Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-822/2022 23.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədovanın sədrliyi ilə, Rafael Əmir oğlu Eyvazov və Fuad Fikrət oğlu Babayevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 vəkili X5, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi Abbaslı Əhməd Məmməd oğlunun iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-190/2020 saylı, 12 fevral 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh3, Cavabdeh2, üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Resestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və üçüncü şəxs Ləğv prosesində olan qapalı səhmdar cəmiyyəti “Bank Standard” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh3, "xxxx" MMC-yə qarşı iddia ərizəsi, iddia ərizəsinə əlavə və yekun olaraq iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edrək, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 28-30-cu km ünvanında yerləşən Cavabdeh2 MMC-nin adına 22.07.2016-cı il tarixli, RX seriya, ******* saylı reyestrlə 22 iyul 2016-cı il tarixdə qeydə alınmış 1036,7 kv. metr qeyri-yaşayış sahəsinə və bu sahəyə aid olan 0,06141 ha torpaq sahəsinə Cavabdeh1 MMC-nin mülkiyyət hüququnun tanınmasına; JN 6908, Kod 00200003 saylı 04 mart 2005-ci il tarixli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə ilə Cavabdeh2 MMC-yə verilmiş 2.0 ha torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilən hər biri 960 kv. metrdən ibarət olan 3 (üç) ədəd anbar binalarına Cavabdeh1 MMC-nin istifadə hüquqlarının tanınmasına, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 28-30-cu km.də yerləşən, hər biri 960 kv.metrdən ibarət üç ədəd anbar binalarına və bu anbar binalarının yerləşdiyi, 10 may 2017-ci il tarixli 297/3288 saylı icarə müqavilələri ilə Cavabdeh2 MMC-nin istifadəsində olan torpaq sahəsinə Cavabdeh1 MMCnin istifadə hüququnun tanınmasını xahiş etmişdir. Cavabdeh2 MMC ilkin iddia üzrə İddiaçı qarşı ilkin iddianın əsasını təşkil edən 12 aprel 2019-cu il tarixli barışıq razılaşması haqqında müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 aprel 2019-cu il tarixli barışıq razılaşması haqqında müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddianın təmin edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh3 və Cavabdeh2 MMC-yə qarşı pul tələbinə dair məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 MMC-dən müştərək qaydada onun xeyrinə ümumilikdə 749657,41 (yeddi yüz qırx doqquz min altı yüz əlli yeddi ABŞ dolları, qırx bir sent) ABŞ dollarının tutulmasına dair qətnamə qəbul edilməsini, eləcə də Cavabdeh3 hərəkətlərində Cinayət Məcəlləsinin 318-2-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətlərinin olmasına dair xüsusi qərardad çıxarılaraq prokurora xəbər verilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3152/2019 saylı, 09 dekabr 2019-cu il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh3 və Cavabdeh2 MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə 2(002)-3152/2019 saylı mülki iş, İddiaçı Cavabdeh2 MMC-yə qarşı müqavilədən irəli gələn öhdəliklərin icrası tələbinə dair 2(002)-2968/2019 saylı mülki işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-190/2020 saylı, 12 fevral 2020-ci il tarixli qətnaməsi ilə (qətnamənin tarixindəki yanlışlıq sonradan 05.10.2020-ci il tarixli qərardadla düzəldilmişdir; bax i.v.355-356) İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 MMC-yə, müstəqil iddia tələbi irəli sürməyən üçüncü şəxslər Cavabdeh1 MMC-yə, Daşınmaz Əmlakın Dövlət Resestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Ləğv prosesində olan “Bank Standart” KB və Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı barışıq razılaşması haqqında müqavilədən irəli gələn öhdəliyin icra edilməsi barədə iddiasının təmin edilməsi, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 28-30 ünvanında yerləşən Cavabdeh2 MMCnin adına 22.07.2016-cı il tarixli, RX seriya, ******* saylı reyestrlə 22 iyul 2016-cı il tarixdə qeydə alınmış 1036,7 kv. metr qeyri-yaşayış sahəsinə və bu sahəyə aid olan 0,06141 ha torpaq sahəsinə mülkiyyət hüququ və JN 6908, Kod 00200003 saylı 04 mart 2005-ci il tarixli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə ilə Cavabdeh2 MMC-yə verilmiş 2.0 ha torpaq sahəsinə hüquqlar və həmin torpaq sahəsində inşa edilən hər biri 960 kv. metrdən ibarət olan 3 (üç) ədəd anbar binalarına Cavabdeh1 MMCnin istifadə hüquqları tanınması, Cavabdeh2 MMC-nin İddiaçı qarşı 12 aprel 2019cu il tarixli Barışıq razılaşması barədə Müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddiasının təmin olunmaması, İddiaçı Cavabdeh3 və Cavabdeh2 MMC-yə qarşı pul tələbinə dair iddiasının qismən təmin edilməsi, Cavabdeh3 İddiaçı xeyrinə 79271,79 ABŞ dolları (ödəniş gününə Azərbaycan manatının məzənnəsi ilə) tutulması, İddiaçı pul tələbinə dair iddiasının qalan hissəsi təmin olunmaması, məhkəmədə qaldırdığı iddialarla bağlı İddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumunun 40 manatı Cavabdeh2 MMC-yə, 10 manatı onun özünə aid edilməsi, Cavabdeh2 MMC-dən 40 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, məhkəmədə qaldırdığı qarşılıqlı iddia ilə bağlı Cavabdeh2 MMC tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun onun özünə aid edilməsi, hazırkı məhkəmə qətnaməsinin Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi 28- 30 km-də yerləşən Cavabdeh2 MMC-nin adına 22 iyul 2016-cı il tarixli, RX seriya, ******* saylı reyestrdən çıxarışla mülkiyyət kimi qeydiyyata alınmış 1036,7 kv. metr qeyri-yaşayış sahəsinə və bu sahəyə aid 0,06141 ha torpaq sahəsinə Cavabdeh1 MMC-nin adına mülkiyyət hüququna dair reyestrdən çıxarış verilməsi və həmin ünvanda yerləşən hər bir 960 kv. metrdən ibarət üç ədəd anbar binalarının yerləşdiyi torpaq sahəsinə dair 10 may 2017-ci il tarixli, 297/3288 saylı icarə müqavilələrinin Cavabdeh2 MMC-nin əvəzinə Cavabdeh1 MMC-nin adına dəyişdirilməsi üçün əsas olması qət edilmişdir. Qətnamədən cavabdehlər Cavabdeh3, Cavabdeh2, üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Resestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və Ləğv prosesində olan qapalı səhmdar cəmiyyəti “Bank Standard” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 mart 2020-ci il tarixli, 2(103)-2313/2021 nömrəli qətnaməsi ilə (hakim E.C.Kazımovun sədrliyi və məruzəsi ilə, hakimlər A.Ə.İsgəndərovdan və İ.Ə.Kərimlidən ibarət tərkibdə) cavabdehlər Cavabdeh3, Cavabdeh2 MMC-nin, üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin və Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli, 2(002)-190/2020 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdehlər Cavabdeh3 və Cavabdeh2 MMC-yə qarşı “barışıq razılaşması haqqında müqavilədən irəli gələn öhdəliyin icra edilməsi və pul” tələbinə dair iddialarının təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməklə, Cavabdeh2 MMC, Cavabdeh3 və İddiaçı arasında bağlanmış 12 aprel 2019-cu il tarixli Barışıq razılaşması haqqında müqavilə etibarsız hesab edilməsi, ilk və qarşılıqlı iddia ərizələrinin verilməsi, həmçinin apellyasiya şikayətləri ilə əlaqədar ödənilən dövlət rüsumlarının tərəflərə və şikayət verən üçüncü şəxslərə aid edilməsi qət olunmuşdur. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, İddiaçı, Cavabdeh3 və qeyrilərinə qarşı “barışıq razılaşması haqqında müqavilədən irəli gələn öhdəliyin icra edilməsi” barədə ilk iddia tələbinin və ayrılıqda verilmiş “borc pul” tələbinin təmin edilməsi, Cavabdeh2 MMC-nin İddiaçı Rafail oğluna qarşılıqlı iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06.09.2021-ci il tarixli, 2(102)-4080/2021 saylı Qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 mart 2020ci il tarixli, 2(103)-2313/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06.09.2021-ci il tarixli, 2(102)-4080/2021 saylı Qərarındakı mövqeyi onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmiş, maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Belə ki, iddianı rədd edən apellyasiya instansiyası məhkəməsi mövqeyini ilk olaraq onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış barışıq sazişi notariat qaydasında təsdiq olunmamışdır. 12 aprel 2019-cu il tarixli barışıq razılaşmasının məzmunu nəzərdə keçirilərkən müəyyən olunur ki, həmin müqavilə ilə tərəflər aşağıdakı məsələlərlə bağlı aralarında olan mübahisələri qarşılıqlı güzəştlər yolu ilə tənzimlənməsi barədə razılığa gəlmişlər: - Cavabdeh2 MMC-nin və Cavabdeh3 İddiaçı Rafayel oğluna ******* manat məbləğində borcun olması; - həmin borcun 6 ay müddətində ödənilməli olması; - göstərilən müddət ərzində borc ödənilmədiyi halda, borcluların yuxarıda qeyd olunan daşınmaz əmlaklara hüquqlarını kreditora vermələri. Apellyasiya instansiyası məhkəməsinin qətnamənin qəbul edilməsi üçün istinad etdiyi Mülki Məcəllənin 329.1 və 394-cü maddələrinin tələbləri yalnız tərəflərin razılığa gəldikləri üçüncü məsələyə aiddir. Razılaşmada isə daşınmaz əmlaklara hüquqların keçirilməsi yalnız ikinci şərtin icra edilməməsi, yəni etiraf olunmuş borcun ödənilməsinin qeyri-mümkünlüyü halında nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası razılaşır ki, müqavilə qeyd olunan formada bağlanılmaqla cavabdehlərin daşınmaz əmlaklara dair mülkiyyət və istifadə hüquqlarının iddiaçıya ötürülməsi qanuna ziddir və icrası mümkün deyildir. Lakin tərəflərin razılığa gəldikləri digər məsələlərlə bağlı qanunvericiliklə barışıq razılaşmasının notariat formasında bağlanması nəzərdə tutulmamışdır. Qeyd olunmalıdır ki, Cavabdeh2 MMC özü də qarşılıqlı iddiasında müqavilənin etibarsızlığını MMC-nin təsisçisinin hüquqlarını pozması, MMC-nin iddiaçı qarşısında öhdəliyinin olmaması, MMCnin adından imzalayan şəxsin buna səlahiyyətli olmaması ilə əsaslandırmışdır. Yəni faktiki olaraq MMC müqaviləni onun formasına uyğun olmaması ilə deyil, iradəsinə (təsisçilərin iradələrinə) zidd olması ilə mübahisələndirmişdir. Halbuki, mübahisələndirilən müqavilədə tərəflər MM-in 881-ci maddəsinə istinad etməklə bəyan etmişlər ki, onlar öz könüllü iradə ifadələri əsasında qarşılıqlı razılıq və qarşılıqlı güzəştlər yolu ilə aralarında yaranmış qeyrimüəyyənliyi həll etmiş, razılaşma ilə əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsini bu razılaşma il istisna etmiş, hüquqi statusundan asılı olmayaraq tərəflər üçün yalnız bu razılaşmada təsbit edilənlər etibarlıdır. Lakin apellyasiya instansiyası məhkəməsi barışıq razılaşması ilə tərəflərin həll etdikləri birinci və ikinci məsələlərin etibarlılığını araşdırmamış, razılaşmanın həmin müddəalarının MM-in tələbləri, o cümlədən 881.2-ci maddəsi baxımından araşdırmamış, qarşılıqlı iddianın yuxarıda qeyd olunan dəlillərinə hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Məhkəmə kollegiyası hesab edir ki, həm ilk, həm də qarşılıqlı iddiaların həlli yuxarıda qeyd olunan məsələlərin həllindən asılı olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. Cavabdeh3 apellyasiya şikayətini onunla əsaslandırır ki, cavabdehin iştirakı olmadan işə baxılmış, məhkəmə iclasının yeri və vaxtı barəsində xəbərdar edilməmişdir. Bundan başqa, işdə vəkil/nümayəndəsi vasitəsilə iştirakı üçün müvafiq qaydada 14 saylı Vəkil Bürosunun vəkili Vəkil3 ilə hüquqi yardımın göstərilməsi üçün müqavilə bağlamış və bağlanmış bu müqavilə əsasında vəkili 12.02.2020-ci il tarixdə adı gedən Qaradağ Rayon Məhkəməsinə order təqdim etməklə prosesdə iştirak və çıxış etmək və digər hüquqlarının həyata keçirilməsi imkanı/hüququ olmasına baxmayaraq, 1-ci instansiya məhkəməsi buna şərait yaratmamış və əslində mane olmuşdur(vəkilin orderi işdə var, surəti əlavə edilir). Beləliklə, 1-ci instansiya məhkəməsi vəkil orderini qəbul etmişdir, eyni zamanda buna heç bir əsas olmadan vəkilinin nümayəndənin prosesdə iştirak etməsinə icazə verməmişdir. İşin materialları, faktiki halları ilə tam təsdiq olunur ki, ilk iddiaçı - İddiaçı iddiası/tələbi onun cavabdehlərlə: Cavabdeh3 və “Murphy Shipping and Commercial Services Azerbaijan" MMC ilə imzaladığı 12 aprel 2019-cu il tarixli barışıq razılaşması haqqında Müqavilədir, cavabdehlərin isə bu Müqavilədən gələn öhdəliklərinin/vəzifələrinin əsasını - bu Müqavilədə qeyd olunan - guya onun- Cavabdeh3 iddiaçıya - İddiaçı olan, bununla belə, nə mötəbər/tutarlı, yazılı sübutlarla, nə məhkəmə araşdırmaları zamanı təsdiq/sübutunu tapmamış 1.800,070 manat təşkil edir. Halbuki, iddiaçı öz sonrakı pul tələbi barəsində olan iddiasında bu məbləği deyil, yalnız 749.657,41 ABŞ dollarını (məhkəmədə iş materialları ilə təkzib olunan) yalnız Cavabdeh3 tutulmasını məhkəmədən xahiş edir. 1-ci instansiya məhkəməsi qənaətini əsaslandırmadan-həm qismən - 79.271,79 ABŞ dollarının tutulmasını, həm adı gedən Müqavilənin işə aidiyyəti olmayan 3-cü şəxslər tərəfindən icrasını qət etmişdir. 1-ci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamışdır/aydınlaşdırılmamışdır, o cümlədən: Mülki Məcəllənin 881.2.2. maddəsinə görə, barışıq razılaşmasının qüvvəsi barışıq razılaşması məqamında müqavilənin iştirakçısına məlum olmayan iddialara şamil edilmir. Təkzibedilməz haldır ki, nə iddiaçının - İddiaçı özünün, nə Cavabdeh3 barışıq razılaşmasını imzaladıqda, barışıq razılaşması məqamında müqavilədə qeyd olunan əmlakın başqasının hüququ ilə yüklü olmasından, iddiasından məlumatları olmayıb, (hazırda digər 3-cü şəxslərin: “Bank Standard KB-nın”, "xxxx" MMC-nin əmlaka dair hüquqları, iddiaları var) 2019-cu il tarixli Barışıq razılaşması haqqında Müqavilənin iştirakçıları olmamışlar, halbuki yalnız iştirakçılar üçün Barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Mülki Məcəlləsinin 881.2. maddəsində təsbit edildiyi kimi, Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri- müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Bundan başqa, qətnamə ilə üzərlərinə Barışıq Razılaşması haqqında müqavilə üzrə öhdəliklər/vəzifələr qoyulmuş 3-cü şəxslər heç zaman adı gedən 12 aprel 2019-cu il tarixli Barışıq razılaşması haqqında Müqavilənin iştirakçıları olmamışlar, halbuki yalnız iştirakçılar üçün Barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Mülki Məcəlləsinin 881.2. maddəsində təsbit edildiyi kimi. İlk iddiaçı - İddiaçı iddiasının əsasını 12.04.2019-cu il tarixli X1 təşkil etmişdir. Müqavilə, əslində tərəflər arasında xüsusən də “Murphy Shipping and Commercial Services Azerbaijan MMC” ilə bağlı hər-hansı təsdiqlənən borc münasibəti olmadığından, faktiki etibarsız uydurma əqddir. İlk növbədə bu səbəbdən adı gedən Razılaşma Müqaviləsi uydurma əqd olduğundan etibarsız hesab edilməli, Cavabdeh2 MMC-yə qarşı əmlak tələbi rədd olunmalıdır: Eyni zamanda bu Müqavilə/razılaşmanın iştirakçıları: İddiaçı və Cavabdeh3 Cavabdeh2 MMC-nin ümumiyyətlə, adı gedən daşınmaz əmlakın özgəninkiləşdirilməsinin mümkünsüzlüyündən məlumatları olmamışdır. Adı gedən Razılaşma Müqaviləsi müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqddir. Belə ki, Razılaşma Müqaviləsinin iştirakçılarından olan Cavabdeh2 MMC-yə aid Dövlət Reyestrindən Çıxarışdan göründüyü kimi, onun yeganə təsisçisi (100% payla) Böyük Britaniyanın “Murphy Shipping and Commercial Services UK Limited” şirkətidir, onun qanuni təmsilçisi/Baş Direktoru isə Sabir Əliyevdir. Təsisçi tərəfindən isə qanuni təmsilçiyə/baş direktora verilmiş 14.06.2017-ci il tarixli Etibarnamədən (eyni zamanda Nizamnamənin 5.2. bəndindən) isə açıq-aşkar görünür ki, sonuncu Cavabdeh2 MMC-nin əmlakını təsisçinin icazəsi olmadan özgəninkiləşdirə bilməz. Göründüyü kimi, adı gedən Müqavilənin iştirakçıları hüquq münasibətlərini və iddialarını həyata keçirə bilməz. Eyni zamanda, adı gedən Razılaşma Müqaviləsinin iştirakçıları arasında hər-hansı faktiki pul borcunun olması (onun məbləği, mövcudluğu) heç bir mötəbər sübutlarla təsdiqlənmir, ilk İddiaçı bunu öz iddia ərizəsində/tələbində sübut etmir. Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsini, iş üzrə yeni qətnamə çıxarılmaqla, ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 apellyasiya şikayətini Cavabdeh3 apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmışdır, həmçinin göstərmişdir ki, Razılaşma Müqaviləsi birbaşa/bilavasitə Cavabdeh2 MMC-nin təsisçisinin (eyni zamanda 80-ə yaxın işçilərinin/personalın) hüquqlarını pozur və qanuni mənafeinə toxunur. Halbuki, buna heç bir əsas yoxdur. Nə iddiaçının, nə Cavabdeh3 və digərləri qarşısında Cavabdeh2 MMC heç bir öhdəlik götürməmiş, onlara qarşı delikt törətməmişdir ki, öz əmlakı, pulu ilə ilk iddiaçı - İddiaçı qarşısında məsuliyyət daşısın. Heç bir zaman nə iddiaçı - İddiaçı nə dəki Cavabdeh3 Cavabdeh2 MMC-nin işçisi, yaxud təsisçisi/təsisçilərindən biri olmamış, heç bir zaman iddiaçı, yaxud Cavabdeh3 ilə bu MMC arasında hər- hansı bir biznes anlaşması mövcud olmamışdır. Adı gedən Razılaşma Müqaviləsinin iştirakçıları arasında hər-hansı faktiki pul borcunun olması (onun məbləği, mövcudluğu) heç bir mötəbər sübutlarla təsdiqlənmir, ilk İddiaçı bunu öz iddia ərizəsində/tələbində sübut etmir. Qətnamədən göründüyü kimi, buna heç bir əsas, subyektiv hüquq olmadan, yalnız iddiaçının “istəyinə” uyğun, 1-ci instansiyası məhkəməsi inzibati orqanlar olan 3-cü şəxslərin: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1-saylı Ərazi İdarəsinin və Əmlak Məsələləri Dövlət Komitəsinin üzərinə vəzifələr qoymağı xahiş edir. Halbuki, bu inzibati orqanlara iddiaçı bu vəzifələrin icrasını heç zaman bu orqanlardan məhkəmədən əvvəl/kənar qaydada xahiş etməmiş/müraciət etməmişdir, bu orqanlar onlara aid olmayan və mübahisə tərəflərinin öz aralarında “bağladıqları” hər-hansı Barışıq Sazişi barədə Müqavilə üzrə tərəf olmamışlar. Eyni zamanda iddia üzrə bütün hüquqların digər 3-cü şəxsə - Cavabdeh1 MMC-yə verilməsi tələbinin də məhkəmə tərəfındən təmin edilməsi əsassızdır sonuncu müqavilənin iştirakçısı, cavabdehlərlə, 3-cü şəxslərlə heç zaman heç bir münasibətlərdə olmamışdır. Üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Resestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi apellyasiaya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 28-30-cu km ünvanında yerləşən və ümumi sahəsi 1036.7 kv.m olan qeyri-yaşayış binası (yerləşdiyi 0.06141 ha torpaq sahəsi üzərində mülkiyyət növü - dövlət, hüququn növü istifadə) Cavabdeh2 MMC-nin adına ********** qeydiyyat nömrəsi ilə 22.07.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və halhazırda onun mülkiyyətindədir. Sözügedən əmlak ipoteka müqaviləsi əsasında QSC “Bank Standart” KB-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bununla əlaqədar, qətnamə ilə Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 28-30 km-də yerləşən Cavabdeh2 MMC-nin adına 22 iyul 2016-ci il tarixli, RX seriya, ******* saylı reyestrdən çıxarışla mülkiyyət kimi qeydiyyata alınmış 1036,7 kv.metr qeyri-yaşayış sahəsinə və bu sahəyə aid olan 0,06141 ha torpaq sahəsinə Cavabdeh1 MMC-nin adına mülkiyyət hüququna dair reyestrdən çıxarışın verilməsi qət olunmuşdur, lakin qeyri-yaşayış binasının yerləşdiyi 0.6141 ha torpaq sahəsi dövlət mülkiyyətindədir. Həmin torpaq sahəsi qanunvericiliklə müəyyən edilmiş qaydada özəlləşdirilməlidir. Məhkəmə aktında qeyd edilmiş Cavabdeh2 MMC-yə verilmiş 2.0 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilən hər biri 960 kv. metrdən ibarət olan 3 (üç) ədəd anbar binaları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Ümumi sahəsi 1036,7 kv.metr olan qeyri-yaşayış binasının Cavabdeh1 MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar hər hansı hüquqmüəyyənedici sənəd (qanunvericiliklə müəyyən edilmiş qaydada notarial qaydada təsdiq edilmiş əqd, müqavilə və s.), ipotekasaxlayanın razılıq məktubu İdarəyə təqdim olunmamışdır. 22.06.2020-ci il tarixdə İdarənin mütəxəssisləri tərəfindən aparılmış yoxlama-ölçü işləri zamanı məlum olmuşdur ki, məhkəmə qətnaməsində vurğulanan torpaq sahələrindən əlavə 896.4 kv.m torpaq sahəsi də zəbt olunmuşdur. Məhkəmə aktında qeyd edilən hər iki hissədə yerləşən torpaq sahələri dövlət mülkiyyətindədir. Brinci instansiya məhkəməsi qətnamədə İdarəyə məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumat verildiyi qeyd olunsa da, lakin müvafiq mülki iş üzrə sonuncu 12.04.2020-ci il tarixli məhkəmə iclası barədə məhkəmə tərəfindən İdarəyə bildiriş daxil olmamış və İdarənin etibarnamə üzrə nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Üçüncü şəxs Ləğv prosesində olan qapalı səhmdar cəmiyyəti “Bank Standard” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiaya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddiaçının iddia tələblərinin rədd edilməsinə və iş üzrə icraata xitam verilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 28- 30-cu km ünvanında yerləşən və ümumi sahəsi 1036.7 kv.m olan qeyri-yaşayış binası Cavabdeh2MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb, onun mülkiyyətindədir və həmin əmlak ipoteka müqaviləsi əsasında QSC “Bank Standard” Kommersiya Bankının xeyrinə yüklü edilib. 1036.7 kv.m olan qeyriyaşayış binasının Cavabdeh1 MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar ipoteka saxlayan heç bir razılıq verməmişdir. İş üzrə qətnamə 12 aprel 2020-ci il tarixində çıxarılması qeyd edilsə də, nə həmin məhkəmə iclası barədə bildiriş Banka göndərilməmişdir, nədə ki, həmin iş üzrə qətnamə üçüncü tərəf olan LPO QSC «Bank Standard» KB-yə təqdim edilməmişdir. Bakı Kommersiya Məhkəməsinin mübahisəsi gedən əmlakla bağlı 18 sentyabr 2020-ci il tarixli qətnaməsi vardır. Həmin qətnaməyə əsasən Cavabdeh2MMC borcun görə iddia tələbinin təmin olunması üçün tutma girov predmeti olan əmlaka yönəldilməsi haqqında qətnamə qəbul edilmişdir. İşə yenidən apellyasiya qaydasında baxılarkən Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 vəkili X8 bildirmişdir ki, borcun mövcudluğu barədə sübut yoxdur. İddiaçı və Tahir arasında yaxın münasibətlər olub. Onlar aralarındakı münasibətlərə görə aralarında belə bir müqavilə imzalayıblar. Həmçinin etibarnamə əmlak üzərində sərərncam vermək hüququnu istisna edir. Cavabdeh3 adından barışıq sazişini imzalamamışdır. İmza ona məxsus deyil. İmzanın kimə məxsus olması barədə məlumatı yoxdur. Onun ümumiyyətlə bu razılaşmadan məlumatı olmayıb. Cavabdeh3 qarşı münasibətdə isə bildirmişdir ki, məhkəmə işə baxarkən prosessual pozuntuya yol vermişdi. Müqavilə bağladığı halda çıxışı dinlənilmədi, məhkəmə bildirdi ki, iş artıq araşdırılıb və yekun qərar qəbul edildi. Tərəflər arasında yaxşı münasibətlər olub. Onda olan məlumata görə, belə bir barışıq sazişinin olması biznes problemlərini həll etməsi üçün məhz iddiaçının özünə lazım idi. Hazırki əqdin yalan əqd olması ilə bağlı bu dəlili irəli sürürlər. Bundan əvvəl heç bir müqavilə olmayıb, amma sonra belə bir müqavilə bağlanıb. Barışıq sazişinə baxanda görünür ki, burada nəsə uyğunsuzluq var. Digər məsələ isə budur ki, burada söhbət yüklü daşınmaz əmlakların özgəninkiləşdirilməsindən gedir. Lakin burada nə bankın, nədə reyestr xidmətinin xəbəri yoxdur. Bundan başqa, imzalayan cavabdeh Şirkətin bu müqaviləni imzalamaq səlahiyyəti olduğu göstərilmir. Barışıq sazişindən başqa heç bir sənəd yoxdur. Özgəninkiləşdirilən torpaq sahəsi və ya tikilinin mülkiyyət hüququ qeydə alınmayıb. Borc olmasını qəbul etmirlər. Əqd yalan əqddir. İşə yenidən apellyasiya qaydasında baxılarkən Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, apellyasiya şikayətində göstərilənləri müdafiə edir, əlavəsi yoxdur. Məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. İşə yenidən apellyasiya qaydasında baxılarkən Məhkəmə kollegiyasının iclasında iştirak edən Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi Abbaslı Əhməd Məmməd oğlu bildirmişdir ki, apellyasiya şikayətində göstərilənləri müdafiə edir, əlavəsi yoxdur. Məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. İşə yenidən apellyasiya qaydasında baxılarkən Bakı Apellyasiya Məhkəməsi MKnın 26.01.2022-ci il tarixli, 2(103)-822/2022 saylı qərardadı ilə mülki işin "pul tələbinə dair” hissəsində xüsusi bilik ələb edən sualların araşdırılması üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuşdur.İddiaçı nümayəndəsi və vəkili Vəkil2 16.02.2022-ci il tarixdə “Elektron kabiner” vasitəsilə ərizə təqdim edərək bildirmişdir ki, İddiaçı cavabdehlər: Cavabdeh3 və Cavabdeh2 MMC-dən müştərək qaydada xeyrinə ümumilikdə 749.657,41 (yeddi yüz qırx doqquz min altı yüz əlli yeddi ABŞ dolları qırx bir sent) ABŞ dolları məbləğində pulun tutulmasına dair tələb hissəsindən imtina edir.Hesab edir ki, hazırki ərizəmin mövcudluğu halında Kollegiyanın iş üzrə 26.01.2022-ci il tarixli qərardadının icrasına, yəni, ekspertizanın aparılmasına zərurət aradan qalxması nəzərə alınaraq, ekspertiza aparılmadan mülki işin apellyasiya baxışının davam etdirilməsinə şərait yaranacaqdır. Bakı Apellyasiya Məhkəməsi MK-nın 26.01.2022-ci il tarixli, 2(103)-822/2022 saylı qərardadı ilə mülki işin "pul tələbinə dair” hissəsində xüsusi bilik ələb edən sualların araşdırılması üçün məhkəmə-mühasibatlıq ekspertizası aparılmadan mülki iş məhkəməyə qaytarılmışdır. İşə yenidən apellyasiya qaydasında baxılarkən Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 bildirdi ki, İddiaçı cavabdehlər: Cavabdeh3 və Cavabdeh2 MMC-dən müştərək qaydada xeyrinə ümumilikdə 749.657,41 (yeddi yüz qırx doqquz min altı yüz əlli yeddi ABŞ dolları qırx bir sent) ABŞ dolları məbləğində pulun tutulmasına dair tələb hissəsindən imtina etməsi barədə təqdim etdiyi ərizəni müdafiə edir və həmin hissədə işin icraatına xitam verilməsini xahiş edir.Həmçinin, bildirdi ki, əmlakın bəzisi mülkiyyətdədir, bəzisi istifadədir, bəzisi isə ümumiyyətlə qeydə alınmayıb. Öhdəliyin təminatı olan əmlaka görə məbləği ödəməyə hazır olduğunu da bildirmişdilər. Ona görə də bank narahat olmasın. İşə rayon məhkəməsində baxılarkən nümayəndə məhkəmə iclaslarında iştirak edib və imza onun deyil deməsi əsassızdır. Nümayəndə Cavabdeh2 MMC-nin nümayəndəsi kimi iştirak edib, lakin barışıq sazişini Cavabdeh3 adından imzalayıb. Qətnamənin elan olunması 12 fevral 2020-ci il tarixdə olub. Sonradan məhkəmə tərəfindən yanlışlıq aradan qaldırılıb. Məhkəmənin qətnaməsindən əmlakın reyestr xidmətində qeydiyyata alınması əsası kimi göstərilməsi Əmlak Komitəsinin maraqlarına toxunmur. Tikili faktiki olaraq var və onlar da o əmlakın verilməsini tələb edirlər. Reyestrdə qeydə alınması məsələsi gələcəkdə onlarla Əmlak Komitəsi arasında yaranacaq münasibətdir. Hazırda Komitənin hüquqlarına toxunulmur. İş materiallarına təqdim etdikələri əmrdən əslində görünür ki, barışıq sazişi imzalamaq səlahiyyəti qeyd olunub. Cavabdeh3 qarşı pul tələbi ilə bağlı qaldırılan iddianın hazırki iddia tələbi ilə heç bir aidiyyəti yoxdur. Məhkəmə prosessual baxımından iddiaları birləşdirdi, onlar da etiraz etmədilər. Apellyasiya şikayətlərinin dəlillərinə məhkəmənin qətnaməsində hüquqi qiymət verilib. Apellyasiya şikayətlərini əsassız hesab edir və məhkəmədən təmin edilməməsini xahiş edir. Tərəflər aralarında olan qeyri-müəyyənliyi dəqiqləşdirmək üçün barışıq sazişini bağlayıblar. Bütün sübutları iş materiallarına təqdim etmişdilər. Məhkəmə Kollegiyası tərəflərin vəkilini (nümayəndəsini) dinləyərək, həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06.09.2021-ci il tarixli, 2(102)-4080/2021 saylı Qərarındakı mövqeyə uyğun olaraq iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin olunmalı, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-190/2020 saylı, 12 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, ilk iddia Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 28-30-cu km ünvanında yerləşən Cavabdeh2 MMC-nin adına 22.07.2016-cı il tarixli, RX seriya, ******* saylı reyestrlə 22 iyul 2016-cı il tarixdə qeydə alınmış 1036,7 kv. metr qeyri-yaşayış sahəsinə və bu sahəyə aid olan 0,06141 ha torpaq sahəsinə Cavabdeh1 MMC-nin mülkiyyət hüququnun tanınmasına; JN 6908, Kod 00200003 saylı 04 mart 2005-ci il tarixli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə ilə Cavabdeh2 MMC-yə verilmiş 2.0 ha torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilən hər biri 960 kv. metrdən ibarət olan 3 (üç) ədəd anbar binalarına Cavabdeh1 MMC-nin istifadə hüquqlarının tanınmasına, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 28-30-cu km.də yerləşən, hər biri 960 kv.metrdən ibarət üç ədəd anbar binalarına və bu anbar binalarının yerləşdiyi, 10 may 2017-ci il tarixli 297/3288 saylı icarə müqavilələri ilə Cavabdeh2 MMC-nin istifadəsində olan torpaq sahəsinə Cavabdeh1 MMCnin istifadə hüququnun tanınmasına dair hissədə rədd edilməli, (Bakı apellyasiya məhkəməsinin 23 may 2022-ci il tarixli qərardadı ilə ilk iddia üzrə 749.657,41 (yeddi yüz qırx doqquz min altı yüz əlli yeddi min ABŞ dolları qırx bir sent) ABŞ dolları mbləğində pulun tutulmasına dair tələb hissəsindən imtina olunduğu üçün xitam verilmişdir) qarşılıqlı iddia təmin edilərək Cavabdeh2 MMC-nin ilkin iddia üzrə İddiaçı qarşı 12 aprel 2019-cu il tarixli "xxxx" etibarsız hesab edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011 ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Cavabdeh3 apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni ilkin iddiaların təmin edilməsi hissəsi, Cavabdeh2n apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni ilkin iddianın təmin edilməsi və qarşılıqlı iddianın təmin edilməməsi hissəsi, üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Resestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni ilkin iddianın təmin edilməsi hissəsi, üçüncü şəxs Ləğv prosesində olan qapalı səhmdar cəmiyyəti “Bank Standard” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni ilkin iddianın təmin edilməsi hissəsi, (şikayətlərin obyekti apellyasiya tələbləri ilə məhdudlaşır) şikayətlərin predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq şikayətlərdə iddia olunan yol verdiyi pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissələrdə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən qətnamə yalnız mübahisələndirilən hissələrdə yoxlanıllır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh2 MMC-nin istər qarşılıqlı iddiasının, istərsə də ilk iddiaya etirazının əsası kimi istinad etdiyi hal, yəni, "xxxx"nin iştirakçıları arasında hər hansı faktiki pul borcunun olmasının heç bir mötəbər sübutlarla təsdiqlənmədiyinə dair mülahizəsi, eləcə də ilk İddiaçı bunu öz iddia ərizəsində sübut edə bilməməsinə dair, həmçinin, Cavabdeh2 MMC-nin heç bir öhdəlik götürməməsinə, o cümlədən, delikt törətməməsinə, bu səbəbdən də ilk iddiaiçı İddiaçı qarşısında hər hansı bir məsuliyyət daşımamasına dair dəlilləri əsaslıdır. Belə ki, Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Eyni zamanda 12 aprel 2019-cu il tarixli "xxxx"/ razılaşmanın iştirakçıları: İddiaçı və Cavabdeh3 Cavabdeh2 MMC-nin ümumiyyətlə adı gedən daşınmaz əmlakın özgəninkiləşdirilməsinin mümkünsüzlüyündən məlumatları olmamışdır. İlk iddia tələbindən görünür ki, ilk iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881-ci maddəsinə istinad olunmuşdur. Barışıq razılaşması haqqında müqavilənin hüquqi əsaslarını tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinin tələbinə görə barışıq razılaşması haqqında müqavilə ilə tərəflər öz aralarındakı hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Qeyd edilən Məcəllənin 881.2-ci maddəsinin tələbinə görə isə barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. İstinad edilən Məcəllənin 881.5-ci maddəsinin tələbinə görə, əgər barışıq razılaşması haqqında müqavilənin iştirakçıları hüquq münasibətlərini və ya iddialarını, xüsusən də məcburi qüvvəyə malik qanuni göstərişlərlə əlaqədar həyata keçirə bilməzlərsə bu halda barışıq razılaşmasının hüquqi qüvvəsi olmur. Yuxarıda qeyd edilənlərdən əlavə məhkəmə Kollegiyası hesab edir ki, adı gedən Razılaşma Müqaviləsi müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqddir.Belə ki, Razılaşma Müqaviləsinin iştirakçılarından olan Cavabdeh2 MMC-yə aid Dövlət Reyestrindən Çıxarışdan göründüyü kimi, onun yeganə təsisçisi (100% payla) Böyük Britaniyanın “Murphy Shipping and Commercial Services UK Limited” şirkətidir, onun qanuni təmsilçisi/Baş Direktoru isə Sabir Əliyevdir. Təsisçi tərəfindən isə qanuni təmsilçiyə/baş direktora verilmiş 14.06.2017-ci il tarixli Etibarnamədən (eyni zamanda Nizamnamənin 5.2. bəndindən) isə açıq-aşkar görünür ki, sonuncu Cavabdeh2 MMC-nin əmlakını təsisçinin icazəsi olmadan özgəninkiləşdirə bilməz.Halbuki, iş materiallarından görünür ki, Cavabdeh2 MMC-nin adından 12 aprel 2019-cu il tarixli "xxxx"/ razılaşmanı MMC-nin icraçı direktoru X7 imza etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir.Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur.Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02.04.2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir.Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir.Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 sentyabr 2021-ci il tarixli Qərarında vurğulamışdır ki, Qeyd edilməlidir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər mülki prosessual qanunvericilikdə xüsusi yer tutur. Ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri).Məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli, F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarları).Mülki Prosessual Məcəllənin 217.3 və 217.4-cü maddələrinə görə isə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni zamanda Kollegiya qeyd edir ki, məhkəmənin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlməsi, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması hesab edilməklə, həmin qətnamənin ləğv edilməsi əsaslarından biri kimi çıxış edir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması da məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Mülki Prosessual Məcəllənin 385, 388 və 390-cı maddələri). Məlum olduğu kimi, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir. Əqdin bir növü olan müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324.1 və 324.4-cü maddələri). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr, N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarları). Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Əhəmiyyətsiz əqd arzuolunan hüquqi nəticəyə səbəb olmadığından predmetini fərdi müəyyən əşya təşkil etdiyi halda, həmin əşyanın geri qaytarılması ilə bağlı irəli sürüləcək iddia hər hansı müddətlə məhdudlaşmır. Belə ki, fərdi müəyyən əşya hüquqi əsas olmadan qarşı tərəfin sahibliyinə keçdiyinə görə, qarşı tərəf həmin əşya üzərində mülkiyyət və s. əşya hüquqları əldə etmir. Ona görə də mülkiyyətçi özünün mülkiyyət hüququna istinad edərək qanunsuz sahib olan müqavilənin qarşı tərəfindən` müddətsiz olaraq öz əşyasını Mülki Məcəllənin 157.2 və 157.5-ci maddələrinə əsaslanmaqla istəyə bilər. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, ilk iddia 12 aprel 2019-cu il tarixli Barşıq razılaşması haqqında müqaviləyə istinad olunaraq irəli sürüldüyündən, həmin müqavilə isə etibarsız sayıldığından, ilk iddia Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 28-30-cu km ünvanında yerləşən Cavabdeh2 MMC-nin adına 22.07.2016-cı il tarixli, RX seriya, ******* saylı reyestrlə 22 iyul 2016-cı il tarixdə qeydə alınmış 1036,7 kv. metr qeyri-yaşayış sahəsinə və bu sahəyə aid olan 0,06141 ha torpaq sahəsinə Cavabdeh1 MMC-nin mülkiyyət hüququnun tanınmasına; JN 6908, Kod 00200003 saylı 04 mart 2005-ci il tarixli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə ilə Cavabdeh2 MMC-yə verilmiş 2.0 ha torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilən hər biri 960 kv. metrdən ibarət olan 3 (üç) ədəd anbar binalarına Cavabdeh1 MMC-nin istifadə hüquqlarının tanınmasına, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 28-30-cu km.də yerləşən, hər biri 960 kv.metrdən ibarət üç ədəd anbar binalarına və bu anbar binalarının yerləşdiyi, 10 may 2017-ci il tarixli 297/3288 saylı icarə müqavilələri ilə Cavabdeh2 MMCnin istifadəsində olan torpaq sahəsinə Cavabdeh1 MMCnin istifadə hüququnun tanınmasına dair hissədə rədd edilməlidir. Hazırkı iş üzrə, ilkin iddiaçının iddia tələblərinin faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından, qarşılıqlı iddia tələbinin isə faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Şərh olunanlarla əlaqədar məhkəmə Kollegiyası qeyd edir ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, aralarında bu cür münasibətlər qurarkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür ilk iddianın rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları aralarında bu cür münasibətlər qurarkən hüququn prinsipləri və qanunvericiliyin tələbləri baxımından intizamlı və vicdanlı olsunlar, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etsinlər, hüquqdan pis niyyətlə sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda əqdlərin etibarsızlığı, öhdəliklərin icrası zamanı vicdanlılıq və hüquqdan suiistifadənin qadağan edilməsi institutlarının yaranmasına da zərurət və əsas olmazdı. Göstərilənlərlə yanaşı, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki mülki işə baxılarkən yuxarıda qeyd olunanlarla yanaşı bir sıra prosessual hüquq normaları da pozulmaqla məhkəmə iclasının protokolu Mülki Prosessual Məcəllənin 271-ci maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, işdən görünür ki, hazırki mülki iş hələ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icratında olarkən ilk iddiaçı iddia tələbinin artırılması və əlavə cavabdehin cəlb olunması barədə əlavə iddia ərizəsi məhkəməyə müraciət etmiş, cavabdeh kimi cəlb olunan Nümayəndə1 da 12 aprel 2019-cu il tarixli Barşıq razılaşması haqqında müqaviləni Cavabdeh3 adından nümayəndə kimi imzaladığından öhdəliklərini yerinə yetirmədiyinə görə ona vurduğu maddi ziyana görə 100 manat tələb etmişdir(bax.i.v.68-70).Lakin iş aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərildikdən sonra Nümayəndə1 qarşı olan tələb və onun Cavabdeh2 MMC-nin nümayəndəsi olmaqdan başqa, həm də cavabdeh olması məhkəmə iclas protokollarında göstərilməmiş, baxmayaraq ki, Nizami Rayon Məhkəməsi Nümayəndə1 həm də cavabdeh kimi qəbul etmişdir. İddiaçı bundan sonra da yekun olaraq iddia tələblərinin dəqiqləşdirilməsinə dair iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət etmiş və bu ərizənin giriş hissəsində Nümayəndə1 adı cavabdeh qismində qalsa da faktiki olaraq ona qarşı olan tələbdən imtina edilmişdir(bax.i.v.277). Göründüyü kimi, birinci instansiya məhkəməsi bununla bağlı məhkəmə iclaslarının protokollarında da hər hansı bir qeyd aparmamışdır. Bununla yanaşı, iddia tələbinin dəqiqləşdirilməsinə dair son ərizədə iddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 28-30 km-də yerləşən, hər biri 960 kv.metrdən ibarət üç ədəd anbar binalarına və bu anbar binalarının yerləşdiyi, 10 may 2017-ci il tarixli 297/3288 saylı icarə müqavilələri ilə Cavabdeh2 MMC-nin istifadəsində olan torpaq sahəsinə Cavabdeh1 MMC-nin istifadə hüququnun tanınmasını əsassız olsa da ayrıca tələb etsə də məhkəmə bu tələbin təmin yaxud rədd edilməli olmasına dair hansısa hüquqi dəyərləndirmə aparmamışdır. Baxmayaraq ki, bu tələb məzmunca demək olar ki, JN 6908, Kod 00200003 saylı 04 mart 2005-ci il tarixli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə ilə Cavabdeh2 MMC-yə verilmiş 2.0 ha torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilən hər biri 960 kv. metrdən ibarət olan 3 (üç) ədəd anbar binalarına Cavabdeh1 MMC-nin istifadə hüquqlarının tanınması tələbi ilə eyni olmuş və bu hissə təmin olunmuşdur, ancaq iddiaçı 10 may 2017-ci il tarixli 297/3288 saylı icarə müqavilələri ilə Cavabdeh2 MMC-nin istifadəsində olan torpaq sahəsinə də Cavabdeh1 MMC-nin istifadə hüququnun tanınmasını da istəmişdir. Buna görə də eyni torpaq sahələri olsalar belə, sahələri fərqli olduğundan və ayrı-ayrı hüquqi sənədlər üzrə(2005-ci il tarixli şəhadətnamə ilə istifadə hüququ əsasında və 10 may 2017-ci il tarixli 297/3288 saylı icarə müqaviləsi ilə) Cavabdeh2 MMC-yə məxsus olduğundan hər bir tələbə ayrıca hüquqi qiymət verib müvafiq qərar qəbul edilməli idi. Çünki, qətnamədə iddianın bu hissəsini tam təmin etdiyini qeyd etmişdir. Bundan əlavə, iddiaçı yekun olaraq iddia tələblərinin dəqiqləşdirilməsinə dair iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət etmiş, həmin ərizə 12.02.2020-ci ildə məhkəməyə daxil olmuşdur. 10.02.2020-ci il tarixdə məhkəmə qətnamənin elanı üçün məhkəmə iclasını təxirə salsa da Cavabdeh3 vəkili Vəkil3 11.02.2020-ci il tarixli orderi işdə olsa da sonuncu iclasda iştirakı təmin olunmamışdır. Eyni zamanda iddiaçının nümayəndəsindən başqa cavabdehlərə və “Bank Standard” Kommersiya Bankı qapalı səhmdar cəmiyyətinə SMS bildiriş göndərilsə də bunun həmin şəxslərə çatması təsdiq olunmur, həmçinin digər üçüncü şəxəslərə isə ümumiyyətlə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməmişdir. Göründüyü kimi, işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir(MPM.m. 387.2 və 387.2.2). Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sənədlər xronoloji ardıcıllıqla(iş. vər.277-278) tikilməmiş, 18 noyabr 2019-cu il tarixli məhkəmə iclasının( iş. vər.101) protokolu və 29 noyabr 2019-cu il tarixli məhkəmə iclasının( iş. vər.105) protokolu isə hakimi tərəfindən imzalanmamışdır. Göründüyü kimi, işdə məhkəmə iclasının protokolu yoxdursa və ya imzalanmamışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir (MPM.m. 387.2 və 387.2.7). Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.4-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 387.2., 387.2.2 və 387.2.7-ci maddələrinə əsasən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, işdə məhkəmə iclasının protokolu yoxdursa və ya imzalanmamışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir: Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-190/2020 saylı, 12 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və ilk iddia Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 28-30-cu km ünvanında yerləşən Cavabdeh2 MMC-nin adına 22.07.2016-cı il tarixli, RX seriya, ******* saylı reyestrlə 22 iyul 2016-cı il tarixdə qeydə alınmış 1036,7 kv. metr qeyri-yaşayış sahəsinə və bu sahəyə aid olan 0,06141 ha torpaq sahəsinə Cavabdeh1 MMC-nin mülkiyyət hüququnun tanınmasına; JN 6908, Kod 00200003 saylı 04 mart 2005-ci il tarixli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə ilə Cavabdeh2 MMC-yə verilmiş 2.0 ha torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilən hər biri 960 kv. metrdən ibarət olan 3 (üç) ədəd anbar binalarına Cavabdeh1 MMC-nin istifadə hüquqlarının tanınmasına, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 28-30-cu km.də yerləşən, hər biri 960 kv.metrdən ibarət üç ədəd anbar binalarına və bu anbar binalarının yerləşdiyi, 10 may 2017-ci il tarixli 297/3288 saylı icarə müqavilələri ilə Cavabdeh2 MMC-nin istifadəsində olan torpaq sahəsinə Cavabdeh1 MMCnin istifadə hüququnun tanınmasına dair hissədə rədd edilməli, (Bakı apellyasiya məhkəməsinin 23 may 2022-ci il tarixli qərardadı ilə ilk iddia üzrə 749.657,41 (yeddi yüz qırx doqquz min altı yüz əlli yeddi min ABŞ dolları qırx bir sent) ABŞ dolları mbləğində pulun tutulmasına dair tələb hissəsindən imtina olunduğu üçün xitam verilmişdir) qarşılıqlı iddia təmin edilərək Cavabdeh2 MMC-nin ilkin iddia üzrə İddiaçı qarşı 12 aprel 2019-cu il tarixli "xxxx" etibarsız hesab edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Qət etdi: Apellyasiya şikayətləri qismən təmin olunsun. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-190/2020 saylı, 12 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İlk iddia Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 28-30-cu km ünvanında yerləşən Cavabdeh2 MMC-nin adına 22.07.2016-cı il tarixli, RX seriya, ******* saylı reyestrlə 22 iyul 2016-cı il tarixdə qeydə alınmış 1036,7 kv. metr qeyri-yaşayış sahəsinə və bu sahəyə aid olan 0,06141 ha torpaq sahəsinə Cavabdeh1 MMC-nin mülkiyyət hüququnun tanınmasına; JN 6908, Kod 00200003 saylı 04 mart 2005-ci il tarixli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə ilə Cavabdeh2 MMC-yə verilmiş 2.0 ha torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilən hər biri 960 kv. metrdən ibarət olan 3 (üç) ədəd anbar binalarına Cavabdeh1 MMC-nin istifadə hüquqlarının tanınmasına, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 28-30-cu km.də yerləşən, hər biri 960 kv.metrdən ibarət üç ədəd anbar binalarına və bu anbar binalarının yerləşdiyi, 10 may 2017-ci il tarixli 297/3288 saylı icarə müqavilələri ilə Cavabdeh2 MMC-nin istifadəsində olan torpaq sahəsinə Cavabdeh1 MMCnin istifadə hüququnun tanınmasına dair hissədə rədd edilsin. (Bakı Apellyasiya məhkəməsinin Mülki Kollegiyasının 2(103-822/2022 saylı, 23 may 2022-ci il tarixli qərardadı ilə ilk iddia üzrə 749.657,41 (yeddi yüz qırx doqquz min altı yüz əlli yeddi min ABŞ dolları qırx bir sent) ABŞ dolları mbləğində pulun tutulmasına dair iddia tələbindən imtina olunduğu üçün həmin hissədə iş üzrə icraata xitam verilmişdir). Qqarşılıqlı iddia təmin edilsin. Cavabdeh2 MMC, İddiaçı və Cavabdeh3 arasında bağlanmış 12 aprel 2019-cu il tarixli "xxxx" etibarsız hesab edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-822/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-822/2022
23.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver