Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8115/2021 20.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızıdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair Yasamal Rayon Məhkəməsinin 2(004)- 3102/2021 saylı işi üzrə 07 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "ABC Telecom” MMC iddia ərizəsi ilə 15.04.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 25.12.2019-cu il tarixli müqaviləsinə əsasən iki ədəd Samsung LED TV, İMEİ kodu **********85974 olan "iPhone 11 Pro” markalı telefon üçün 5922,2 manat ödənilməmiş hissə, 1461,8 manat dəbbə, 26.12.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********01905 olan "iPhone 11” markalı telefon üçün 2444,4 manat ödənilməmiş hissə, 600,6 manat dəbbə olmaqla ümumilikdə 10429 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 10459 manat məbləğində pulun tutularaq "ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki, "ABC Telecom” MMC ilə Cavabdeh arasında bağlanmış 26.12.2019-cu il tarixli, 01159803 nömrəli nisyə alğısatqı müqaviləsinə əsasən, "ABC Telecom” MMC tərəfindən İMEİ kodu **********01905 olan "iPhone 11” markalı telefon Cavabdeh nisyə satılmışdır. ABC Telecom” MMC ilə Cavabdeh arasında bağlanmış 25.12.2019-cu il tarixli, ********* nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, "ABC Telecom” MMC tərəfindən iki ədəd Samsung LED TV və bir ədəd İMEİ kodu **********85974 olan "iPhone 11 Pro” markalı telefon Cavabdeh nisyə satılmışdır. 12.04.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh 25.12.2019-cu il tarixli, ********* nömrəli alğı-satqı müqaviləsi əsasında yaranmış alğı-satqı qiyməti 6271,2 manat olan əsas borcdan 5922,2 manat ödənilməmiş hissə, 1461,8 manat cərimə, cəmi 7384 manat borcu, 26.12.2019cu il tarixli, 01159803 nömrəli alğı-satqı müqaviləsi əsasında yaranmış alqı-satqı qiyməti 2731,4 manat olan əsas borcdan 2444,4 manat ödənilməmiş hissə, 600,6 manat cərimə, cəmi 3045 manat borcu, ümumilikdə isə 10429 manat borcu vardır (iş.səh.9, 13, 14, 18) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3102/2021 saylı işi üzrə 07 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 25.12.2019-cu il tarixli, 01157032 saylı müqavilə üzrə 5922,2 manat əsas borc, 300 manat dəbbə borcu, 26.12.2019-cu il tarixli, 01159803 müqavilə üzrə 2444,4 manat əsas borc, 120 manat dəbbə borcu olmaqla, ümumilikdə 8786,6 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pul tutularaq iddiaçı "ABC Telecom” MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467, 600.1, 601.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu Cavabdeh malın nisyə-alğı satqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyini lazımi qaydada və vaxtında icra etmədiyindən, nisyə aldığı əşyanın dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəmədiyindən, iddia tələbi əsas borcunun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə, hesablanmış cərimənin götürülmüş borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq, 25.12.2019-cu il tarixli, ********* saylı müqavilə üzrə 300manat və 26.12.2019-cu il tarixli, 01159803 saylı müqavilə üzrə 120 manat məbləğində müəyyən edilməlidir. Cavabdeh apellyasiya şikayəti verərək, apellyasiya şikayətini təmin edilməsi, Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-3102/2021 saylı 07.06.2021-ci il tarixli Qətnaməsinin ləğv edərək, mahiyyəti üzrə işə yenidən baxaraq qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Mülki Prosessual Məcəlləsinin 360, 385-ci maddələrinə istinadən qeyd edilmişdir ki, 01157032 saylı müqavilə üzrə borclu tərəfindən 1250 manat. 01159803 müqavilə üzrə 1750 manat pul ödənilmişdir. İddiaçı ilə cavbdeh arasında bağlanmış müqavilə şərtlərinə əsasən Qİ 157032 saylı müqavilə üzrə 300 manat dəbbə borcu, 01159803 müqavilə üzrə 120 manat dəbbə borcu hesablanması qeyri-qanunidir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməmişdir, bu səbəblə də, cavabdeh sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, xəstələnməsi səbəbindən telefonları satdığını bildirmiş və cərimənin azaldılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etməyərək, qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin mübahisə edilən dəlillərinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2, 324, 385, 386, 404, 420, 421.3, 425, 458.1, 527.1, 560,567-589, 595-601, 614,615, ***-**** Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələri (öhdəliyi) üzrə mülki hüquq münasibətlərinə dair qeyd edilməlidir ki, məhkəmənin işdə olan və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında qəbul etdiyi qərar maddi və prosessual hüquq normalarına, iş üzrə müəyyən edilmiş həqiqi hallara (tərəflərin qarşılıqlı münasibətlərinə) uyğun olduğundan, iddianın əsasını təşkil edən və qətnamənin qəbul edilməsinə əsas olan (öhdəlik, qüsur,borc, hesablanma və sair barədə) mötəbər sübutları təkzib edən sübutlar cavabdeh tərəfindən təqdim edilmədiyindən, apellyasiya şikayətinin subyektiv mülahizə səciyyəli (mübahisələndirən) dəlillərinə münasibətdə qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Mülki Məcəllənin 595.1-ci maddəsinə görə: Alıcı alğı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir. 595.2-ci maddəyə görə: Bu Məcəllənin 595.1-ci maddəsində nəzərdə tutulan qaydanın yerinə yetirilmədiyi halda satıcı alıcının ona çatışmayan miqdarda əşya verilməsinə, alğı-satqı müqaviləsinin keyfiyyət və ya çeşid haqqında şərtlərinə uyğun gəlməyən əşyanın dəyişdirilməsinə, əşyanın qüsurlarının aradan qaldırılmasına, komplektinin tamamlanmasına və ya komplektsiz əşyanın komplektli əşya ilə əvəz edilməsinə, əşyanın taralaşdırılmasına və (və ya) qablaşdırılmasına və ya qeyri-münasib taranın və (və ya) qabın dəyişdirilməsinə dair tələblərini ödəməkdən o halda tamamilə və ya qismən imtina edə bilər ki, alıcının həmin qaydanı yerinə yetirməməsinin onun tələbini ödəməyin qeyri-mümkünlüyünə səbəb olduğunu və ya müqavilənin pozulması haqqında vaxtında bildiriş aldığı halda çəkəcəyi xərclərə nisbətən tənasübsüz xərclər çəkdiyinə səbəb olduğunu sübuta yetirsin. 595.3-cü maddəyə görə: Əgər satıcı alıcıya verilmiş əşyaların alğı-satqı müqaviləsinin şərtlərinə uyğun gəlmədiyini bilirdisə və ya bilməli idisə, bu Məcəllənin 595.1 və 595.2-ci maddələrində nəzərdə tutulan müddəalara istinad edə bilməz. Qeyd edilən mülki qanunvericilik şərtlərinə müvafiq cavabdeh tərəfindən irəli sürülən dəlillərin hazırki tələbə münasibətdə əsassız olduğunu şərtləndirir. Cavabdeh tərəfindən dəbbənin yüksək olması dəlillərinə dair qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi dəbbə borcunu kifayət qədər və mütənasib olaraq azaltmışdır. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3102/2021 saylı işi üzrə 07 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8115/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8115/2021
20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver