Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-815/2023 21.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏSİ iş № 2(103)-815/2023 (Açar sözlər: əqdin etibarsız hesab edilməsi) Bakı şəhəri, 21 fevral 2023-cü il Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil1 və Cavabdeh4, onun vəkili Vəkil5, Cavabdeh1 vəkili Vəkil4, Cavabdeh2 vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 51 saylı Notariat Ofisinə və Cavabdeh4 qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-260/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı: a) Birinci instansiya məhkəməsində icraat:
1. İddiaçı Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 51 saylı Notariat Ofisinə qarşı “əqdin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, onun adından Cavabdeh1 ilə Cavabdeh2 arasında Bakı şəhəri 51 saylı Notariat Ofisində bağlanmış 4Ə-401 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2020-ci il tarixli, AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsindəki 41 saylı evin 46 kv.m sahəsi olan 2 otaqlı 63 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə ona məxsus olmuşdur. O, həmin evi satmaq üçün müxtəlif şəxslərə, maklerlərə müraciət etmiş, 21 aprel 2020-ci il tarixdə Cavabdeh1 adlı şəxsə Bakı şəhəri 51 saylı Notariat Ofisində etibarnamə vermişdir. Vüsaləni həmin günə qədər tanımamışdır, ilk dəfə həmin gün onu görmüşdür. Ona etibar etməsinə səbəb isə Nizami RİH-in əməkdaşının təkidi olmuşdur. Cavabdeh1 etibarnaməni 21 aprel 2020-ci il tarixdə, saat 12:56-da vermiş, həmin qadın isə mənzili təxminən 3-4 saatdan sonra, saat 16:28-də Bakı şəhəri 51 saylı Notariat Ofisində öz dəyərindən 2 dəfə aşağı qiymətə qohumu (çox güman ki, qardaşı) Cavabdeh2 adna alqı-satqı edərək keçirmiş, mənzil guya ki, 39.000 manata satılmışdır. Hesab edir ki, həmin müqavilə formal olaraq bağlanmışdır, aldatma yolu ilə onun etibarından sui-istifadə edilərək, həmçinin qeyriazərbaycanlı və yaşlı olmağından yararlanaraq onun mənzilini ələ keçirmişdir. Əvvəla, mənzilin qiyməti ən azı 65.000 manatdır, alqı-satqı həyata keçirən notarius da bunu yaxşı bilir, 2 dəfə aşağı qiymətə, 39.000 manata rəsmiləşdirilmiş müqavilədən ona pul verilməmişdir. Digər tərəfdən o, özü də Bakı şəhərində ola-ola, məhz həmin gün etibarnamə verdiyi halda (əgər o, Cavabdeh2la alqı-satqı etmək istəyirdisə, onda onunla özü müqavilə bağlaya bilərdi, etibarnamə vermək zərurəti olmazdı), digər bir notariusun 2 saatdan sonra aparılan əməliyyatdan “şübhələnməməsi” başa düşülən deyildir. Ona müqavilənin surəti də təqdim edilmədiyindən, həmin alqı-satqıdan təsadüfən xəbər tutmuş (evin qapısının açarı dəyişdirildikdən sonra), dərhal notariusa müraciət edərək xx.xx.2020-ci il tarixdə etibarnaməni ləğv etdirmişdir. Cavabdehlərin qeyd edilən hərəkətləri, hüquqdan suiistifadə etmələri onun maraqlarına toxunur, onun mülkiyyət hüququna qəsd edir, buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. İşə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılarkən iddiaçı iddia ərizəsinə əlavə verərək Cavabdeh4 cavabdeh qismində, 50 saylı Notariat Ofisinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Ərazi İdarəsin isə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmasını xahiş etmiş, iddia tələbini dəqiqləşdirərək onun adından Cavabdeh1 ilə Cavabdeh2 arasında Bakı şəhəri 51saylı Notariat Ofisində bağlanmış 4Ə-401 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2020-ci il tarixli, AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsinin və Cavabdeh2 ilə Cavabdeh4 arasında Bakı şəhərindəki 50 saylı Notariat Ofisində bağlanmış 4Ə-531- reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2020-ci il tarixli, AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri Nizami rayonu C.Naxçıvanski küçəsindəki 41 saylı evin 46 kv.m sahəsi olan 2 otaqlı 63 saylı mənzilinə dair daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh2 ilə Cavabdeh4 adına verilmiş çıxarışların ləğv edilməsini xahiş etmişdir.
4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-260/2021 saylı, 15 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh2 arasında Bakı şəhəri 51 saylı Notariat Ofisində bağlanmış Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsindəki 41 saylı evin 46 kv.m sahəsi olan 2 otaqlı 63 saylı mənzilin alqı-satqısına dair 4Ə-401 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2020-ci il tarixli, AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və Cavabdeh2 ilə Cavabdeh4 arasında həmin mənzillə əlaqədar Bakı şəhərindəki 50 saylı Notariat Ofisində bağlanmış 4Ə-531 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2020-ci il tarixli, AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, Bakı şəhəri Nizami rayonu C.Naxçıvanski küçəsindəki 41 saylı evin 46 kv.m sahəsi olan 2 otaqlı 63 saylı mənzilinə dair daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh2 və Cavabdeh4 adına verilmiş çıxarışların ləğv edilməsi qət edilmişdir (hakim: F.Mirzəyev).
Apellyasiya instansiyası məhkəməsində birinci icraat a) Apellyasiya şikayətinin dəlilləri
5. Həmin qətnamədən narazı qalan cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda apelyasiya şikayətləri vermişlər.
6. Cavabdeh4 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə keçirilmiş məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməmiş, ona nə şifahi nədə rəsmi qaydada növbəti məhkəmə iclaslarının vaxtı barədə məlumat verilməmiş, məhkəmə iclasında iştirakı təmin edilmədən qətnamə qəbul edilmişdir. Məhkəmə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, iş üzrə əhəmiyyət kəsb edən bütün halları araşdırmamış, qətnamədə iddia tələbinin ona qarşı hissəsinin hansı əsaslarla təmin edilməsinə münasibət bildirməmiş, iddia tələbinin həmin hissəsinin qanuniliyi və əsaslılığı məhkəmə araşdırması zamanı sübut edilməmiş, məhkəmənin iddia tələbi üzrə gəldiyi nəticə işin hallarına uyğun gəlməmiş, məhkəmə, yalnız iddiaçının adından etibarnamə əsasında çıxış edən Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 21 aprel 2020-ci il tarixli alqı-satqı müqaviləsini Mülki Məcəllənin 339.2-ci maddəsinə istinad edərək etibarsız hesab etdiyindən, etibarsız əqdin bağlanması nəticəsində əldə edilmiş mübahisəli mənzilə dair onunla Cavabdeh2 arasında bağlanmış 30 may 2020-ci il tarixli alqı-müqaviləsini də etibarsız hesab etməklə, öz şəxsi mülahizələrinə əsaslanaraq qərəzli, qanunsuz qətnamə qəbul etmişdir, ona görə də həmin qətnamə ləğv edilməlidir. Məhkəmə qətnaməsindən görünür ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, buna baxmayaraq, məhkəmə əsassız olaraq iddia tələbini təmin etmişdir. Bundan başqa, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adna qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Göründüyü kimi, qanunvericilik əqd əsasında daşınmaz əmlak əldə edən şəxslərin vicdanlılığını 3 əsasla: a) özgəninkiləşdirənin adına reyestrdəki qeydin mövcudluğu; b) reyestrin məzmununun dəqiqliyi; c) həmin qeydə dair etirazın reyestrə daxil edilməməsi ilə şərtləndirmişdir. Bu şərtlər mövcud olduqda daşınmaz əmlakı əldə edən şəxs vicdanlı hesab edilir və daşınmaz əmlakı özgəninkiləşdirənlə əvvəllər bağlanmış əqdin etibarsızlığı restitusiya qaydasında əmlakın ilkin mülkiyyətçisinə qaytarılması hüquqi nəticəsini doğurmur. Hazırkı iş üzrə o, mübahisəli mənzili əldə edərkən həmin mənzil daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adna qeydə alınmış, aralarında 30 may 2020-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanarkən reyestrdə əmlak üzərində yüklülük olmamış, reyestrə qeydə dair etiraz daxil edilməmişdir. Beləliklə, iddiaçı mübahisəli mənzilin Cavabdeh2 və sonradan onun adına daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatının məzmununun qeyridəqiqliyini sübuta yetirə bilməmişdir. Başqa sözlə, həmin nəzmunun həqiqiliyi və tamlığı prezumpsiyası qüvvədədir. Göründüyü kimi, o, mübahisəli mənzili vicdanlı əldə edən olmağına baxmayaraq, məhkəmə qətnamə qəbul edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini pozmuş, ümumiyyətlə mübahisəli mənzilin vicdanlı əldə edilməsi halını araşdırmamış, bununla da onun konstitusiyada təsbit edilmiş mülkiyyət hüququnu pozmuşdur. Apelyasiya şikayətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-260/2021 saylı, 15 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.
7. Cavabdeh1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-260/2021 saylı, 15 fevral 2021-ci il tarixli qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qanunsuz və əsassızdır, ləğv edilməlidir. İddiaçı iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəlləsinin 337.1 və 339.2-ci maddələrinə istinad etmiş, məhkəmə isə qeyd olunan hüquq normaları ilə yanaşı həmin Məcəllənin 359.3-cü maddəsinin normasını da hazırkı işə tətbiq edərək, iddiaçının adından alqı-satqı müqaviləsini-öz şəxsi maraqları üçün (şəxsən özüm barədə) bağladığını qeyd etmişdir. Aşağıda qeyd edilən əsaslara görə hesab edir ki, məkəmə qətnaməsi qanunsuz və əsassızdır. Nümayəndəsi və vəkilinin verdiyi izahat məhkəmə iclas protokolunda təhrif olunmuş və natamam şəkildə qeyd edilmişdir. İddiaçının tələbi tamamilə əsassızdır və işin faktiki halları ilə üst-üstə düşmür. Belə ki, Cavabdeh2 qardaşıdı, qardaşı mənzil almaq istəmiş və bununla bağlı maklerlərə müraciət elmişdir. İddiaçı da mənzilini satmaq istəmiş və bu səbəbdən onlar tanış olmuşlar. Seyfəddin iddiaçının mənzilinə baxmış, mənzili bəyənmiş, qiyməti ilə bağlı iddiaçı ilə razılaşdıqdan sonra alqı-satqı müqaviləsi bağlamaq qərarına gəlmişlər. O, iddiaçını müqavilə bağlanan gün görmüş, iddiaçı ilə qardaşı Seyfəddinin mənzilin alınması ilə bağlı apardıqları danışıqlarda iştirak etməmiş, vasitəçi olmamışdır. Alqısatqı müqaviləsi bağlanan gün qardaşı və əri ilə birlikdə qohum kimi notariat ofisinə gəlmiş, notariat ofisinə gələrkən iddiaçının ona etibarnamə verəcəyindən xəbərsiz olmuş, çünki iddiaçı özü müqaviləni bağlamaq məqsədi ilə notariat ofisinə gəlmişdir. Lakin həmin vaxt karantin rejimi ilə əlaqədar evdən 2 saatlıq SMS icazə ilə çıxmaq mümkün olduğu üçün iddiaçı SMS icazə ilə notariat ofisinə gəlmişdir. 21 savlı Notariat ofisində iş yükü çöx olduğundan və iddiaçının icazəsinin vaxtının bitməsinə az qaldığından, iddiaçı ona etibarnamə verərək getmişdir. İddiaçı ona etibarnaməni könüllü şəkildə vermiş, həmin vaxt ona heç bir təsir göstərilməmiş, aldadılmamışdır. Qeyd etdiyi kimi notariat ofisində iş yükü çox olduğundan alqı-satqı müqaviləsini bağlamaq üçün 51 saylı Notariat ofisinə getmişlər. Müqavilə bağlandıqdan sonra həmin gün o, etibarnamə əsasında (etibarnamədə iddiaçı pulu almaq səlahiyyətini də ona vermişdir) 390 ədəd yüzlük əskinas şəklində 39.000 manat pulu depozitdən çıxarmış, növbəti gün isə Seyfəddin və əri Məmmədlə birlikdə iddiaçı ilə görüşmüş və Seyfəddin pulu iddiaçıya vermişdir, iddiaçı pulu sayaraq almış və mənzilin açarlarını Seyfəddinə təhvil vermişdir. O, səlahiyyətli şəxs kimi pulu depozitdən çıxarmış, pulu iddiaçıya verərkən hər hansı sənədə imza etdirməməklərinin səbəbi o olmuşdur ki, iddiaçıya mənzilin pulu Seyfəddinlə razılaşdıqları kimi 39.000 manat 390 ədəd yüzlük əskinas şəklində verilmişdir, iddiaçı da pulu sayaraq məbləğin düz olduğunu bildirmiş və mənzilin açarını Seyfəddinə təhvil vermişdir. İddiaçı ilə Seyfəddin arasında pul haqq hesabı düz olduğu üçün pulu iddiaçıya verərkən hər hansı sənədə imza etdirməyə ehtiyac görməmişlər. Seyfəddin mənzili iddiaçıdan təhvil aldıqdan sonra mənzildə müəyvən təmir işləri görmüş və aldığından baha qiymətə Cavabdeh4 satmışdır. Bundan başqa, qətnamədən və iş materiallarından görünür ki, iddiaçının əri X1 də mənzilin satılmasına dair notariat ofisinə razılıq ərizəsi vermişdir. Belə olan halda necə ola bilər ki, iddiaçı mənzilə dair alqı-satqının olmasından təsadüfən, yəni evin qapısının açarı dəyişdirildikdən sonra xəbər tutsun. İddiaçı mənzilini satmaq istəmirdisə niyə Seyfəddinlə mənzilin alqı-satqısına dair əvvəlcədən razılaşmışdı. Digər tərəfdən, iddiaçı mənzili satmaq niyyətində olmadığını, alqısatqı etmək istəyirdisə müqaviləni özünün də bağlaya bilmək imkanı olduğunu qeyd elməklə, guya onun iddiaçını aldadaraq ondan etibarnamə aldığını sübut etməyə çalışmışdır. İddiaçı mənzilini satmaq istəmirdisə niyə notariat ofisinə gəlmişdir? Tutaq ki, mənzilini satmaq istəməmişdir, necə ola hilər ki, həmin gün iddiaçının əri notariat ofisinə gələrək mənzilin satılmasına dair razılıq ərizəsi versin? İddiaçının ərini belə ərizəni yazmağa kim vadar etmişdir? Göründüyü kimi, iddiaçının iddia ərizəsində qeyd etdiyi xüsusatlar absurddur və işin halları ilə ziddiyyət təşkil edir. İşin hallarından görünür ki, iddiaçı müqavilə azadlığı prinsipi çərçivəsində mülkiyyətində olan mənzilinə dair sərəncam verərkən tam sərbəst iradəsi ilə hərəkət etmiş, alqı-satqı müqaviləsində hər bir tərəfin iradəsi tam ifadə olunmuş, iddiaçının ona könüllü şəkildə verdiyi etibarnamə əsasında onu təmsil edib, Seyfəddinlə razılaşdıqları formada müqaviləni bağlamış, həmin müqavilədə iddiaçının maraqlarını təmsil etmişdir. İddiaçının yaşlı və qeyri-azərbaycanlı olmasından sui-istifadə edib aldadaraq adına etibarnamə verməsinə məcbur elməyi, mənzili dəyərindən iki dəfə ucuz qiymətə satmağı, müqavilənin formal olaraq bağlanmasına nail olmağı faktı sübuta yetirilməmişdir. Qeyd olunan halların heç biri, həmçinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün Mülki Məcəllənin 337-349-cu maddələrində göstərilmiş əsaslardan heç biri mövcud olmadığı halda, həmin müqavilənin etibarsız hesab edilməsi tamamilə qanunsuz və əsassızdır. İşin hallarından görünür ki, o, müqavilə bağlayarkən iddiaçının adından çıxış etməklə, iddiaçının maraqlarına uyğun hərəkət elmiş, alqı-satqı müqaviləsinin onun şəxsi maraqlarına uyğun olması, etibarnamə əsasında öz şəxsi maraqları üçün hərəkət etdiyinin nədə ifadə olunması məhkəmə baxışı zamanı öz təsdiqini tapmamış, məhkəmə formal mülahizələrə əsaslanaraq qərəzli qətnamə qəbul elmişdir. Əgər iddiaçıya pul verilməmişdirsə, mənzilin açarlarını və mənzili niyə Seyfəddinə təhvil vermişdir. ’ Apelyasiya şikayətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-260/2021 saylı, 15 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.
8. Cavabdeh2 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-260/2021 saylı, 15 fevral 2021-ci il tarixli qətnaməsi qanunsuz və əsassızdır, qətnamədə maddi hüquq normaları düzgün tətbiq edilmədiyindən, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən, qətnamə ləğv edilməlidir. İddiaçı iddia tələbini hüquqi cəhətdən Mülki Məcəlləsinin 337.1 və 339.2-ci maddələri ilə əsaslandırmışdır. Nümayəndəsi və vəkilinin verdiyi izahat məhkəmə iclas protokolunda təhrif olunmuş və natamam şəkildə qeyd edilmişdir. İddiaçının tələbi tamamilə qanunsuz və əsassızdır və işin faktiki halları ilə üst-üstə düşmür. Belə ki, o, mənzil almaq istəmiş və bununla bağlı maklerlərə müraciət elmişdir. O, tanışları vasitəsi ilə Nizami rayonu ərazisində Mənzil İstismar Sahəsinin rəisi Natiq adlı şəxslə tanış olmuş, Natiq ona tanışının iddiaçının mənzilini satdığını, müştəri tapması üçün maklerlərlə yanaşı Natiqə də müraciət etdiyini bildirmişdir. Bundan sonra iddiaçı ilə tanış olmuş, iddiaçının satdığı mənzilə baxmış, mənzili bəyənmiş, qiyməti ilə bağlı iddiaçı ilə razılaşdıqdan sonra alqı-satqı müqaviləsi bağlamaq qərarına gəlmiş, mənzilin qiymətini 39.000 manata rəsmiləşdirmək barədə razılaşmışlar, 3000 manatı isə 39.000 manatdan əlavə əvvəlcədən beh kimi əlbə-əl iddiaçıya vermişdir. İş üzrə cavabdeh X4 bacısıdır, lakin Vüsalə müqavilə bağlanan günə qədər iddiaçını görməmiş, mənzilin alınması ilə bağlı iddiaçı və onunla söhbətlərində iştirak etməmişdir. Alqı-satqı müqaviləsi bağlanan gün Vüsalə və əri Məmməd onunla birlikdə qohum kimi notariat ofisinə gəlmişlər. İddiaçı özü müqaviləni bağlamaq üçün notariat ofisinə gəlmişdir, lakin həmin vaxt karantin rejimi ilə əlaqədar evdən 2 saatlıq SMS icazə ilə çıxmaq mümkün olduğu üçün iddiaçı SMS icazə ilə notariat ofisinə gəlmişdir. 21 saylı Notariat ofisində iş yükü çox olduğundan və iddiaçının icazəsinin vaxtının bitməsinə az qaldığından, o, könüllü şəkildə, öz istəyi ilə Vüsaləyə etibarnamə vermişdir. İddiaçını Vüsaləyə etibarnamə verməyə heç kim məcbur etməmiş, notariusda növbə olduğundan və iddiaçı gözləyəcəyi halda SMS icazəsinin vaxtı bitəcəyindən, Vüsaləyə yalnız onun adından sənədləri imzalamaq üçün etibarnamə vermiş, müqavilənin bütün şərtlərini, ən əsas da mənzilin satış qiymətini əvvəlcədən iddiaçı ilə razılaşmışlar. Müqavilə iddiaçı ilə razılaşdıqları kimi mənzilin satış qiyməti 39.000 manat göstərilməklə bağlanmışdır. Müqavilə bağlandıqdan sonra həmin gün Vüsalə etibarnamə əsasında 39.000 manat pulu depozitdən çıxarmış, növbəti gün isə o, Vüsalə və əri Məmmədlə birlikdə iddiaçı ilə görüşlər, o, pulu iddiaçıya vermiş, iddiaçı pulu sayıb düz olduğunu bildirərək almış və mənzilin açarlarını ona təhvil vermişdir. İddiaçı ona pul verilmədiyini bildirir. Əgər pulu almamışdırsa niyə mənzili ona təhvil vermişdir ? Daha sonra o, aldığı mənzildə bəzi kosmetik təmir işləri gördürdükdən sonra mənzili Cavabdeh4 satmış, alqı-satqı müqaviləsi tam qanuni şəkildə bağlanmışdır. Bundan başqa, qətnamədən və iş materiallarından görünür ki, iddiaçının əri X1 də mənzilin satılmasına dair notariat ofisinə razılıq ərizəsi vermişdir. Əgər iddiaçı mənzilini satmaq istəmirdisə niyə onunla mənzilin alqı-satqısına dair əvvəlcədən razılaşaraq bununla bağlı ondan 3.000 manat beh almışdı ? İddiaçı mənzilini satmaq istəmirdisə niyə notariat ofisinə gəlmişdir, halbuki həmin gün iddiaçının əri də notariat ofisinə gələrək mənzilin satılmasına dair razılıq ərizəsi vermişdir. Bu xüsusatlar iddiaçının dəlillərinin həqiqətə uyğun olmadığını göstərir və iddianın əsassızlığını sübut edir. İşin faktiki hallarından görünür ki, Cavabdeh1 müqavilə azadlığı prinsipi çərçivəsində, iş üzrə İddiaçı ona verdiyi etibarnamə əsasında hərəkət edərək, sonuncunun mülkiyyətində olan mənzilin üzərində sərəncam verərək alqısatqı müqaviləsini bağlayarkən iddiaçının maraqlarından çıxış edərək onu təmsil etmiş, alqısatqı müqaviləsində hər bir tərəfin iradəsi tam ifadə olunmuşdur. Həmin müqavilənin etibarsız hesab edilməsi üçün Mülki Məcəllənin 337-349-cu maddələrində sadalanan əsaslardan heç biri mövcud olmamışdır. İddiaçı Vüsalə və onun tərəfindən aldadılmamış, bu fakt məhkəmə baxışında da sübut edilməmiş, məhkəmə qətnamədə aldadılmanın hansı hərəkətlərdə ifadə olunmasını öz mülahizələrinə görə əsaslandırmış, Mülki Məcəlləsinin 359.3-cü maddəsinə istinad edərək, Vüsalənin etibarnamə əsasında şəxsən öz maraqları üçün hərəkət etdiyini “xüsusi” vurğulamış, bu əsaslarla iddianı təmin etmişdir. İddiaçı mübahisəli mənzilin onun və sonradan Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatının məzmununun qeyri-dəqiqliyini sübuta yetirə bilməmiş, yəni, həmin məzmunun həqiqiliyi və tamlığı prezumpsiyası qüvvədədir. Apelyasiya şikayətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-260/2021 saylı, 15 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5535/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən: Qürbət Əsgərov).
Kassasiya instansiyası məhkəməsində birinci icraat:
9. Həmin qətnamədən narazı qalan cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, qətnamənin ləğv edilməsini xahiş etmişlər.
10. Ali Məhkəmənin 2(102)-503/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə, Cavabdehlər Cavabdeh4, Cavabdeh2 kassasiya şikayətləri qismən, Cavabdeh1 kassasiya şikayəti tam təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 avqust 2021-ci il tarixli, 2(103)-5535/2021 saylı qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır (Sədrlik edən: Əhməd Əhmədov).
Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
11. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3398/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə, apellyasiya şikayətlərinin rədd olunaraq, Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia təmin olunaraq, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev № 41-də yerləşən 63 №- li mənzilə dair İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış, Bakı şəhəri 51 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilərək 4Ə-401 reyestr nömrəsi ilə qeydə alınmış alqısatqı müqaviləsinin etibarsız hesab olunması, həmin müqavilənin əsasında daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 mülkiyyət hüququna dair aparılmış qeydiyyat və onun adına verilmiş reyestr çıxarışının ləğv edilməsi, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev № 41-də yerləşən 63 №- li mənzilə dair Cavabdeh2 ilə Cavabdeh4 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış, Bakı şəhəri 50 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilərək 4Ə-531 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsi etibarsız hesab olunması, həmin müqavilənin əsasında daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh4 mülkiyyət hüququna dair aparılmış qeydiyyat və onun adına verilmiş reyestr çıxarışının ləğv edilməsi, Cavabdeh2 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə ödənilmiş 50.000 (əlli min) manatın Cavabdeh2 alınaraq Cavabdeh4 qaytarılması qət edilmişdir (sədrlik edən: Namiq Cəfərov).
12. Həmin qətnamədən cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 ayrıayrılıqda kassasiya şikayətləri verərək, qətnamənin ləğv edilməsini xahiş etmişlər.
Kassasiya instansiyası məhkəməsində ikinci icraat:
13. Ali Məhkəmənin 2(102)-4444/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 kassasiya şikayətləri qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3398/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apelyasiya baxışına qaytarılması qərara alınmışdır (sədrlik edən: Aqil Abbasov).
Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat a) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh4, onun vəkili Vəkil5, Cavabdeh1 vəkili Vəkil4 və Cavabdeh2 vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini xahiş etdilər.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil1 apellyasiya şikayətlərinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur.
17. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir.
18. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır.
19. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür.
20. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
21. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
22. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən.
23. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.
24. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
25. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağı əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
26. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
27. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən ər-arvadın birbirini saxlamaq vəzifəsi göstərilmişdir. Həmçinin ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər.
28. Həmin Məcəllənin 84.2.2-ci maddəsinə əsasən, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir.
29. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
30. Həmin Məcəllənin 100.3-ci maddəsinə əsasən, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər.
31. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında Qanuna əsasən 01 yanvar 2023-cü il tarixdən uşaqlar üçün məbləğ 220 manat müəyyən edilmişdir.
32. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
Apellyasiya baxışının hədləri:
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehlərin apellyasiya şikayətlərinə əsasən tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
36. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır.
37. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir.
38. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır.
39. İşin mübahisə olunmayan hallarına görə, 22 fevral 2020-ci il tarixli Çıxarışa əsasən, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 41 saylı evin 63-saylı mənzili iddiaçının mülkiyyətində olub. 21 aprel 2020-ci ildə iddiaçı, notarial qaydada təsdiq edilməklə mənzil üzərində sərəncam verməyi və digər hərəkətləri etməyə dair 10 il müddətinə, yəni 21 aprel 2030-cu il tarixədək qüvvədə olmaqla Cavabdeh1 adına etibarnamə və elə həmin gündə, yəni 21 aprel 2020-ci il tarixdə eyni notariusda iddiaçının əri Aleksandr Zarutskiy mənzilin satılmasına yazılı razılıq verib. 21 aprel 2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı adından mənzili 39.000 manata Cavabdeh2 satıb və elə həmin gündə də sonuncu mənzilin dəyəri olan 39.000 manatı notariusun Bankda olan xəzinəsinə mədaxil edib. Bundan sonra, 23 aprel 2020-ci il tarixli Çıxarışa əsasən mənzil mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydə alınıb və 30 may 2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi Fuad İslamov mənzili 50.000 manata Cavabdeh4 satıb və elə həmin gündə də sonuncu mənzilin dəyəri olan 50.000 manatı notariusun Bankda olan xəzinəsinə mədaxil edib. Eyni zamanda, işdən görünür ki, 18 may 2020-ci ildə iddiaçı ərizə ilə notariat ofisinə müraciət edərək 21 aprel 2020-ci ildə Vüsal Qasımzadənin adına verdiyi etibarnaməni ləğv etdirib. Hazırda iddiaçı, mənzili 65.000 manata satmaq niyyətində olduğunu, bunun üçün müxtəlif şəxslərə və maklerlərə müraciət etdiyini, mənzili satmaq üçün Cavabdeh1 adına etibarnamə verdiyini, elə həmin gündə də sonuncunun mənzili dəyərindən iki dəfə aşağı qiymətlə alqı-satqı müqaviləsinə əsasən qardaşı Cavabdeh2 adına keçirdiyini, həmin müqavilənin formal, aldatma təsiri altında bağlandığını, alqı-satqı müqaviləsi üzrə ona pul verilmədiyini göstərib, mənzilə dair alqı-satqı müqavilələrinin etibarsız hesab edilərək Çıxarışların ləğv edilməsini iddia edir.
40. Kollegiya qeyd edir ki, sözügedən mənzilə dair iddiaçının təmsilçisi Cavabdeh1 ilə Cavabdeh2 arasında alqı-satqı müqaviləsi bağlanarkən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozulması halı mülki iş materialları ilə təsdiq edilmir. Əksinə, həmin alqı-satqı müqaviləsinə əsasən mənzil Cavabdeh2 mülkiyyətinə keçib.
41. Nəzərə alınmalıdır ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
42. Həmçinin, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması zəruridir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr baş verir. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur.
43. Əqdin etibarsızlığı dedikdə isə- tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda, əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqa zidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətdir ki, bu hərəkət əqdin etibarlı olması şərtlərindən, heç olmazsa birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticə baş vermir. Bu cür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişməsinə və ya xitamına səbəb olmur.
44. Eyni hüquqi mövqe “N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyul 2009-cu il tarixli Qərarında da ifadə olunub.
45. Mülki qanunvericiliyə görə, müqavilə öhdəliyinin lazımınca icra edilməsi üçün müqavilənin məzmununun, ondan irəli gələn hüquq və vəzifələrin və müqavilənin bütün şərtlərinin düzgün araşdırılmasının böyük əhəmiyyəti vardır. Buna görə də Mülki Məcəllənin 404-cü maddəsində müqavilənin məhkəmə təfsiri və onun qaydaları nəzərdə tutulub. Şübhəsizki müqavilənin təfsiri zamanı hər şeydən əvvəl müqavilədəki söz və ifadələrin hərfi mənası aydınlaşdırılmalıdır. Bununla yanaşı məhkəmə, bütövlükdə müqavilənin hərfi mənasını onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almaqla tərəflərin iradə ifadəsinin həqiqi mənasını müəyyənləşdirməlidir. Bunları müəyyənləşdirmək üçün isə bütün hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, habelə tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı davranışı nəzərə alınmaqla, müqavilədəki hər bir sözün etimoloji anlamı, bu sözlərin birləşməsindən əmələ gələn düzgün məna aydınlaşdırılmalıdır.
46. Digər tərəfdən, Mülki Məcəllənin 337-354-cü maddələrində əqdlərin etibarsızlığının anlayışı, onların nəticələri, mübahisə edilən və əhəmiyyətsiz əqdlərin dairəsi dəqiq müəyyən edilib göstərilib və həmin normalarda əmlakın öz dəyərindən iki dəfə aşağı qiymətə satılması, təmsilçinin təmsil edilənin adından əmlakı öz qardaşına satması, habelə təmsilçinin etibarnamənin verildiyi eyni gündə təmsil edilənin adından əmlakı özgəninkiləşdirməsi, həmçinin təmsilçinin əmlakın dəyərini təmsil edilənə ödəməməsi halları, əqdin etibarsızlığının əsası kimi nəzərdə tutulmayıb.
47. Mülki Məcəllənin 398.1-ci maddəsinin mənasına görə, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir və bu qayda icrası qiymətlə, yəni müəyyən pul ödənişi ilə şərtləndirilən müqavilələrə aiddir. Məsələn, alqı-satqı müqaviləsi üzrə qiyməti tərəflər müəyyən edirlər və alıcı satılan əşyanı qəbul edərək həmin qiyməti ödəməklə müqaviləni icra etmiş olur.
48. Hazırki halda, iddiaçının əvvəldən sözügedən mənzili satmaq niyyətində, arzusunda olması işin mübahisə olunmayan halıdır və iddiaçı özü də iddia ərizəsində bu faktı inkar etməmişdir.
49. Göründüyü kimi tərəflər arasındakı hazırki mübahisə əslində iddiaçının mənzili 65.000 manata satmaq niyyətində olması, təmsilçi Cavabdeh1 isə mənzili dəyərindən ucuz qiymətə, yəni 39.000 manata satması, habelə mənzilin dəyərini iddiaçıya ödəməməsinə görə yaranıb.
50. Mülki Məcəllənin 359.1-ci maddəsinə görə, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə...əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.
51. Eləcə də, həmin Məcəllənin 421.2-ci maddəsində göstərilir ki, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuş olsun.
52. Mülki Məcəllənin 359.3-cü maddəsinin mənasına görə, təmsil edilənin mənafelərinin müdafiəsi və mümkün sui-istifadə hallarının qarşısını almaq məqsədi ilə təmsilçiyə təmsil edilənin adından özü ilə və ya təmsil etdiyi başqa şəxslə əqd bağlaması qadağandır. Təmsilçinin şəxsən özü ilə əqd bağlaması dedikdə - onun bilavasitə öz mənafeyi üçün, öz xeyrinə əqd bağlaması başa düşülür.
53. Kollegiya hesab edir ki, təmsilçi Cavabdeh1 təmsil etdiyi iddiaçının adından mənzili əvəzi ödənilməklə qardaşı Cavabdeh2 satması, sonuncunun isə mənzilin dəyərini təşkil edən razılaşdırılmış 39.000 manat pul vəsaitini notariusun Bankda olan depozitinə köçürməsi, təmsilçi Cavabdeh1 şəxsən özü barəsində əqd bağlaması anlamına gəlmir və birinci instansiya məhkəməsi qeyd olunan maddənin təfsirində səhvə yol verib.
54. Həmin maddədə göstərilir ki, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir.
55. Maddənin mənasına görə aldatma dedikdə-şəxsin əsl həqiqəti gizlətməsi, müqavilə üzrə digər tərəfi hiyləgərcəsinə həqiqətdən uzaq müəyyən hərəkətə həvəsləndirərək təhrik etməsi anlaşılır. Bu yolla maraqlı tərəf arzuladığı və öz iradəsinə müvafiq olan, lakin aldadılmış tərəfin mənafeyinə zidd olan bir əqdin bağlanmasına nail olur və bağlanmış əqddə aldadılmış tərəfin həqiqi iradəsi təhrif edilmiş olur. Buna görə də belə əqdləri aldadılmış tərəf mübahisələndirə bilər.
56. Göründüyü kimi, tərəflər arasında iddiaçının mənafeyinə zidd olan başqa bir əqd deyil, məhz onun arzu etdiyi əqd, alqı-satqı müqaviləsi bağlanıb.
57. Birinci instansiya məhkəməsi, alqı-satqı müqaviləsinin bağlanması məqsədilə iddiaçının cavabdehlər tərəfindən aldadılmasının nədə ifadə olunmasını aydınlaşdırmadan, yalnız ehtimallara əsaslanaraq iddia tələbini təmin etmişdir. Hansı ki, ilk gündən iddiaçının niyyəti, arzusu mənzili satmaq olub və məhz bunun üçün Cavabdeh1 adına etibarnamə verib.
58. Ona görə də apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlir ki, Cavabdeh1 mənzili iddiaçının iddia etdiyi kimi 65.000 manata deyil, 39.000 manata öz qardaşı Cavabdeh2 satması və satış pulunu iddiaçıya verməməsi, sonuncunun əqd bağlanması məqsədilə aldadılması kimi qiymətləndirilə bilməz.
59. Mülki Məcəllənin 140-ci maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən isə reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və sair hüquqlarının olmasını istisna edir.
60. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Daşınmaz əmlak barədə reyestrin məzmununun qeyri-dəqiqliyinin müəyyən olunmasını iddiaçının bunu sübut etməsi ilə əlaqələndirmişdir. İddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur. Əksinə o, buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır.
61. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir.
62. Həmçinin, həmin Qərarda göstərilmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır.
63. Bundan başqa, işdən görünür ki, sözügedən alqı-satqı müqavilələri bağlanarkən notariusun Bankda olan depozit hesabına Cavabdeh2 tərəfindən 39.000 manat, Cavabdeh4 tərəfindən isə 50.000 manat pul köçürülüb və işdə, bunun əksini təsdiq edən heç bir yazılı sübut yoxdur.
64. İşə üçüncü dəfə apellyasiya instansiyası məhkəməsində baxılan zaman, Ali Məhkəmənin göstərişlərinə müvafiq araşdırma aparılaraq, iddiaçının ərizəsinə əsasən, X2 şahid qismində dindirilməsini həyata keçirilmişdir. Müəyyən edilmişdir ki, X5 Rayon İcra Hakimiyyəti MTKB 2 saylı MKİS-in keçmiş rəisi olmuşdur. O, izahatında bildirmişdir ki, İddiaçı evi satmaq istəmişdir. Seyfəddin və Vüsalə ev almaq məqsədilə ona müraciət etmişlər, o da sözügedən evi onlara təklif etmişdir.
65. Kollegiya iş materiallarını şahid ifadəsi ilə yanakı şəkildə qiymətləndirərək hesab edir ki, iddiaçının sözügedən mənzili satmaq niyyətinin olmaması işin halları ilə öz təsdiqini tapmır. Bu səbəbdən də, əqdin etibarsız hesab edilərək iddia tələbinin təmin edilməsindən ibarət birinci instansiya məhkəməsinin mövqeyi əsassız hesab olunmalıdır.
66. Kollegiya qeyd edilməsini zəruri hesab edir ki, mənzilin dəyərinin iddiaçıya ödənilməməsi ilk alqı-satqı müqaviləsinin etibarsız sayılması üçün əsas ola bilməz. Belə halda hüquq müdafiə vasitəsi kimi iddiaçı etibarnamə üzrə təmsilçisi olmuş Cavabdeh1 qarşı iddia qaldırmaqla mənzilin dəyərini və yaxud düşdüyü zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Başqa sözlə, satıcıya əvəz ödəməməsi zərərin tələb edilməsi üçün əsas ola bilər, müqavilənin etibarsızlığı üçün isə əsas deyil.
67. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətləri təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir.
68. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
69. Həmin Məcəllənin 385.1. və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
70. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
71. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
q ə t e t d i:
Cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-260/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev
Hakimlər: İkram Şirinov
Elşən Kazımov