Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8248/2021 27.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X4 (sədrliyi və məruzəsilə), Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı nümayəndəsi vəkil X3 və Cavabdeh nümayəndəsi X6 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3332/2021 saylı mülki işi üzrə 27.05.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh tərəfindən ona məxsus Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 141 saylı evin, 14 saylı mənzilinə əsassız olaraq hesablanmş 2198,20 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh arasında qazın alqı-satqısına dair 01/2612 saylı müqavilə 25.09.2020-ci il tarixdə bağlanmışdır (iş.səh 7). 06 aprel 2020-ci il tarixində iddiaçıya məxsus Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 141 saylı evin, 14 saylı mənzilinə cavabdeh tərəfindən qaz sayğacı quraşdırılmış, 29.04.2020-ci il tarixində qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı akt verilmişdir. Həmin aktda sayğacın texniki baxışdan keçirildiyi və plomblandığı qeyd edilmişdir (iş.səh.11). 07.10.2020-ci il tarixli bildirişdə 853, 70 manat borc və Asan Kommunal Mərkəzindən əldə olunmuş Abonentin Saldosunda 10.10.2020 –ci il tarixə 2198, 20 manat borc hesablanmışdır.(iş səh.6,53-56) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3332/2021 saylı mülki işi üzrə 27.05.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu **********00140) dair İddiaçı hesablanmış 2197,80 manat məbləğində borc silinməsi və 30 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmiş, iddia tələbi qalan- 0,40 manat borcun silinməsi hissəsində təmin edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3, 4.6, 4.7, 4.8- ci bəndlərinə; Mülki Məcəlləsinin 448.2-ci maddələrinə isinadən qeyd edilmişdir ki, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda qeyd edilən pozuntunun iddiaçının təqsirindən baş verməsini təsdiq edən sübutları cavabdeh məhkəməyə təqdim edə bilməmişdir. aktlarda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri sübut olunmadığından, fiziki şəxs olan istehlakçıların sayğacları üzərində olan plombların kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən müvafiq örtüklə örtülməli olduğundan və fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşığından cavabdehin hesabladığı borc məbləğini iddiaçıdan tələb etməsi əsassızdıriddiaçı 2198,20 manat borcun silinməsini tələb etsə də, yuxarda şərh edilənlərdən və işin hallarından da görünür ki, iddiaçının adına olan abonent saldosunun “qalıq və aktlar” bölməsində 2018-ci il üzrə 921,60 manat, 2019cu il üzrə 693 manat və 2020-ci il üzrə 583,20 manat, ümumilikdə 2197,80 manat borcun olması göstərilmişdir. İddiaçı isə tərtib edilmiş aktdan kənar hesablanmış 0,40 manat ( 2198,20 – 2197,80 = 0,40) borcun silinməsinə əsas ola biləcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən hesablanmış cəmi 2197,80 manat borcun silinməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilməlidir.Məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Cavabeh apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3332/2021 saylı mülki işi üzrə 27.05.2021-ci il tarixli qətnaməsinin təmin olunmuş hissəsini ləğv edib İddiaçı iddia tələbinin tam təmin olunmaması barədə yeni qətnamə qəbul edərək Cavabdeh İB-nin apellyasiya şikayətini təmin edilmsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası. Konstitusiyasının 125.7; Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 385.1.1, 386-ci maddələrinə istinadən qeyd edilmişdir ki, İddiaçı mənzilinə dəfələrlə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, vətəndaş sayğacdan kənar qaz xəttindən istifadə edir. Barəsində aktlar tərtib edilərək, itirilmiş qaza görə hesabatlar aparılaraq ümumilikdə 2197.80 manat dəymiş ziyan hesablanmışdır.Bilindiyi kimi əsasən qaldırılmış iddiaların mahiyyəti qaz xəttinə müdaxilədə təqsirli tərəfin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması deyil (təbii, bu da vacibdir), təsbitlənmiş (foto şəkillər, protokollar, aktlar və s.) müdaxilə nəticəsində qeyriqanuni faydalanan istehlakçılar tərəfindən zərər çəkmiş dövlət müəssisəsi olan qaz paylayıcısına dəymiş küllü miqdarda ziyanın ödənilməsidir.Bazar iqtisadiyyatı şəraitində göstərilən xidmətlərdən qeyri-qanuni istifadə nəticəsində dəymiş ziyanın ödənilməsi üzrə müvafiq qərarın qəbul edilməsi üçün müəyyənedici meyar - faydalanan və zərərçəkən tərəflərin olmasıdır ki, bu da aşkar surətdə bəllidir. Təsadüfü deyil ki, “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair X9”nin Tədbirlər Planının 4.1.4.-cü bəndində “Yığım səviyyəsinin maksimuma çatdırılması və təbii qazdan qanunsuz istifadəyə qarşı cərimələrin tətbiqinin nəzərdən keçirilməsi” təsbit olunub. Bu tədbirlər enerji resurslarından səmərəli istifadənin təmin edilməsinə və itkilərin qarşısının alınmasına, azaldılmasına yönəlibdir.Məhkəmə qəbul etmədiyi bu borcu araşdırmamış, bununla bağlı məhkəmə hər-hansı ekspertiza keçirməmiş, abonent bazasına bunu yazan texnik və operatorları şahid qismində məhkəməyə dəvət etməmiş qeyri-obyektiv qərar qəbul etmişdir. Məhkəmənin bu növ hərəkəti anlaşılan deyil. Məhkəmə qəbul etmədiyi bu borcu araşdırmamış, bununla bağlı məhkəmə hər-hansı ekspertiza keçirməmiş, abonent bazasına bunu yazan texnik və operatorları şahid qismində məhkəməyə dəvət etməmiş qeyri-obyektiv qərar qəbul etmişdir. Məhkəmənin bu növ hərəkəti anlaşılan deyil. Birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan mötəbər hallara qiymət verilməməsi və qeyd etdiyimiz qanunun və qaydaların tələblərinin tətbiq edilməməsi maddi hüquq normalarının pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X1 şikayətini müdafiə edərək, borcun kənar xətt nəticəsində yarandığını, qətnamədə kənar xəttin aşkar edilməsi qeyd olunsa da qərar qəbul edilən zaman bunun nəzərə alınmadığını, borcun ödənilməsinə dair iddiaçıya xəbərdarlıq edildiyini, fotoşəkillərdə olan mənzilin iddiaçıya məxsus olub-olmamasının müəyyən edilməsi üçün ekspertiza keçirilməsini xahiş etdiklərini bildirmişdir. Eyni zamanda vəsatətlə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış müqaviləyə görə Birlik tərəfindən mütəmadi olaraq iddiaçının yaşadığı Bakı şəhəri, D.Əliyeva küçəsi, 141 saylı evin 14 saylı mənzili təbii qazla təchiz olunur. **********00140 saylı istehlakçı kodunda yaranmış 2198 manat 20 qəpik məbləğin silinməsi tələbinə dair iddiaçının Xətai rayon məhkəməsində qaldırdığı iddia 2(011)-3332/2021 saylı qətnamə ilə qismən təmin edilmiş və 2197.80 manat borcun silinməsi qət edilmişdir.Məhkəmə qətnaməsində dəymiş ziyan məbləği olaraq iddiaçının hesabında yaranmış borc məbləği sayğacdan kənar əlavə xətt vasitəsilə təbii qazdan istifadə nəticəsində yaranmışdır.Xətai rayon məhkəməsi borcun silinməsini qət edərkən səhv qənaətə gəlmişdir. Bununla bağlı hər-hansı ekspertiza keçirilməsi haqqında heç bir qərardad qəbul etməmişdir.Bu səbəbdən dəymiş ziyan məbləğinin, həmçinin əlavə xətdən istifadə etmə faktının müəyyən edilməsi istiqamətində sənədlər və fotoşəkillər əsasında ekspertizanın keçirilməsi zəruridir.1 -iddiaçının yaşadığı ünvanında sayğacdan kənar qaz xəttinin və ya onun izlərinin olııb olmaması.2-mülki iş materiallarında mövcud olan fotoşəkillərdə əks olunanların iddiaçının mənzilinə aid olub-olmamasının,3-mənzildə istifadə olunan qaz işlədicilərin maksimal saatlıq qaz sərfi, onların orta günlük iş rejimi, hesabat müddəti nəzərə alınmaqla itirilmiş təbii qazın həcmini və miqdarının müəyyən edilməsi kimi suallar qoyulmalı olçası bildirilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil X3 apellyasiya şikayətini qəbul etməyərək, 2020-ci il tarixinə qədər orada yaşayış olmadığını, 06.04.2020-ci il tarixində qaz sayğacının quraşdırılması ilə bağlı müraciət edildiyini, uzun müddət həmin mənzildə yaşanılmadığını, qaz sayğacına heç bir kənar müdaxilə edilmədiyini, qaz sayğacı qoşulduqdan 3 ay sonra 853 manat borc yazıldığını bildirmişdir. İddiaçı nümayəndəsi vəkil X3 ərizə ilə mürciət edərək, İddiaçı ilə 13 Saylı Vəkil Bürosunun vəkili X2 arasında 24 sentyabr 2021-ci il tarixində hüquqi yardımın göstərilməsi haqqında müqavilə üzrə ödənilmiş xərcə görə 300 AZN ( üç yüz manat) məbləğin Cavabdehndən İddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş və buna dair müqavilə ilə ödəniş qəbzin təqdim etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə tədqiq edən məhkəmə kollegiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli 80 saylı qərarı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177, 189-1, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 279, 280, 282, 542, Azərbaycan Respublikası Mülki Məcəllənin 21, 324, 385-388, 560, 1096-1098, 1128-1131, Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 4.1, 14.2, 39.1, 76.1, 77.1, 80-82, 89.3, 106.2, 119, 217.4, 220.5, 228, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, iddia tələbinə qiymət verilməsini hazırki apellyasiya şikayətinə münasibətdə apellyasiya icraatının hədləri baxımından apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün, habelə ekspertiza təyin edilməsi üçün əsas ola bilməz. Belə ki, iddiaçının pozuntu törədməsi (qazın talaması) qanunvericiliklə nəzərdə tutulmuş cinayət və ya inzibati xəta əməlinin ehtimalını müəyyən etsədə cavabdeh tərəfindən müvafiq tədqiqatlar aparılması, qərarların qəbul edilməsi və tələblər irəli sürülməsi üçün tədbirlər həyata keçirilməmişdir. Mülki icraat qaydasında isə mötəbərliyi dayanıqlı sübutlarla təmin edilməyən şikayətin dəlillərinə qiymət verilməsi isə sui-istifadəyə şərait yaradan hal kimi mülki mühakimə səlahiyyətlərindən kənardır. Kollegiya diqqətə çatdırır ki, əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci ödəyən şəxsə aid edilməlidir. Mülki Prosesual Məcəllənin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Nümayəndənin (vəkilin) təqdim etdiyi müqavilə və qəbzi, habelə işin həcmin nəzəzə alaraq kollegiya cavabdehdən iddiaçının xeyrinə 200 manat məbləğində pul vəsaitinin tutulmasını ağlabatan hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 384, 393 və 402-405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3332/2021 saylı mülki işi üzrə 27.05.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Məhkəmə (vəkil) xərci olaraq Cavabdehndən İddiaçı xeyrinə 200 (iki yüz) manat məbləğində pul vəsaitinin tutulması təmin edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8248/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8248/2021
27.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver