Məhkəmə qərarları › İş №2(103)-8168/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8168/2021

04.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8168/2021 04.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı, Cavabdeh Mirzə qızının, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh Mirzə qızı və X8 qarşı "vərəsəlik hüququ üzrə sair mübahisələr" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 05.04.2021-ci il tarixli, 2(003)-336/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh Mirzə qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən miras əmlakın (torpaq sahəsinin və evin) tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi, Bakı şəhəri 7 saylı dövlət notariat kontoru tərəfindən Cavabdeh adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin şəhadətnamə əsasında Cavabdeh adına verilmiş çıxarışın ləğv edilməsi barədə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə məhkəmə iclasında baxılması zamanı Mülki Prosessual Məcəllənin 51.3-cü maddəsinə əsasən, X16 cavabdeh qismində işə cəlb edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən ev və torpaq sahəsi babası X10 məxsus olmuşdur. X45 Bədəlov 28.10.2001-ci ildə vəfat etmişdir. Babası sağlığında 23.02.1964-cü il tarixdə ünvan 1 ünvanında yerləşən evin 1/3 hissəsini qızı, onun X5na notarial qaydada vəsiyyət etmişdir. Bundan əlavə, 1964 və 1965-ci il tarixlərdə ünvan 1 ünvanda yerləşən torpaq sahəsinin yarısı X14 adına keçirilmişdir. X5 09.09.2006-cı il tarixdə vəfat etmişdir. Lakin həmin torpaq sahəsinin sənədlərini itirmişdir və tapa bilmir. Onun uşaqlıq, cavanlıq illəri ünvan 1 ünvanda keçmiş, orada məktəbə getmişdir. Babası və anası rəhmətə gedəndən sonra 2008-ci ildə dayısı Ədalət Bədəlov və xalası Cavabdeh ilə həmin torpaq sahəsinin və evin satılması ilə bağlı ona müraciət etmişlər ki, sataq pulunu bölək. O, razılaşmamışdır ki, baba yurdunu satmasınlar, bir müddət gözləsinlər, o, cavabdehlərə düşəcək pulu versin. Sonra dayısı Rusiya Federasiyasına getmişdir. Hər dəfə bu məsələ açılanda xalası deyirdi ki, oradan heç bir pay istəmir, dayısı gəlsin, özləri həll edər. Bu ayın əvvəlləri telefonuna dayısı zəng etmiş, söhbət əsnasında dayısının Bakı şəhərində olduğunu, babasının adına olan evi və torpağı ondan gizli xalası Cavabdeh adına rəsmiləşdirdiyini bilmişdir. Hazırda dayısı həmin torpağı və evi ondan gizli satıb yenə ölkədən getmək istəyir. Qeyd olunanlara əsasən, ünvan 1 ünvanda yerləşən miras əmlakın (torpaq sahəsinin və evin) tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi, Bakı şəhəri 7 saylı dövlət notariat kontoru tərəfindən Cavabdeh adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin şəhadətnamə əsasında Cavabdeh adına verilmiş çıxarışın ləğv edilməsi barədə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(003)-336/2021 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia ərizəsi ilə eynilik təşkil edən apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığına görə qətnamədə göstərilmiş hallar işin nəticəsinə uyğun olmamışdır. Məhkəmə prosesinin gedişində müəyyən edilmişdir ki, iş üzrə cavabdeh X19 23.05.2021-ci il tarixdə ölmüşdür və məhkəmənin qərarı ilə digər Cavabdeh Qalamirzə qızı onun prosessual hüquq varisi kimi işə cəlb edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh və digər cavabdehin prosessual hüquq varisi Cavabdeh Mirzə qızı, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 05.04.2021-ci il tarixli, 2(003)-336/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlıanılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdeh X16 məhkəməyə gəlməmiş və bunun səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X20 28.10.2001-ci ildə vəfat etmişdir. İş materiallarında olan Xəzər Rayonu İcra Hakimiyyəti Başçısının Şüvəlan qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən 7 saylı notariat kontoruna verilmiş arayışın surətindən görünür ki, X20 ölən günə kimi ünvan 2 ünvanında yaşamışdır. Ailə üzvləri X17, X24 və X4 olmuşdur. İş materiallarında olan ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X4 21.02.1988-ci ildə vəfat etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh Qalamirzə qızının atası X20, anası X2r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 atası X20, anası X3r. İş materiallarında olan 09.09.2001-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X11 özünə məxsus bütün əmlakını qızı Cavabdeh vəsiyyət etmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Notariat Arxivinin 07.02.2007-ci il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri 7 saylı dövlət notariat kontorunda 23 fevral 1964-cü il tarixdə 1-257 reyestr nömrəsilə rəsmiləşdirilmiş bağışlama müqaviləsinin dəyişdirilməsinin və ya ləğv edilməsinin yoxlanılması barədə Dövlət notariat arxivinə məlumat daxil olmamışdır. İş materiallarında olan X11 ünvan 2 ünvanına dair evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 1963-cü il tarixli pasport verilmişdir. İş materiallarında olan daşınmaz əmlakın Dövlət reyestrindən 09.03.2018-ci il tarixli RX ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 69.6 kv.m. fərdi yaşayış evi və 0.14345 ha olan torpaq sahəsi X9 afdına daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Birinci instansiya məhkəməsinin sorğu əsasında əldə etdiyi, Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisinin 18.02.2021-ci il tarixli 167 saylı məktubundan və ona əlavə edilmiş vərəsəlik işindən görünür ki, 15.03.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 28.10.2001-ci il tarixdə ölmüş X9 vərəsəsi qızı Cavabdeh Qalamirzə qızı və oğlu X16 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 69.6 kv.m. fərdi yaşayış evi və 0.14345 ha olan torpaq sahəsindən ibarət miras əmlakdan ½ hissədə pay almalıdır. İş materiallarında olan 15 mart 2018-ci il tarixli vərəsəlikdə miras payın bağışlanmasına dair müqavilənin surətindən görünür ki, X16 mərhum atasından miras qalmış ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 69.6 kv.m. fərdi yaşayış evi və 0.14345 ha olan torpaq sahəsindən ona düşən ½ hissə vərəsəlik payını Cavabdeh Qalamirzə qızına bağışlamışdır. İş materiallarında olan 27.06.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh Qalamirzə qızı ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 69.6 kv.m. fərdi yaşayış evi və 0.14345 ha olan torpaq sahəsini qardaşı X8 bağışlamış, həmin ünvan sonuncunun adına 13.10.2020-ci il tarixdə daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisinin 28 sentyabr 2020-ci il tarixli məktubunun surətindən görünür ki, İddiaçı mərhum anası 09.09.2006-cı il tarixdə ölmüş X7 miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd sayılan çıxarış olmadığı üçün, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermək mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 02 mart 2021-ci il tarixli məktubundan görünür ki, X14 adına ünvan 2 ünvanında qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş 23.02.1964-cü il tarixli “tikilinin bağışlanması” barədə müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X20 ünvan 2 ünvanda yerləşən tikilini 1/3 hissədə X18 bağışlamışdır. Həmin müqavilə hal-hazırda da qüvvədədir. İşin araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçının X5 mirasqoyan X9 doğma övladı olmamış, nə də onun tərəfindən övladlığa götürülməmişdir. İlima Manafova mirasqoyan X41 arvadı olmuş mərhum X1 əvvəlki nikahdan doğulmuş ölvadı olmuşdur. X46 Bədəlov öldükdən sonra onun birinci növbəli vərəsələri hazırkı iş üzrə cavabdehlər – X16 və Cavabdeh Qalamirzə qızı olmuşdur. Hazırki işdə İddiaçı mübahisəli evin miras kimi tərəfindən faktiki qəbul edilməsini bildirərək, əmlakın babası, mərhum X20 tərəfindən anası X15 bağışlanmasına istinad edərək hazırki iddia tələbini əsaslandırmışdır. Kollegiya işin hallarını müzakirə edərək qeyd edir ki, iddiaçının tələbi əsassız olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən, vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. İddiaçı cavabdehlərlə yanaşı, onun da mərhum X41 eyni növbəli vərəsəsi olduğunu, bu səbəbdən mirasda onun da pay hüququnun olduğunu iddia etmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, İddiaçı mərhum X38 miras qalmış ünvan 2 ünvanda yerləşən miras əmlaka münasibətdə MM-nin 1159-cu maddəsi ilə müəyyən edilmiş vərəsələr siyahısına daxil olan şəxs hesab edilmir. Həmçinin, onun mərhum anası da, iddiaçının iddia etdiyi kimi, mirasqoyan X41 birinci növbəli vərəsəsi olmamışdır. Belə olan halda, mirasqoyan X41 ölümündən sonra iddiaçının mübahisəli əmlakdan istifadə etməsi, bununla da həmin mirası faktiki qəbul etməsi barədə dəlilləri əsassız olmuşdur. Bundan başqa, İddiaçı mərhum X20 tərəfindən mübahisəli əmlakın bir hissəsinin X18 bağışlanmasına dair 23.02.1964-cü il tarixli “tikilinin bağışlanması” barədə müqaviləyə istinad etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli miras əmlak xüsusi mülkiyyət hüququ ilə mirasqoyan X9 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş və vərəsəlik hüququ haqqında şəhadətnamə həmin qeydiyyat əsasında verilmiş, iddiaçı reyestrdə aparılmış qeydi mübahisələndirməmişdir. Azərbaycan Respublikası MM-nin 140.1-ci maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən bağışlama müqaviləsi cavabdehlərə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin və dövlət reyestrində aparılmış çıxarışın ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutlar araşdırmalı və onlardan istfadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Ona görə də apellyasiya şikayəti isə təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 05.04.2021-ci il tarixli, 2(003)- 336/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar