Məhkəmə qərarları › İş №2(103)-8279/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8279/2021

27.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8279/2021 27.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı, Cavabdeh ASC-yə qarşı “borcun qanunsuz hesab edilməsi və silinməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2443/2021 saylı işi üzrə 18 may 2021 -ci il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərsu ASC-nin 18.07.2019-cu il tarixdən 10.10.2020-ci il tarixədək dövr üzrə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində suya və axıdılan tullantı sularına görə İddiaçı 1668 manat borc hesablamasının qanunsuz hesab edilməsi, həmçinin, qeyd edilən 1668 manat borcun ləğv olunaraq suya və axıdılan tullantı suları üzrə iddiaçının hesabından (cavabdehə aid elektron məlumat bazasından) silinməsi barədə qətnamə qəbul dilməsini xahiş etmişdir. İddiaçı 21.04.2021-ci il tarixində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin 26.04.2018-ci il tarixdən 10.10.2020-ci il tarixədək olan dövr üzrə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində suya və axıdılan tullantı sularına görə İddiaçı qızma 1668 manat borc hesablamasının qanunsuz hesab edilməsi, həmçinin, qeyd edilən 1668 manat borcun ləğv olunaraq suya və axıdılan tullantı suları üzrə iddiaçının hesabından (cavabdehə aid elektron məlumat bazasından) silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddaiçı 18.05.2021-ci il tarixində yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin 26.04.2018-ci il tarixdən 10.10.2020-ci il tarixədək olan dövr üzrə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində suya və axıdılan tullantı sularına görə İddiaçı qızma 1700 manat borc hesablamasının qanunsuz hesab edilməsi, həmçinin, qeyd edilən 1700 manat borcun ləğv olunaraq suya və axıdılan tullantı suları üzrə iddiaçının hesabından (cavabdehə aid elektron məlumat bazasından) silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki: Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov kçəsi, 47 C ünvanında yerləşən daşınmaz əmlak İddiaçı xüsusi mülkiyyətindədir və həmin əmlaka tam paya sahibdir. 13 smart-kart tipli su sayğacının laborator yoxlamadan keçirilməsi barədə çıxarışa əsasən 50126747 nömrəli su sayğacının elektron hissəsi işləmədiyi üçün Azərsu ASC tərəfindən 18.07.2019-cu il tarixdə xətdən açılıb götürülmüşdür. 00224305 saylı su sayğacı barədə 30.09.2020-ci il tarixli rəyə əsasən su sayğacının mexaniki sərfiyyat göstəricisi 00001 m3, elektron sərfiyya göstəricisi isə 0,6 m3, üzərində qalan balans isə 7,90 m3 -dir. 20.04.2021-ci il tarixli akta əsasən ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsində 26.04.2018-ci il tarixdən 11.10.2020-ci il tarixə qədər olan dövr ərzində heç bir fəaliyyət, o cümlədən sahibkarlıq fəaliyyəti olmamış və qeyd edilən dövr ərzində həmin qeyri-yaşayış sahəsi bağlı olmuşdur. 02.03.2021-ci il tarixli "Azərsu” ASC-nin Xətai rayon Sukanal İdarəsi tərəfindən verilmiş hesab fakturaya əsasən 02.03.2021-ci il tarixə fiziki şəxs İddiaçı 1700 manat borcu vardır. 20.10.2020-ci il tarixli 105-16516 saylı arayışa əsasən Nümayəndə 20.10.2020-ci il tarixdə Xətai RPİ-nin 37-ci PŞ-nə müraciət edərək , Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov kçəsi, 47 C ünvanında yerləşən qeyri-yaşayış sahəsində Alfasu -15 markalı, 50226747 nömrəli smat kart tipli su sayğacının naməlim şəraitdə itirdiyini bildirmişdir (iş.səh.7, 8, 9, 32, 62, 64) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2443/2021 saylı işi üzrə 18 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh Azərsu ASC-nin 26.04.2018-ci il tarixdən 10.10.2020-ci il tarixədək olan dövr üzrə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində suya və axıdılan tullantı sularına görə İddiaçı qızma 1700 manat borc hesablamasının qanunsuz hesab edilməsi, həmçinin, qeyd edilən 1700 manat borcun ləğv olunaraq suya və axıdılan tullantı suları üzrə iddiaçının hesabından (cavabdehə aid elektron məlumat bazasından) silinməsi qət edilmişdir. Qətnamədə "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3; Su Məcəlləsinin 98; "Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 14, 30, 59.3; "X6nın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin 17.07.2014-cü il tarixli, 262 nömrəli Qərarın 5.1.5-ci bəndinə; Mülki Prosessual Məcəllənin 14.2, 217.4-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı və cavabdeh arasında sudan istifadəyə dair müqavilə münasibətləri mövcud deyildir. Azərsu ASC İddiaçı müqavilə üzrə istifadə etdiyi pulun dəyərini istəyə bilməz. Azərsu ASC digər əsaslarla (delikt, əsassız varlanma) İddiaçı pul məbləğini istəməsi üçün iddiaçının sudan qanunsuz təqsirli istifadəsininə dair məhkəməyə sübutlar təqdim etməli, yaranmış borc məbləğini kifayət qədər əsaslandırmalıdır ki, buna dair hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək Yasamal rayon məhkəməsinin 2(004)-2443/2021 saylı, 18 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində “X6”nın 6.5, 6.15.2; “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 32, 61.2; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357.1, 384.2, 385.1, 386-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Azərsu” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektə baxış keçirilən zaman müəyyən edilmişdir ki, istismarda olan sayğacın elektron hissəsi işləmir. Bu səbəbdən sayğac xəttdən çıxarılıb götürülmüş və NÖCİ-də təmirə aparılması üçün abonentə təhvil verilmişdir. Obyektdə sudan istifadə olunması məqsədilə su xətti birbaşa birləşdirilmişdir. Lakin abonent tərəfindən yeni sayğac 450 gün sonra yəni 10 oktyabr 2020-ci il tarixində əldə edilmişdir. Məhz bu tarixdən sonra obyekt yeni sayğacla təmin edilmiş və Cavabdeh ASC-nin NÖC İdarəsi tərəfindən sayğaca plomb vurulmuşdur. Qeyd edilən müddətdə abonent tərəfindən sayğac əldə edilmədiyi üçün obyektin sudan sayğacsız istifadə edildiyi müddət əızində iddiaçıya orta sərfiyyat hesablanmışdır. Belə ki, 26.04.2018-ci il tarixdən 18.07.2019-cu il tarixədək sayğacla istifadə olunan dövrdə sayğacın elektron hissəsinin nasaz olması və sayğacda qalıq sərfiyyatın 422 kub olması müəyyən edilmişdir. 18.07.2019-cu il tarixindən 10.10.2020-ci il tarixədək sayğacsız istifadə olunan 450 günə uyğun sərfiyyat isə aşağıdakı kimi hesablanmışdır. 422:450=0,95 (1 günə olan sərfiyyat) 0,95*450=428 422+428=850. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, əməkdaşların baxış keçirməsi zamanı sayğacın işləmədiyinin məlum olduğunu, 10.10.2020-ci il tarixində tərərfin sayğacla təmin olunduğunu, sayğacın olmadığı dövrdə sudan istifadəyə görə orta sərfiyyatla borcun hesablandığını, qeyri-yaşayış sahəsinin kafe kimi qeydiyyatda keçdiyini, “Azəriqaz” İB-nin sorğuya cavanında Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov küçəsi, 47C ünvanında yerləşən qeyri yaşayış sahəsi “Azəriqaz” İB-nin abonentlərin uçotu sistemində **********00600 saylı hesab kodu üzrə F/Ş X3 adına qeydiyyatda olduğu və qeyd olunan qeyri-yaşayış sahəsi üzrə 01.07.2019-ci il tarixindən 01,10.2020-ci il tarixinə qədər istehlakçı tərəfindən aparılmış ödənişlərin cəmi məbləği olaraq 2363 manat müəyyən edildiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə ərizəni təqdim edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində suya və axıdılan tullantı sularına görə İddiaçı qızma 1668 manat borcun hansı dövrə hesabladığı, həmin borcun hesablanma səbəbləri və hesablanma qaydası barəsində məlumat verməklə, qeyd edilən 1668 manat borcun ləğv olunaraq suya və axıdılan tullantı suları üzrə İddiaçınm hesabından (Cavabdeh ASC-yə aid elektron məlumat bazasından) silinməsi barədə qərar qəbul edilməsini xahiş edərək bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Seriya RX No ******* saylı 16.09.2015-ci il qeydiyyat tarixli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı obyektdə təmir işlərinin aparılması və obyektin qorunub saxlanması məqsədilə öz yaxın adamına obyektin idarəçiliyini həvalə etmişdir. 2017-ci ilina aprel ayının sonundan 2020-ci ilin noyabr ayının 10-a qədər olan dövr ərzində qeyd edilən obyekt ümumiyyətlə bağlı olmuşdur. Cavabdeh ASC-nin Xətai rayon Sukanal İdarəsi tərəfindən təqdim olunmuş “ətraflı abonent kartına” əsasən qeyd edilən qeyri-yaşayış sahəsində suya və axıdılan tullantı sularına görə 1668 manat borc hesablamışdır, həmin borc elektron məlumat bazasına 03.03.2020-ci il tarixdə qeyd olunmuşdur. Lakin qeyd edilən 1668 manat borcun hansı dövrə hesablandığı, həmin hesablanmanın səbəbləri və hesablanma qaydası haqqında Cavabdeh ASC-nin Xətai rayon Sukanal İdarəsi tərəfindən heç bir məlumat verilmir. Bundan başqa obyektin profili kafedir. Lakin “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2020-ci il tarixli 120 saylı qərarından sonra 2021-ci ilin fevral ayına qədər kaferestoran fəaliyyəti əsasən icazə verilməyən sahələrdən hesab olunmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “X6”nın 8.6; “Su təchizatı və tullantı suları haqqında” Qanunun 12,30-33, 60-62, 65; Mülki Məcəllənin 385.1, 425.1, 427.3, 442, 550-554,1128-1132; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə və müqavilə (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, mübahisə edilən hissədə apellyasiya şikayətinin subyektiv mülahizə səciyyəli və sübutedici əsası olmayan dəlillərinə əsasən qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün maddi və prosessual hüquqi əsaslar müəyyən edilmir. Qeyd edilməlidir ki, cavabdeh borcu zamanında tələb etməmiş və müvafiq tədbirlər görməmişdir. Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Öhdəlik müddətin keçdiyini bilmədən icra olunduqda belə, müddətin keçməsinə görə qüvvəsini itirmiş tələbin ödənilməsi üçün icra olunmuşları geri istəmək olmaz. Əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir. Müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Kollegiya diqqətə çatdırır ki, əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci ödəyən şəxsə aid edilməli və iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli tələb üzrə qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Mülki Prosesual Məcəllənin 382, 384, 392, 393, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh "xxxx" ASC apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2443/2021 saylı işi üzrə 18 may 2021 -ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar