Məhkəmə qərarları › İş №2(103)-8264/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8264/2020

23.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8264/2020 23.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Sarıyev Xəyal Əjdər oğlu və İsgəndərov Akif Əsgər oğlundan ibarət tərkibdə, Rüstəmov Emin Elbrus oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, cavabdehlər Cavabdeh3 vəkili X2, Cavabdeh2 nümayəndəsi X3, üçüncü şəxs Ləğv prosesində olan qapalı səhmdar cəmiyyəti “Bank Standard” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-190/2020 saylı, xx xxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh3, Cavabdeh2 və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Resestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh3 və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMCyə qarşı iddia ərizəsi, iddia tələblərinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edrək, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 28-30 ünvanında yerləşən Cavabdeh2 MMC-nin adına xx.xx.2016-cı il tarixli, RX seriya, ******* saylı reyestrlə xx xxxx 2016-cı il tarixdə qeydə alınmış 1036,7 kv. metr qeyri-yaşayış sahəsinə və bu sahəyə aid olan 0,06141 ha torpaq sahəsinə mülkiyyət hüququ və JN 6908, Kod 00200003 saylı xx xxxx 2005-ci il tarixli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə ilə Cavabdeh2 MMC-yə verilmiş 2.0 ha torpaq sahəsinə hüquqlar və həmin torpaq sahəsində inşa edilən hər biri 960 kv. metrdən ibarət olan 3 (üç) ədəd anbar binalarına Cavabdeh1 MMC-nin istifadə hüquqlarının tanınmasını və Cavabdeh3 onun xeyrinə 749657,41 ABŞ dollarının tutulmasını xahiş etmişdir. Cavabdeh2 MMC ilkin iddia üzrə İddiaçı qarşı ilkin iddianın əsasını təşkil edən xx xxxxx 2019-cu il tarixli barışıq razılaşması haqqında müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın təmin olunmaması, xx xxxxx 2019-cu il tarixli barışıq razılaşması haqqında müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddianın təmin edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh3 və Cavabdeh2 MMC-yə qarşı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 MMC-dən müştərək qaydada onun xeyrinə ümumilikdə 749657,41 (yeddi yüz qırx doqquz min altı yüz əlli yeddi ABŞ dolları qırx bir sent) ABŞ dolları məbləğində pulun tutulmasına dair qətnamə qəbul edilməsini, eləcə də Cavabdeh3 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318-2-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətlərinin olmasına dair xüsusi qərardad çıxarılaraq prokurora xəbər verilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3152/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh3 və Cavabdeh2 MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə 2(002)-3152/2019 saylı mülki iş, İddiaçı Cavabdeh2 MMC-yə qarşı müqavilədən irəli gələn öhdəliklərin icrası tələbinə dair 2(002)-2968/2019 saylı mülki işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-190/2020 saylı, xx xxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 MMC-yə, müstəqil iddia tələbi irəli sürməyən üçüncü şəxslər Cavabdeh1 MMC-yə, Daşınmaz Əmlakın Dövlət Resestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Ləğv prosesində olan “Bank Standart” KB və Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı barışıq razılaşması haqqında müqavilədən irəli gələn öhdəliyin icra edilməsi barədə iddiasının təmin edilməsi, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 28-30 ünvanında yerləşən Cavabdeh2 MMC-nin adına xx.xx.2016cı il tarixli, RX seriya, ******* saylı reyestrlə xx xxxx 2016-cı il tarixdə qeydə alınmış 1036,7 kv. metr qeyriyaşayış sahəsinə və bu sahəyə aid olan 0,06141 ha torpaq sahəsinə mülkiyyət hüququ və JN 6908, Kod 00200003 saylı xx xxxx 2005-ci il tarixli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə ilə Cavabdeh2 MMC-yə verilmiş 2.0 ha torpaq sahəsinə hüquqlar və həmin torpaq sahəsində inşa edilən hər biri 960 kv. metrdən ibarət olan 3 (üç) ədəd anbar binalarına Cavabdeh1 MMC-nin istifadə hüquqları tanınması, Cavabdeh2 MMC-nin İddiaçı qarşı xx xxxxx 2019-cu il tarixli Barışıq razılaşması barədə Müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddiasının təmin olunmaması, İddiaçı Cavabdeh3 və Cavabdeh2 MMC-yə qarşı pul tələbinə dair iddiasının qismən təmin edilməsi, Cavabdeh3 İddiaçı xeyrinə 79271,79 ABŞ dolları (ödəniş gününə Azərbaycan manatının məzənnəsi ilə) tutulması, İddiaçı pul tələbinə dair iddiasının qalan hissəsi təmin olunmaması, məhkəmədə qaldırdığı iddialarla bağlı İddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumunun 40 manatı Cavabdeh2 MMC-yə, 10 manatı onun özünə aid edilməsi, Cavabdeh2 MMC-dən 40 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, məhkəmədə qaldırdığı qarşılıqlı iddia ilə bağlı Cavabdeh2 MMC tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun onun özünə aid edilməsi, hazırkı məhkəmə qətnaməsinin Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi 28-30 km-də yerləşən Cavabdeh2 MMC-nin adına xx xxxx 2016-cı il tarixli, RX seriya, ******* saylı reyestrdən çıxarışla mülkiyyət kimi qeydiyyata alınmış 1036,7 kv. metr qeyri-yaşayış sahəsinə və bu sahəyə aid 0,06141 ha torpaq sahəsinə Cavabdeh1 MMC-nin adına mülkiyyət hüququna dair reyestrdən çıxarış verilməsi və həmin ünvanda yerləşən hər bir 960 kv. metrdən ibarət üç ədəd anbar binalarının yerləşdiyi torpaq sahəsinə dair xx xxx 2017-ci il tarixli, 297/3288 saylı icarə müqavilələrinin Cavabdeh2 MMC-nin əvəzinə Cavabdeh1 MMC-nin adına dəyişdirilməsi üçün əsas olması qət edilmişdir. Qətnaimədən cavabdehlər Cavabdeh3, Cavabdeh2 və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Resestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri vermişlər. Məhkəmə iclasında Ləğv prosesində olan qapalı səhmdar cəmiyyəti “Bank Standard” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X6 bildirdi ki, onlar Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-190/2020 saylı, xx xxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişlər və şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməsini xahiş edir. Mülki Prosessual Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, mülki iş apellyasiya baxışından çıxarılmalı və Ləğv prosesində olan qapalı səhmdar cəmiyyəti “Bank Standard” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 364-cü maddəsini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-190/2020 saylı, xx xxxxx 2020-ci il tarixli qətnaməsindən Ləğv prosesində olan qapalı səhmdar cəmiyyəti “Bank Standard” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayətin Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş apellyasiya baxışından çıxarılaraq Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar