Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8184/2020 24.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Cavabdeh etibarnamə əsasında nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1150/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçınümayəndəsi və vəkiliX4 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh arasında xx.xx.2015-ci ildə Bakı şəhəri 21 saylı Notariat kontorunda reyestrdə 3M-182 № ilə qeyd olunmaqla bağlanmış mövcud borcun etiraf edilməsi (mücərrəd) müqaviləsinin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2015-ci ildə bağlanmış mövcud borcun etiraf edilməsi (mücərrəd) müqaviləsinə əsasən borclu (İddiaçı) bu müqavilə ilə borc verənə (Cavabdeh) 65.000 ABŞ dolları borcunun olduğunu bəyan və tam etiraf edir və həmin məbləği bu Müqavilədə müəyyən edilmiş müddətdə və şərtlərlə borc verənə tam həcmdə qaytarmağı öhdəsinə götürür. Müqavilənin 3.1-ci bəndinə görə borclu bu müqavilə ilə etiraf etdiyi borcu xx.xx.2017-ci il müddətinədək borc verənə qaytarmağı öhdəsinə götürür. Müqavilədə mövcudluğu etiraf olunan 65.000 ABŞ dolları borcun hansı öhdəlik münasibətlərindən yarandığı əsaslandırılmamışdır. Buna görə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə görə həmin müqavilənin qüvvəsi yoxdur. Tərəflər arasında bu müqavilənin bağlanmasına qədər onlardan birinin digərinə hər hansı məbləğdə borcunun yaranmasına gətirib çıxara biləcək öhdəlik münasibətləri mövcud olmamışdır. Göstərilənləri nəzərə alaraq onunla Cavabdeh arasında xx.xx.2015-ci ildə Bakı şəhəri 21 saylı notariat kontorunda reyestrdə 3M-182 № ilə qeyd olunmaqla bağlanmış mövcud borcun etiraf edilməsi (mücərrəd) müqaviləsinin etibarsız sayılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1150/2020 saylı, xx xxxxxxxx 2020ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı İddiaçı ilə Cavabdeh arasında bağlanılmış və xx.xx.2015-ci ildə Bakı şəhəri 21 saylı Notariat kontorunda 3M-182 №-li reyestrlə qeydə alınan mövcud borcun etiraf edilməsi (mücərrəd) barədə müqavilənin etibarsız hesab edilməsinə dair iddia tələbi əsassız olduğu üçün təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçınümayəndəsi və vəkiliX4 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığı üçün ləğv olunmalı və iddia rədd edilməlidir. Belə ki, Müqavilənin 3.1 bəndinə görə borclu bu müqavilə ilə etiraf etdiyi borcu xx.xx.2017ci il müddətinədək borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. İddiaçının məhkəməyə təqdim etdiyi mövcud borcun etirafı haqqında müqavilədən görünür ki, həmin müqavilədə mövcudluğu etiraf olunan 65.000 ABŞ dolları borcun hansı öhdəlik münasibətlərindən yarandığı əsaslandırılmamışdır. Tərəflər arasında bu müqavilənin bağlanmasına qədər onlardan birinin digərinə hər hansı məbləğdə borcunun yaranmasına gətirib çıxara biləcək öhdəlik münasibətləri mövcud olmamışdır. Birinci instansiya məhkəməsi bunu nəzərə almamış və tərəflər arasındakı mübahisənin düzgün həlli üçün tətbiq edilməli olan Azərbaycan Respublikası MM-nin 882-ci maddəsini düzgün tətbiq etməmişdir. Hadbuki müqavilədə mövcudluğu etiraf olunan borcun tərəflər arasında əvvəllər mövcud olmuş hansı öhdəlik münasibətlərindən yarandığı əsaslandırılmadığı üçün MM-nin 882.1-ci maddəsinə görə həmin müqavilənin qüvvəsi yoxdur. Qətnamədən görünür ki, birinci instansiya məhkəməsi işin mahiyyəti üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı tələblə qanunda nəzərdə tutulmuş 1 il müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Belə hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə tərəflər arasındakı mübahisəni həll edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş və prosessual hüquq normalarını pozmuşdur ki, bu da MPM-nin 385.1.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Apelyasiya şikayətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1150/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh etibarnamə əsasında nümayəndəsi və vəkili X2 İddiaçınümayəndəsi və vəkiliFaiq Manafov tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1150/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı və onunnümayəndəsi və vəkiliX4naqanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxıt barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər və səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən həmin şəxslərin iştirakı olmadan apelyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Kоnstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yоxlamalıdır. Bununla əlaqədar оlaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tоxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir”. Hazırki halda İddiaçınümayəndəsi və vəkiliFaiq Manafovapelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd оlunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 nоyabr tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası İddiaçı nümayəndəsi və vəkili Faiq Manafovun apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçınümayəndəsi və vəkiliFaiq Manafov tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən еdildi ki, Cavabdeh ilə İddiaçı arasında xx xxxxxxx 2015-ci ildə bağlanmış mövcud borcun etiraf edilməsi (mücərrəd) müqaviləsinə əsasən borclu İddiaçı bu müqavilə ilə borc verən Cavabdeh 65.000 ABŞ dolları məbləğində borcunun olduğunu bəyan və tam etiraf edir və həmin məbləği bu Müqavilədə müəyyən edilmiş müddətdə və şərtlərlə borc verənə tam həcmdə qaytarmağı öhdəsinə götürür. Müqavilənin 3.1-ci bəndinə görə borclu bu müqavilə ilə etiraf etdiyi borcu xx xxxxx 2017-ci il müddətinədək borc verənə qaytarmağı öhdəsinə götürür. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək aralarında xx.xx.2015-ci ildə Bakı şəhəri 21 saylı Notariat kontorunda reyestrdə 3M-182 № ilə qeyd olunmaqla bağlanmış mövcud borcun etiraf edilməsi (mücərrəd) müqaviləsinin etibarsız sayılması haqqında qətnamə çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1150/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsindən ibarət olduğundan apelyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alınmaqla mülki iş materiallarını tədqiq edərək aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, notarial qaydada tərtib edilmiş xx xxxxxxx 2015-ci il tarixli borcun etirafı müqaviləsindən görünür ki, borclu İddiaçı bu müqavilə ilə borc verən Cavabdeh 65.000 ABŞ dolları borcunun olduğunu bəyan və tam etiraf etmiş və həmin məbləği bu müqavilədə müəyyən edilmiş müddətdə və şərtlərlə borc verənə tam həcmdə qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər bununla bildirirlər və təsdiq edirlər ki, bu müqavilə etiraf edilənlər onlar arasında yarana biləcək hər hansı mübahisə zamanı etibarlı sübut kimi istifadə olunacaq və mübahisələndirilməyəcək. Borclu bu müqavilə ilə etiraf etdiyi borcu xx xxxxx 2017-ci il müddətinədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-1033/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı borc tələbinə dair iddia tələbinin qismən təmin edilməsi, İddiaçı 65.000 ABŞ dollarının ödəniş günündə Azərbaycan manatına ekvivalent məbləği və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Göründüyü kimi İddiaçı apelyasiya şikayətində istinad etdiyi hallarla bağlı apelyasiya şikayətinə heç bir sübut əlavə etməmiş, apelyasiya məhkəməsinin iclasında iştirak edərək nümayəndəsi və vəkiliFaiq Manafovun şikayətində göstərdiyi hallarla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Həmçinin İddiaçı nümayəndəsi və vəkiliFaiq Manafov apelyasiya şıkayətində tərəflər arasında bu müqavilənin bağlanmasına qədər onlardan birinin digərinə hər hansı məbləğdə borcunun yaranmasına gətirib çıxara biləcək öhdəlik münasibətlərinin mövcud olmadığını göstərsədə, bunu təsdiq edən hər hansı sübutu məhkəmələrə təqdim edə bilməmişdir. Odur ki, apelyasiya şikayətinin dəlilləri əsassız olmaqla, göstərilənlərlə İddiaçı Cavabdeh 65.000 ABŞ dolları məbləğində pulu qaytarılması öhdəliyi yaranması müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. İş materiallarından göründüyü kimi, tərəflər arasındakı münasibət borc müqaviləsindən əmələ gəlmişdir. Məhkəmə kоllеgiyasının mövqeyinə görə, birinci instansiya məhkəməsi əqdin etibarsız hesab edilməsi üçün əsasların olmamasını, iddiaçı hüququnun pozulmasını bildiyi andan qanunla nəzərdə tutulmuş müddətdə pozulması ehtimal edilən hüququnun bərpası üçün məhkəməyə müraciət etməməsini, iddiaçının gətirdiyi dəlillərin isə həmin müddətin üzrlü səbəbdən ötürülməsi kimi qiymətləndirilə bilmədiyini, habelə iddiaçının müqavilənin bağlanmasına təsir edilmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində həmin iddianı irəli sürməməsini qeyd etməklə iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2.-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Vacib əhəmiyyətli yanılma dedikdə şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdirsə; şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdirsə; tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud olmaması hesab edilir (Mülki Məcəllənin 347.1, 347.2, 347.2.1, 347.2.2, 347.2.3-cü maddələri). Yuxarıda qeyd edilən maddi hüquq normalarının müqayisəli təhlilindən də göründüyü kimi, hər bir şəxs arzuladığı və qanunvericilik baxımından yol verilən əqdi bağlayarkən iradə sərbəstliyinə malikdir və əqdin Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Heç kəs iradəsinə zidd olan əqdin bağlanmasına məcbur edilə bilinməz. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların (o cümlədən torpaq sahəsinin) alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqd bağlanarkən mülki qanunvericiliyin tələblərinə riayət edilməsi zəruridir, əks halda həmin əqd mübahisələndirilərək etibarsız sayıla bilinər. Əqdin etibarsızlığının növlərindən biri də vacib əhəmiyyətli yanılmanın təsiri nəticəsində əqdin bağlanmasıdır. Həmin hallarda qanunvericilikdə dəqiq təsbit olunmuşdur. İşdən görünür ki, İddiaçı iddiasının əsaslarını təsdiq edən sübutları, habelə müqavilənin bağlanmasına təsir edilmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində həmin iddianı irəli sürməməsi ilə bağlı hər hansı sübutu məhkəmələrə təqdim etməmişdir. Həmçinin işin faktiki hallarından da görünür ki, iddia müddətinin axımı xx xxxxx 2017-ci il tarixdən başlamış, İddiaçı iddia müddəti başa çatdıqdan sonra iddia ərizəsi ilə xx xxx 2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı nümayəndəsi və vəkiliFaiq Manafov apelyasiya şikayətində göstərilən hallarla bağlı heç bir sübut təqdim edə bilməmişdir. Bundan başqa apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozmasını qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kоllegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, İddiaçı nümayəndəsi və vəkiliFaiq Manafovun apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin İddiaçı nümayəndəsi və vəkiliFaiq Manafovun apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1150/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apelyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı nümayəndəsi və vəkili X4tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1150/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-8184/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8184/2020
24.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver