Məhkəmə qərarları › İş №2(103)-8136/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8136/2020

12.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8136/2020 12.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Əliyeva Aytən Rafayel qızının katibliyi ilə Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı aktın borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iş üzrə Cavabdeh səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(003)-1971/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh İddiaçı qaz sərfiyyatına görə tələb etdiyi 438,77 manat borcun silinməsiqət edilmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdehnə qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan tələb etdiyi 438,77 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, qaz sərfiyyatına görə yüklədiyi smart kartdan əlavə olaraq pul çıxıldığı üçün Cavabdeh İB-ə müraciət etmiş, xx.xx.2019-cu il tarixdə Bakı X1 xx.xx.2015-ci il tarixdə quraşdırılmış İron G-4 markalı qaz sayğacına əvvəllər natamam ödənişlə bağlı 2012-ci ildə yaranmış 1465,80 manat borc tətbiq edilməsi, borc üzrə hissə-hissə tutmalar aparıldığından xx.xx.2019-cu il tarixinə 532,37 manat borcunun qalması bildirilmişdir. xx.xx.2015ci il tarixdə onun yaşadığı ünvanda qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib olunaraq smart itron tipli G-4 markalı sayğac quraşdırılmış və sayğac quraşdırılarkən onun qaz sərfiyyatı ilə bağlı heç bir borcu olmamışdır. O, ödənişləri sərfiyata uyğun aparmış və borcunun yaranması mümkün deyildir. 2012-ci ildən bu günə kimi borcun olması barədə ona heç vaxt xəbərdarlıq edilməmişdir. Bundan başqa cavabdeh 2009-cu ilədək yaranmış borcu da silməmişdir. Qeyd olunanları nəzərə alıb iddianın təmin olunmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada təmin olunmuşdur. Cavabdeh səlahiyyətli nümayəndəsi Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normalarına düzgün əsaslandırılmamış, məhkəmə tərəfindən mötəbər hallara lazımi qiymət verilməmişdir. Qeyd olunanları nəzərə alıb, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş edən cavabdehin nümayəndəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən Cavabdeh apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2012-ci il tarixli 153780 saylı Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktın surətindən müəyyən olunur ki, İddiaçı məxsus yaşayış sahəsində qaz sayğacı yenisi ilə əvəz edilmiş, quraşdırılan qaz sayğacı texniki qaydalara cavab verir və abonentə təhvil verilmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixli məktubundan müəyyən olunur ki, qaz sərfiyyatına görə əvvəlki illər ərzində natamam ödəniş etdiyinə görə İddiaçı hesabında yaranmış 1465,80 manat borc onun yüklədiyi məbləğdən hissə-hissə tutulmaq şərtilə smart payment kartına yönəldilmiş, xx.xx.2019cu il tarixinə abonentin hesabında 532,37 manat borcu qalmışdır. Cavabdeh İB-nin tərtib etdiyi xx.xx.2020-ci il tarixli abonentin saldosundan müəyyən olunmuşdur ki, İddiaçı cari borcu 509,87 manat təşkil edir. Cavabdeh İB-nin tərtib etdiyi xx.xx.2020-ci il tarixli abonentin saldosundan müəyyən olunur ki, İddiaçı cari borcu 505,37 manat təşkil edir. Cavabdeh İB-nin tərtib etdiyi xx.xx.2020-ci il tarixli abonentin saldosundan müəyyən olunur ki, İddiaçı cari borcu 487,37 manat təşkil edir. Cavabdeh İB-nin tərtib etdiyi xx.xx.2020-ci il tarixli abonentin saldosundan müəyyən olunur ki, İddiaçı cari borcu 438,87 manat təşkil edir. Cavabdeh xx.xx.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu S.Bəhlulzadə küçəsi 150 saylı fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı üzrə istehlakçı tərəfindən 2010-cu ilin iyun ayından 2012-ci ilin iyul ayınadək olan dövrdə hər ay təbii qazdan istifadə edilməsinə baxmayaraq istehlak olunan aylıq qazın dəyəri tam ödənilmədiyindən 2012-ci ilin avqust ayının 1-nə olan borc ümumilikdə 1465,80 manat təşkil etmişdir. 2012-ci ilin avqust ayında həmin borc Gasrep proqramına keçirilmiş, abonentin təbii qazdan istifadə məqsədilə sayğac kartına yüklədiyi pul vəsaitindən müəyyən məbləğdə borca görə tutulmalar aparılmışdır. Aparılmış tutulmalar üzrə 2020-ci ilin avqust ayınadək ümumilikdə 1026,90 manat pul vəsaitinin yaranmış borca görə ödənilməsi təmin edilmişdir. Hal-hazırda abonent tərəfindən yuxarıda qeyd olunan dövrlərdə istehlak edilmiş təbii qaza görə ümumi qalıq borc 438,77 manat təşkil edir. İşin hallarından görünü ki, cavabdeh iddiaçının 2010-cu ilin iyun ayından 2012-ci ilin iyul ayınadək istifadə etdiyi qaz sərfiyyatına görə yaranan 1465,80 manat borcunu ona qarşı heç bir tələb irəli sürmədən, iddia tələbi ilə məhkəməyə müraciət etmədən, iddiaçının razılığını almadan sonuncunun təbii qazdan istifadə məqsədilə sayğac kartına yüklədiyi pul vəsaitindən tutmağa başlamış, hal-hazırda qalıq borc məbləği 438,77 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Azərbaycan Respublikası MM-nin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.1.-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 551.2.-ci maddəsinə əsasən aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: 551.2.1. kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər; 551.2.2. ərzaq məhsulları, qida və içki satışı və ya gələnlərə yaşayış yeri verilməsi üzrə tələblər; 551.2.3. zavod tikintisi, mallar satışı, daşımalar üzrə tələblər, sərbəst peşə adamlarının (məsələn, həkimlərin, vəkillərin və ya məsləhətçilərin) tələbləri, habelə işçilərin əmək münasibətləri üzrə tələbləri; Həmin Məcəllənin 552.1.-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Həmin Məcəllənin 554.1.-cü maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Həmin Məcəllənin 554.2.-ci maddəsinə əsasən öhdəlik müddətin keçdiyini bilmədən icra olunduqda belə, müddətin keçməsinə görə qüvvəsini itirmiş tələbin ödənilməsi üçün icra olunmuşları geri istəmək olmaz. Məhkəmə kollegiyası birinci inmtansiya məhkəməsi ilə razılaşaraq hesab edir ki, 2010-cu ilin iyun ayından yaranan qaz sərfiyyatına görə vaxtaşırı ödənişlərlə bağlı cavabdehin iddiaçıdan 438,77 manat tələbi üzrə hüququna müddətin keçməsinə görə xitam verildiyindən,müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ olduğundan iddia tələbi əsaslıdır, ona görə, iddia yuxarıda göstərilən qaydada təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya qətnamənin ləğv edilməsinə heç bir hüquqi əsasların olmaması qənətinə gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393,405-ci maddələrini rəhbər tutaraq kollegiya qət etdi: Cavabdeh səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar