Məhkəmə qərarları › İş №2(103)-8173/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8173/2021

29.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8173/2021 29.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair Bakı şəhəri Xəzər Rayon Мəhkəməsinin 2(003)-914/2021 saylı iş üzrə qəbul etdiyi 13 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən əsassız hesablanmış 968 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 30 aprel 2019-cu il tarixdə Cavabdeh tərəfindən ******* saylı qaz sayxacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilməklə yeni sayğac onun iştiakı ilə ünvan 1 ünvanına quraşdırıldı və ona heç bir problem olmadığı bildirildi. O hər ay istifadə etdiyi qazın borcunu vaxtında ödəmişdir. Sonradan o qaz sayğacının kartına pul yükləmək istədiyi zaman qazın karından pul tutuldu. O bu barədə Cavabdehnə müraciət etdikdə oradan ona bildirdilər ki, onun 968 manat borcu var. Bununla bağlı o müvafiq olaraq Cavabdeh Xəzər rayon şöbəsinə müraciət etdi, həmin idarənin əməkdaşları tərəfindən ona bildirdilər ki, onun tərəfindən qaz sayğacına müdaxilə edildiyi üçün ona 968 manat cərimə yazılmışdır. O heç vaxt qaz sayğacına müdaxilə etməmiş və daim istehlak etdiyi qaza görə borcunu ödəmişdir. Bakı şəhəri Xəzər Rayon Мəhkəməsinin 2(003)-914/2021 saylı iş üzrə qəbul etdiyi 13 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı məxsus ünvan 1 ünvanına Cavabdeh tərəfindən (**********00560 saylı abonent hesabına) hesablanmış 852,60 manat məbləğində borcun silinməsi və 30 manat dövlət rüsumunun Cavabdehndən alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Birliyin Bakı Regional Qazın Satışı Departamentinin nümayəndələri tərəfindən iddiaçıya, yəni istehlakçıya məxsus yaşayış sahəsində təbii qazın uçotu və TQİQ-na riayyət olunmasını yoxladıqda təbii qazdan istifadə qaydalarının pozulması aşkar olunmuş və bu barədə «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» Akt tərtib olunmuşdur. Lakin birinci instansiya məhkəməsi əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, bu hal isə cavabdehin, yəni Cavabdeh ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına gətirib çıxartmışdır. İddiaçıya aid olan **********00560 abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Həmçinin birinci instansiya məhkəməsi məhkəməyə müraciət etmiş iddiaçının mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsinə əməl edib-etməməsini araşdırmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, iahatında əlavə olaraq bildirdi ki, quraşdırılmış sayğaca tərəfindən hər hansı bir müdaxilə edilməmiş vəhesablanmış borc əsassızdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının həddini qətnamənin qanuniliyinin və əsaslılığının qismən yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı mübahisələndirməmiş, cavabdeh isə yazılı apellyasiya şikayətində qətnamənin ləğvini xahiş etsə də, şikayətin mahiyyətindən aydın olur ki, onun iradə ifadəsi qətnamənin yalnız iddianın qismən təmin edilməsi ilə bağlı hissədə ləğvinə yönəlmişdir. Apellyasiya baxışının həddi ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 29.03.2019-cu il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətində qeyd edilmişdir ki, abonent təbii qazdan qeyri-qanuni istifadə edir. İş materiallarından görünür ki, itirilmiş qazın bərpası üzrə hesablamaya əsasən 29.03.2019-cu il tarixli, ******* saylı akt əsasında itirilmiş qaz sərfiyyatı qaz işlədicilərindən PQ4 maksimal saatlıq qaz sərfi 1,2 m3 /saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 180 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3 /saat orta günlük iş rejimi 10 saat və hesabat müddəti 180 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 m3 /saat orta günlük iş rejimi 18 saat hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və nəticədə 8532 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan 30.04.2019-cu il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətində qeyd edilmişdir ki, abonent təbii qazdan qeyri-qanuni istifadə edir. İş materiallarından görünür ki, itirilmiş qazın bərpası üzrə hesablamaya əsasən 30.04.2019-cu il tarixli, ******* saylı akt əsasında qaz işlədicilərindən PQ4 maksimal saatlıq qaz sərfi 1,2 m3 /saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün, QSQnin maksimal saatlıq qaz sərfi 1,5 m3 /saat orta günlük iş rejimi 8 saat hesabat müddəti 30 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 m3 /saat orta günlük iş rejimi 18 saat hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və nəticədə 1332 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə, «Enerji resurslarının istifadəsi haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən enerji resurslarından istifadəyə görə ödənişlərin müddətinin pozulmasına yol verən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. İş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı məxsus evdə quraşdırılımış sayğaca qeyri-qanuni qoşulma olduğu aşkar olunduğu və buna dair cavabdeh tərəfindən 29.03.2019-cu il tarixli, ******* saylı akt əsasında itirilmiş qaz sərfiyyatı qaz işlədicilərindən PQ4 maksimal saatlıq qaz sərfi 1,2 m3 /saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 180 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3 /saat orta günlük iş rejimi 10 saat və hesabat müddəti 180 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 m3 /saat orta günlük iş rejimi 18 saat hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və nəticədə 8532 m3 qazın itkisi aşkar edilmişdir. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, Cavabdeh tərəfindən 29.03.2019-cu il tarixli, ******* saylı akt əsasında itirilmiş qaz sərfiyyatı 180 gün hesablanmaqla aparılması qanunvericiliyin tələblərinə zidd olması barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaət haqlı olmuşdur. Belə ki, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməkdə haqlıdır, lakin həmin hallarla bağlı hesabat 180 gün müddətinə tərtib edilməsi qanunvericiliyin tələblərinə ziddir. Göründüyü kimi 29.03.2019-cu il tarixli, ******* saylı akt əsasında 180 gün yox, 30 gün müəyyən edilməklə aparılmalıdır. Bundan başqa işin hallarından görünür ki, iddiaçı, ona məxsus evdə dəmir soba olmadığı halda ona dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 m3 /saat orta günlük iş rejimi 18 saatı müəyyən edilməklə hesabat apardığını bildimişdir. Akt üzrə aparılmış hesabatda qeyd edilən evdə dəmir sobanın mövcudluğuna dair isə cavabdeh birliyin nümayəndəsi tərəfindən hər hansı bir sübut məhkəmə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi məhz qeyd olunanlara əsasən düzgün olaraq belə nəticəyə gəlmişdir ki, 29.03.2019-cu il tarixli, ******* saylı akt əsasında 180 gün yox, 30 gün olmaqla aparılmalı, həmçinin 29.03.2019-cu il tarixli, ******* saylı akt və 30.04.2019-cu il tarixli, ******* saylı akt əsasında aparılmış olan hesabatlardan dəmir soba nəzərə alınmaqla aparılmış hesabat çıxarılmaqla 30.04.2019-cu il tarixli, ******* saylı akt əsasında (1,2x6x30=216 m3 , 1,5x8x30=360 m3 ), 29.03.2019-cu il tarixli, ******* saylı akt əsasında 180 gün yox, 30 gün olmaqla və dəmir soba əsasında aparılmış hesabat çıxılmaqla (1,2x6x30=216 m3 , 1,5x8x30=360 m3 ) hesabat aparılmalıdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən tərtib edilmiş 29.03.2019-cu il tarixli, ******* saylı akt əsasında 180 gün yox, 30 gün olmaqla və dəmir soba əsasında aparılmış hesabat çıxılmaqla (1,2x6x30=216 m3 x 0,10 = 21,60 manat, 1,5x8x30=360 m3 x 0,10 = 36 manat), 30.04.2019-cu il tarixli, ******* saylı akt əsasında (1,2x6x30=216 m3 x 0,10 = 21,60 manat, 1,5x8x30=360 m3 x 0,10 = 36 manat) qaz sərfiyatı və həmin sərfiyat üzrə tutulacaq pul məbləği müəyyən edilməli və İddiaçı məxsus ünvan 1 ünvanına **********00560 saylı abonent hesabına hesablanmış 852,80 manat məbləğində borc silinməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, qeyd olunan maddi hüquq normalarının tələblərini nəzərə alan Kollegiya bildirir ki, fıziki şəxs olan istehlakçıların (hazırki halda iddiaçının) qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni cavabdeh Birlik daşıyır. Buna görə də Məhkəmə hesab edir ki, qaz sayğacında olan hər hansı qüsura görə iddiaçı cavabdehlik daşımır. Yuxarıda qeyd edilən Aktda göstərilən müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edən cavabdeh Birlik tərəfindən hər hansı sübutun məhkəmələrə təqdim edilməməsi Aktda əks olunan halın həqiqətə uyğun olan kimi qiymətləndirilməsini qeyri-mümkün edir. Belə olan halda kollegiya akta əsasən hesablanmış 852,80 manat borcun tələb edilməsini əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinin mənasına görə, dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, habelə başqa orqanların aktlarının və qərarlarının qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı və ya qərarı qəbul etmiş orqanın üzərinə düşür. MPM-nin 14.2-ci maddəsinə görə isə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddianı təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə cavabdehin özünə aid edilməlidir. MPM-nin 404-1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Мəhkəməsinin 2(003)-914/2021 saylı iş üzrə qəbul etdiyi 13 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar