ.Sadıxov ilə razılaşmaya uyğun olaraq, 2015-ci ildə yeni (G.Qədirbəyova küçəsi) binadakı mənzilə görə MMC-yə ödəməli olduğu qiymət fərqini ödəyə bilmədiyi üçün, bu mənzillərin MMC tərəfindən başqa şəxslərə satılaraq Cavabdeh1 2012- 13-cü illədə mənzil almaq üçün MMC-yə ödədiyi pul vəsaitin ona qaytarılacağı MMC-nin rəsmisi İ.Sadıxov tərəfindən ona bildirilmişdir. Bundan sonra Cavabdeh1 bu barədə qohumlarına məlumat vermişdir. Beləliklə Cavabdeh1 ərizəsi əsasında 2013-cü il tarixdə MMC ilə onun arasında bağlanmış müqavilələr ləğv edilərək, 21.12.2015-ci il tarixdə MMC ilə Cavabdeh2 arasında bağlanmış müqavilələr əsasında mənzil sahələri müqavilə əsasında sonuncunun adına keçirilmişdir. Bundan sonra Cavabdeh1 Cavabdeh3 MMC- yə 2012-13-cü illərdə müqavilə əsasında mənzil almaq üçün ödədiyi pul məbləğləri MMC tərəfindən könüllü qaydada ona qaytarılmamışdır. Məhkəmə mənzili almış Rusiya Federasiyasının vətəndaşının vicdanlı alıcı olması faktlarını hakim qərəzli və məqsədli şəkildə nəzərə almamışdır. Mənzili tərəflər arasında bölmüş, həm də mənzil almaq üçün Cavabdeh1 tərəfindən MMC- yə ödənilmiş və dekabr 2018-ci il tarixdə 94.886 manat pul vəsaitini geri aldığı faktını (icra məmurun sonuncu cavab məktubu) nəzərə almayaraq, həm də mənzilin alınması üçün ödənilmiş 142.000 manat puluda subyektiv mülahizə əsasında tərəflər arasında bölmüşdür. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1, onun vəkili-nümayəndəsi Vəkil2 həm özlərinin, həm də X19 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X19 vəkili Nümayəndə1 və nümayəndəsi Abdullaev İavar həm özlərinin, həm də cavabdehlərin apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun vəkili-nümayəndəsi Vəkil1 cavabdeh tərəfin və X19 apellyasiya şikayətlərini qəbul etməyərək rədd edilməsini xahiş etmişlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 26.02.2021-ci il tarixli qətnaməsinin ilkin iddianın təmin edilən hissələri və birləşdirilmiş iddia üzrə iddiaçının tələblərinin rədd edilməsi hissələrinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən ilkin iddia üzrə cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilməli, birləşdirilmiş iş üzrə iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissələr üzrə yeni qətnamə qəbul edilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki işin materiallarından müəyyən edilmişdir ki, ilkin iddia üzrə İddiaçı ilə Cavabdeh1 27.07.2010-cu il tarixdə nikaha daxil olmuş, 09.02.2016-cı il tarixdə aralarında olan nikah Bakı şəhəri Xətai rayon Məhkəməsinin 09.02.2016-cı il tarixli 2(011)-926 saylı qətnaməsi ilə pozulmuşdur. Tərəflər yenidən 21 aprel 2016-cı ildə təkrar nikaha daxil olmuş və 02.09.2020-ci il tarixdə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-906 saylı qətnaməsilə onların arasında bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 25 oktyabr 2012-ci il təvəllüdlü X5, 23 iyun 2014-cü il təvəllüdlü X6 və 02 sentyabr 2018-ci il təvəllüdlü X10 anaları İddiaçı yanında qalmaları və onların saxlanması üçün Cavabdeh1 cəmi 510 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Tərəflər nikaha daxil olmamışdan əvvəl, 29.11.2008-ci ildə Cavabdeh1 ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, Gen. Şıxlınski küçəsi, ev 40, mənzil 14-də yerləşən mənzili 61659 manata X16 alğı-satqı müqaviləsinə əsasən satmışdır. İddiaçı Hakverdiyev Xumar ilə birgə nikah dövründə Cavabdeh1 Cavabdeh3 MMC-dən ünvan 5 ünvanda tikiləcək yüksək mərtəbəli yaşayış binasının 4-cü giriş, 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 203 m² metr olan 4 otaqlı mənzilin alınmasına görə 12 yanvar 2012-ci il tarixli 103 saylı müqavilə əsasında 94.880 manatı Cavabdeh3 MMC-nə ödəmişdir. İşin materiallarından görünür ki, Cavabdeh3 MMC öhdəliyi yerinə yetirmədiyindən Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 24 yanvar 2018-ci il tarixli 2(001)-470/2018 saylı qətnaməsi və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4397/2018 saylı 16 may 2018- ci il tarixli qətnaməsi əsasında mənzilə görə ödənilmiş 94.880 manatın, əldən çıxmış faydaya görə isə 47.440 manatın Cavabdeh3 MMC-dən alınıb Xəqani Hakverdiyə ödənilməsi müəyyən edilərək həmin mülki işlə bağlı qətnamə icraya yönəldilmişdir. Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin 08 iyun 2020-ci il tarixli məktubundan Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 4397/2018 saylı 06 avqust 2018-ci il tarixli icra sənədi üzrə icraata 24 avqust 2018-ci il tarixdə başlanılmış və borcluya tələbin icrası barədə bildirişin göndərilməsinə baxmayaraq, mənzilə görə ödənilmiş 94.880 manatın, əldən çıxmış faydaya görə isə 47.440 manatın Cavabdeh3 MMC-dən alınıb Cavabdeh1 ödənilməmiş, 18 fevral 2021-ci il tarixli 17/68-174157-18/12 nömrəli məktubu ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4397/2018 saylı 06 avqust 2018-ci il tarixli icra sənədi üzrə Cavabdeh3 MMC tərəfindən Cavabdeh1 94.886 manat məbləğində pul vəsaiti ödənildiyi müəyyən edilmişdir. Cavabdeh3 MMC tərəfindən verilmiş 14.12.2018-ci il tarixli X37ndən görünür ki, Cavabdeh1 94886 manat ödənilmişdir. Bu məbləğin 14 dekabr 2018-ci il tarixdə ödənildiyini Cavabdeh1 onun nümayəndəsi və vəkili birinci instansiya məhkəməsinin iclasında Cavabdeh3 MMC tərəfindən qəbul edildiyini təsdiq etmişdir. Daha sonra işin materiallarından görünür ki, Cavabdeh1 iddiaçı ilə birgə nikahda olduqları dövrdə Cavabdeh3 MMC ilə 09 sentyabr 2013-cü il tarixdə bağlanmış 47b saylı Mənzil Tikintisinə və Satışına dair müqavilə ilə ünvan 1 ünvanda İ giriş 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 101 m² olan 2 otaqlı mənzili 60.600 ABŞ dollarına Cavabdeh3 MMC-dən almış və pulu həmin müqavilənin bağlanması ilə tam ödəmiş, bu barədə maliyyə arayışı almışdır. Eyni zamanda Cavabdeh1 Cavabdeh3 MMC arasında 09 sentyabr 2013-cü il tarixdə bağlanmış 67b saylı Mənzil Tikintisinə və Satışına dair digər müqavilə ilə ünvan 1 ünvanda İ giriş 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 97 m² olan 2 otaqlı mənzilə görə 75.660 ABŞ dollarını tam ödəmiş və Cavabdeh3 MMC-dən ikinci mənzili də almışdır. Cavabdeh1 21 dekabr 2015-ci il tarixli ərizə ilə Cavabdeh3 MMC-nə müraciət edərək ünvan 7 ünvanında İ giriş, 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 97 m² olan 46 saylı mənzilə və ünvan 1 ünvanda İ giriş 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 101 m² olan 47 saylı mənzilə dair onunla bağlanmış müqavilənin ləğv edilməsi və ödənilmiş məbləğ ona qaytarılmadan həmin mənzillərin anası Cavabdeh2 adına rəsmiləşdirilməsini xahiş etmiş, Cavabdeh3 MMC həmin ərizəyə əsasən MMC-nin 21 dekabr 2015-ci il tarixli müqaviləsi əsasında qeyd edilən mənzilləri 21 dekabr 2015-ci il tarixli alğı- satqı müqaviləsi ilə Cavabdeh2 adına rəsmiləşdirmiş, sonuncu isə 07 avqust 2020-ci il tarixdə bağlanmış AN-İ seriyalı ******* nömrəli və AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın alğı-satqı müqavilələrinə əsasən Cavabdeh2 həmin mənzilləri Cavabdeh5 müvafiq olaraq 130.000 manat və 135.000 manata satmışdır. İşin materiallarından görünür ki, ilkin iddia üzrə İddiaçı Cavabdeh1 onun razılığı olmadan ərizə ilə Cavabdeh3 MMC-nə müraciət edərək ünvan 7 ünvanında İ giriş, 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 97 m² olan 46 saylı mənzilə və ünvan 1 ünvanda İ giriş 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 101 m² olan 47 saylı mənzilə dair onunla bağlanmış müqavilənin ləğv edilməsi və ödənilmiş məbləğin ona qaytarılmadan həmin mənzillərin anası Cavabdeh2 adına rəsmiləşdirilməsini xahiş etməsini və Cavabdeh3 MMC həmin ərizəyə əsasən MMC-nin 21 dekabr 2015-ci il tarixli müqaviləsi əsasında qeyd edilən mənzilləri eyni tarixli alğı-satqı müqaviləsi ilə Cavabdeh2 adına rəsmiləşdirməsini, daha sonra isə sonuncu tərəfindən mənzilləri Cavabdeh5 satmasını və onun adına alınmış «çıxarış»ların qanuniliyini mübahisələndirmiş, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh5 isə aldığı mənzillərə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından həmin mənzildən cavabdehlərin çıxarılmasını tələb etmişdir. İlkin iddia üzrə cavabdeh tərəf hazırki mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizə ilə də müraciət etmişdir. Birinci instansiya məhkəməsi ilkin iddia üzrə bu nəticəyə gəlmişdir ki, iddiaçı həm birgə nikah dövründə əldə edilmiş 09.09.2013-cü il tarixdə bağlanmış müqavilələrə, həm də Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4397/2018 saylı 06 avqust 2018-ci il tarixli icra sənədi üzrə əldə edilməli olan pul məbləğinə iddia tələbi əsaslıdır. Həmçinin, birinci instansiya məhkəməsinin qənaətinə görə məhkəmə qətnamələrinə əsasən Cavabdeh3 MMC-dən X4 xeyrinə tutulmuş 142.320 (yüz qırx iki min üç yüz iyirmi) manat məbləğində pula iddiaçının tələbinə münasibətdə iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, Cavabdeh1 ilə Cavabdeh3 MMC arasında 09.09.2013-cü il tarixdə bağlanmış müqavilələrdən əvvəl Cavabdeh1 ilə X12 ünvan 8 ünvanında yerləşən mənzili 29.11.2008-ci ildə AN-İ seriyalı ******* nömrəli alğı-satqı müqaviləsinə əsasən 61659 manata almış, daha sonra həmin mənzili 28.08.2013-cü ildə X32 arasında bağlanmış AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın alğı-satqı müqaviləsi əsasında satmışdır. Odur ki, qeyd edilən mənzilin alınması ilə bağlı 61.659 (altmış bir min alıt yüz əlli doqquz manat) manat birgə nikah dövründə əldə edilmədiyindən məhkəmə qətnamələrinə əsasən Cavabdeh3 MMC-dən X4 xeyrinə tutulmuş 142.320 (yüz qırx iki min üç yüz iyirmi) manat məbləğində puldan bu məbləğ çıxılmalı, qalan məbləğə, yani 80.661 manat məbləğdə (səksən min altı yüz altmış bir) ilkin İddiaçı 1/2 hissədə pay hüququ tanınmalıdır. Birinci instansiya məhkəməsinin ilkin iddianın digər hissələri üzrə nəticəsi onunla əsaslandırılmışdır ki, iddiaçının iddianı təmin etmə tədbirinə dair ərizəsinə əsasən Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 27.07.2020-ci il tarixli 2(005)-2641 saylı qərardadı ilə həmin mənzillərin özgəninkiləşdirilməsinin qadağan olunmasına, 05 avqust 2020-ci il tarixdə məhkəmənin hazırlıq iclasında cavabdehlər Cavabdeh2 nümayəndəsi X21 və digər Cavabdeh1 iştirak edərək bu barədə məlumatlı olmasına baxmayaraq 07 avqust 2020-ci il tarixdə bağlanmış AN-İ seriyalı ******* nömrəli və AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın alğı-satqı müqavilələrinə əsasən Cavabdeh2 həmin mənzilləri Cavabdeh5 satmışdır. Məhkəmənin birləşdirilmiş iş üzrə iddia təmin edilməməsinə dair nəticəsi isə onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə Cavabdeh5 hüquqların dövlət qeydiyyatına dair çıxarışın verilməsinə əsas olmuş müqavilələr ilkin iddia üzrə iddiaçı Xumar Hakverdiyevının tələbinə əsasən etibarsız hesab olunduğundan və çıxarış ləğv edildiyindən, həmin etibarsızlığın hüquqi nəticələri kimi birləşdirilmiş iş üzrə iddiaçıya cavabdehlərin mənzildən çıxarılması ilə bağlı tələb hüqunun təmin edilməsi imkanını istisna edir. Məhkəmə kollegiyası ilkin iddia üzrə cavabdehlərin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır. - 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir. -33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. -36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi, nikah dövründə eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə, həyata keçirilir. -36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. -37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. -37.2-ci maddəsinə əsasən, ayrı-ayrı hallarda məhkəməyə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və ərin diqqətəlayiq mənafeyini, o cümlədən ar-arvadın biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. -213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. -213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə, məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin istinad edilən müddəalarına əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. -337.1-ci maddəsinə əsasən isə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. -337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. -337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. -337.4-cü maddəsinə əsasən isə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. -354.1-ci maddəsinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. -354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “03 iyun 2013-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarına əsasən mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi üçün iddia tələbinin ötürülməsinə dair cavabdeh tərəfin etirazına dair gəldiyi nəticənin ilk növbədə əsaslandırılmasını məhkəmə məqbul hesab edir. Belə ki, Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən, nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 29 iyul 2019-cu il tarixli Qərarına görə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Həmin Qərarda o da qeyd edilir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Məhkəmələr ər-arvadın ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddialara baxarkən müvafiq tərəfin ümumi əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu günü müəyyən etmək üçün işin konkret hallarını ətraflı araşdıraraq müvafiq nəticəyə gəlməlidir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 02 iyun 2020-ci il tarixli 2(103)-4263/20 saylı qərardadından görünür ki, ilkin İddiaçı ilk əvvəl “X11 və Cavabdeh3 MMC-nə qarşı mənzil üzərində payların müəyyən edilməsi” tələbilə müraciət etmiş, həmin mülki iş üzrə Cavabdeh1 mənzilin onun anası Cavabdeh2 satılmasını bildirərək həmin iş üzrə qərardaddan şikayət vermişdir. İşin materiallarından görünür ki, bundan sonra İddiaçı 21 iyul 2020-ci il tarixdə Cavabdeh2 ilə Cavabdeh3 MMC ilə aralarında bağlanmış müqavilənin etibarsız hesab edilməsi tələb ilə hazırki iş üzrə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası bu halın İddiaçı iddia etdiyi müqavilələr barədə sonradan, adıçəkilən məhkəmə aktından sonra məlumatlı olmasını istisna etməməsinə dair birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşır. Belə ki, qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda adıçəkilən qərardakı hüquqi mövqeyinə görə ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər- arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir (Ailə Məcəlləsinin 36.1 və 36.3-cü maddələri). Həmin Qərardan da aydın olur ki, tərəflərdən birinin tələbi ilə nikah pozulduqdan sonra da ərarvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Sadalanan əsaslardan göründüyü kimi əmlak barəsində mübahisə olmadığı halda nikah dövründə birgə əmlak kimi hesab edildiyindən iddiaçının öz hüquqlarının pozulduğunu bildiyi və bilməli olduğu vaxt onun nikahın pozulmasından sonra da əmələ gəlməsini istisna etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinin tələblərini nəzərə alaraq məhkəmə kollegiyası əqdin etibarsızlığı ilə bağlı əlavə olaraq kəsici müddətə münasibətdə qeyd edir ki, müqavilə etibarsızlığı ilə bağlı mülki qanunvericiliyin yuxarıda sadalanan normalarında xüsusi iddia müddətlərini qanunvericlik bilavasitə kəsici müddət kimi müəyyən etmişdir. Xüsusi iddia müddətləri isə bəzi tələblər üçün müəyyən edilmişdir və onlar ümumi iddia müddəti ilə müqayisədə qısaldılmış və ya uzadılmış ola bilərlər. İddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsindən asılı olmayaraq kəsici iddia müddətin axımının tətbiq edilməsi mümkünlüyü iddia ərizəsinin rədd edilməsi əsaslarından biri kimi çıxış edir. İkinci əsas isə onunla izah edilir ki, etibarsız əqdlər dedikdə mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər başa düşülür. Mülki Məcəllədə mübahisələndirilən əqdlərin aid olduğu hallar sırasında hansı əqdlərin mübahisələndirilə bilən əqd olması göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki iş üzrə olan əqdin həmin sadalanan hallar sırasına aid olan əqd olmamasına dair birinci instansiya məhkəməsinin mövqeyi düzgün olmuşdur. Belə ki, əhəmiyyətsiz əqdlərə münasibətdə isə əhəmiyyətsiz əqd bağlanıldığı andan özü-özlüyündə əhəmiyyətsiz əqddir. Qanınunvericiyiliyin belə göstərişi isə ona əsas verir ki, əhəmiyyəsizliklə bağlı hal müddətdən asılı edilməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, Mülki Məcəllənin 354.1-ci maddəsində iddianın qaldırılmasının bir illik müddəti yalnız əhəmiyyətsiz əqdin etibarsızlığı ilə bağlı nəticələrinin baş verdiyi halları nəzərdə tutmuşdur. İddia tələblərindən göründüyü kimi hazırki əqdin hüquqi nəticəsi hələ baş verməmişdir. Bu səbəbdən də baş vermə ehtimalı olan halların qarşısının alınması üçün məhkəməyə müraciət edilmişdir. Kollegiya həmçinin qeyd edir ki, Mülki Məcəllənin 372.1-ci maddəsində iddia müddətinin yalnız başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna şamil edildiyi göstərilmişdir. Qanunvericiliyin belə mövqeyindən aydın olur ki, əqdin etibarsız hesab edilməsi üçün müddətin ötürülməsi həmin əqdin müddət ötdükdən sonra etibarlı olması ilə nəticələnmir. Çünki etibarsızlığı şərtləndirən əhəmiyyətsiz əqd özü-özlüyündə əhəmiyyətsiz əqddir. Odur ki, Mülki Məcəllənin 354.1-ci maddəsində etibarsız əqd nəticəsində baş vermiş hüquqi nəticəyə iddia müddətinin tətbiqini nəzərdə tutulmuşdur. Sadalanan qanunvericlik əsaslarını və müvafiq Plenum qərarını əsas götürərək tərəflərin birinci dəfə nikahın pozulması ilə yenidən nikaha daxil olması arasında (09 fevral 2016-cı il tarixdən 21 aprel 2016-cı il tarixədək olması) olan fərqin qısa zaman kəsiyində olmasını, həmin dövrdə faktiki olaraq münasibətlərin davam etdirilməsini, onların nikah münasibətlərinin 02.09.2020-ci il tarixdən pozulmasını, habelə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 02 iyun 2020-ci il tarixli 2(103)-4263/20 saylı qərardadında müəyyən edilmiş halllardan sonra İddiaçı iddia etdiyi müqavilələr barədə sonradan məlumatlı olmasının öz təsdiqini tapmasını nəzərə alaraq birinci instansiya məhkəməsinin iddia müddətinin tətbiqinin rədd edilməsi barədə nəticəsini məhkəmə kollegiyası əsaslı sayır və hesab edir ki, ilk iddiaçı ünvan 3 ünvanda İ giriş 12-cı mərtəbədə yerləşən ümumi sahəsi 97 m² olan 46 saylı mənzilə və ünvan 3 ünvanda İ giriş 12-cı mərtəbədə yerləşən ümumi sahəsi 101 m² olan 47 saylı mənzilə dair Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış 21.12.2015-ci il tarixli müqavilələrin etibarsız hesab edilməsi, həmçinin birgə nikah dövründə əldə edilmiş mənzillərlə bağlı 09.09.2013-cü il tarixdə bağlanmış müqavilələrə, həm də Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4397/2018 saylı 06 avqust 2018-ci il tarixli icra sənədi üzrə əldə edilməli olan pul məbləği ilə də bağlı iddia tələbləri üzrə düzgün hüquqi nəticələrə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, mübahisə edilən Cavabdeh1 ilə Cavabdeh3 MMC arasında 09.09.2013-cü il tarixdə bağlanmış 101 kv.m olan 2 otaqlı mənzilə görə və 97 m² olan 2 otaqlı mənzilə görə bağlanmış müqavilələrdə göstərilən mənzillərlə X19 adına Bakı şəhəri, Nərimanov rayonu, Qədribəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 51 saylı (Yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, m 12, m1) mənzilinə dair 07.08.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestrindən çıxarışda və Bakı şəhəri, Nərimanov rayonu, Qədribəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 52 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, m 12, m 2) mənzilinə dair 11.08.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestrindən çıxarışda göstrərilən mənzillər eynidir. Bu halı tərəflər birinci instansiya məhkəməsində işə baxalırkən qəbul etmişlər. Birinci instansiya məhkəməsi həmçinin bu qənaətə gəlmişdir ki, Cavabdeh1 ilə Cavabdeh3 MMC arasında 09.09.2013-cü il tarixdə bağlanmış 101 kv.m olan 2 otaqlı mənzilə görə və 97 m² olan 2 otaqlı mənzilə görə bağlanmış müqavilələr Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4397/2018 saylı 06 avqust 2018-ci il tarixli icra sənədinin yerinə yetirilməsinə görə həmin tələb üzrə tələbkar olan Cavabdeh1 ilə razılaşmanın əvəzi olaraq bağlanmamışdır. Belə mövqe birinci instansiya məhkəməsi tərəfindən onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə Cavabdeh3 MMC arasında 09.09.2013-cü il tarixdə bağlanmış müqavilələrdən göründüyü kimi bu müqavilələr tərəflər arasında əvəzlədirmə və ya hər hansı öhdəliyin icrasını deyil, pul məbləğinin ödənilməsi şərtilə mənzilin alğı-satqısına dair müqavilələrdir. Bundan başqa mübahisəli mənzillərə dair Cavabdeh1 Cavabdeh3 MMC arasında bağlanmış hər iki müqavilələrin 7.2-ci bəndindən də görünür ki, Cavabdeh1 101 kv.m olan 2 otaqlı mənzilə görə 60.600 ABŞ dolları, 97 m² olan 2 otaqlı mənzilə görə 75.660 ABŞ dollarını tam ödəmiş və Cavabdeh3 MMC-dən ikinci mənzili də almışdır. Bu barədə maliyyə arayışı da verilmişdir. Bu müqavilələr bağlanarkən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4397/2018 saylı 06 avqust 2018-ci il tarixli icra sənədi üzrə icra Cavabdeh3 MMC tərəfindən yerinə yetirilməmişdir. Cavabdeh3 MMC tərəfindən Cavabdeh1 94.886 manat məbləğində pul vəsaiti həmin müqavilənin bağlanmasından uzun müddət sonra, yəni 14 dekabr 2018-ci il tarixdə ödənildiyi müəyyən edilmişdir. Bu hal iş materiallarında olan Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin 18 fevral 2021-ci il tarixli 17/68-174157-18/12 nömrəli məktubu və Cavabdeh3 MMC-nin 14 dekabr 2018-ci il tarixli X37 ilə də öz təsdiqini tapır. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, «Svit Haus” MMC-dən X4 xeyrinə tutulmuş 142.320 (yüz qırx iki min üç yüz iyirmi) manat məbləğində pula iddiaçının tələbinə münasibətdə birinci instansiya məhkəməsi haqlı olaraq bu nəticəyə gəlmişdir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Çünki, işin materiallarından görünür ki, Cavabdeh1 ilə Cavabdeh3 MMC arasında 09.09.2013-cü il tarixdə bağlanmış müqavilələrdən əvvəl Cavabdeh1 ilə X12 ünvan 8 ünvanında yerləşən mənzili 29.11.2008-ci ildə AN-İ seriyalı ******* nömrəli alğı-satqı müqaviləsinə əsasən 61.659 manata almış, daha sonra həmin mənzili 28.08.2013-cü ildə X32 arasında bağlanmış AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın alğı-satqı müqaviləsi əsasında satmışdır. Odur ki, qeyd edilən mənzilin alınması ilə bağlı 61.659 (altmış bir min alıt yüz əlli doqquz manat) manat birgə nikah dövründə əldə edilmədiyindən məhkəmə qətnamələrinə əsasən Cavabdeh3 MMC-dən X4 xeyrinə tutulmuş 142.320 (yüz qırx iki min üç yüz iyirmi) manat məbləğində puldan bu məbləğ çıxılmalı, qalan məbləğə, yəni 80.661 manat məbləğdə (səksən min altı yüz altmış bir) ilkin İddiaçı 1/2 hissədə pay hüququ tanınmalıdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37-ci maddəsinin tələblərinə əsasən və qanunvericiliyin yuxarıda sadalanan normalarını nəzərə alaraq, birinci instansiya məhkəməsinin iddia edilən pul vəsaitinə 2/3 hissədə pay hüqunun tanınması ilə bağlı hissəyə verdiyi hquqi qiymətlə razılaşır. Belə ki, işə baxan məhkəmə hazırda arvadın diqqətəlayiq mənafeyi, o cümlədən ər-arvadın biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi halların olmasını müəyyən etməmişdir. Bundan əlavə, məhkəmə kollegiyasının iclasında Cavabdeh1 izahatı zamanı icra sənədi əsasında ona ödənilmiş 94886 manat məbləğində pulu ailə ehtiyaclarına sərf etdiyini bildirsə də, buna dair hər hansı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, o, həmin pul məbləğindən şəxsi borclarını ödəmək üçün istifadə etdiyini bildirsə də, buna dair də hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, İddiaçı da qeyd olunan pul məbləğində xəbərdar olmadığını bildirmişdir. Məhkəmə kollegiyası daha sonra hesab edir ki, birinci instansiya məhkəməsi ünvan 1 ünvanda İ giriş 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 97 kv metr 46 saylı mənzilə və 47 saylı mənzilə dair Cavabdeh2 ilə Cavabdeh3 MMC arasında bağlanmış mənzil tikintisinə və satışına dair 21.12.2015-ci il tarixli müqavilələrin etibarsız hesab edilməli olmasına dair nəticəsi istinad edilən qanunvericilik normalarının tələblərinə və işin araşdırılmış hallarına uyğun olduğundan ilkin iddia üzrə cavabdehlərin apellyasiya şikayətinin bu hissə üzrə dəlilləri əsassızdır. Belə ki, yuxarıda sadalanan qanunvericilik normalarının tələbləri baxımından həmin mənzillər ilkin iddiaçı ilə Cavabdeh1 birgə nikah dövründə əldə etdikləri əmlaklar olmuşdur. Beləliklə də, mübahisələndirilən mənzillərin 21.12.2015-ci il tarixli müqavilələr əsasında ilkin iddiaçının razılığı olmadan digər cavabdeh olan Cavabdeh2 adına keçirilməsinin qanunsuzluğuna birinci instansiya məhkəməsi düzgün hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ilkin iddia üzrə cavabdehlərin apellyasiya şikayətinin bu hissə üzrə dəlillərini əsaslandıran sübutları məhkəməyə təqdim edə bilməmişlər. Halbuki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Başqa sözlə, mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmçinin, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından birinci instansiya məhkəməsi haqlı olaraq bu nəticəyə gəlmişdir ki, ilkin iddia üzrə cavabdeh tərəf ilk iddia tələbinin onlara dair hissələrinin əsassız olması ilə bağlı öz hüquqi mövqeyini sübut edilə bilməmiş və bununla əlaqədar hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişlər. Lakin bununla belə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 51 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, , m 12, m1) və 52 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, m 12, m2) mənzilinə dair Cavabdeh2 ilə X23 arasında bağlanmış 07.08.2020-ci il tarixli ******* nömrəli və ******* nömrəli alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi ilə bağlı nəticəyə gələrkən Cavabdeh5 vicdanlı əldə edən statusuna malik olub-olmamasına ümumiyyətlə hüquqi qiymət verməmiş, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 149.2-ci maddəsini hazırki mübahisəyə tətbiq etsə də onun tələblərinə diqqət yetirməmişdir. Həmin normaya əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Göründüyü kimi, Mülki Məcəllənin 140-cı maddəsində də əqdin həqiqi sayılması üçün reyestrdəki əldə edən şəxsin xeyrinə olan qeydə dair etirazın reyestrə daxil edilməməsi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bilməməsi əsas şərtdir. Başqa sözlə, əqd o vaxt həqiqi sayılmır ki, bu qeydə dair etiraz reyestrə daxil edilmiş olsun və ya əldə edən şəxs qeydin qeyridəqiq olmasını bilmiş olsun. Mülki qanunvericilikdən göründüyü kimi müqavilə əsasında daşınmaz əmlak əldə edən şəxslərin vicdanlılığı özgəninkiləşdirənin adına reyestrdəki qeydin mövcudluğu, reyestrin məzmununun dəqiqliyi və bu qeydə dair etirazın reyestrə daxil edilməməsi ilə şərtləndirilmişdir. Bu şərtlərin mövcudluğu şəraitində daşınmaz əmlakı əldə edən şəxs vicdanlı hesab edilir və daşınmaz əmlakı özgəninkiləşdirənlə əvvəllər bağlanmış əqdin etibarsızlığı restitusiya qaydasında əmlakın ilkin mülkiyyətçisinə qaytarılması hüquqi nəticəsini doğurmur. Qeyd edilməlidir ki, mulkiyyət hüququna dair reyestrdəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mulkiyyətcisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların muəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir («S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər uzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi). Birinci instansiya məhkəməsi Cavabdeh5lə bağlanmış müqavilələrin etibarsızlığı nəticəsinə gələrkən iddiaçının iddianı təmin etmə tədbirinə dair ərizəsinə əsasən Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 27.07.2020-ci il tarixli 2(005)-2641 saylı qərardadı ilə həmin mənzillərin özgəninkiləşdirilməsinin qadağan olunmasına, 05 avqust 2020-ci il tarixdə məhkəmənin hazırlıq iclasında cavabdehlər Cavabdeh2 nümayəndəsi X21 və digər Cavabdeh1 iştirak edərək bu barədə məlumatlı olmasına baxmayaraq 07 avqust 2020-ci il tarixdə bağlanmış AN-İ seriyalı ******* nömrəli və AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın alğı-satqı müqavilələrinə əsasən Cavabdeh2 həmin mənzilləri Cavabdeh5 satmasına istinad etsə də, nəzərə almayaraq işin bu halına qiymət verməmişdir ki, əvvəla ilkin iddiaçı müqavilələrin bağlanmasına hüquqi əsas verən Cavabdeh2 adına həmin mənzillərə dair adına verilmiş müvafiq «Çıxarış»ları mübahisələndirmədən sözügedən 07.08.2020-ci il tarixli alğı-satqı müqavilələrin qanuniliyini mübahisələndirmişdir. Buna baxmayaraq məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 adına həmin mənzillərə dair adına verilmiş müvafiq «Çıxarış»ları mübahisələndirilib-mübahisələndirilməməsindən asılı olmayaraq hər bir halda birinci instansiya məhkəməsi Cavabdeh2 nümayəndəsi X21 və digər Cavabdeh1 mənzillərin mübahisə predmeti olmasını bilərək, bilərəkdən də onu özgəninkiləşdirməyə nail olsalar da, alıcı Cavabdeh5 bu mübahisələrdən xəbəri olub-olmaması aydınlaşdırılmalı, mübahisdən məlumatı və aidiyyatı olmadığı təqdirdə isə vicdanlı əldə edən statusuna malik olması ilə bağlı müvafiq qanunvericilik normalarının hazırki mübahisəyə tətbiqi müzakirə edilməli idi. Belə ki, işdə olan sübutlardan görünür ki, qanuniliyi mübahisələndirilən alğı-satqı müqavilələri üzrə qanunvericiliklə nəzərdə tutulmuş tələblərə riayət edilmiş, ilkin iddiaçının irəli sürdüyü əsaslar üzrə əqdin etibarlılığına şübhə yaranmamışdır. Alğı-satqı müqavilələrindən isə görünür ki, notarius tərəfindən tərəflərə alğı-satqı müqaviləsi bağlanarkən müvafiq hüquq və vəzifələri izah olunmuş, nəticələr izah olunmuşdur. Hazırkı halda, tərəflər öz iradələri ilə alğı-satqı müqaviləsi bağlamaqla, müqavilənin bağlanmasını arzu etmişlər və müqavilənin qiymətini müəyyən etməkdə sərbəst iradə nümayiş etdirmişlər. Başqa sözlə, müqavilələr bağlanılan zaman qanun pozuntusuna yol verilməmişdir. İlkin iddiaçı tərəf alğı-satqı müqaviləsinin bağlanması zamanı onun iddiası üzrə əqdin etibarsızlığına əsas ola biləcək hallar barədə X19 məlumatlı olmasna dair subütlar təqdim etməmiş, eyni zamanda müəyyən olunmuşdur ki, alıcı X23 mulkiyyət hüququna dair reyestrdəki yazının mövcudluğu faktına əsasən əmlakı əldə etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik əldə edənin vicdanlılığı prezumpsiyasını müəyyən etmişdir. Bu prezumpsiyaya görə əldə edən onun vicdanlı sahib olması sübut edilənədək vicdanlı sahib hesab olunur. Vicdanlı sahib o şəxsdir ki, bu şəxs əmlakı onun özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əldə etməsini bilmir və ya bunu bilməli olmağa borclu deyildir. O halda əldə edən vicdanlı sahib sayıla bilməz ki, əgər dəyəri ödənilməklə aparılan alğı-satqı anında mübahisəli əmlaka 3-cü şəxslərin iddiaları ona məlum olmuş olsun və bu iddialar sonradan qanuni sayılsın. Qanunun tələbinə görə əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakın geri qaytarılması formasında nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülərsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilərsə bu halda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin S.N.Məmmədovanın şikayəti üzrə qəbul etdiyi 27.10.2004-cü il tarixli qərarında həmçinin göstərilir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka 3-cü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir.. Sözügedən qərarda daha sonra göstərilmişdir ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən, vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona maneə olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Qeyd edilən qərara əsasən Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cumlədən, əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsalarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da aiddir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyiin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliin prinsiplərinə əməl etmək üçün şərait yaradır. «X17 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən isə, əldə edənin əmlakı onu ozgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mulkiyyətciyə nisbətdə daha üstün hüquqi movqeyə çıxarır. Həmin qərarda həmçinin göstərilmişdir ki, “vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı” İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Qladışeva Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi 06.12.2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, “mülkiyyətə hər hansı müdaxilə qanuni olmaqla həmçinin proporsionallıq tələblərinə də uyğun olmalıdır. Cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxslərin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında əlverişli qərar qəbul edilməlidir və belə əlverişli qərarın axtarışı bütövlükdə Konvensiyaya məxsusdur... Ərizəçi hətta saxta sənədlər əsasında və ya dələduzluq yolu ilə özəlləşdirilmiş mənzili alarkən milli qanunvericiliyin bütün tələblərinə əməl etdiyindən vicdanlı alıcı hesab edilməlidir və onun sonradan Moskva şəhər Mənzil İstismar İdarəsinin iddiasına əsasən üç ildən artıq müddətdə yaşadığı mənzildən əvəzi ödənilmədən çıxarılması ərizəçinin Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit edilmiş mülkiyyət hüququnun pozulması ilə nəticələnmişdir”. “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 sentyabr 2014-cü il qərarında da Konstitusiya Məhkəməsi qeyd edir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı, digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Paduraru Rumıniyaya qarşı” işində daşınmaz əmlakın alğı-satqısında vicdanlı üçüncü şəxslərin hüquqlarının qorunmasına dair yerli qanunvericiliyinin mövcudluğuna əsaslanaraq, həmin işdə ərizəçinin geri tələb edilən əmlakının ona qaytarılmasını mümkün olmadığını qeyd edir. Avropa İnsan Hüquqları Məhkəməsi “Buciaş Ruminiyaya qarşı” işində qeyd edir ki, ləğv olunması istənilən satış müqaviləsinin taleyi tərəflərin vicdanlığı və ya vicdansızlığından asılıdır. Göründüyü kimi, qanunvericilik vicdanlılığın qoruyucu təsirindən yararlana bilməsi üçün bəzi hallarda şəxsin müəyyən vaxt ərzində vicdanlı olmasını, bəzi hallarda isə müəyyən bir anda vicdanlı olmasını şərt qoymuş, daşınmaz əmlaka hüquqlar əldə edərkən reyestrə güvənən üçüncü şəxsin əldə etdiyi hüquqlarının qorunmasının məhz onun hüquqları əldə edərkən vicdanlı olması halında mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 4 saylı ünvanda İ giriş 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 97 kv.m olan mənzilə və həmin ünvanda 101 kv.m sahəsi olan 47 saylı mənzilə dair Cavabdeh2 ilə Cavabdeh3 MMC arasında bağlanmış mənzil tikintisinə və satışına dair 21.12.2015-ci il tarixli müqavilələrin ilk iddia üzrə iddiaçı Xumar Hakverdiyevının tələbinə əsasən etibarsız hesab olunması, ondan sonra yaranan hüquqi nəticələrin, yəni ilkin iddia üzrə Cavabdeh5lə bağlanmış alğı-satqı müqavilələrinin etibarsızlığı üçün əsaslar kimi qəbul edilsə belə, bu əsaslar vicdanlı əldə edən şəxslə bağlı işin yuxarıda göstərilən halları və sadalanan qanunvericilik normalarının tələbləri baxımından formaldır. Belə ki, qanunverici bu halların mövcudluğunda da ilkin iddia üzrə Cavabdeh5 vicdanlı əldə edən kimi tanınmalı olmasını tələb edir və belə olan halda kollegiyanın qənaətinə görə ilk iddianın Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 51 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, m 12, m1) və 52 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, m 12, m2) mənzilinə dair Cavabdeh2 ilə X23 arasında bağlanmış 07.08.2020-ci il tarixli ******* nömrəli və ******* nömrəli alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və X19 adına Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 51 saylı (Yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, m12, m1) mənzilinə dair ********** qeydiyyat nömrəsi ilə 07.08.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestrindən çıxarış və Bakı şəhəri, Nərimanov rayonu, Qədribəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 52 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, m 12, m 2) mənzilinə dair ********** qeydiyyat nömrəsi ilə 11.08.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestrindən çıxarışın ləğv edilməsi hissələrinin təmin edilməsi mümkünsüz olur. Kollegiya həmçinin hesab edir ki, ilk iddianın qeyd edilən hissələri əsassız olduğu üçün təmin edilməli olmadığından bunun hüquqi nəticəsi kimi birləşdirilmiş iş üzrə iddiaçıya cavabdehlərin mənzildən çıxarılması ilə bağlı tələb hüqunun təmin edilməsinin zərurilyinə hüquqi qiymət verilməlidir. Belə ki, iddiaçı Cavabdeh5 tələb hüququ Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtlərindən irəli gəlir. Həmin normaya əsasən - mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (vindikasiya barədə iddia) Qeyd edilən maddədə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir. 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Vindikasiya iddiası mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. Vindikasiya iddiasının irəli sürülməsi üçün - iddiaçı əmlakın mülkiyyətçisi olmalı, mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalı, mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalı və başqa şəxsin faktiki sahibliyində olmalı, lakin həmin şəxsin sahiblik hüququ olmamalıdır. Qeyd edilməlidir ki, mülkiyyətin müdafiəsi konstitusion prinsipdir (Konstitusiyanın 13-cü mad.) Göstərilən şərtlər isə məcmu halda hazırki işdə mövcuddur. Birləşdirilmiş iddia üzrə iddiaçı tərəf bunun əksini təsdiq edən hər hansı sübutu məhkəmə təqdim edə bilməmiş, istinad etdiyi halları isə sübut edə bilməmişdir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Marks Belçikaya qarşı» işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. «Loizidu Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir. Hüququn ümumi prinsiplərindən görünür ki, mülkiyyət hüququ fundamental bir hüquqdur. Həm daxili qanunvercilik, həm də beynəlxalq hüquq mülkiyyət hüququna “mülkiyyətçinin sərbəstlik sferası” prizmasından yanaşır. Mülkiyyətçi öz əmlakından maneəsiz və arzuladığı formada istifadə etdiyi təqdirə bu hüquq öz mahiyyətini əldə edir. Mülkiyyətçinin öz əmlakından istədiyi formada istifadə edə bilməməsi əslində mülkiyyət hüquqlarını maneəli formada həyata keçirilməsini özündə ehtiva edir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi ilkin iddianın qeyd edilən hissəsinə və birləşdirilmiş iddiaya baxarkən işin qeyd edilən hallarını tam və hərtərəfli araşdırmamış, ilkin iddianı bu hissələrdə təmin etməklə və birləşdirilmiş iddianı təmin etməməklə bu hissələr üzrə maddi və prosessual hüquq normalarını pozmuş, düzgün tətbiq etməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırmamış və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlməmiş, sonda isə həmin iddia tələbləri üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsi göstərilən hissələrdə qanuni və əsaslı sayıla bilməz. Apellyasiya şikayətinin dəlilləri qətnamənin qeyd edilən hissələr üzrə ləğvi üçün tam əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Nuriyev və H.Nuriyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 8 sentyabr 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 iyul 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə baxışı zamanı mübahisə elə həll edilməlidir ki, iştirakçıların subyektiv hüquqlarına və qanuni maraqlarına qanuna zidd təsir göstərilməsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(005)-231/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Birləşdirilmiş iş üzrə iddiaçı X19 apellyasiya şikayəti təmin edilsin. Nərimanov Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(005)-231/2021 saylı qətnaməsi Bakı şəhəri, Nərimanov rayonu, Qədribəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 51 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, m 12, m1) və 52 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, m 12, m2) mənzilinə dair Cavabdeh2 ilə X23 arasında bağlanmış 07.08.2020-ci il tarixli ******* nömrəli və ******* nömrəli alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və X19 adına Bakı şəhəri, Nərimanov rayonu, Qədribəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 51 saylı (Yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, m12, m1) mənzilinə dair ********** qeydiyyat nömrəsi ilə 07.08.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestrindən çıxarış və Bakı şəhəri, Nərimanov rayonu, Qədribəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 52 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, m 12, m2) mənzilinə dair ********** qeydiyyat nömrəsi ilə 11.08.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestrindən çıxarışın ləğv edilməsi, birləşdirilmiş iş üzrə iddiaçı X19 birləşdirilmiş iş üzrə cavabdehlər X1, X8, X9 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiasının təmin edilməməsi hissələrində ləğv edilsin. Həmin hissələr üzrə yeni qətnamə qəbul edilsin. İlkin iddianın Bakı şəhəri, Nərimanov rayonu, Qədribəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 51 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, m12, m1) və 52 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, m12, m2) mənzilinə dair Cavabdeh2 ilə X23 arasında bağlanmış 07.08.2020-ci il tarixli ******* nömrəli və ******* nömrəli alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və X19 adına Bakı şəhəri, Nərimanov rayonu, Qədribəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 51 saylı (Yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, m12, m1) mənzilinə dair ********** qeydiyyat nömrəsi ilə 07.08.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestrindən çıxarış və Bakı şəhəri, Nərimanov rayonu, Qədribəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 52 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, m12, m2) mənzilinə dair ********** qeydiyyat nömrəsi ilə 11.08.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestrindən çıxarışın ləğv edilməsi hissələrində rədd edilsin. Birləşdirilmiş iş üzrə iddiaçı X19 birləşdirilmiş iş üzrə cavabdehlər X1, X8, X9 qarşı “mənzildən çıxarılma” tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və İddiaçı X22 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, ev 5, mənzil 51 və 52 (yeni qaydalarla: AZ1008, Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsi, 8, M12, M1 və AZ1008, ünvan 9 ünvandakı yaşayış sahəsindən məcburi qaydada çıxarılsınlar. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar