Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-810/2024 21.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Yasamal Rayon İcra Hakimiyyəti və Yasamal Rayon Bələdiyyəsi cəlb edilməklə) iş üzrə QƏTNAMƏ İş № 2(103)-810/2024 (Açar sözlər: qanunsuz tikilinin sökülməsi, evdən çıxarılma, maddi və mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X4 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndə-vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndə-vəkili Nümayəndə3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi, evdən çıxarılma, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-45/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə 21 avqust 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin vəsaiti hesabına ünvan 1 ünvanında qanunsuz tikililərin sökülməsi, iddiaçıya məxsus mənzilin və 0,02 ha torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
2. Daha sonra iddiaçı tələbin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə bitişik ərazidə cavabdeh tərəfindən aparılan tikilinin onun hesabına sökülməsi, iddiaçının mülkiyyətində olan həmin ünvandakı fərdi yaşayış evindən və torpaq sahəsindən cavabdehin çıxarılması,iddiaçıya vurulmuş 20 000 manat maddi ziyanın (10 000 manat fərdi yaşayış evinin icarəsinə görə, 10 000 manat fərdi yaşayış evinə vurulmuş ziyana görə) və 30 000 manat mənəvi ziyan, cəmi 50 000 manat pulun cavabdehdən tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Daha sonra iddiaçı tələbin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanda yerləşən ona məxsus fərdi yaşayış evinə bitişik ərazidə cavabdeh tərəfindən aparılan tikilinin onun hesabına sökülməsi, iddiaçının mülkiyyətində olan həmin ünvandakı fərdi yaşayış evindən və torpaq sahəsindən cavabdehin çıxarılması,iddiaçıya vurulmuş 20 000 manat maddi ziyanın (10 000 manat fərdi yaşayış evinin icarəsinə görə, 10 000 manat fərdi yaşayış evinə vurulmuş ziyana görə) 30 000 manat mənəvi ziyan, cəmi 50 000 manat pulun elektrik enerjisindən istifadəyə görə 1353,4 manat, sudan istifadəyə görə 606,17 manat, cəmi 1960 manat məbləğində pulun cavabdehdən tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. 25 aprel 2023-cü il tarixdə iddiaçı tələbin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək son nəticədə ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə bitişik ərazidə cavabdeh tərəfindən aparılan tikilinin onun hesabına sökülməsi, iddiaçının mülkiyyətində olan həmin ünvandakı fərdi yaşayış evindən və torpaq sahəsindən cavabdehin çıxarılması, iddiaçıya vurulmuş maddi ziyan kimi yaşayış evinin icarəsinə görə 10 000 manat və 30 000 manat mənəvi ziyan, cəmi 40 000 manat pulun, elektrik enerjisindən istifadəyə görə 1353,4 manat, sudan istifadəyə görə 606,17 manat, cəmi 1960 manat məbləğdə pulun cavabdehdən tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 32,2 kv.m olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,02 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı həmin fərdi yaşayış evini və torpaq sahəsini xeyli müddət əvvəl cavabdehin icarəsinə vermişdir. 27 dekabr 2021-ci il tarixdə sözügedən ərazidə, icarəyə verdiyi fərdi yaşayış evinə bitişik, cavabdeh tərəfindən iddiaçının razılığı olmadan və buna dair heç bir hüquqverici sənəd olmadan qanunsuz inşa olunmuş yüngül konstruksiyalı tikililərdə yanğın hadisəsi baş vermiş, digər tikililərlə yanaşı iddiaçının da mülkiyyətində olan fərdi yaşayış evinə böyük ziyan dəymiş, yanğın nəticəsində fərdi yaşayış evi faktiki olaraq istifadə üçün yararsız hala düşmüşdür. Cavabdeh iddiaçıya vurulmuş ziyanı bərpa etmək əvəzinə yanğın hadisəsindən suiistifadə edərək iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə bitişik və ona məxsus 0,02 ha torpaq sahəsində əsaslı tikinti işlərinə başlamışdır. 2021-ci ilin dekabr ayından başlayaraq cavabdeh hər ay ödədiyi 1000 manat məbləğində icarə haqqını ödəməkdən yayınmışdır. Bundan başqa, evdən küçəyə çıxmaq üçün (hazırda qanunsuz tikinti aparılan tərəfdə) uzun illər ərzində mövcud olmuş qapı və pəncərəni cavabdeh iddiaçıdan icazə almadan özbaşına sökərək yerini hörmüşdür. Evin yanaraq sıradan çıxmış dam hissəsini, özbaşına sökülmüş qapı-pəncərəni, habelə yararsız hala düşmüş evin digər hissələrini icarəyə verdiyi zaman mövcud olmuş vəziyyətə gətirmək üçün 10000 manat məbləğində vəsait tələb olunur. Cavabdeh iddiaçının etibar etdiyi fərdi yaşayış evinin onun tərəfindən yararsız hala salınması, onun həmin evdə, habelə fərdi yaşayış evinə bitişik ərazidə özbaşına söküntü və tikinti işləri aparması ona maddi ziyandan əlavə, həm də mənəvi ziyan vurmuş, hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməli olmuşdur. Mülkiyyətində olan əmlakı cavabdehə icarəyə verən zaman ona etibarı olmuş, istifadəsinə verdiyi fərdi yaşayış evini normal saxlayacağına, ona ziyan vurmayacağına və ilk tələbdə ona normal vəziyyətdə qaytaracağına böyük ümidləri olmuşdur. Lakin əmlakının yararsız hala salınması və bununla bağlı cavabdehə etdiyi narazılıqlara onun tərəfindən biganə yanaşılması, iradlarına məhəl qoyulmaması, tələblərini yerinə yetirməməsi ona vurulmuş mənəvi ziyanın daha da artmasına səbəb olmuşdur. Mənəvi sarsıntı və əzab keçirməyi nəticəsində fikirlərini toplayıb gündəlik işi ilə məşğul ola bilmir, gecələr rahat yatmağa, fikirlərini toplama çətinlik çəkir. Bütün bunlara səbəb Cavabdeh ona və əmlakına qarşı biganə münasibəti, etibar olunmuş əmlakı yararsız vəziyyətə salması, qanuni tələblərini yerinə yetirməməsi və s. qanunsuz hərəkətləri olmuşdur. Cavabdeh tərəfindən ona vurulmuş mənəvi zərəri 30 000 manat məbləğində qiymətləndirir. İddiaçının mülkiyyətində olan fərdi yaşayış evi və torpaq sahəsi Cavabdeh icarəyə verən zaman aralarında olan müqaviləyə əsasən daşınmaz əmlakla bağlı bütün vergilər və kommunal xərclərin ödənilməsi cavabdehin vəzifəsinə daxil olmuşdur. Lakin, cavabdeh müqavilə şərtlərini pozaraq ötən 9 il ərzində dövlət vergilərini və kommunal xərcləri ödəməmiş, fərdi yaşayış evində istifadə etdiyi elektrik enerjisi və suya görə xeyli borcu yaranmışdır. "xxxx" ASC-dən təqdim olunmuş xx.xx.2022-ci il tarixli “abunə haqqında” arayışa əsasən, qeyd olunan tarixə cavabdehin fərdi sahibkar kimi fəaliyyət göstərdiyi fərdi yaşayış evində 1353,4 manat məbləğində borc yaranmışdır. "xxxx" ASC-nin təqdim etdiyi xx.xx.2022-ci il tarixli hesab fakturaya əsasən sözügedən fərdi yaşayış evində cavabdehin istifadə etdiyi suya görə 606,17 manat borcu yaranmışdır. Cavabdeh mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılmaqla yanaşı həmçinin ondan istifadə etdiyi elektrik enerjisinə görə 1353,4 manat, suya görə 606,17 manat məbləğində pul da ondan tutulmalıdır.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-45/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsinin cənub tərəfindən Cavabdeh tərəfindən inşa edilmiş tikilinin iddiaçının sərhəd hasarından və fərdi yaşayış evinin divarından 1.8 metr məsafəsində olan hissəsinin Cavabdeh hesabına sökülməsi, Cavabdeh ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi 0,02 ha torpaq sahəsindən çıxarılması, Cavabdeh İddiaçı xeyrinə 300 manat mənəvi zərərin tutulması, Cavabdeh İddiaçı xeyrinə elektrik enerjisindən istifadəyə görə 1079,77 manat, sudan istifadəyə görə 254,66 manat borcun tutulması, 96 manat məbləğində məhkəmə ekspertizasının dəyərinin İddiaçı, 4 manat məbləğində məhkəmə ekspertizasının dəyərinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
7. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23, 152.1, 152.7, 157.4, 373.2, 373.3, 689.1, 700.1, 700.2 maddələrinə, Azərbaycan Respublikasının Şəhərsalma Və Tikinti Məcəlləsinin 69.1, 69.2, 69.4, 69.5, 69.5.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətlərinin dəlilləri
8. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək onun iddianın təmin olunmayan hissəsində ləğv edilməsini, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayətini belə əsaslandırmışdır ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinin tələbini rəhbər tutub iddia tələblərinin özbaşına tikilinin sökülməsinə dair hissəsini tam təmin etmək əvəzinə, əsassız olaraq Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinə istinad edərək belə nəticəyə gəlmişdir ki, cavabdehin qanunsuz apardığı özbaşına tikili mülkiyyətində olan evinin divarından 1,8 metr məsafədə sökülməlidir. Cavabdeh tərəfindən aparlan özbaşına tikintinin heç bir sənədi yoxdur, dövlət və bələdiyyə orqanı tərəfindən ona müvafiq icazə verilməmiş, aparlan işlər şəhərsalma, tikinti norma və qaydalarına zidd olmuşdur. Lakin özbaşına tikilinin hüquq verən hər hansı sənədinin (torpaq sahəsinin ayrılması, tikntiyə icazə verilməsi və s.) olmamasına baxmayaraq işə baxan məhkəmə həmin tikilinin qismən sökülməsi nəticəsinə gəlmiş və belə nəticəyə gəlməsini qətnamədə əsaslandırmamışdır. Məhkəmə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5-ci maddəsinin tətbiqində səhvə yol vermişdir. Belə ki, adıçəkilən maddi hüquq norması o halda tətbiq edilə bilər ki, tikinti məqsədləri üçün müvafiq qaydada torpaq sahəsi ayrılsın, habelə aparılacaq tikintinin müvafiq layihə-smeta sənədləri təsdiqlənsin. Torpaq sahəsi ayrıldıqdan sonra, tikintinin təyinatından asılı olaraq, tikintiyə icazə alınması, yaxud da məlumatlandırma qaydasında müvafiq icra hakimiyyəti qurununa məlumat verdikdən sonra tikintini həyata keçirmək mümkündür. Cavabdehə icarəyə verilmiş sahəyə görə 10.000 manat məbləğində icarə haqqının tutulmasına dair iddia tələbini rədd edən məhkəmə Azərbaycan Respublikası MM-nin 689-cu maddəsinə istinad etmişdir. Qeyd olunan maddi hüquq normasına və məhkəmə iclasında dindirilən şahid Səfərəli Cəfərovun ifadəsinə istinad edən məhkəmə belə hesab etmişdir ki, icarə müqaviləsinin müddəti bitdiyindən, 2021-ci ilin dekabr ayınadək faktiki mövcud olan icarə münasibətlərinə xitam verildiyindən və icarə borcu qalmadığından iddia maddi ziyan kimi yaşayış evinin icarəsinə görə 10 000 manat pul tələbi hissəsində əsassızdır və rədd edilməlidir. Hesab edir ki, məhkəmə səhvən Azərbaycan Respublikası MM-nin 689-cu maddəsini tətbiq edib iddia tələblərinin yaşayış evinin icarəsinə görə 10 000 manat pul tələbi hissəsində rədd etməklə növbəti maddi hüquq normasının pozuntusuna yol vermidir. Belə ki, tərəflər arasında 2013-cü ildə bağlanmış icarə müqaviləsi iki il müddətinə bağlansa da, icarə münasibətləri faktiki davam etdirilmiş, nə iddiaçı, nə də cavabdeh ona xitam verilməsini tələb etməmişlər. Lakin 2021-ci ilin sonlarında cavabdeh icarə müqaviləsinin şərtlərini kobud şəkildə pozduğundan (yaşayış evini yararsız hala saldığından, yaşayış evinə bitişik sahədə özbaşına tikintiyə başladığından və icarə haqqını ödəmədiyindən) icarə müqaviləsini pozduğumu ona bildirmiş və icarə müqaviləsinin predmeti olan sahəni tərk etməsini ondan tələb etmişdir. Lakin cavabdeh qanuni tələbi yerinə yetirməkdən imtina etmiş, 2021-ci ilin dekabr ayıından başlayaraq yaşayış evini və torpaq sahəsini əvvəlki qaydada istifadə etməsinə baxmayaraq ona icarə haqqı ödəməkdən imtina etmişdir. İcarə haqqıının 2021-ci ilin sonlarında 1000 manat məbləğində olması məhkəmə iclasında dindirilmiş şahidin ifadəsi ilə, habelə cavabdehin məhkəmə iclaslarında iştirak edən nümayəndəsinin etirafı ilə təsdiq olunur. Göründüyü kimi həm işin faktiki halları, həm də hüquqi əsası iddia tələblərinin maddi ziyan kimi yaşayış evinin icarəsinə görə 10.000 manat pul tələbi hissəsində təmin olunmasına kifayət qədər əsas verdiyi halda, məhkəmə istinad olunan maddi hüquq normalarının ziddinə əsassız olaraq həmin hissədə iddia tələbini rədd etmişdir. Hesab edir ki, məhkəmə iddia tələblərinin vurulmuş mənəvi zərərin tutulması hissəsində də səhvə yol vermişdir. Azərbaycan Respublikası MM-nin istinad olunan 21.1-ci maddəsinin tələbləri baxımdan məhkəmə iddia tələbini 300 manat məbləğində təmin edərkən hər hansı Qanuna və yaxud müqaviləyə istinad etmək əvəzinə, subyektiv fikrinə və əsaslı olmayan hüquq düşüncəsinə istinad etmişdir.
10. Qətnamədən, həmçinin, cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkəmənin mövqeyinə görə cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsində deyil, ona bitişik ərazidə, ara məsafəsinə dair qanunvericiliklə müəyyən edilmiş tələblərə əməl edilmədən cavabdeh tərəfindən tikinti işlərinin aparılması müəyyən edildiyindən məhkəmə hesab edir ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə bitişik ərazidə cavabdeh tərəfindən aparılan tikilinin onun hesabına sökülməsi hissəsində qismən təmin olunaraq iddiaçıya məxsus fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsinin cənub tərəfindən Cavabdeh tərəfindən inşa edilmiş tikilinin iddiaçının sərhəd hasarından və fərdi yaşayış evinin divarından 1.8 metr məsafəsində olan hissəsi Cavabdeh hesabına sökülməlidir. Mən cavabadeh olaraq tikdiyim tikili Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/2053 saylı rəyi ilə də təsdiqini tapır ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsindən kənarda yerləşir. Mənim tikdiyim sahənin iddiaçıya heç bir maneəçiliyi yoxdur. Mübahisəli ərazi tikilən zaman hal-hazırki iddiaçının mülkiyyətində olan mənzil bu günki vəziyyətdə olmamışdır. Yəni həmin ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələri tərəflər olaraq bizim qarşılıqlı razılığımız əsasında tikililər arasında ara məsafəsi gözlənilmədən yaxın-yaxına tikilmişdir. Baş vermiş yanğın hadisəsindən sonra tərəfimdən ərazi təmizlənərək yerində standartlara uygun qeyriyaşayış sahəsinin tikildikdən sonra iddiaçı əvvəlcə buna heç bir etiraz bildirməmiş, lakin bir müddət keçdikdən sonra guya həmin tikililərin onun hüquqlarını pozması bəhanəsi ilə mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin iddiaçı hüququnun pozulmasının konkret nədən ibarət olduğunu əsaslandırmamışdır. İş üzrə verilmiş ekspert rəyində istinad olunan məsələ ara məsafəsinin gözlənilməməsi olmuşdur. Bununla bağlı bildirmək istəyirəm ki, cavabdeh olaraq öz torpaq sahəmin və onun üzərindəki müvafiq tikililərin dövlət qeydiyyatına alınması üçün aidiyyatı orqanlara müraciət etmişəm və yaxın vaxtlarda həmin əmlaklar üzərində gözlənilən mülkiyyət hüququm daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınacaqdır. Hazırkı iddianın qismən təmin edilməsi mənim gözlənilən mülkiyyət hüquqmun pozulması deməkdir. Eyni zamanda mən həmin tikililəri tikərkən dövlət orqanlarını məlumatlandırmışam ancaq həmin dövlət orqanlarının heç birinin etirazı olmamışdır (şifahi razılığı olmuşdur) Belə ki, hazırki qətnaməyə əsasən mənə məxsus torpaq sahəsində tikilmiş tikilinin iddiaçının evinin divarından 1.8 metr məsafəsində olan hissəsinin cavabdehin hesabına sökülməsi icra mərhələsində faktiki olaraq mümkün olmayacaqdır. Çünki fərdi yaşayış evinin divarından 1.8 metr məsafəsində olan hissəsi faktiki olaraq mənə məxsus qeyri-yaşayış sahəsinin əsas istinad divarının bir hissəsini əhatə etdiyindən onun sökülməsi qeyri-mümkündür. Məhkəmə iddia tələbini həmin hissədə təmin edərkən “Məhkəmə qətnaməsi” haqqında Ali Məhkəmənin Plenumunun xx.xx.2005-ci il tarixli, 4 saylı Qərarında yazılanları nəzərə almamışdır. Həmin Qərarda qeyd edilmişdir ki, məhkəmələr qətnamə qəbul edərkən qanuni və əsaslı olmaqla yanaşı, həm də icarası mümkün olan (icrayönümlü) qətnamələr qəbul etməlidirlər. Məhkəmələrə izah edilsin ki, məhkəmə tərəfindən qətnamənin icra qaydası qanunun tələbindən və işin hallarından asılı olaraq müəyyən olunur. Əgər məhkəmə öz qətnaməsinin icrası üçün bu və ya digər qaydanı tətbiq etməyi məqsədəuyğun hesab edirsə və yaxud həmin qayda qanuna əsasən tətbiq edilməlidirsə, qətnamənin mətnində onun icra qaydası da müəyyənləşdirilməlidir. Göründüyü kimi hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsi qətnamədə həmin hissənin icrası qaydasını dəqiq göstərməmişdir. “Elektrik enerjisindən istifаdə qаydаlаrı”nın 8.32-ci bəndinə əsаsən məişət аbоnenti (mənzillər üzrə hesаblаşmа elektrik sаyğаcı yаşаyış binаsının girişində, yаxud pilləkən meydаnçаsındа qurаşdırılmış məişət аbоnenti istisnа оlmаqlа) tərəfindən hesаblаşmа sаyğаclаrının qоşulmа sxeminin dəyişdirilməsi, sаyğаcın bаxış şüşəsinin sındırılmаsı, plоmbun qırılmаsı, sаyğаcın diskinin süni şəkildə dаyаndırılmаsı və elektrik enerjisindən istifаdə göstərişini аzаltmаq məqsədi ilə edilmiş digər pоzuntulаrа yоl verildiyi аşkаr edildikdə, enerjitəchizаtı müəssisəsi оnu şəbəkədən аçmаlı və hesаblаşmа sаyğаcının sоnuncu dəfə əvəz оlunmаsı və yа qоşulmа sxeminin yоxlаnmаsı tаrixindən sоnrаkı müddət üçün, аncаq Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsində nə zə rd ə tutulmuş iddiа müddəti dаxilində eletrik enerjisindən istifаdəyə görə yenidən hesаblаşmа аpаrmаğа bоrcludur. Həmin Qaydaların 7.13-cü maddəsinin üçüncü abzasında göstərilir ki, məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Qaydalardan göründüyü kimi sayğacın işləmədiyi vaxtı akt əsasında istehlakçıya hər hansı borc məbləğinin yazılması qanunsuz və əsassızdır. Hazırki iş üzrə tərəfimdən ödənilməli olan 1079.77 manat borc məbləği sayğacın sərfiyyatına uyğun yox, aktlar əsasında hesablandığına görə əssasız hesab edilməlidir. Eyni qaydalar sudan istifadəyə görə əsassız hesablanmış 254 manat borc məbləğinə də şamil edilməlidir. Mənəvi zərərin əvəzi olaraq cavabdehdən 300 manat tutularaq iddiaçıya ödənilməsi ilə bağlı bildirmək istərdim ki, məhkəmə həmin məbləğin hansı səbəbdən tutulmasını, cavabdehin hansı hərəkətləri nəticəsində iddiaçının mənəvi sarsıntı keçirməsini və həmin sarsıntının nədən ibarət olduğunu izah edərək əsaslandırmamışdır.
c) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
d) Proses iştirakçılarının izahatı
13. Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini cavabdehin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi.
14. Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, mübahisələndirilən obyekt Bakı Şəhər İcra Hakimiyyəti və Yasamal Rayon İcra Hakimiyyətinin göstərişi ilə artıq sökülmüşdür, oradan yol keçəcək.
15. Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, sözügedən ərazi plana düşüb, söküntü aparılır, həmin yerdə yol çəkiləcək. Obyektdə elektrik enerjisindən çox az istifadə etmiş, ödənişlər etmişlər. Həmin ərazidən çıxana qədər olan dövr üçün işıqpulunu qəbul edirlər.
16. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Yasamal Rayon İcra Hakimiyyəti və Yasamal Rayon Bələdiyyəsi hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
17. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
18. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
19. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
20. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
21. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
22. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.
23. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
24. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
25. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
26. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir.
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi
27. Maddə 69.1. Binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir.
28. Maddə 69.2. Ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır. 69.4. Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir.
29. Maddə 69.5. Ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir:
30. Maddə 69.5.1. divar hündürlüyünün 0,6 hissəsi..
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
34. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
37. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin bütünlüklə qanunliyinin və əsaslılığının yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni iddianın maddi ziyanın təmin olunmayan hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilməli, qətnamə kommunal borcların tutulması hissəsində dəyişdirilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, cavabdehin apellyasiya şikayəti isə təmin edilməməlidir.
39. Birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməyən hissəsində maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir və məhkəmənin qətnamənin həmin hissəsində göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir.
40. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il tarixli 3-21-3-02/2-3004/2023 saylı məktubuna əsasən ünvan 3 ünvanında yerləşən paylı mülkiyyətdə olan fərdi yaşayış evinin “C” tikilisi və 0.02 ha torpaq sahəsi Bakı şəhəri 21 saylı Notariat Ofisinin xüsusi notariusu X5 tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 8İ-9353 reyestr nömrəli bölgü sxeminə əsasən İddiaçı adına dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış tərtib edilmişdir. Sonradan 0.02 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə dair İddiaçı mülkiyyət hüququ xx.xx.2004-cü il tarixli, V-16 nömrəli arxiv arayışına, xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa və xx.xx.1962-ci il tarixli texniki pasporta əsasən dövlət reyestrində qeydiyyata alınaraq yeni poçt ünvanı ilə (Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 61 A) xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış tərtib edilmişdir.
41. Həmin məktuba əlavə edilmiş Bakı şəhəri İcra Hakimiyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, reyestr kitabı 23, səhifə 3468, qeydiyyat nömrəsi 30/15246 olan qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, 10-cu Xrebtovi küçəsi, ev 1-in ümumi sahəsi 76.3 kv.m və yaşayış sahəsi 41.3 kv.m olan iki otaqdan ibarət “C” tikilisi üzərində İddiaçı mülkiyyət hüququ qeydiyyatdan keçirilmişdir.
42. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 61 A İddiaçı xüsusi mülkiyyətindədir (Daşınmaz Əmlakın Reyestr nömrəsi: **********58-10301, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2020-ci il).
43. xx.xx.2013-cü il tarixli icarə müqaviləsinə əsasən “icarəyə verən” İddiaçı Azərbaycan Respublikası Bakı şəhəri İH Tİ və MHQİ-si tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, reyestr kitabı 23, səhifə 3468, qeydiyyat nömrəsi 30/15246 olan qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, 10-cu Xrebtovi küçəsi, ev 1-in özünə məxsus ümumi sahəsi 76.3 kv.m və yaşayış sahəsi 41.3 kv.m olan iki otaqdan ibarət “C” tikilisini “icarəçi” Cavabdeh icarəyə verir. Sahə 2 il müddətinə icarəyə verilir. Müqavilə 08 may 2013-cü ildən qüvvəyə minir. İcarə haqqı hər ay üçün 200 manat təşkil edir. Müqavilənin 4-cü bəndinə əsasən icarəçi təmir, elektrik enerjisi və digər kommunal xərclərini vaxtında öz hesabına ödəməlidir. Müqavilənin 8-ci bəndinə əsasən icarəyə verilmiş sahənin müvəqqəti istifadə edilməsi müddəti bitdikdə icarəçi həmin sahəni icarəyəverənə kommunal borcu olmadan təhvil verməlidir.
44. Bakı şəhəri Yasamal Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 278 N-li və xx.xx.2022-ci il tarixli 434 N-li məktublarına əsasən, ünvan 5 ünvanında olan qanunsuz tikilini aparan Cavabdeh xüsusi mülkiyyətinə dair hər hansı hüquqmüəyyənedici sənəd Yasamal Bələdiyyəsində aşkar edilməmişdir. Vətəndaş Cavabdeh apardığı tikinti işlərinə dair Yasamal Bələdiyyəsi tərəfindən hər hansı icazə sənədi verilməmişdir.
45. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 31 mart 2022-ci il tarixli 535/d saylı məktubuna əsasən ünvan 5 ünvanında və ona bitişik ərazidə Cavabdeh tikinti işlərinin aparılmasına icazə verilməsi ilə bağlı sənədlər Yasamal Rayon İcra Hakimiyyətində müəyyən edilməmişdir.
46. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 14 aprel 2022-ci il tarixli 85/g-8 saylı məktubuna əsasən A.M.Şərifzadə küçəsi, 1/1 E ünvanında 160.0 kv.m. torpaq sahəsinin icarə əsasında qazi Nümayəndə2 ayrılmasına etiraz edilmir və qaldırılmış məsələ Bakı şəhər İcra Hakimiyyətinin başçısının müzakirəsinə təqdim edilir.
47. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri tərəfindən verilən MİHO/2.1-2-2022-5193 saylı məktubda qeyd edilmişdir ki, göstərilən ünvanda yerləşən 0,0180 hektar torpaq sahəsinin üzərində aparılacaq tikintinin qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun təmin edilməsi şərti ilə Nümayəndə2 icarəsinə ayrılmasına etiraz etmirlər.
48. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının aparatının xx.xx.2023-cü il tarixli məhkəməyə cavab məktubunda qeyd edilmişdir ki, Yasamal Rayon İcra Hakimiyyətinin müraciəti əsasında qanunvericiliklə nəzərdə tutulmuş qaydada aidiyyəti üzrə sözügedən məsələyə münasibət bildirilməsi məqsədilə müvafiq orqanlar tərəfindən rəylərin təqdim edilməsi işləri davam etdirilir.
49. Kollegiya ilk növbədə hər bir iddia tələbinin və həmin tələblərə dair müvafiq olaraq verilmiş apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
50. İddiaçının ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə bitişik ərazidə cavabdeh tərəfindən aparılan tikilinin onun hesabına sökülməsi, iddiaçının mülkiyyətində olan həmin ünvandakı fərdi yaşayış evindən və torpaq sahəsindən cavabdehin çıxarılmasına dair tələblərinə münasibətdə kollegiya qeyd edir ki, yuxarıda adı çəkilən iş materiallarından da göründüyü kimi ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi bu barədə hüquqları dövlət qeydiyyatına alınmaqla İddiaçı məxsusdur və bu, işin mübahisəsiz halını təşkil edir.
51. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza tədqiqatının nəticəsində tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/2053 saylı rəyinə əsasən Cavabdeh tərəfindən inşa edilmiş tikintilər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020ci il tarixli ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli çıxarışa əsasən İddiaçı məxsus ünvan 6 ünvanında yerləşən 0,02 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Həmin tikinti İddiaçı məxsus torpaq sahəsinə bitişik cənub tərəfdə yerləşən ərazidə aparılmaqla iddiaçının sərhəd hasarından və fərdi yaşayış evinin divarından 5 sm aralıda yerləşir. Eyni zamanda qeyd olunur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli çıxarışa əsasən İddiaçı məxsus ünvan 6 ünvanında yerləşən 0,02 ha torpaq sahəsi və tikili faktiki vəziyyətdə cavabdehin istifadəsində olmaqla müxtəlif təyinatlı qeyri-yaşayış sahəsi kimi istifadə edilir. Mülki iş materiallarına, eləcə də baxış zamanı əldə edilmiş məlumatlara əsasən, iddiaçıya məxsus həyətyanı sahədən və yaşayış evindən mübahisəli sahəyə (tikinti aparılan sahə) tərəf əvvəllər giriş-çıxış qapısı və pəncərə boşluğunun mövcud olduğunu nəzərə aldıqda, cavabdeh tərəfindən aparılan tikinti işləri zamanı iddiaçıya məxsus fərdi yaşayış evində mövcud olmuş giriş-çıxış qapısı və pəncərənin qarşısı tamamilə bağlanmışdır. Cavabdeh tərəfindən aparılan tikinti İddiaçı məxsus fərdi yaşayış evinin əvvəllər mövcud olmuş (faktiki olaraq hörülmüş) pəncərə boşluğunun yerləşdiyi divardan və sərhəd hasarından 5 sm aralıda yerləşdiyindən həmin tikilinin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5 bəndinin tələbləri pozulmuşdur. Eyni zamanda Cavabdeh tərəfindən aparılan tikintiyə dair hər hansı sənəd (çıxarış, sərəncam, icazə, razılıq, layihə və.s.) mövcud olmadığından (iş materiallarına əlavə edilməmiş, baxış zamanı təqdim olunmamışdır) həmin işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1. və 4.2. bəndlərinin tələblərinə uyğun aparılmamışdır.
52. Ekspert rəyində istinad olunan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.4 və 69.5 bəndinin tələblərində göstərilmişdir ki, ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. Ara məsafəsinin müəyyən olunması əsaslarından biri də divar hündürlüyüdür ki, bunun üçün də normativ olaraq divar hündürlüyünün 0,6 hissəsinin müəyyən olunması göstərilmişdir. Ekspert tədqiqatına əsasən iddiaçıya məxsus evə bitişik olan sözügedən tikilinin hündürlüyünün 3 metr olması öz təsbitini tapmışdır. Bu da o deməkdir ki, cavabdeh tərəfindən tikinti işləri aparılarkən iddiaçıya məxsus evlə həmin tikilinin arasında ən azı 1.8 metr aralığında məsafə (3 metr x 0,6) gözlənilməli olsa da, bu tələb pozulmuşdur.
53. Bundan əlavə iş materiallarında olan Bakı şəhəri Yasamal Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 278 N-li və xx.xx.2022-ci il tarixli 434 N-li məktublarına əsasən, ünvan 5 ünvanında olan qanunsuz tikilini aparan Cavabdeh xüsusi mülkiyyətinə dair hər hansı hüquqmüəyyənedici sənəd Yasamal Bələdiyyəsində aşkar edilməmişdir. Vətəndaş Cavabdeh apardığı tikinti işlərinə dair Yasamal Bələdiyyəsi tərəfindən hər hansı icazə sənədi verilməmişdir.
54. Həmçinin Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 31 mart 2022-ci il tarixli 535/d saylı məktubuna əsasən ünvan 5 ünvanında və ona bitişik ərazidə Cavabdeh tikinti işlərinin aparılmasına icazə verilməsi ilə bağlı sənədlər Yasamal Rayon İcra Hakimiyyətində müəyyən edilməmişdir.
55. Hərçənd ki, adları çəkilən orqanlardan daha sonrakı tarixlərdə verilmiş və yuxarıda adları çəkilən cavab məktublarında sözügedən ərazinin cavabdehə icarəyə verilməsinə etiraz edilmədiyi və bununla bağlı müvafiq prosedurların aparıldığı qeyd edilsə də, həmin proseslər yekunlaşmamış, müvafiq icazə sənədləri cavabdehə təqdim edilməmiş, üstəlik cavabdehin özünün də məhkəmə iclasında təsdiq etdiyi kimi həmin ərazi artıq müvafiq səlahiyyətli orqanlar tərəfindən sökülmüş və bu hal cavabdeh tərəfindən hansısa formada mübahisələndirilməmişdir.
56. Beləliklə, tədqiq olunmuş sübutlarla cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsində deyil, ona bitişik ərazidə, ara məsafəsinə dair qanunvericiliklə müəyyən edilmiş tələblərə əməl edilmədən cavabdeh tərəfindən tikinti işlərinin aparılması müəyyən edilmişdir və bu hissədə cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır.
57. Lakin iddiaçı öz apellyasiya şikayətində mübahisəli tikilinin sadəcə ona məxsus fərdi yaşayış evinə bitişik olan divarının deyil, bütövlükdə sökülməsini xahiş etsə də, kollegiya göstərilən dəlillərə münasibətdə qeyd edir ki, iddiaçının hazırki mübahisə üzrə subyektiv hüququ yalnız onun hüquqlarına toxunan hallar üzrə mübahisələndirmə imkanından ibarətdir və hazırki iş üzrə yuxarıda adı çəkilən ekspert rəyindən də müəyyən olunur ki, cavabdeh tərəfindən inşa edilən tikilinin yalnız bir hissəsi iddiaçıya məxsus evin divarına bitişik olmaqla ara məsafəsinə dair qanunvericiliklə müəyyən edilmiş tələblərə əməl edilmədən inşa edilmişdir. Onun tərəfindən aparılan tikinti üçün müvafiq icazələrin alınmaması və bunun nəticəsində tikilinin bütövlükdə sökülməsinin mümkünlüyünü mübahisələndirmək isə iddiaçının deyil, bu sahədə məsul olan müvafiq icra hakimiyyəti orqanlarına məxsus səlahiyyət dairəsinə aiddir.
58. Beləliklə, qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə bitişik ərazidə cavabdeh tərəfindən aparılan tikilinin onun hesabına sökülməsi hissəsində qismən təmin olunaraq iddiaçıya məxsus fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsinin cənub tərəfindən Cavabdeh tərəfindən inşa edilmiş tikilinin iddiaçının sərhəd hasarından və fərdi yaşayış evinin divarından 1.8 metr məsafəsində olan hissəsi Cavabdeh hesabına sökülməlidir və bu hissədə verilmiş apellyasiya şikayətlərinin dəlilləri əsassız olmaqla qətnamənin dəyişdirilməsinə əsas təşkil etmir.
59. Bundan əlavə tədqiq olunmuş sübutlarla iddiaçının razılığı ilə cavabdehin 2021ci ilin sonunadək cavabdeh tərəfindən ona məxsus evdən və evin yerləşdiyi torpaq sahəsindən istifadə edilməsi (tərəflərin arasında həmin tarixədək icarə münasibətlərinin mövcudluğu da bunu təsdiq edir), lakin 2022-ci ildən başlayaraq iddiaçının buna razılığı olmadan, hər hansı hüquqi əsas olmadan istifadə etməsi də öz təsbitini tapmışdır.
60. Bununla bağlı kollegiya qeyd edir ki, “İnsan hüquqlarının və X3 haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsində göstərilən “mülkiyyət” və “əmlak” anlayışı iqtisadi maraqların geniş spektrini özündə ehtiva edir. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairəsinə daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar, məsələn, səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icarə almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi maraqlar, hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və sair daxildir. Nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” anlayışı müstəqil məna daşıyır.
61. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
62. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
63. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.
64. Yuxarıda qeyd olunan milli və beynəlxalq qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
65. Qeyd olunanlara əsasən Cavabdeh ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi 0.02 ha torpaq sahəsindən çıxarılması ilə bağlı da birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur və həmin hissədə də cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla təmin edilməməlidir.
66. İddiaçının digər bir tələbi ona vurulmuş maddi ziyan kimi qeyri-yaşayış sahəsinin icarəsinə hər ay üçün 1000 manat olmaqla, 10 aya görə 10.000 manat pul məbləğinin cavabdehdən tutulması ilə bağlı olmuş, birinci instansiya məhkəməsi tərəfindən həmin tələb təmin edilmədiyindən iddiaçı tərəfindən qətnamə həmin hissədə mübahisələndirilmişdir. İddiaçının ona vurulmuş maddi ziyan kimi yaşayış evinin icarəsinə görə 10.000 manat pul məbləğinin cavabdehdən tutulması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya aşağıdakıları qeyd edir.
67. İş materiallarında olan xx.xx.2013-cü il tarixli icarə müqaviləsinə əsasən “icarəyə verən” İddiaçı Azərbaycan Respublikası Bakı şəhəri İH Tİ və MHQİ-si tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, reyestr kitabı 23, səhifə 3468, qeydiyyat nömrəsi 30/15246 olan qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, 10-cu Xrebtovi küçəsi, ev 1-in özünə məxsus ümumi sahəsi 76.3 kv.m və yaşayış sahəsi 41.3 kv.m olan iki otaqdan ibarət “C” tikilisini “icarəçi” Cavabdeh icarəyə verir. Sahə 2 il müddətinə icarəyə verilir. Müqavilə 08 may 2013-cü ildən qüvvəyə minir. İcarə haqqı hər ay üçün 200 manat təşkil edir. Müqavilənin 4-cü bəndinə əsasən icarəçi təmir, elektrik enerjisi və digər kommunal xərclərini vaxtında öz hesabına ödəməlidir. Müqavilənin 8-ci bəndinə əsasən icarəyə verilmiş sahənin müvəqqəti istifadə edilməsi müddəti bitdikdə icarəçi həmin sahəni icarəyəverənə kommunal borcu olmadan təhvil verməlidir.
68. Tərəflərin, o cümlədən iş üzrə dəvət olunmuş şahidin izahatlarına əsasən müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında bağlanılan icarə müqaviləsinin müddəti 2015-ci ilədək müəyyən olunsa da, faktiki olaraq icarə münasibətləri 2021-ci ilin dekabrınadək davam etmişdir və həmin tarixədək olan icarə haqqı ödənişləri hazırda nə iddiaçı, nə də cavabdeh tərəfindən mübahisələndirilməmişdir.
69. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış 08 may 2013-cü il tarixli icarə müqaviləsinin müddəti 08 may 2015-ci il tarixdə bitmişdir və həmin tarixdən müqavilə üzrə hüquq münasibətlərinə xitam verilmişdir. İddiaçının izahatına və məhkəmədə iddiaçı tərəfindən dəvət edilmiş şahidin ifadəsinə görə də 2021ci ilin dekabr ayına kimi tərəflər arasında icarə münasibətləri faktiki olmuş, icarə haqqı borcu qalmamışdır və buna görə də iddia tələbi rədd edilməlidir. Lakin kollegiya birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyini əsassız hesab edərək bununla razılaşmır.
70. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, cavabdeh 2021-ci ilin dekabr ayından sonra da həmin yaşayış sahəsində məskunlaşmaqda davam etmişdir. İş materiallarında olan Yasamal Rayon İcra Hakimiyyəti Başçısının İ müavini tərəfindən xx.xx.2023-cü il tarixli məktuba əsasən müəyyən olunur ki, qeyd olunan ünvanda rayonun aidiyyatı qurumları tərəfindən müvafiq xəbərdarlıq edilməklə görülmüş tədbirlər nəticəsində işlər dayandırılmış və ünvanın nəzarətdə saxlanılması sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyə tapşırılmışdır.
71. Həmçinin, apellyasiya baxışı zamanı məhkəmənin 16(103)-270/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə ünvan 7 ünvanda yerləşən ümumi sahəsi - 32,20 kv.m sahəsi olan fərdi yaşayış evində və habelə həmin evə aid 0,02 ha torpaq sahəsində meyvə və digər məhsulların ticarəti ilə məşğul olmaq Cavabdeh və digər şəxslərə qadağan olunmuş, qərardad icra olunması üçün müvafiq icra şöbəsinə göndərilmişdir.
72. Beləliklə, həm Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən ünvanlanmış cavab məktubundan, məhkəmə tərəfindən yerində müayinə protokolundan, həm də iş üzrə yuxarıda adı çəkilmiş müvəqqəti təminat tədbiri barədə qərardadın məzmunundan görünür ki, Cavabdeh ən azı göstərilən tədbirlər həyata keçirilən zaman mübahisəli sahədən istifadə etmiş və bu istifadə iddiaçının iradəsinin ziddinə olaraq həyata keçirilmiş, məhz bundan irəli gələn zərurətə əsasən iddiaçı icra hakimiyyəti orqanına və məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
73. Hazırda iddiaçı tərəfindən həmin dövr ərzində cavabdehin bu istifadənin müqabilində icarə haqqını ödəmədiyi irəli sürülmüş və cavabdeh bu halı təkzib edəcək hər hansı mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Buna görə də kollegiya hesab edir ki, iddiaçının mübahisəli sahədən onun iradəsinə zidd olaraq istifadə müqabilində ona dəymiş zərəri tələb etmək hüququ vardır.
74. Bunun üçün apellyasiya baxışı zamanı məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli 9/1589 nömrəli ekspert rəyində göstərilmişdir ki, ünvan 7 saylı qeyri-yaşayış sahəsinin və oxşar şəraitli qeyri-yaşayış sahəsinin aylıq icarə haqqının orta bazar qiyməti 2021-2022-ci illər üzrə mərkəzdə və internet saytlarında məlumat olmadığından həmin illər üzrə tədqiqat aparmaq mümkün olmamışdır. 2023-2024-cü illər üzrə isə təxminən 1000 manat müəyyən edilir.
75. Ekspert rəyindən də göründüyü kimi həmin qeyri-yaşayış sahəsinin orta aylıq icarə haqqı təxminən 1000 manat məbləğində müəyyən edilir və iddiaçı da öz iddia tələbini əsaslandırarkən tərəflərin arasındakı ən son razılığın da məhz aylıq 1000 manat məbləğində olduğunu bildirmişdir.
76. Kollegiya qeyd edilənlərə əsasən iddiaçının aylıq icarə haqqının məbləğinin 1000 manat məbləğində hesablanması ilə bağlı dəlillərini əsaslı sayaraq əlavə olaraq bildirir ki, cavabdehin yuxarıda göstərildiyi kimi qeyd olunan qeyri-yaşayış sahəsindən daha uzun müddət istifadə etməsinə baxmayaraq iddiaçı hazırda məhz 10 aylıq müddətdə (10.000 manat) icarə haqqının ödənilməməsi ilə bağlı tələb irəli sürmüşdür və mülki prosessual qanunvericiliyə əsasən məhkəmə iddiaya tələb həcmində baxaraq məhz həmin müddət üçün ziyanın hesablanmasını həyata keçirir.
77. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.5-ci bəndinə əsasən bu zaman hakim qətnamədə istinad etdiyi qanunu göstərməli və müstəsnalığın nədən ibarət olmasını əsaslandırmalıdır. Hazırki iş üzrə bu cür müstəsna halların mövcudluğuna dair hər hansı əsas mövcud deyildir.
78. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının ona vurulmuş maddi ziyan kimi qeyri-yaşayış sahəsinin icarəsinə hər ay üçün 1000 manat olmaqla, 10 aya görə 10.000 manat pul məbləğinin cavabdehdən tutulması ilə bağlı tələbi və apellyasiya şikayətinin dəlilləri əsaslı olmaqla təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qeyd edilən hissədə ləğv edilərək iddia həmin hissədə təmin edilməlidir.
79. Kollegiya elektrik enerjisi və sudan istifadəyə görə yaranmış borcların cavabdehdən tutulmasına dair tələbə münasibətdə isə aşağıdakıları qeyd edir.
80. Birinci instansiya məhkəməsi öz qətnaməsində göstərmişdir ki, iddiaçının elektrik enerjisindən və sudan istifadəyə görə borcun cavabdehdən tutulmasını nəzərdə tutan iddia həcminin artırılması barədə ərizəsi məhkəməyə 10 avqust 2022-ci il tarixdə daxil olmuşdur və Mülki Məcəllənin iddia müddətləri ilə bağlı müddəalarının tələblərinə görə həmin tarixdən öncəki 3 il ərzində mövcud olmuş borc məbləği cavabdehdən tutulmalıdır.
81. Kollegiya birinci instansiya məhkəməsinin qeyd edilən mövqeyini əsaslı hesab edərək bildirir ki, hər nə qədər iddiaçı həmin borc məbləğlərini hələ ödəməsə və cavabdehin hərəkətlərinə (hərəkətsizliyinə) görə faktiki olaraq maddi ziyana məruz qalmasa da, istər elektrik enerjisindən, istərsə də sudan istifadə edilməsi üçün müvafiq təchizatçılarla məhz iddiaçı arasında abonent müqavilələri bağlanılmış, həmin müqavilələrin tələblərinə əsasən də yaranmış borc məbləğinin ödənilməsi tələb edilən şəxs də məhz iddiaçı olmuşdur. Bu da o deməkdir ki, iddiaçının hər bir halda həmin borcları ödəmək öhdəliyi yarandığından və o borclar məhz cavabdehin istifadəsi nəticəsində yarandığından, iddiaçı hazırda borc məbləğlərinin dəyərini cavabdehdən tələb etməkdə haqlı olmuşdur.
82. Kollegiya birinci instansiya məhkəməsinin qeyd edilən mövqeyini əsaslı hesab etsə də, tutulmalı olan borc məbləğləri ilə bağlı hissədə məhkəmə ilə razılaşmır və aşağıdakıları qeyd edir.
83. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli abunə haqqında çıxarışa əsasən elektrik enerjisindən istifadəyə görə borc 1353,40 manat təşkil etmişdir. Həmçinin apellyasiya baxışında "xxxx" ASC-yə ünvanlanmış sorğuya dair xx.xx.2024-cü il tarixli cavab məktubuna əsasən müəyyən olunmuşdur ki, 2019-cu il tarixdə borc sıfırlanmış, 2022-ci ilə isə 1305,77 manat məbləğində hesablanmışdır.
84. Həmçinin "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək istehlakçının borc məbləği 288,66 manat müəyyən edilmişdir.
85. Beləliklə, kollegiya hesab edir ki, qeyd edilən hissədə apellyasiya şikayəti qismən təmin edilməli, elektrik enerjisindən istifadəyə görə 1353,4 manat, sudan istifadəyə görə isə 288,66 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
86. Kollegiya iddiaçının mənəvi zərərin ödənilməsi tələbinə dair apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir: “Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 3 noyabr 2008ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndində göstərilir: “Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.” İnsan hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında çəkilmiş maddi ziyana kompensasiya ödənilməsinin ərizəçinin təqdim etdiyi sübutlar və pozuntu ilə ziyan arasında səbəbli əlaqə əsasında müəyyən etsə də, mənəvi ziyana görə kompensasiya ödənilməsinin ərizəçi tərəfindən bunun sübut edilməsi ilə deyil, onun pozuntu nəticəsində müəyyən sarsıntılara, əzaba və məyusluğa məruz qalması ilə əlaqələndirmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində (CM) Respublika DH (2009) qeyd etmişdir ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır.
87. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya dəymiş mənəvi zərərin məbləği qismində müəyyən edilmiş 300 manat məbləğ işin halları və qanunvericiliyin tələbləri baxımından ədalətli olmaqla apellyasiya şikayətinin dəlilləri qeyd olunan hissədə qətnamənin ləğv olunmasına əsas təşkil etmir.
88. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni iddianın maddi ziyanın təmin olunmayan hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilməli, qətnamə kommunal borcların tutulması hissəsində dəyişdirilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, cavabdehin apellyasiya şikayəti isə təmin edilməməlidir.
89. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
90. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
91. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
92. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
93. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
94. Kollegiya hesab edir ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 248 manat məbləğində dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olaraq 68,81 manat hissəsi, o cümlədən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 124 manat məbləğində dövlət rüsumunun 34,40 manat olan hissəsi cavabdehdən tutularaq İddiaçı ödənilməli, həmin rüsumların qalan hissəsi isə iddiaçının özünə aid edilməlidir.
95. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği isə onun özünə aid edilməlidir.
96. O cümlədən birinci instansiya məhkəməsi tərəfindən keçirilən ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində vəsaitin, o cümlədən apellyasiya instansiyası məhkəməsi tərəfindən keçirilən ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun, ümumilikdə 200 manat məbləğində vəsaitin 55,49 manat hissəsi cavabdehdən, qalan 144,51 manat hissəsi isə iddiaçıdan tutulmalıdır.
97. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-45/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən, yəni iddianın maddi ziyanın təmin olunmayan hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. Həmin hissədə iddia təmin edilsin. Cavabdeh maddi zərər qismində 10.000 (on min) manat məbləğində icarə haqqı məbləği tutularaq İddiaçı xeyrinə ödənilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-45/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi cavabdehdən kommunal borcların tutulması hissəsində dəyişdirilsin. Cavabdeh elektrik enerjisindən istifadəyə görə 1353,40 (min üç yüz əlli üş manat qırx qəpik) manat, sudan istifadəyə görə 288,66 (iki yüz səksən səkkiz manat altmış altı qəpik) manat borc məbləğinin dəyəri tutularaq İddiaçı xeyrinə ödənilsin. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 248 manat məbləğində dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olaraq 68,81 (altmış səkkiz manat səksən bir qəpik) manat hissəsi cavabdehdən tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 124 manat məbləğində dövlət rüsumunun 34,40 (otuz dörd manat qırx qəpik) manat olan hissəsi cavabdehdən tutularaq İddiaçı ödənilsin. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onun özünə aid olunsun. Birinci instansiya məhkəməsi tərəfindən keçirilən ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində vəsaitin, o cümlədən apellyasiya instansiyası məhkəməsi tərəfindən keçirilən ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun, ümumilikdə 200 manat məbləğində vəsaitin 55,49 manat hissəsi Cavabdeh, qalan 144,51 manat hissəsi isə İddiaçı tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X1, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova