Məhkəmə qərarları › İş №2(103)-8114/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8114/2023

29.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8114/2023 29.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun olmamasının müəyyən edilməsi və müqavilənin bağlanması” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)-4429/2023 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3067ci məhəllə, ev 42, mənzil 30 (Yeni qaydalarla: AZ1130, ünvan 1 ünvanında yerləşən mənzilə aid **********300 nömrəli abonent kodu üzrə keçmiş abonent Xətayi Ağayeva hesablanmış 2.757,94 manat borcun ondan tələb edilməməsi, cavabdehlə aralarında yaşayış sahəsinin su və kanalizasiya xidmətinə qoşulması haqda müqavilənin bağlanması və su sayğacının quraşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)- 4429/2023 saylı qətnaməsi ilə iddianın təmin olunması, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3067-ci məhəllə, ev 42, mənzil 30 (Yeni qaydalarla: AZ1130, ünvan 1 ünvanında yerləşən mənzilə aid **********300 nömrəli abonent kodu üzrə keçmiş abonent Xətayi Ağayeva hesablanmış 2.757,94 manat borcun İddiaçı tələb edilməməsi, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3067-ci məhəllə, ev 42, mənzil 30 (Yeni qaydalarla: AZ1130, ünvan 1 ünvanında yerləşən mənzilə su və kanalizasiya xidmətinə qoşulması haqda müqavilənin bağlanması və su sayğacının quraşdırılması qət olunmuşdur. Həmin qətnamədən cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddanın rədd edilməsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 23,79 manat məbləğində dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edir ki, apellyasiya şikayəti müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədən verildiyindən apellyasiya qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən hazırki işdə olduğu kimi qiymətləndirilməyən iddia ərizələrinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmuşdur. Belə ki, iddiaçı konkret məbləğin ondan tələb edilməli olmadığını iddia etməklə yanaşı, həmçinin cavabdehin üzərinə müavilə bağlamaq və sayğac quraşdırmaq öhdəliyinin də qoyulmasını tələb etmişdir ki, bu da öz mahiyyətinə görə qiymətləndirilməyən iddia hesab edilir. Sadəcə olaraq iddiaçı istehlakçı olaraq dövlət rüsumunun ödənilməsindən azad olduğundan hər hansı məbləğdə dövlət rüsumu ödəməmişdir. Belə olan halda, hazırki işdən apellyasiya şikayətinin verilməsi üçün məhz 100 manat məbləğinin 50 faizi miqdarında, yəni (100 / 2 = 50) 50 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Buna baxmayaraq, cavabdeh "xxxx" ASC tərəfindən apellyasiya şikayətinin verilməsinə görə bu məbləğdən az, yəni cəmi 30,52 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu da öz növbəsində apellyasiyanın qeyri-mümkün hesab edilməsini şərtləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 363.1.2-ci maddəsinə görə apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır; 366.1-ci maddəyə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir; 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində rüsum ödənilməlidir; Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığından apellyasiya qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü, 366-cı, 400-cü, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)- 4429/2023 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar