Məhkəmə qərarları › İş №2(103)-8215/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8215/2020

23.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8215/2020 23.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, ilk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 qarşı icarə müqaviləsinin ləğv edilməsi, fərdi yaşayış evinin boşaldılması və maddi zərərin ödənilməsi tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X3 və Cavabdeh2 qarşı müqavilə öhdəliyin icrası barədə qarşılıqlı iddia tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin 2(004)-1279/2020 saylı işi üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərardadından ilk iddia üzrə İddiaçı nümayəndəsi Vəkil və ilk iddia üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1279/2020 saylı işi üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə, ərizə qismən təmin edilərək, xx xxxxxx 2019-cu il tarixli icarə müqaviləsinə əsasən "Cavabdeh1” MMC-nin qanuni istifadəsinə verilmiş ünvan 1 ünvanında yerləşən icarəyə götürülmüş əmlakdan "Cavabdeh1” MMC tərəfindən istifadə edilməsinə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən hər hansı maneələrin yaradılmasının qadağan edilməsi, qərardadın icrasının Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi, qərardadın dərhal icra olunması qərara alınmış (səh.37), ilk iddia üzrə İddiaçı nümayəndəsi Vəkil və ilk iddia üzrə Cavabdeh1 həmin qərardaddan apellyasiya şikayətləri verilmişdir (səh.93,122). İşdən görünür ki, eyni zamanda Bakı şəhəri yasamal Rayon Məhkəməsinin 2(004)- 1279/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1-nin Məhkəmənin işi üzrə xx.xx.2020-ci il tarixli (məhkəmə aidiyyəti barədə ərizə üzrə) qərardadından verilmiş şikayət geri qaytarılmışdır (iş səh.137). Məhkəmə kollegiyası daxil olmuş apellyasiyanın mümkünlüyünə qiymət verərkən müəyyən etmişdir ki, məhkəmənin xx.xx.2020-ci il tarixli qərardanının surəti tərəflərə rəsmi qaydada xx.xx.2020-ci il tarixdə qəbz vasitəsilə tərəflərə verilmiş, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1-yə isə xx.xx.2020-ci il tarixində məktub vasitəsilə göndərilmiş, məhkəmə tərəfindən isə iş xx.xx.2020-ci il tarixdə göndərilməklə Bakı Apellyasiya Məhkəməsinə xx.xx.2020-ci il tarixdə daxil olmuşdur (iş səh. 145-148), prosessual müddətlər həddində tərəflərin şikayət vermək (hüququ) müddəti gözlənilmədən qanunvericiliyin tələbinə riayət edilməmişdir. Qeyd edilməlidir ki, apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilməli olan mülki iş üzrə ayrıca akt şəklində qəbul edilmiş qərardaddan Mülki Prosessual Məcəllədə göstərilmiş (məhkəmə aidiyyətinə dair məsələ üzrə) işdə iştirak edən şəxslər şikayət verə bilər. Diqqətə çatdırılmalıdır ki, işdə iştirak edən şəxslərin şikayət vermək hüquqlarını məhdudlaşdıran prosessual hərəkət (hərəkətsizliklər) işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların mövcudluğunu istisna edən və (dispozitiv imkandan) sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir. Ona görə bu şikayət vermək hüququ üzrə gözləntiləri birinci instansiya məhkəməsi təmin etməlidir. Diqqətə çatdırılmalıdır ki, ilk olaraq məhkəmə aidiyyəti müəyyən edilmədən qanunveriliklə nəzərdə tutulmuş qaydada işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olmasını istisna edir və hazırki verilən şikayətlərə məhkəmə aidiyyəti barədə qərardaddan şikayət vermə hüququ təmin edilməsi üzrə prosessual hərəkətlərin (gözləntilərin) edilməsindən sonra baxıması mümkündür. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin2, 9, 128-135, 263-269, 357.1, 360-366, 397.2, və 402-406-cı maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1279/2020 saylı işi üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən ilk iddia üzrə İddiaçı nümayəndəsi Vəkil və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri qəbul olunmamış hesab edilsin və mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar