Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8228/2022 07.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(006)-2855/2022 saylı qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(006)- 2855/2022 saylı qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC və maraqlı şəxs "xxxx" ASC-yə qarşı “dyəmiş maddi və mənəvi zərərin ödənilməsi, hesablanmış əsassız cərimə və faizlərin silinməsi” tələbinə dair ilkin iddiasının təmin edilməməsi, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC-nin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və Cavabdeh2 qarşı “lizinq müqaviləsinin xitamı, lizinq obyektinin qaytarılması, lizinq müqaviləsi üzrə borcun, lizinq mükafatının, cərimə borcunun ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasının qismən təmin edilməsi, Cavabdeh1 MMC ilə İddiaçı arasında imzalanmış LİZ-00112-05/19A saylı, xx.xx.2019-cu il tarixli X3 müqaviləsinə xitam verilməsi, Lizinq müqaviləsinin vaxtında icra edilməsi nəticəsində lizinq verənə müqavilə üzrə xx.xx.2022-ci il tarixinə ödənilməli olan 19.244,08 manat lizinq müqaviləsi üzrə borc, 1410,94 manat lizinq mükafatı, cəmi 20.655,02 manat borc və ödənilmiş 166 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlər İddiaçı və Cavabdeh2 tutularaq Cavabdeh1 MMC-yə ödənilməsi, qarşılıqlı iddia ərizəsi qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh İddiaçı tərəfindən apelyasiya şikayəti verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi apellyasiya şikayətini mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası işin materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti qaytarılır. İş materiallarından görünür ki, iş üzrə qəbul edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(006)-2855/2022 saylı qətnaməsi ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili, hazırda da apelyasiya şikayətini tərtib etmiş Nümayəndə1 elektron kabinetinə 22 sentyabr 2022-ci il tarixdə yerləşdirilmişdir (i.v. 144). Eləcə də iş materiallarından görünür ki, cavabdeh İddiaçı sonradan məhkəməyə müraciət edərək, qətnaməni almadığını bildirmiş və 17 noyabr 2022-ci il tarixdə məhkəmə qəbzinə imza etməklə qətnaməni əldə edərək, 28 noyabr 2022-ci il tarixdə apelyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual müddətin ötürülüb-ötürülməməsini yoxlamadan apellyasiya şikayətini mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Ona görə də, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(006)-2855/2022 saylı qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, şikayət geri qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 363, 366, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(006)- 2855/2022 saylı qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, işdə iştirak edən şəxslərə rəsmi verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski
Məhkəmə qərarları › İş №2(103)-8228/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8228/2022
07.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver