Məhkəmə qərarları › İş №2(103)-820/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-820/2023

22.02.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-820/2023 22.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı tələbləri ilə bağlı birləşdirilmiş iş üzrə (Açar sözlər:sahiblik və istifadə hüququnun tanınması, mənzildən çıxarma, maneələrin aradan qaldırılması, birləşdirilmiş iş) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X5 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçı1 nümayəndəsi X1, Cavabdeh2 və nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı1 cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı sahiblik və istifadə hüququnun tanınması, mənzildən çıxarılma, maneənin aradan qaldırılması tələblərinə dair işlər üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən (bundan sonra 1-ci iş) üçüncü şəxs İddiaçı1, Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən (bundan sonra 2-ci iş) İddiaçı1 və Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən (bundan sonra 3-cü iş) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə birləşdirilmiş işdə 22 fevral 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Kommersiya qurumlarının dövlət reyestrindən xx.xx.2016-cı il tarixli çıxarışa əsasən, Cavabdeh1 MMC-nin əvvəlki adı Cavabdeh1 MTK olmuşdur. Cavabdeh1 MMCnin təsisçiləri və onların nizamnamə kapitalında mayaları X7 -18%, X8-30%, Bağışov Xaləddin Vəkil oğlu-40%, X6-10% və X11-2%-dir.

2. Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə yerləşən yaşayış binası “Yüksəliş-C" MTK (hazırkıCavabdeh1 MMC) tərəfindən inşa olunmuşdur.

3. Satıcı Cavabdeh1 MTK-nin direktoru C.H.Alışov ilə alıcı İddiaçı2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, MTK-nın Bakı şəhəri, Xətai rayonu, M. Hadi küçəsi, 2337-ci məhəllədə inşa edilən yaşayış binasının 2-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsindən (market) 95 kv.m-ni alıcıya verməyi, alıcı isə həmin sahəni qəbul etməyi və dəyəri olan 47.500 manatı vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Maliyyə arayışına görə İddiaçı2 tərəfindən qeyri-yaşayış sahəsinin dəyəri olan 47.500 manat MTK-ya ödənilmişdir.

4. "xxxx" MMC-nın direktoru X8 ilə İddiaçı1 arasında bağlanmış 06 iyun 2016-cı il tarixli müqaviləyə görə, MMC Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 2337-ci məhəllədə yerləşən və tikilməkdə olan binanın 1-ci mərtəbəsində ümumi sahəsi 80 kv.m-dən ibarət 2 otaqlı 9 saylı mənzili alıcı İddiaçı1 verməyi, alıcı isə həmin mənzilin müqabilində 52000 manat məbləğində pul vəsaitini ödəməyi öz öhdəsinə götürmüşdür (Vİİ cild, səh 54). MMC tərəfindən verilmiş 06 iyun 2016-cı il tarixli maliyyə arayışına görə həmin mənzil üçün İddiaçı1 52000 manat pulu MMC-yə ödəmişdir (Vİİ cild, səh 55).

5. "xxxx" MMC-nın direktoru X8 ilə İddiaçı1 arasında bağlanmış 12 noyabr 2016-cı il tarixli müqaviləyə görə, MMC Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində (Ukrayna dairəsi) yerləşən və tikilməkdə olan binanın 1-ci mərtəbəsində ümumi sahəsi 120 kv.m-dən ibarət olan 3 otaqlı 9A saylı mənzili alıcı İddiaçı1 verməyi, alıcı isə həmin mənzilin müqabilində 43000 manat məbləğində pul vəsaitini ödəməyi öz öhdəsinə götürmüşdür (Vİİİ cild, səh 33). MMC tərəfindən verilmiş 12 noyabr 2016-cı il tarixli maliyyə arayışına görə həmin mənzil üçün İddiaçı1 43000 manat pulu MMC-yə ödəmişdir (Vİİİ cild, səh 34).

6. "xxxx" MMC-nın direktoru X8 ilə İddiaçı1 arasında bağlanmış 06 iyun 2016-cı il tarixli müqaviləyə görə, MMC Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 2337-ci məhəllədə yerləşən və tikilməkdə olan binanın 1-ci mərtəbəsində ümumi sahəsi 200 kv.m-dən ibarət olan 3 otaqlı 9A saylı mənzili alıcı İddiaçı1 verməyi, alıcı isə həmin mənzilin müqabilində 100000 manat məbləğində pul vəsaitini ödəməyi öz öhdəsinə götürmüşdür (Vİİİ cild, səh 98). MMC tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli maliyyə arayışına görə həmin mənzil üçün İddiaçı1 100000 manat pulu MMC-yə ödəmişdir (Vİİİ cild, səh 99).

7. "xxxx" MTK-nin direktoru X8 ilə Cavabdeh2 arasında bağlanmış 06 may 2016-cı il tarixli müqavilənin kserosurətinə görə, MTK Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337-ci məhəllədə yerləşən və tikilməkdə olan binanın 95,4-cü mərtəbəsində ümumi sahəsi İİ kv.m-dən ibarət qeyri-yaşayış sahəsini alıcı Cavabdeh2 verməyi, alıcı isə həmin qeyri-yaşayış sahəsinin müqabilində 47700 manat məbləğində pul vəsaitini ödəməyi öz öhdəsinə götürmüşdür (Vİİ cild, i.v.10).

8. Eyni tərəflər arasında eyni tarixli müqavilənin digər kserosurətində isə qeyri-yaşayış sahəsinin mərtəbəsi “2”, sahəsi isə “95,4 kv.m” göstərilmişdir (Vİİ cild, i.v.159).

9. Həmin qeyri-yaşayış sahəsinə görə M.Məmədovun xx.xx.2016-cı ildə 17000 manat, xx.xx.2016-cı ildə 15700 manat pulu ödəməsi barədə MTK tərəfindən maliyyə arayışları verilmişdir (Vİİ cild, iş.v. 71-72). Tələblər

10. Hazırkı iş əvvəl 3 (üç) ayrı-ayrı mülki işdən ibarət olmuş, əvvəlki apellyasiya icraatı zamanı 2 iş, hazırkı apellyasiya icraatında isə 3-cü iş birləşdirilməklə həmin işlərin birlikdə baxılmaq üçün bir icraatda birləşdirilməsi qərara alınmışdır.

11. 1-ci işdə 3 iddia, 2-ci işdə 1 iddia və 3-cü işdə bir iddia var. Bütün iddialar Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337-ci məhəllədə"xxxx" MTK (MMC) tərəfindən inşa olunmuş yaşayış binası ilə bağlıdır (bundan sonra – bina).

12. 1-ci mülki işdəki 1-ci iddia İddiaçı2 "xxxx"MTK (MMC)-ya qarşı olan iddiasıdır. Həmin iddiada tələb olunub ki, binanın 2-ci mərtəbəsində yerləşən 95 kv.m qeyri-yaşayış sahəsinə dair "xxxx"MTK (MMC) ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən həmin sahəyə İddiaçı2 sahiblik və istifadə hüququ tanınsın, bu hüququn həyata keçirilməsinə yaradılan maneə və məhdudiyyətlər aradan qaldırılsın, sahənin naturada İddiaçı2 təhvil verilməsi vəzifəsi MTK-nın üzərinə qoyulsun.

13. 1-ci mülki işdəki 2-ci iddia İddiaçı1 üçüncü şəxs kimi İddiaçı2 və "xxxx" MTK (MMC)-yə qarşı qaldırdığı iddiadır. Həmin iddiada tələb olunub ki, binanın 1-ci mərtəbəsində yerləşən 120 kv.m yaşayış sahəsinə dair 1-ci iddiada göstərilən xx.xx.2016cı il tarixli müqavilə etibarsız hesab edilsin, 120 kv.m sahə üzərində İddiaçı1 sahiblik və istifadə hüququ tanınsın və sahədən istifadə olunmasına yaradılan maneələr aradan qaldırılsın. Sonradan xx.xx.2020-ci il tarixdə İddiaçı1 iddiasını dəqiqləşdirərərək aşağıdakı kimi təqdim edib: “120 kv.m sahə üzərində İddiaçı1 sahiblik və istifadə hüququ tanınsın və sahədən istifadə olunmasınayaradılan maneələr aradan qaldırılsın” (1-ci iş, İİ cild, i.v.64).

14. Göründüyü kimi, İddiaçı1 iddia tələbini dəqiqləşdirərkən tələbinin İddiaçı2 aid hissəsini, yəni 120 kv.m yaşayış sahəsinə dair İddiaçı2lə bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbini bir daha irəli sürməyib.

15. 1-ci mülki işdəki 3-cü iddia Cavabdeh1 MMC-nin İddiaçı2 qarşı iddiası olub. Həmin iddiada tələb olunub ki, 1-ci iddiada göstərilən xx.xx.2016-cı il tarixli müqavilə və müqaviləyə aid olan maliyyə arayışı etibarsız hesab edilsin, İddiaçı2 binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 120 kv.m olan 9“A” №-li mənzildən çıxarılsın.

16. 2-ci mülki işdə olan iddia İddiaçı1 Cavabdeh1 MMC-yə qarşı iddiasıdır. Həmin iddiada tələb olunub ki, binanın 1-ci mərtəbəsində yerləşən 200 kv.m qeyri-yaşayış sahəsi üzərində İddiaçı1 sahiblik və istifadə hüquqları tanınsın və həmin sahədən istifadə olunmasına yaradılan maneələr aradan qaldırılsın.

17. 3-cü mülki işdəki iddia isə İddiaçı1 Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı irəli sürdüyü iddiadır. Bu iddiada tələb Cavabdeh2la bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi, Cavabdeh2 mənzildən çıxarılması, mənzilin boşaldılıb ona təhvil verilməsi, 80 kvm sahəsi olan həmin mənzil üzərində sahiblik və istifadə hüququnun tanınması və istifadəyə maneələrin aradan qaldırılması barədədir.

1-ci və 2-ci işlər üzrə tələblərin həlli

18. 1-ci mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə 1ci (İddiaçı2) və 2-ci (üçüncü şəxs İddiaçı1) iddiaları rədd olunmuş, 3-cü ("xxxx"MMC-nin) iddiası təmin olunaraq "xxxx"MMC ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə və "xxxx" MTK tərəfindən verilmiş maliyyə arayışları etibarsız hesab olunmuş, İddiaçı2 binanın 2-ci mərtəbəsində yerləşən 95 kv.m qeyri-yaşayış sahəsindən (hazırda mənzildən) çıxarılması qət edilmişdir. Bu işdə İddiaçı1 iddiasının rədd olunmasının səbəbi onunla Cavabdeh1 MMCarasındakıxx.xx.2016-ci ll tarixli müqavilədə göstərilən 120 kvm sahəyə malik mənzilin mövcudluğunun müəyyən edilməməsi olmuşdur.

19. 2-ci mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı1 iddiası rədd olunmuşdur. Məhkəmə iddianın rədd olunmasının əsası kimi İddiaçı1 ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmadığını əsas götürmüşdür.

20. 1-ci mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı2 və İddiaçı1 tərəfindən 2 apellyasiya şikayəti verilmişdir. İddiaçı2 apellyasiya şikayətində həmin iş üzrə qətnamənin ləğv olunmasını və iddiasının təmin olunmasını xahiş etmişdir. İddiaçı1 isə apellyasiya şikayətində həmin iş üzrə qətnamənin onun iddia tələbinin təmin edilməyən hissəsində ləğv olunmasını, iddiasının təmin olunmasını xahiş etmişdir.

21. 2-ci iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi İddiaçı1 tərəfindən mübahisələndirilmişdir. O, apellyasiya şikayətində həmin işüzrə qətnamənin ləğv edilməsini və tələbinin təmin olunmasını xahiş etmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi 1-ci və 2-ci işlər üzrə qətnamələrdən verilmiş apellyasiya şikayətlərinə baxarkən hər iki işi bir icraatda birləşdirmişdir.

23. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2 (103)- 444/21 saylı qətnaməsi ilə (hakimlər N.Cəfərov-sədrlik edən və məruzəçi, E.Kazımov və H.Əhmədov) 1-ci iş üzrə apellyasiya şikayətləri təmin edilməmiş, Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, 2-ci iş üzrə İddiaçı1 apellyasiya şikayəti qismən təmin olunmuş, Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi prosessual əsasa, yəni işə baxılarkən iddiaçının iştirakı təmin olunmadığına görə ləğv edilmiş və iddia yenə rədd olunmuşdur.

24. Apellyasiya instansiyası məhkəməsinin bu qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən kassasiya şikayətləri verilmişdir.

25. Ali Məhkəmənin Mülki Kollegiyasının 14 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər İ.Xəlilov-sədrlik edən və məruzəçi, M.Əhmədova və Ə.Əliyev) İddiaçı1 (bir işdə iddiaçı, digər işdə müstəqil tələb irəli sürən 3-cü şəxs) kassasiya şikayəti qismən təmin olunaraq Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 02 iyul 2021-ci il tarixli qətnaməsi İddiaçı1 iddia tələblərinin rədd edilməsi hissəsində (hər iki iş üzrə) ləğv edilmiş, mülki iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmış, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, İddiaçı2 kassasiya şikayəti təmin olunmamışdır.

3-cü iş üzrə tələblərin həlli

26. 3-cü iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-718/21 saylı qətnaməsi ilə (hakim İlahə Abbasova) iddia qismən təmin edilərək, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv.m təşkil edən 2 otaqlı 9 nömrəli mənzil üzərində İddiaçı1 istifadə və sahiblik hüququ tanınmış, Cavabdeh2 həmin mənzildən çıxarılması, mənzilin boşaldılaraq İddiaçı1 təhvil verilməsi, onun mənzildən istifadəsinə cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qət edilmiş, iddia tələbləri Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış 06 may 2016-cı il tarixli müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi hissəsində təmin olunmamışdır.

27. Məhkəmə tərəflər arasında bağlanmış “Mənzil tikintisi haqqında” müqavilənin hüquqi təbiətinə görə podrat və alqı-satqı müqaviləsinin əlamətlərini ehtiva edən qarışıq müqavilə olduğunu əsas götürərək mübahisəli hüquq münasibətinə mülki qanunvericiliyin podrat və alqı-satqıilə bağlı normalarını tətbiq etmiş və Xətairayonu, M.Hadi küçəsi, 2337 məhəllədə olan çoxmənzilli yaşayış binasında yaşayışın 1-cimərtəbəsində yerləşən ümumi sahəsi 80 kv.m təşkil edən 2 otaqlı 9 nömrəli mənzilin Cavabdeh1 MMC-nin direktoru C.H.Alışov tərəfindən İddiaçı1 satıldığı qənaətinə gəlmişdir.

28. Məhkəmə qeyd etmişdir ki, həmin binada mənzil satmaq səlahiyyəti Cavabdeh1 MMC-nin təsisçisi vədirektoru X4 və digər təsisçisi olan Bağışov Xaləddin Vəkiloğluna məxsus olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cavabdeh1 MMC-nin direktoru X8 izahatında göstərmişdir ki, Cavabdeh1 MMC ilə İddiaçı1 arasında bağlanmış 06 iyun 2016-cı il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilə onun tərəfindən imzalanmışdır və Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən və ona məxsus ümumi sahəsi 80 kv.m təşkil edən 2 otaqlı 9 nömrəli mənzil, həmçinin həmin mənzilin yanında yerləşən 120 kv.m.olan mənzil İddiaçı1 satılmışdır. C.Alışov həmçinin təsdiq etmişdir ki, Cavabdeh2 tanımır, həmin şəxsi heç vaxt görməmişdir və onunla müqavilə bağlamamışdır. Məhkəmə iclasında iştirak etmiş Bağışov Xaləddin Vəkil oğlu Cavabdeh2 tanımadığını, onunla hər hansı müqavilə bağlamadığını, həmin şəxsi sonradan 2019-cu ildə həmin binada gördüyünü və məhkəmə mübahisəsi olduğunu öyrəndiyini, Cavabdeh2 onun qətnaməsinin icrası vaxtı gördüyünü bildirmişdir.

29. Məhkəmə həmçinin müəyyən etmişdir ki, mübahisənin predmeti olan iddiaçıya məxsus mənzillə Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında 06 may 2016-cı il tarixdə bağlanmış yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin predmeti olan qeyriyaşayış sahəsi (market) eynilik təşkil etmir. Belə ki, mülkiişdə olan 06 may 2016-cı il tarixli müqavilədə həmin müqavilənin predmeti olaraq "xxxx" MTK Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən və tikilməkdə olan binanın 95.4-cümərtəbəsində ümumi sahəsi İİ kv.m dən ibarət olan qeyri-yaşayış sahəsini (market) alıcıya verməyi, alıcı isə həmin qeyri-yaşayış sahəsini qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada dəyişikliyin edilməsi ilə bağlı qanuni və mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.

30. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 389.1, 390.2, 390.5, 404.1, 405, 442, 448, 452, 567, 568.1, 575, 752.1, 752.2-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112-ci maddəsinə istinad etmişdir.

31. 3-cü iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən həmin iş üzrə İddiaçı1 və Cavabdeh2 apellyasiya şikayətləri vermişlər.

32. İddiaçı1 qətnaməni iddianın təmin olunmayan hissəsində, Cavabdeh2 isə iddianın təmin edilən hissəsində mübahisələndirmişlər.

33. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin olunmayaraq, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

34. Apellyasiya Məhkəməsinin qətnaməsini kassasiya qaydasında yalnız Cavabdeh2 mübahisələndirmişdir.

35. Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-5111/22 saylı qərarı ilə (hakimlər İ.Şəfiyev-sədrlik edən və məruzəçi, Ə.Əhmədov və V.Həsənov) Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 may 2022-ci il tarixli qətnaməsi iddianın təmin olunan hissəsində ləğv edilmiş və həmin hissədə iş yeni apellyasiya baxışına qaytarılmışdır.

Tətbiq edilən hüquq 1-ci iş və 2-ci üzrə Azərbaycan Respublikasının Mülki Məcəlləsi

36. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.

37. Maddə. 337. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

38. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

39. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

40. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

41. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

42. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

43. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

44. Maddə 404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır.

45. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

46. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

3-cü iş üzrə Azərbaycan Respublikasının Mülki Məcəlləsi

49. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

50. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

51. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.

52. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

53. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

54. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

55. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

56. Maddə 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissəhissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır.

57. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

58. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

59. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

60. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

61. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

62. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

63. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir

64. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

65. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Kassasiya instansiya məhkəməsinin 1-ci və 2-ci işlər üzrə qərarında şərh olunan göstərişlər

66. Kassasiya Məhkəməsinin 14 iyun 2022-ci il tarixli qərarında şərh olunan göstərişlərə görə işə yenidən baxılarkən hazırkı işdə İddiaçı1 ayrılmış sahələrin faktiki olaraq mövcudluğu nəzərə alınmalı, müxtəlif cavabdehlər arasında eyni sahələrlə bağlı mövcud olmuş mübahisələrə dair məhkəmə qərarları öyrənilməli, həmin qərarların hansı hissədə preyudisial əhəmiyyət kəsb edib-etməməsi aydınlaşdırmalı, İddiaçı1 ilə bağlanmış müqavilənin əslinin mövcudluğu ilə bağlı dəlil aydınlaşdırılmalı, həmin müqavilələrin mövcudluğunun ümumiyyətlə mübahisələndirilmədiyi nəzərə alınmalı, qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır.

Kassasiya instansiya məhkəməsinin 3-cü iş üzrə qərarında şərh olunan göstərişlər

67. Kassasiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarında şərh olunan göstərişlərə görə işə yenidən baxan məhkəmə Cavabdeh1 MTK-nın sədri olmuş X3 barəsində olan cinayət işi üzrə bu mübahisə tərəflərinin zərərçəkmiş şəxs qismində tanınıbtanınmamasını, Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə hazırki işin bağlılığını, Xətai Rayon Məhkəməsinin 25 fevral 2020-ci il tarixli qətnaməsinin qanuni qüvvəyə minməsini araşdırıb mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir.

Apellyasiya instansiyası məhkəməsində ikinci icraat -Apellyasiya baxışının hədləri

68. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 yanvar 2023-cü il tarixli qərardadı ilə hər üç iş birlikdə baxılmaq üçün bir icraatda birləşdirilmişdir.

69. Yuxarıda qeyd olunduğu kimi, Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi İddiaçı1 iddia tələblərinin rədd edilməsi hissəsində (hər iki iş üzrə) ləğv edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə isə apellyasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi İddiaçı1 iddiasının təmin olunan hissəsində ləğv edilmişdir.

70. Deməli, hazırkı apellyasiya baxışının predmeti birinci instansiya məhkəməsinin hər üç iş üzrə İddiaçı1 iddiasıdır. Həmin iddialar aşağıdakılardır.

71. 1-ci iş, yəni xx.xx.2020-ci il tarixli qətnamə üzrə İddiaçı1 müstəqil tələb irəli sürən üçüncü şəxs kimi tələbi: 120 kvm yaşayış sahəsi üzərindəİddiaçı1 sahiblik və istifadə hüququnun tanınması və sahədən istifadə olunmasınayaradılan maneələrin aradan qaldırılması;

72. 2-ci iş, yəni xx.xx.2020-ci il tarixli qətnamə üzrə tələb: 200 kvm yaşayış sahəsi üzərində sahiblik və istifadə hüququnun tanınması və həmin sahədən istifadəyə manelərin aradan qaldırılması.

73. 3-cü iş, yəni xx.xx.2021-ci il tarixli qətnamə üzrə tələb: Cavabdeh2 mənzildən çıxarılması, mənzilin boşaldılıb ona təhvil verilməsi, 80 kvm sahəsi olan həmin mənzil üzərində sahiblik və istifadə hüququnun tanınması və istifadəyə maneələrin aradan qaldırılması.

74. Məhkəmə kollegiyası hesab edir ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli qətnamələri hazırkı apellyasiya baxışının predmeti olan həmin hissələrdə şikayətlərin dəlillərindən asılı olmayaraq tam həcmdə yoxlanılmaqla həmin hissələrdə ləğv olunmalı, vahid icraat olduğu nəzərə alınaraq İddiaçı1 hər üç iş üzrə tələbləri ümumiləşdirilməklə apellyasiya baxışının predmeti olan hissədə tələb aşağıdakı kimi müəyyən edilməlidir: - 120 kvm və 80 kvm (cəmi 200 kvm) yaşayış sahələri üzərində İddiaçı1 sahiblik və istifadə hüququnun tanınması, həmin sahələrdən istifadə olunmasına yaradılan maneələrin aradan qaldırılması; Cavabdeh2 sahəsi 80 kvm olan mənzildən çıxarılması, həmin mənzilin boşaldılıb İddiaçı1 təhvil verilməsi.

75. İddiaçının bu tələbləri Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı yönəlmişdir. Yəni, tələbə cavab verməli şəxslər onlardır.

76. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı1 iddiasının apellyasiya baxışının predmeti olan hissədə vahid tələb kimi bu cür müəyyən edilməsi mülki prosessual qanunvericiliyin tələblərinə zidd deyil.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

77. İddiaçı1 nümayəndəsi məhkəmə kollegiyasının iclasında təmsil etdiyi şəxsin apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. O, eyni zamanda cavabdehin apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.

78. Cavabdeh2 və nümayəndəsi məhkəmə kollegiyasının iclasında izahat verərkən iddiaçının apellyasiya şikayətini qəbul etmədilər və onun rədd olunmasını xahiş etdilər. Onlar eyni zamanda Cavabdeh2 apellyasiya şikayətinin təmin olunmasını xahiş etdilər.

79. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh olan Cavabdeh1 MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

80. Məhkəmə kollegiyası bir daha xatırladır ki, hazırkı apellyasiya baxışının predmeti olan hissədə İddiaçı1 iddiası 120 kvm və 80 kvm (cəmi 200 kvm) yaşayış sahələri üzərində İddiaçı1 sahiblik və istifadə hüququnun tanınması, həmin sahələrdən istifadə olunmasına yaradılan maneələrin aradan qaldırılması, Cavabdeh2 sahəsi 80 kvm olan mənzildən çıxarılması, həmin mənzilin boşaldılıb İddiaçı1 təhvil verilməsindən ibarətdir. Həmin tələblər üzrə çıxarılan qətnamələri iddianın rədd olunan hissəsində İddiaçı1, iddianın təmin olunan hissəsində isə Cavabdeh2 apellyasiya qaydasında mübahisələndirmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq apellyasiya şikayətinin dəlillərini yalnız apellyasiya baxışının predmeti olan tələblər həddində tam həcmdə yoxlayır və qiymət verir.

81. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, İddiaçı1 120 kvm yaşayış sahəsi ilə bağlı tələbi üzrə Cavabdeh1 MMC, 80 kvm yaşayış sahəsi ilə bağlı tələb üzrə cavabdehlər isə həm Cavabdeh1 MMC, həm də Cavabdeh2dur.

82. İddiaçı1 həmin yaşayış sahələri ilə bağlı iddiası Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli qətnamələri ilə rədd olunarkən həmin sahəyə malik mənzilin mövcudluğunun müəyyən edilməməsi və İddiaçı1 ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmadığı əsas götürülmüşdür.

83. İddiaçı1 apellyasiya şikayətinin əsas dəlillərindən biri də məhz ondan ibarətdir ki, birinci instansiya məhkəməsində işə baxılarkən ondan həmin müqavilələrin əsli tələb edilməmişdir. Kassasiya məhkəməsi də öz qərarında bu halın aydınlaşdırılmasını göstəriş kimi qoymuşdur.

84. Məhkəmə kollegiyası iş materiallarına əsasən qeyd edir ki, 3-cü iş üzrə tələbə birinci instansiya məhkəməsində baxılarkən İddiaçı1 tərəfindən mübahisələndirilən yaşayış sahələri ilə bağlı müqavilələrin və maliyyə arayışlarının əsli işə baxan məhkəməyə təqdim olunmuş və həmin sənədlər işə əlavə olunmuşdur (Vİİ cild, i.v. 54-55, 98-99).

85. Göründüyü kimi, 3-cü iş üzrə iddia yeni əsaslarla qaldırılmış və əvvəlki işdə iddianın rədd olunması həmin tələbə baxılmasına mane olmamışdır.

86. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, İddiaçı1 80 kvm yaşayış sahəsinə dair müqavilənin əslini məhkəməyə təqdim etsə də, Cavabdeh2 həmin sahə ilə bağlandığını iddia etdiyi xx.xx.2016-cı il tarixli müqavilənin əslini nə birinci instansiya məhkəməsində, nə apellyasiya baxışı zamanı təqdim etməmişdir. Apellyasiya baxışı zamanı ona müqavilənin əslini təqdim etmək təklif olunmuş, lakin o, müqavilənin əslinin hazırda onda olmadığını, hansısa ədliyyə orqanına şikayət ərizəsi yazarkən ərizəyə əlavə edib göndərdiyini, sonradan geri ala bilmədiyini bildirmişdir.

87. Məhkəmə kollegiyası deyilənləri, iddiaçının Cavabdeh2la bağlanmış müqavilənin saxta olmaqla əslinin mövcud olmadığını iddia etdiyini, müxtəlif məzmunlu iki müqavilənin kserosurətinin iş materiallarına əlavə olunduğunu və cavabdeh tərəfindən müqavilənin əslinin təqdim edilə bilmədiyini nəzərə alaraq həmin müqavilənin əslinin ümumiyyətlə mövcud olmasına şübhə ilə yanaşır və hesab edir ki, hazırkı vəziyyətdə iddiaçı həmin mənzilə dair özü ilə bağlanmış müqavilənin əslini təqdim etdiyindən, sübutların mötəbərliyinə qiymət vermək baxımından cavabdeh də məhz bu mənzilə hüququ olduğunu sübut etməlidir. - Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə görə yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. - Həmin Məcəllənin 89.3-cü maddəsinin tələbinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.

88. Kassasiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarında da qeyd olunduğu kimi, işdə olan sənədlərlə təsdiq olunur ki, İddiaçı1 verilmiş eyni sahələrlə bağlı üç müqavilə bağlanmışdır: 1-ci mərtəbədə ümumi sahəsi 120 kv.m olan 3 otaqlı mənzil, ümumi sahəsi 80,0 kv.m 2 otaqdan ibarət mənzilə dair və binanın 1-ci mərtəbəsində yerləşən 200 kv.m sahə ilə bağlı müqavilə. İlk iki müqavilənin əvəzində sonradan bir müqavilə bağlanmasını hər iki tərəf təsdiq etmişdir. Belə ki, Cavabdeh1 MMC-nin adından müqaviləni bağlamış C.Alışov özü də bu halı təsdiq etmişdir (məhkəmə iclasında və məhkəməyə göndərdiyi yazılı ərizəsində, mülki iş 4-cü cild, səhifə 68-70). Yəni, iddiaçının tələbi cəmi 200 kvm (120 + 80) sahə ilə bağlıdır.

89. Birinci instansiya məhkəməsində 1-ci və 2-ci işlərə baxılarkən İddiaçı1 müqavilə üzrə ayrılmış sahələrin binanın hansı mərtəbəsində yerləşməsi (yaşayışın 1-ci mərtəbəsində, yoxsa qeyri-yaşayışın 1-ci mərtəbəsində) aydınlaşdırılmamış, bununla bağlı heç bir hüquqi dəyərləndirmə aparılmamışdır. Həmin mübahisəli məsələ ilə bağlı işdə olan ekspert rəyi isə binanın faktiki inşa vəziyyəti nəzərə alınmadan ilkin layihəsi əsasında verilmişdir. Hansıki, tərəflərin heç biri, nə İddiaçı2, nə İddiaçı1, Cavabdeh1 MTK və nə də Cavabdeh2 öz mövqelərini müdafiə etmək üçün qeyd olunan dəlilə istinad etməmişlər.

90. İddiaçı2, başqa işdə isə Cavabdeh2 Cavabdeh1 MMC-yə qarşı iddia tələbi üzrə qətnamədən də görünür ki, onların mübahisələndirdikləri sahə İddiaçı1 ayrılmış sahələrdir.

91. Hətta, Cavabdeh2 Cavabdeh1 MMC-yə qarşı “qeyri-yaşayış sahəsinə pay hüququnun, istifadə və sahiblik hüquqlarının tanınması, istifadəyə maneələrin aradan qaldırılması tələbinə dair” iddia ərizəsinə baxılarkən (mülki iş, 4-cü cild səhifə 18-24) onun iddiası təmin edilməmiş və 1-ci instansiyanın qətnaməsindən Cavabdeh1 MMC apellyasiya şikayəti verərkən şikayətinin dəlili kimi ona əsaslanmışdır ki, həmin sahə İddiaçı1 satılmış sahədir (Apellyasiya Məhkəməsinin qətnaməsi, 4-cü cild, səhifə 19). Özü də həmin işə hazırkı işdən əvvəl baxılmış və Apellyasiya Məhkəməsinin qətnaməsi 1 sentyabr 2020-ci il tarixdə qəbul edilmişdir. Hazırkı işdə isə Cavabdeh1 MMC qeyd olunan məsələ ilə bağlı tamamilə əks mövqe nümayiş etdirərək İddiaçı1 iddiasını etiraf etməmişdir.

92. Eyni zamanda həmin işdə hazırkı işdə iddianın rədd edilməsinin əsası kimi qəbul edilmiş İddiaçı1 ayrılmış sahənin binanın layihəsində nəzərdə tutulmaması ilə bağlı məsələ ilə əlaqədar fərqli mövqe nümayiş etdirilmiş və İddiaçı1 müqaviləsi etibarlı müqavilə kimi qəbul edilmişdir.

93. Qeyd olunan işdə məhkəmə Cavabdeh1 MMC-nin adından müqaviləni bağlamış C.Alışovun özünün ifadəsinə, mütəxəssis rəylərinə və işdə olan digər sübutlara istinad etməklə qənaətə gəlmişdir ki, İddiaçı1 müqaviləsində nəzərdə tutulan sahə mövcuddur və həmin sahələr mübahisələndirilən sahələrdir.

94. Bütün bu yuxarıda göstərilənlərə baxmayaraq birinci instansiya məhkəməsi 1-ci işdə binanın layihəsini əsas tutaraq hesab etmişdir ki, İddiaçı1 ilə Cavabdeh1 MMC-nin arasındakı xx.xx.2016-ci il tarixli müqavilədə göstərilən mənzilin mövcudluğu müəyyən edilmədiyindən müqavilənin predmetini müəyyən etmək mümkün deyildir və ona görə müqavilə bağlanmış sayılmır.

95. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara, işdə olan çoxsaylı sənədlərə, həmçinin binanın digər sakinlərinin müqavilələrinə və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarına əsaslanaraq qeyd edir ki, əvvəla, tərəflər özləri həmin sahələrin mövcudluğunu mübahisələndirmirlər. Digər tərəfdən, müəyyən olunur ki, binanın inşası layihə üzrə aparılmamışdır.

96. Məhkəmə kollegiyası qeyd edir ki, 120 kvm və 80 kvm yaşayış sahələrinin mövcudluğu işin mübahisəsiz halıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, həmin sahələrin ölçülərinin faktiki olaraq müqavilədə göstərilən ölçüdən az olması həmin müqavilələrin mötəbərliyini şübhə altına ala bilməz. Məhkəmə təcrübəsində MTK-lara məxsus mənzilllərlə bağlı mübahisələrə baxılarkən mənzillərin faktiki ölçüsünün müqavilədə göstəriləndən fərqli olması ilə bağlı kifayət qədər çoxlu misallar var.

97. Cavabdeh1 MMC-nin sədri olmuş C.Alışov məhkəmə iclasında dindirilərkən binanın layihəsini təqdim etmiş və bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasının ilkin layihəsində 7.20 m hündürlükdə olan qeyri-yaşayış sahəsi nəzərdə tutulduğundan iddiaçıya satılmış mənzil həmin qeyriyaşayış sahəsindən sonra gələn mərtəbədə yaşayış sahəsinin 1-ci mərtəbəsində yerləşirdi. Sonradan layihədə dəyişiklik edilmiş, qeyri-yaşayış sahəsi hündürlüyü 3.60 sm ibarət olan iki mərtəbəyə bölünmüşdür.İşin bu halı iş üzrə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10/2623 nömrəli 26 avqust 2021-ci il tarixli rəyi ilə də təsdiq olunur. Həmin rəyə əsasən müəyyən edilmişdir ki, mübahisəli mənzil layihədə nəzərdə tutulmayan, lakin faktiki vəziyyətdə binanın 1-ci və 2-ci mərtəbələri arasında mərtəbəarası örtük inşa edilməklə yaradılmış sahədə (faktiki yaşayışın birinci mərtəbəsində) yerləşir və ümumi sahəsi 80,0 kv.m təşkil edir. Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə tikilmiş binanın Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/4-537 nömrəli, xx.xx.2008-ci il tarixdə razılaşdırılmış ilkin layihəsində 95.4-cü mərtəbənin mövcud olmadığı müəyyən olunur.

98. Rəydən görünür ki, mübahisə predmeti olan 80 kvm sahə faktiki olaraq yaşayış sahəsidir (mənzildir) və həmin sahə Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə 18/4-537 nömrəli, xx.xx.2008-ci il tarixdə razılaşdırılmış layihədə binanın 1-ci və 2-ci mərtəbələri arasında nəzərdə tutulmayan, lakin faktiki vəziyyətdə mövcud olan mərtəbəarası örtük inşa edilməklə yaradılmış sahədə, 20 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində (faktiki yaşayışın 1-ci mərtəbəsində), pilləkən vasitəsi ilə qalxdıqda sağ tərəfdə (layihədə A-D üfüqi oxlar arasında qalan hissədə) ümumi dəhlizin sonunda yerləşir və ümumi sahəsi 80.0 kv.m-dir.

99. Göstərilənlər bir daha təsdiq edir ki, İddiaçı1 müqavilə üzrə ayrılmış sahələr binanın yaşayış hissəsinin 1-ci mərtəbəsində, yəni faktiki yaşayışın birinci mərtəbəsində yerləşir və 120 kvm sahə İddiaçı2 tərəfindən, 80 kvm sahə isə Cavabdeh2 tərəfindən zəbt olunmuşdur.

100. İşə baxan məhkəmələr tərəfindən keçirilmiş yerində baxış protokolları ilə də bu hal təsdiq olunmuşdur.

101. İddiaçı2 həmin 120 kvm yaşayış sahəsindən çıxarılması barədə Cavabdeh1 MMCnin iddiası müqavilə və maliyyə arayışının saxtalığı əsas götürülərək hazırkı işdə birinci instansiya məhkəməsi tərəfindən təmin olunmuş və qətnamənin həmin hissəsi İddiaçı2 tərəfindən apellyasiya və sonradan kassasiya qaydasında mübahisələndirilsə də şikayətlər təmin olunmamış, qətnamə qeyd olunan hissədə qüvvəyə minmişdir.

102. Cavabdeh2 80 kvm yaşayış sahəsi ilə bağlı təqdim etdiyi müqavilənin və maliyyə arayışının kserosurətindən görünür ki, həmin müqavilə və maliyyə arayışının tarixi İddiaçı2lə bağlanmış müqavilə və maliyyə arayışının tarixi ilə eynidir. Hətta, Cavabdeh2 və İddiaçı2 pay haqqının ödənilməsi barədə arayış belə birgə arayış kimi tərtib olunmuşdur.

103. Cavabdeh2 və İddiaçı2 pay haqqının ödənilməsi barədə verilmiş birgə arayış isə hazırkı işdə mötəbər sübut kimi qəbul edilə bilməz. Əvvəla, həmin maliyyə arayışının etibarlılığının yoxlanılması hazırkı apellyasiya baxışının predmeti deyil. Digər tərəfdən, məhkəmə xətşünaslıq ekspertizasının 18 iyul 2018-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, həmin maliyyə arayışın verilmə (tərtib olunma) tarixini göstərən “12 iyul 2016” yazısındakı “6” rəqəminin altında əvvəl başqa rəqəm olmuşdur. Sonradan üstündən ağardıcı maddə çəkilərək indiki rəqəm, yəni “6” yazılmışdır (V cild, iş.v.187-194).

104. Məhkəmə kollegiyası aşağıdakılara görə hesab edir ki, Cavabdeh2 müqaviləsi həqiqi olmuş olsa belə, ona və İddiaçı1 verilmiş sahələr eynilik təşkil etmir.

105. Əvvəla, 06 may 2016-cı il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin kserosurətindən görünür ki, həmin müqavilənin predmeti "xxxx" MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən və tikilməkdə olan binanın 95.4-cü mərtəbəsində ümumi sahəsi İİ kv.m dən ibarət olan (market) qeyri-yaşayış sahəsidir. Halbuki, ekspert rəyində də qeyd olunduğu kimi, mübahisəli mənzillərin yerləşdiyi binada 95.4-cü mərtəbə mövcud deyil. İddiaçı1 ilə bağlanmış xx.xx.2016-cı il tarixli müqavilədə isə mənzilin sahəsi 80 kvm, otaqların sayı 2, mənzilin nömrəsi isə 9 qeyd olunmuşdur.

106. Birinci instansiya məhkəməsi Cavabdeh2la bağlanmış 06 may 2016-cı il tarixli müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi tələbini rədd edərkən məhz Cavabdeh2 və İddiaçı1 ayrılmış həmin sahələrin eynilik təşkil etmədiyinə əsaslanmışdı. Qətnamənin həmin hissəsi Cavabdeh2 tərəfindən mübahisələndirilməmiş, qanuni qüvvəyə minmişdir və hazırkı apellyasiya baxışının predmeti deyil.

107. Digər tərəfdən, Cavabdeh2 təqdim etdiyi kserosurət müqavilədə rekvizitlərin bu cür göstərilməsinin texniki yanlışlıq olduğu qəbul edilmiş olsa belə, yenə də Cavabdeh2 binada faktiki yaşayışın 1-ci mərtəbəsində olan həmin 80 kvm yaşayış sahəsinə hər hansı hüququ yaranmır. Belə ki, əvvəla, mənzilin faktiki ölçüsü 80 kvm olmaqla Cavabdeh2 yox, İddiaçı1 müqaviləsində olan sahə ilə eynidir. İkincisi, yuxarıda da qeyd olunduğu kimi, bina layihəyə uyğun tikilmədiyi üçün mənzillərin müqavilədə göstərilən mərtəbələri onların faktiki yerləşdiyi mərtəbəyə uyğun gəlmir. Müqavilədə 1-ci mərtəbədə yerləşdiyi göstərilən mənzil daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda 2-ci mərtəbə kimi, 2-ci mərtəbədə yerləşdiyi göstərilən mənzil isə 3-cü mərtəbədə olan mənzil (sahə) kimi qeydiyyatdan keçmişdir. Eləcə də, bütün digər mərtəbələrdə yerləşən mənzillər də eyni qaydada qeydiyyatdan keçmişlər. Bununla bağlı digər sakinlərin müqavilə və çıxarışlarının surətləri iş materiallarına əlavə olunmuşdur.

108. Nəhayət, iş materiallarında olan X17 tərəfindən verilmiş 30 sentyabr 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlandığı iddia olunan “Yaşayış binasında mənzil tikintisi haqqında” 06 may 2016-cı il tarixli müqavilənin kserosurətinin aşağı sol küncündə Cavabdeh1 MTK-nın direktoru C.H.Alışov” yazıları olan qrafadakı imza-X8 tərəfindən yox, onun imzasına oxşadılmaqla başqa şəxs tərəfindən icra olunmuşdur.

109. Cavabdeh2la bağlanmış 06 may 2016-cı il tarixli müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi tələbi hazırkı apellyasiya baxışının predmeti olmadığından və hazırkı işdə bu tələbə artıq qiymət verildiyindən məhkəmə kollegiyası həmin tələbə münasibət bildirmir.

110. Azərbaycan Respublikasının Mülki Məcəlləsi müəyyən edir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır ( 389.1-ci maddə).

111. Məhkəmə kollegiyasının qənaətinə görə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə olan çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən sahələri 120 kvm və 80 kv.m təşkil edən mənzillər, yəni cəmi 200 kvm yaşayış sahəsi Cavabdeh1 MMC-nin direktoru C.H.Alışov tərəfindən İddiaçı1 satılmışdır. Belə ki, həmin binada mənzil satmaq səlahiyyəti Cavabdeh1 MMC-nin təsisçisi və direktoru X4 və digər təsisçisi olan Bağışov Xaləddin Vəkil oğluna məxsus olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cavabdeh1 MMC-nin direktoru X8 ifadəsində göstərmişdir ki, Cavabdeh1 MMC ilə İddiaçı1 arasında bağlanmış 06 iyun 2016-cı il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilə onun tərəfindən imzalanmışdır və Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən və ona məxsus ümumi sahəsi 80 kv.m təşkil edən 2 otaqlı 9 nömrəli mənzil, həmçinin həmin mənzilin yanında yerləşən 120 kv.m. olan mənzil İddiaçı1 satılmışdır. C.Alışov həmçinin təsdiq etmişdir ki, Cavabdeh2 tanımır, həmin şəxsi heç vaxt görməmişdir və onunla müqavilə bağlamamışdır. Məhkəmə iclasında iştirak etmiş Bağışov Xaləddin Vəkil oğlu da Cavabdeh2 tanımadığını, onunla hər hansı müqavilə bağlamadığını, həmin şəxsi sonradan 2019-cu ildə həmin binada gördüyünü və məhkəmə mübahisəsi olduğunu öyrəndiyini, Cavabdeh2 onun qətnaməsinin icrası vaxtı gördüyünü bildirmişdir.

112. 3-cü iş üzrə məhkəmə iclasında şahid kimi dindirilən X18, X12, X13 da öz ifadələrində mübahisəli mənzilin iddiaçı tərəfindən 2016-cı ildə əldə olunduğunu təsdiq etmişlər.

113. Şahidlərdən iddiaçının atası olan X24 bildirmişdir ki, mübahisəli mənzili 2016-cı ildə almışlar və Qəribin adına sənədləşdirmişlər. Cahangir müəllimin otağında şəxsən görüşmüş, 120 kv.metrlik sahə onlara göstərilmiş və oğlunun adına sənədləşdirilmişdir. Sonra isə 80 kv.metrlik sahəni almışlar. Mənzili alqı-satqı ilə razılaşdırmış və ödənişi Cahangir müəllimə vermişlər. Həmin gün maliyyə arayışı almışlar. Təxminən bir müddət keçdikdən sonra qonşular onlara məlumat vermişlər ki, onların mənzilində təmir gedir, dərhal ora getmişlər və orada Akifin yoldaşı, oğlu və qızının olmasını görmüşlər. Oğlu onlardan soruşanda ki, siz kimsiz ki, bura girmisiz, onlar həmin mənzili təxminən 5 ay bundan qabaq aldıqlarını və Xaləddin tərəfindən satıldığını bildirmişlər.

114. Şahid A.Qədirov bununla bağlı səs yazısını özündə əks etdirən diski də işə baxan məhkəməyə təqdim etmişdir. Həmin səs yazısında şahidin göstərdikləri tam təsdiq olunur.

115. Şahid qismində dindirilmiş X12 göstərmişdir ki, mübahisəli binada birinci mərtəbədə mağazası var, Şəhla xanımın (iddiaçının anası) aldığı mənzil isə ikinci mərtəbədədir. O, obyektini 2009-cu ildə almış, Şəhla xanım isə təxminən 6-7 il bundan qabaq almışdır. O, obyekti Xaləddindən almışdır, onun obyekti də mübahisəli idi, başqa şəxsə satılmışdır. Şəhla xanımın aldığı mənzilin onun obyektinə aidiyyatı yoxdur, onaqarşı haqsızlıq etmişlər. Şahid bildirmişdir ki, bu gün səhər Xaləddin onun yanına gələrək demişdir ki, hazırki məhkəmə prosesində şahid kimi dindiriləndə düzgün olmayan izahat versin, lakin o, imtina etmişdir.

116. X2 ifadəsindən isə görünür ki, o, Şəhla xanımı notarius kimi təxminən 2001-2002-ci ildən tanıyır. 2016-cı ildə Şəhla xanım mübahisəli mənzili almaq istəyəndə onnunla məsləhətləşmiş, həmin binada problemlərin olub-olmadığını araşdırmağı xahiş etmiş və o, mənzillə bağlı hər hansı problemin, mübahisənin olmadığını müəyyən edərək bu barədə ona məlumat vermişdir.

117. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və kassasiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarında şərh olunan göstərişləri icra edərək hesab edir ki, İddiaçı1 ilə bağlanmış müqavilələrin həqiqiliyi qəbul edilməli, həmin müqavilələrdə nəzərdə tutulan mənzillər üzərində onun istifadə və sahiblik hüququ tanınmalıdır. Cavabdeh2 mübahisəli 80 kvm sahəyə hər hansı hüququ olmadığından oradan çıxarılmalı və həmin sahə İddiaçı1 təhvil verilməlidir.

118. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı1 ilə Cavabdeh1 MMC (MTK) arasında bağlanmış müqavilələrin və maliyyə arayışlarının əsli iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş və iş materiallarına əlavə olunmuşdur, müqavilə və arayışların həqiqiliyi həm həmin sənədləri imzalayan Cavabdeh1 MMC-nin sədri tərəfindən, həm də iş üzrə keçirilmiş ekspertiza rəyləri ilə təsdiq olunur (İV cild, iş.v.166).

119. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11356 nömrəli 22 iyul 2021-ci il tarixli rəyindən görünür ki, mülki işin 195-ci vərəqəsində olan ünvan 1 ünvanda yerləşən yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 120 kv.metr olan, 3 otaqlı 9A saylı mənzilə dair "Yüksəliş-C” MMC (MMC-nin direktoru X8) ilə İddiaçı1 arasında olan 12 noyabr 2016-cı il tarixli müqavilədəki "Yüksəliş-C” MTK-nın sədri” qrafasındakı imza və mülki işin 196-cı vərəqəsində olan ünvan 1 ünvanda yerləşən yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 120 kv.metr olan, 3 otaqlı 9A saylı mənzilə dair "Yüksəliş-C” MMC tərəfindən İddiaçı1 tərtib edilmiş 12 noyabr 2016-cı il tarixli maliyyə arayışındakı "C.H.Alışov” yazısından əvvəl yerləşən imza - X8 tərəfindən icra olunmuşdur

120. Mülki Məcəllənin tələbinə görə tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.(405-ci maddə)

121. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. (385.1-ci maddə)

122. Nəzərə almaq lazımdır ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (MM-in 390.1. maddəsi). Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (MM-in 404.1-ci maddəsi).

123. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 MMC ilə İddiaçı1 arasında bağlanmış müqavilələr hüquqi təbiətinə görə podrat və alqı-satqı müqaviləsinin əlamətlərini ehtiva edən qarışıq müqavilə olduğu üçün mübahisəli hüquq münasibətinə də Mülki Məcəllənin podrat və alqı-satqı ilə bağlı normaları tətbiq edilməlidir.

124. Mülki Məcəllənin 567-ci maddəsinin tələbinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

125. Həmin Məcəllənin 568.1-cimaddəsinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

126. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

127. Həmin Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir.

128. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair 25 oktyabr 2010-cu il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.

129. Kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar qeyd edilməlidir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinəəsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır.

130. Mənzil Məcəlləsinin 112-ci maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113-cü maddəsinə əsasən şəxsin mənzil-tikinti kooperativinə üzv qəbul edilməsi mənziltikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqını tam ödəməsi isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Həmçinin mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır.

131. Məhkəmə kollegiyasının qənaətinə görə hazırkı apellyasiya baxışı ilə kassasiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarında şərh olunan göstərişlər tam icra olunmuşdur.

132. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi 1-ci və 2-ci işlər üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmamış, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallar bütün faktiki hallar araşdırılmamışdır (MPM-in 385.1.1, 385.1.2, 385.1.4-cü maddələri). Həmçinin, birinci instansiya məhkəməsi 2-ci işə baxarkən İddiaçı1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar etməmişdir ki, bu da Mülki-Prosessual Məcəllənin 387.2.2-ci maddəsinə görə özlüyündə şikayətin dəlillərindən asılı olmayaraq qətnamənin ləğvi üçün əsasdır.

133. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya məhkəməsi 3-cü iş üzrə məhkəmə qətnaməsini apellyasiya baxışının predmeti olan hissədə ləğv edib yeni apellyasiya baxışına qaytararkən maddi hüquq normalarının tətbiqində hər hansı qüsur müəyyən etməmiş, qətnaməni yalnız prosessual əsaslara görə ləğv etmişdir.

134. 3-cü işin apellyasiya baxışının predmeti olan hissədə isə maddi hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunsa da, işlərin vahid icraatda birləşdirilməsi və birləşdirilmiş işlər üzrə tələblərin də ümumiləşdirilməsi və vahid tələb üzrə işə baxılması zərurəti yarandığından məhkəmə kollegiyası qətnamənin həmin hissədə ləğv edilməli olduğu qənaətinə gəlir.

135. Kassasiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarında şərh olunan göstərişlərə görə işə yenidən baxan məhkəmə Cavabdeh1 MTK-nın sədri olmuş X3 barəsində olan cinayət işi üzrə bu mübahisə tərəflərinin zərərçəkmiş şəxs qismində tanınıbtanınmamasını, Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə hazırki işin bağlılığını, Xətai Rayon Məhkəməsinin 25 fevral 2020-ci il tarixli qətnaməsinin qanuni qüvvəyə minməsini araşdırmaqdan ibarətdir.

136. Məhkəmə kollegiyası işin araşdırılan hallarına əsasən müəyyən etdi ki, hazırkı iş üzrə mübahisə tərəfləri olan İddiaçı1 və Cavabdeh2 Cavabdeh1 MTK-nın sədri olmuş X3 barəsində olan cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmamışlar və ümumiyyətlə onların adları həmin cinayət işi üzrə hər hansı formada keçmir.

137. Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il və 25 fevral 2020-ci il tarixli qətnamələrinin preyudisiallığına gəldikdə isə, həmin işlər hazırkı apellyasiya baxışının predmeti olan hissədə bir icraatda birləşdirilmiş və həmin qətnamələrin qeyd olunan hissələrinin əsaslılığı yalnız bu icraatda yoxlanılır və qiymət verilir.

138. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Cavabdeh2 Cavabdeh1 MMC-yə qarşı 95,7 kvm qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması, maneələrin aradan qaldırılması, qeyri-yaşayış sahəsinin naturada ona təhvil verilməsi tələbinə dair iddiası Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə rədd olunmuşdur. Həmin qətnamədən verilmiş apellyasiya şikayətinə apellyasiya instansiyası məhkəməsində baxılarkən Cavabdeh1 MMC müqavilənin və maliyyə arayışının etibarsız hesab olunması barədə qarşılıqlı iddia vermiş, lakin qarşılıqlı iddia yalnız bir əsasla - Mülki Məcəllənin 354.2-ci maddəsi ilə nəzərdə tutulmuş kəsici müddətin keçməsi əsası ilə rədd edilmişdir. Yəni, həmin işdə müqavilənin və maliyyə arayışının həqiqiliyi ilə bağlı hər hansı araşdırma aparılmamışdır.

139. Həmin qətnamədə Cavabdeh2 iddia etdiyi qeyri-yaşayış sahəsinin ölçüsü də hazırkı işdə olduğu kimi 95,4 kvm yox, 95,7 kvm göstərilmişdir.

140. Onu da qeyd etmək lazımdır ki, İddiaçı1 həmin iş üzrə işdə iştirak edən şəxs olmamışdır.

141. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

142. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə İddiaçı1 öz tələbinin əsası kimi istinad etdiyi halları apellyasiya baxışının predmeti olan hissədə sübuta yetirsə də, cavabdehlər həmin iddiaya qarşı etirazlarını əsaslandırdıqları faktları sübut edə bilməmişlər.

143. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

144. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq bu qənaətə gəlir ki, İddiaçı1 apellyasiya şikayətləri tam, Cavabdeh2 apellyasiya şikayəti isə qismən (yalnız qətnamənin ləğv olunması hissəsində) təmin olunmalı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli qətnamələri hazırkı apellyasiya baxışının predmeti olan həmin hissələrdə ləğv edilməli və həmin hissələrdə birləşdirilmiş iş üzrə İddiaçı1 cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı 120 kvm və 80 kvm (cəmi 200 kvm) yaşayış sahələri üzərində İddiaçı1 sahiblik və istifadə hüququnun tanınması, həmin sahələrdən istifadə olunmasına yaradılan maneələrin aradan qaldırılması, Cavabdeh2 sahəsi 80 kvm olan mənzildən çıxarılması, həmin mənzilin boşaldılıb İddiaçı1 təhvil verilməsi tələbinə dair iddiasının təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır.

145. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

146. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 385.1.2, 385.1.4, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı1 apellyasiya şikayətləri tam, Cavabdeh2 apellyasiya şikayəti isə qismən təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli qətnamələri hazırkı apellyasiya baxışının predmeti olan həmin hissələrdə ləğv edilsin və həmin hissələrdə birləşdirilmiş iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı1 cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı 120 kvm və 80 kvm (cəmi 200 kvm) yaşayış sahələri üzərində İddiaçı1 sahiblik və istifadə hüququnun tanınması, həmin sahələrdən istifadə olunmasına yaradılan maneələrin aradan qaldırılması, Cavabdeh2 sahəsi 80 kvm olan mənzildən çıxarılması, həmin mənzilin boşaldılıb İddiaçı1 təhvil verilməsi tələbinə dair iddiası təmin olunsun. Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən sahəsi 80 kv.m təşkil edən 2 otaqlı 9 saylı və sahəsi 120 kvm təşkil edən 3 otaqlı 9A saylı mənzillər, yəni cəmisi 200 kvm yaşayış sahəsi üzərində İddiaçı1 istifadə və sahiblik hüququ tanınsın. Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 80 kv.m təşkil edən 2 otaqlı 9 saylı mənzildən çıxarılsın və həmin mənzil Cavabdeh2 tərəfindən boşaldılaraq İddiaçı1 təhvil verilsin. Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən sahəsi 80 kv.m təşkil edən 2 otaqlı 9 saylı və sahəsi 120 kvm təşkil edən 3 otaqlı 9A saylı mənzillərdən İddiaçı1 istifadəsinə cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 tərəfindən yaradılmış maneələr aradan qaldırılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh tərəfindən Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar