Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-828/2024 08.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “borcun silinməsi” hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı Cavabdeh ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3488/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən mülkiyyətində olan 32257584 nömrəli müqavilə hesabına əsassız olaraq hesablanmış 1551.26 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3488/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Sumqayıt şəhəri, Novxanı bağları 5, ev-246 (ünvan 1 ünvanına əsassız hesablanmış 957,08 manat məbləğində borcun abonentin hesabından silinməsi vəzifəsinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə həvalə edilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
2. Qətnamədə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası qanununun 3, 18, 26, 98; “ Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası qanununun 30.1, 59.3; Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə” Qaydalarının 2, 4.1.3, 5.1.5, 7.4; Mülki Prosessual Məcəllənin 14.2, 77, 88, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə iş materiallarında olan sübutları keçirilmiş məhkəmə iclaslarında tərəflərin vermiş olduqları izahatlarla birlikdə araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Sumqayıt şəhəri, Corat bağları ərazisi, ev 2157Q (ünvan 2 ünvanında yerləşən torpaq sahəsi və bağ evi xx.xx.2020-ci il tarixdən İddiaçı mülkiyyətindədir. Hazırki tərəflər arasında su və çirkab sularının xidməti üzrə müqavilə bağlanmamışdır. Lakin qeyd olunan ünvan üzrə xx.xx.2005-ci il tarixdə "Azərsu“ ASC ilə X2 arasında xidməti müqavilə bağlanmışdır, iddiaçı bu illər ərzində qeyd olunan ünvan üzrə yaşayış olmadığını qeyd etsə də, iş materialları və izahatlarla məhkəməyə aydın olmuşdur ki, həmin ünvanda təmir-tikinti işləri aparılır və ərazidə iki su hovuzu mövcuddur. Eyni zamanda iş materiallarına əlavə olunmuş "xxxx" ASC-nin abunə haqqında saldosundan müəyyən olunmuşdur ki, sözügedən ünvan üzrə 2021-ci ilin üzrə işıq enerjisindən istifadə olunmuşdur. Bu isə onu deməyə əsas verir ki, mülkiyyətçi həmin ünvanda kommunal xidmətlərdən yararlanmışdır. İddiaçı məhkəməyə sadalanan xüsusatları təkzib edən heç bir sübut təqdim etməmiş, bununla da Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddia tələbi 2022-ci ilin xx.xx.2022 – xx.xx.2022-ci il tarixləri üzrə əsassız olaraq hesablanmış 957.08 manat borcun silinməsi hissəsində əsaslıdır və yalnız bu hissədə təmin olunmalıdır. Belə ki, abonent kartında həmin borcun hansı əsaslardan yaranması və sərfiyyatın həmin dövr üzrə miqdarı göstərilməmiş, eyni zamanda cavabdehin nümayəndəsi borc məbləğinin əsası ilə bağlı məhkəməyə sübut təqdim edə bilməmişdir.
3. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə əsasən Sumqayıt şəhəri, Corat bağları ərazisi, ev 2157Q ünvanında yerləşən 0.12 ha torpaq sahəsi və 229.0 kv.m ümumi sahəsi olan bağ evi üzərində İddiaçı tam hüquqlu payı müəyyən edilməklə mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır; - "Azərsu“ ASC-nin sayğacsız abonentin yoxlanılması barədə arayışının surətinə əsasən Sumqayıt şəhəri, Novxanı bağları 5, ev 246 (ünvan 1 ünvanı üzrə xx.xx.2022-ci il tarixdə icra işləri aparılmış, aparılmış işlərin nəticəsinə əsasən müəyyən olunmuşdur ki, ünvanda yaşayış yoxdur, hazırda təmir-tikinti işləri aparılır. Ünvan üzrə su xətti var, lakin su gəlmir. Ünvanda iki ədəd hovuz mövcuddur, yerüstü və yeraltı. İstehlakçının bildirdiyinə görə suyu sudaşıyan maşınla alır; -xx.xx.2023-cü il tarixli abonent kartının (Abonent kodu: **********000) surətinə əsasən Sumqayıt şəhəri, Novxanı bağları 5, ev 246 (ünvan 1 ünvan üçün su sərfiyyatı 2016-cı il üzrə 23 m3 , 2017-ci il üzrə 31 m3 , 2018-ci il üzrə 7 m3 , 2021-ci il üzrə 49 m3 , 2022-ci il üzrə 15 m3 olmuş və ümumilikdə abonentə 1868,36 manat yekun borc məbləği hesablanmışdır. Eyni zamanda 2022-ci il üzrə qrafikə nəzər salındıqda aydın olur ki, xx.xx.2022 – xx.xx.2022-ci il tarixləri üzrə su sərfiyyatı 5 m3 , xidmətin dəyəri 44,10 manat, xx.xx.2022 – xx.xx.2022-ci il tarixləri üzrə su sərfiyyatı 5 m3 , xidmətin dəyəri 42,70 manat, xx.xx.2022 – xx.xx.2022-ci il tarixləri üzrə su sərfiyyatı 5 m3 , xidmətin dəyəri 48,30 manat, xx.xx.2022 – xx.xx.2022-ci il tarixləri üzrə isə sərfiyyat göstərilmədən həmin tarix aralığı üçün xidmətin dəyəri 957,08 manat olaraq göstərilmişdir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. Cavabdeh apellyasiya şikayəti verərək Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-3488/2023 nömrəli qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini, iddianın rədd edilməsinə və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 17.76 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində "Sudan istifadə qaydaları"nın 4.1.2, 4.1.3, 7.1, 8.4; “Su Təchizatı və tullantı suları haqqında” qanunun 30-cu maddəsinin 1-ci bəndinə; 61-ci maddəsinin 2-ci bəndinə; Mülki Prosessual Məcəllənin 77.1, 88-ci maddələrinə istinadən qeyd edilmişdir ki, STKM ilə bağlanılmış müqavilənin şərtlərini yerinə yetirmək istehlakçının vəzifəsidir. Verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. Suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılmasının pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. İddiaçının evdə yaşamamasına münasibət olaraq bildirilir ki, su təchizatı və kanalizasiya müəssisəsi mövcud qanunvericiliyə müvafiq olaraq faktiki göstərilən xidmətə görə ödənişi, istifadənin dayandırılması haqqında istehlakçının azı dörd iş günündən gec olmayaraq su təchizatı və kanalizasiya müəssisəsinə məlumat verməsi halı istisna olmaqla, istehlakçı tərəfindən istifadə dayandırıldıqdan sonra da alına bilər. Yaranmış borcun hesablanması qaydası haqqında məlumatı özündə əks etdirən abonent məlumat vərəqələri, sübut qismində məhkəməyə təqdim edilmişdir. Tərəflərindən məhkəməyə təqdim edilən sübutlar düzgün qiymətləndirilməmiş və nəticədə prosessual hüquq normalarının pozulmasına səbəb olmuşdur. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları: 5.Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır.
7. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “Su təchizatı və tullantı suları haqqında” Qanunun 12, 30-33, 60-62, 65; İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3, 26, Mülki Məcəllənin 385.1, 425.1, 427.3, 442; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə və müqavilə (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, mübahisə edilən hissədə apellyasiya şikayətinin subyektiv mülahizə səciyyəli və sübutedici əsası olmayan dəlillərinə əsasən qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün maddi və prosessual hüquqi əsaslar müəyyən edilmir. Qeyd edilməlidir ki, cavabdeh borcu zamanında tələb etməmiş və müvafiq tədbirlər görməmişdir. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 62-ci maddəsinə əsasən, qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir.
8. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2ci maddəsinə əsasən: Sudan özbaşına istifadə edilməsinə, yəni: 262.2.1. sudan istifadə etmə limitlərinə əməl edilməməsinə; 262.2.2. su ehtiyatlarından israfçılıqla istifadə edilməsinə; 262.2.3. içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Məcəllənin 262.3-cü maddəsinə əsasən: Su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə -fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. (Qeyd: Bu Məcəllənin 262.3-cü maddəsində “az miqdarda” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür.) . Məcəllənin 263-cü maddəsinə əsasən: Su təchizatı müəssisəsinin səlahiyyətli şəxsi tərəfindən su qanunvericiliyinin tələblərinin pozulmasının qarşısını almaq məqsədi ilə tədbirlərin həyata keçirilməsinə, yaxud həmin şəxsin qanuni tələblərinin yerinə yetirilməsinə istehlakçı tərəfindən maneələr törədilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə -fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
9. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 189-1.1-ci maddəsinə əsasən: Təbii qaz, su təchizatı, elektrik və ya istilik şəbəkələrinə qanunsuz qoşulmaqla bu resursların talanması, bu əməllər xeyli miqdarda ziyan vurmaqla törədildikdə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır. Məcəllənin 189-1.2ci maddəsinə əsasən: Eyni əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məcəllənin 189-1.2-1 -ci maddəsinə əsasən: Bu Məcəllənin 189-1.1-ci maddəsində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə— üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məcəllənin 189-1.3-ci maddəsinə əsasən: Təbii qaz, su, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin səlahiyyətli nümayəndəsinin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi səbəbindən bu Məcəllənin 189-1.1-ci, 189-1.2-ci və ya 189-1.2-1ci maddələrində nəzərdə tutulmuş əməllərin qarşısının alınmaması – üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məcəllənin 189-1.4-ci maddəsinə əsasən: Təbii qaz, su, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin səlahiyyətli nümayəndəsinin xidməti mövqedən suiistifadə etməklə tamah və ya sair şəxsi marağı üzündən bu Məcəllənin 189-1.1-ci, 189- 1.2-ci və ya 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin qarşısını almamasıdörd min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya dörd ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
10. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin mübahisə edilən dəlillərinə dair qeyd edir ki, məhkəmənin işdə olan və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında qəbul etdiyi qərar maddi və prosessual hüquq normalarına, iş üzrə müəyyən edilmiş həqiqi hallara (tərəflərin qarşılıqlı münasibətlərinə) uyğun olduğundan, iddianın əsasını təşkil edən və qətnamənin qəbul edilməsinə əsas olan (öhdəlik, qüsur,borc, hesablanma, ödəniş və sair barədə) mötəbər sübutlar təqdim etmədiyindən, apellyasiya şikayətinin subyektiv mülahizə səciyyəli (mübahisələndirən) dəlillərinə münasibətdə qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Belə ki, iddiaçının pozuntu törədməsi (suyun talaması) qanunvericiliklə nəzərdə tutulmuş cinayət və ya inzibati xəta əməlinin ehtimalını müəyyən etsə də cavabdeh tərəfindən müvafiq tədqiqatlar aparılması, qərarların qəbul edilməsi və qanunvericiliklə müəyyən edilmiş müddətlərdə tələblər irəli sürülməsi üçün tədbirlər həyata keçirilməmişdir. Mülki icraat qaydasında isə mötəbərliyi dayanıqlı sübutlarla təmin edilməyən şikayətin dəlillərinə qiymət verilməsi isə sui-istifadəyə şərait yaradan hal kimi mülki mühakimə səlahiyyətlərindən kənardır. Belə ki, təqsirsizlik prezumpsiyasına əsasən cavabdeh tərəfindən istinad edilən hallar inzibati xəta və ya cinayət əməllərinə aiddir və müvafiq prosedura məruz qalaraq səlahiyyətli orqanın qərarı ilə təsdiq edilməldir.
11. Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə əsasən: 6 3 . İ. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. İİ. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İİİ. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. V. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. 1 2 7 . İX. Ədalət mühakiməsi təqsirsizlik prezumpsiyasına əsaslanır.
12. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən: 4 Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.
13. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin tələblərinə əsasən: 7.1. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.7.2. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş Sudan istifadə qaydalarına əsasən: 2.1. STKM-in vəzifələri aşağıdakılardır: 2.1.1. balansında olan su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etmək; 2.1.2. istehlakçını müqavilədə göstərilən keyfiyyətdə və həcmdə su ilə təmin etmək; 2.1.3. fiziki şəxs olan istehlakçılar istisna olmaqla, digər istehlakçıların istismarında olan su qurğularına 6 (altı) ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etmək, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini istehlakçıya təqdim etmək; 2.1.4. istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq; 2.1.5. istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smart-kart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək; 2.1.6. verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək); 2.1.7. istehlakçının suölçən cihazını onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlamasından keçirmək; 2.1.8. istehlakçının təqsiri olmadan zədələnən suölçən cihazı ödənişsiz qaydada təmir etmək və dövlət yoxlamasından keçirmək, həmin suölçən cihazı təmir etmək mümkün olmadıqda isə onu ödənişsiz qaydada başqası ilə dəyişdirmək; 2.1.9. aşağıdakı hallarda suyun verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş təqdim etmək (göndərmək): 2.1.9.1. quraşdırılmış suölçən cihaz dövlət standartlarının tələblərinə cavab vermədikdə; 2.1.9.2. verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə; 2.1.9.3. STKM ilə müqavilə bağlanılmadıqda. 2.2. STKM-in səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 3.1. STKM-in hüquqları aşağıdakılardır: 3.1.1. STTSAS-a qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək; 3.1.2. smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış və ya suölçən cihaz quraşdırılmamış istehlakçıdan verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq təqdim edilmiş hesabın ödənilməsini tələb etmək. 4.1. İstehlakçıların vəzifələri aşağıdakılardır: 4.1.1. su təchizatı və kanalizasiya xidmətlərindən və sudan istifadə etmək üçün STKM ilə müqavilə bağlamaq;4.1.2. STKM ilə bağlanılmış müqavilənin şərtlərini yerinə yetirmək; 4.1.3. bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək; 4.1.4. suölçən cihazları onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun istismar etmək; 4.1.5. istehlakçılara məxsus binalarda, mənzillərdə, fərdi yaşayış evlərində, həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasını, o cümlədən üzərindəki plombların toxunulmazlığını təmin etmək; 4.1.6. hüquq təsdiqedici sənədlər (xidməti vəsiqə və s.) əsasında STKM-in səlahiyyətli nümayəndələrini vəzifə borclarını yerinə yetirmək məqsədi ilə maneəsiz olaraq istehlakçıya məxsus əraziyə buraxmaq;4.1.7. suölçən cihazlar və ya onlara vurulmuş plomblar hər hansı səbəbdən zədələndikdə (xarab olduqda), növbəti iş günündən gec olmayaraq, bu barədə STKM-i xəbərdar etmək. 5.1. İstehlakçıların hüquqları aşağıdakılardır: 5.1.1. qanunsuz qoşulma ilə əlaqədar tərtib olunmuş akt və onun məzmunu barədə öz mülahizələrini, izahatlarını təqdim etmək, habelə aktı imzalamaqdan imtina etmək; 5.1.2. su təchizatı və kanalizasiya xidmətləri və sudan istifadə üçün müqavilə bağlanılmasını tələb etmək; 5.1.3. müqavilə öhdəliklərinin icrasını tələb etmək; 5.1.4. müqavilədə və mülki qanunvericilikdə göstərilmiş hallarda və qaydada müqavilə öhdəliyinin icrasından birtərəfli qaydada imtina etmək; 5.1.5. verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək; 5.1.6. tələbatına görə keyfiyyət standartlarına uyğun məişət (təsərrüfat)-içməli su ilə təmin olunmaq; 5.1.7. tullantı sularının fasiləsiz axıdılmasını tələb etmək; 5.1.8. STKM-in balansında olan STTSAS-da baş vermiş qəzaların, nasazlıqların aradan qaldırılmasını tələb etmək.
15. Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikası Qanununa əsasən: 1 2 . Hər bir su təchizatı müəssisəsi öz zonası hüdudlarında səmərəli və qənaətcil su təchizatı sistemini yaratmaq və saxlamaqla aşağıdakıları təmin etməlidir: a) məqsədlərindən asılı olaraq keyfiyyət normalarına və müvafiq dövlət standartlarının tələblərinə cavab verən və lazımi miqdarda istehlakçıların məişət (təsərrüfat)-içməli, istehsalat və digər məqsədlər üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən miqdarda su ilə təmin olunmasını; b) su kəmərlərindən ətraf mühitə su sızmasının aradan qaldırılmasını və belə halların baş verməsinin qarşısının alınmasını; c) əsas vəsaitlərin lazımi qaydada saxlanılmasını və onların təkmilləşdirilməsini, xidmətlərin genişləndirilməsini və yaxşılaşdırılmasını, həmçinin su təchizatı sahəsində bu Qanuna müvafiq olaraq digər vəzifələrin yerinə yetirilməsini. Su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.3 4 . 1. Kanalizasiya müəssisələrinin əsas vəzifələri aşağıdakılardır: a) tullantı sularının nəqli, təmizlənməsi, zərərsizləşdirilməsi və ətraf mühitə və ya su hövzələrinə axıdılması; b) ümumi istifadədə olan kanalizasiya qurğularının genişləndirilməsi və yenidən qurulmasının təmin olunması, onlara texniki xidmətlərin göstərilməsi; s) kanalizasiya sistemlərindən ətraf mühitə tullantı sularının sızmasını aradan qaldırmaq və əvvəlcədən qarşısını almaq üçün tədbirlərin görülməsi. 2. Kanalizasiya müəssisəsi tərəfindən su obyektlərinə tullantı sularının axıdılması qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilir. 3. Kanalizasiya müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir
16. Qeyd edilən qanunvericilik şərtlərinə əməl edilməməsi və cavabdeh tərəfindən şikayətində istinad etdiyi hallara dair vaxtında müvafiq tədbirlər görməyərək mübahisələndirməməsi bu dəlillərin hazırki tələbə münasibətdə əsassız olduğunu şərtləndirir.
17. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci cavabdehə aid edilməlidir. Mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddia olduğundan, prosessual qanunverilciliklə qətnamədən kassasiya şikayəti verilməsi istisna edilməsi nəzərə alınmalıdır.
18. Göstərilənlərə əsasən və Mülki Prosesual Məcəllənin 382, 384, 392, 393, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh "xxxx" ASC apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3488/2023 saylı işi üzrə 10 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.