Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8297/2021 27.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ləman İmamverdi qızı Şükürlünun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 və üçüncü şəxs X7 nümayəndəsi və vəkili X18 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-256/2021 saylı mülki iş üzrə qəbul etdiyi 08 iyun 2021-ci il tarixli qətnaməsindən üçüncü şəxs X15 və üçüncü şəxs X15 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə, üçüncü şəxslər Bakı şəhəri 53 saylı Notariat Ofisinə və X3 qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 onun adından 24.08.2015-ci il tarixdə, reyestrdə 7 E-11335 nömrə ilə qeyd edilərək rəsmiləşdirilmiş təmsilçilik barədə etibarnamənin verildiyi andan və həmin etibarnamə əsasında ***-***-**-** nömrəsi ilə uzlaşdırılmış SİM-kartla bağlı addan-ada keçirmə əməliyyatının (əqdin) etibarsız hesab edilməsi, göstərilən SİM-kart üzərində qanun üzrə vərəsəlik hüququnun tanınaraq ona müvafiq vərəsəlik şəhadətnaməsinin verilməsi, 050211-60-06 nömrəsinin onun istifadəsinə, SİM-kartın isə mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X13 uzun illər ərzində X2 qardaşı X8 şəxsi sürücüsü olmuşdur. Ona sonradan məlum olduğuna görə X16 2006-cı ildə istifadə üçün ona hədiyyə olaraq ayrılmış, cavabdeh "xxxx" MMC-nin istifadəsində olan ***-***- **-** mobil nömrəsini sürücüsünün adına rəsmiləşdirmiş, odur ki, göstərilən nömrə ilə uzlaşdırılmış SİM-kart həyat yoldaşının mülkiyyətinə keçmişdir. Habelə sonradan ona məlum olduğuna görə X11 etibarnamə əsasında həmin nömrədən istifadə etmişdir. Həyat yoldaşı 20.08.2010-cu il tarixdə vəfat etmişdir. 2015-ci ildə Cavabdeh1 ona zəng edərək qaynatası Araz Hüseynovun razılığı əsasında yuxarıda göstərilən nömrədən özünün istifadəsi üçün yaxın dostunu yanına göndərəcəyini, dostunun dediyi hərəkətləri yerinə yetirməli olduğunu xahiş etmişdir. O, notariusa gedərək təqdim olunmuş və sənədlərə yalnız imza etmişdir. 2018-ci ildə Cavabdeh2 MMC-yə 25.10.2018-ci il tarixli ərizə ilə müraciət edib nömrənin geri qaytarılmasını xahiş etmiş, lakin həmin ərizəsinə cavab verilməmişdir. Bu səbəbdən dəfələrlə Cavabdeh2 MMC-nin aidiyyəti qurumuna gedib nömrə ilə bağlı vəziyyətlə maraqlanaraq cavab istəmiş və hər dəfə cavab göndəriləcəyi deyilsə də, heç bir cavab göndərilməmiş, nəhayətdə isə qurumun əməkdaşları tərəfindən ona, ən azından Cavabdeh1 nömrə ilə bağlı adından verilmiş razılığı ləğv etdirmək və yalnız bundan sonra müraciət etmək tövsiyə olunmuşdur. Odur ki, 18.03.2020ci il tarixdə Bakı şəhəri 53 saylı notariat kontoruna gedərək ***-***-**-** nömrəsi ilə bağlı 24.08.2015-ci il tarixdə, reyestrdə 7 E-11335 nömrə ilə Cavabdeh1 adına rəsmiləşdirilmiş təmsilçilik barədə etibarnaməni ləğv etdirmişdir. Etibarnamənin məzmunu ilə tanış olduqdan sonra məlum olmuşdur ki, həmin etibarnamədə göstərilən nömrə ilə bağlı bütün səlahiyyətlər əks olunmuş, lakin onun mahiyyəti imzalanmazdan əvvəl ona izah edilməmişdir. Cavabdeh1 ona zəng edən zaman yalnız nömrədən istifadə edəcəyini bildirmiş, öz adına və ya başqa ada keçirmək söhbətini etməmişdir. “COVİD-19” pandemiyası ilə bağlı 24.03.2020-ci il tarixdən 20.04.2020-ci il tarixədək xüsusi karantin rejiminin tətbiq edilməsi, sonradan isə həmin rejimin uzadılması səbəbindən evdən çıxa bilmədiyinə görə Cavabdeh2 MMC-yə yalnız 30.04.2020-ci il tarixli məktubla müraciət edib ***-***-**-** nömrəsi ilə bağlı etibarnaməni ləğv etdirdiyi barədə məlumat verərək həmin nömrə ilə bağlı ətraflı arayış verilməsini xahiş etmiş və bir neçə şifahi müraciətindən sonra nəhayət, bildirmişdir ki, 24.08.2015-ci il tarixli, İddiaçı Xalıq qızı tərəfindən Cavabdeh1 verilmiş Reyestrdə 7E-11335 nömrə ilə qeyd edilmiş etibarnaməyə əsasən Cavabdeh1, 02.11.2017-ci il tarixində abunəçinin səlahiyyətli nümayəndəsi qismində çıxış edərək 050 *** ** ** nömrədə addan-ada əməliyyatı həyata keçirmişdir. Həmin əməliyyat həyata keçirilənədək, müvafiq etibarnamənin ləğv edildiyinə dair hər hansı rəsmi məlumat "xxxx" MMCyə daxil olmayıb. Beləliklə də 050 *** ** ** nömrə ilə əlaqədar aparılmış əməliyyatlarda “Azercell Telekom ’’ MMC tərəfindən hər hansı bir səhvə və ya qüsura yol verilməmişdir...” Həmin məktubla ona həmçinin bildirilmişdir ki, eyni məzmunlu müraciəti 12.11.2018-ci il tarixli 34286 saylı məktubla cavablandırılmışdır. Məktubda göstərilən “eyni məzmunlu” müraciəti ilə bağlı ünvanına 12.11.2018-ci il tarixli 34286 saylı məktub daxil olmamışdır. 25.10.2018-ci il tarixdə şəxsən təqdim etdiyi məktubda Cavabdeh1 etibarnamə verməyi və ya onun ləğvi ilə bağlı heç bir cümlə işlətməmiş və belə bir fikri yalnız 08.05.2020-ci il tarixli yazılı müraciətində işlətmişdir. Daha sonra İddiaçı iddia tələbinin predmetinə dəyişiklik edilməsi barədə ərizə verərək, ***-***-**-** nömrəsi ilə uzlaşdırılmış SİM-kartla bağlı cavadehlər "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 02.11.2017-ci il tarixli abunə müqaviləsinin etibarsız hesab edilməsi, əvvəlki vəziyyətin bərpa edilərək həmin nömrə ilə uzlaşdırılmış SİM-kartın onun adına rəsmiləşdirilməsi vəzifəsinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs X15 cavabdehlər İddiaçı, Cavabdeh1, Cavabdeh2 MMC-yə və Bakı şəhəri 53 saylı Notariat Ofisinə qarşı “etibarnamənin və ondan irəli gələn əqdin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Telekom MMC-də mərhum X1nun adına qeydiyyatda olan ***-***-**-** nömrənin anası cavabdeh İddiaçı Xaliq qızının adına keçirilən hüquq verən sənədin, hərəkətin, daha sonra 24.08.2015-ci il tarixdə 53 saylı Notariat kontorunda təsdiqlənən İddiaçı Xaliq qızının ***-***-**-** nömrəyə dair səlahiyyətlərinin Cavabdeh1 verdiyi etibarnamənin və etibarnamədən irəli gələn hüquqverən sənədlərin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, ***-***-**-** nömrənin mülkiyyətçisi olan mərhum X9 və iş üzrə İddiaçı övladıdır. X1 20.08.2010-cu il tarixdə vəfat etmişdir. 2021-ci ilin fevral ayında anasıgildə olarkən Yasamal Rayon Məhkəməsinin 08.12.2020-ci il tarixli iddianın təmin tədbiri barədə qərardadını görüb, anasından maraqlananda o, bildirmişdir ki, mərhum atasına məxsus olan ***-***-**-** nömrə ilə bağlı 53 saylı notariat kontorunda Cavabdeh1 etibarnamə vermişdir. Hazırda 050-211-60 - 06 nömrə cavabdeh X24 adınadır. Mərhum atasının övladı olaraq anası İddiaçı atasının adına qeydiyyatda olan ***-***-**-** nömrə barədə ona xəbər verməli idi. Belə çıxır ki, onun razılığı olmadan həmin nömrəni anası adına keçirmişdir Bununla da atasının vərəsəsi olaraq hüquqlarını pozmuşdur. Atasının ölən günə mülkiyyətində daşınmaz əmlakı olmasa da, daşınar əmlkaları vardır. Atasına məxsus olan qızıl kişi saatını, xalçanı miras əmlak kimi qəbul etmişdir. Azercell Telekomda mərhum X1nun adına qeydiyyatda olan ***-***- **-** nömrənin hansı əsasla anasının adına keçməsi ona aydın deyildir. Vərəsə olaraq həmin nömrəyə olan hüququndan imtina etməmişdir. Notariat kontoru nömrənin anasına məxsus olmasını yoxlamadan onun adından Cavabdeh1 adına etibarnaməni təsdiq etmişdir. Nəticədə mərhum atasına məxsus olan 050 ***-**-** nömrə qanunsuz olaraq Cavabdeh1 adma qeydiyyata alınmış və qanunsuz olaraq özgəninkiləşdirilmişdir. Daha sonra mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X15 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh2 MMC-də mərhum X1nun adına qeydiyyatda olan ***-***-**-** nömrə ilə bağlı 24.08.2015-ci il tarixli, reviziya nömrəsi 5.13 olan fakrturalı xətt sisteminə aid nömrənin abunəçi X4 adından İddiaçı Xaliq qızının adına keçirilməsi formasının, 24.08.2015-ci il tarixli Cavabdeh2 MMC ilə İddiaçı Xaliq qızı arasında bağlanmış abunə müqaviləsinin, X14 Cavabdeh1 verrdiyi 24.08.2015- ci il tarixli reyestrdə 7E- 11335 nömrə ilə qeyd edilmiş etibarnamənin, 02.11.2017-ci il tarixli reviziya nömrəsi 6.34 olan fakturalı xətt sisteminə aid olan nömrənin İddiaçı Xaliq qızının adından Cavabdeh1 adına keçirilməsi formasının və "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 02.11.2017-ci il tarixli abunə müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli 2(004)-256/2021 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə, üçüncü şəxslər Bakı şəhəri 53 saylı Notariat Ofisinə və X3 qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” ərizəsinin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X7 cavabdehlər İddiaçı, Cavabdeh1, Cavabdeh2 MMC-yə və Bakı şəhəri 53 saylı Notariat Ofisinə qarşı “etibarnamənin və ondan irəli gələn əqdin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. İddiaçı və üçüncü şəxs X15 həmin qətnamədən ayrılıqda apellyasiya şikayəti vermişlər. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Belə ki, "xxxx" MMC tərəfindən nömrənin nəinki Cavabdeh1, habelə digər hər hansı bir şəxsin adına rəsmiləşdirildiyi ona bildirilməmiş, eləcə də 21 may 2020-ci il tarixli 8308 saylı cavab məktubunda da məxfı olduğu bldirilərək bu barədə heç bir məlumat verilməmişdir. Miibahisəli nömrənin məhz Cavabdeh1ıt adına 02.11.2017-ci il tarixli abunə müqaviləsi əsasında keçirildiyi ona "xxxx" MMC tərəfındən məhkəmə sorğusuna cavab olaraq verilmiş 05 aprel 2021-ci il tarixli 6661 saylı cavab məktubundan məlum olmuşdur. 24.08.2015-ci il tarixli etibarnamə üzrə təmsil edilən o, olduğuna görə adına olan nömrənin nə vaxt və kimin adına rəsmiləşdirilməsi barədə "xxxx" MMC hələ 25.10.20218-ci il tarixli ərizəsinə cavab olaraq ona məlumat verməli idi. Lakin ona məlumat verilməmişdir. Üçüncü şəxs X15 tərəfindən verilmiş apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Belə ki, cavabdeh "xxxx" MMC tərəfmdən aparılan qanunsuz əməliyyatlar nəticəsində mərhum atam X4 adma qeydiyyatda olan ***-***-**-** nömrə anası İddiaçı adına keçirilmişdir. Daha sonra anası İddiaçı Cavabdeh1 həmin nömrə ilə bağlı etibarnamə vermiş və həmin etibarnamə əsasında Cavabdeh1 nömrəni öz adına rəsmiləşdirmişdir. Nəticədə mərhum X1na məxsus olan 050 ***-**-** nömrə qanunsuz olaraq özgəninkiləşdirilmişdir və Cavabdeh1 adına qeydiyyata almmışdır. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə ilə işin həqiqi hallarma düzgün hüquqi qiymət verməmişdir. "xxxx" MMC vərəsəlik hüququ haqqında şəhadətnamə olmadan notariat hərəkətlərini aparmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə etdi, S.M.Əsgərova tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli 2(004)- 256/2021 saylı qətnaməsinin iddiaçının iddiasına aid hissədə təmin edilməsini, digər hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X7 nümayəndəsi və vəkili X30 isə S.M.Əsgərova tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə etdi, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli 2(004)-256/2021 saylı qətnaməsinin S.M.Əsgərovanın iddiasına aid hissədə təmin edilməsini, digər hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, üçüncü şəxs X15 tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilməməlidir. Belə ki, məhkəmə kollegiyası müəyyən etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMM-yə, üçüncü şəxslər Bakı şəhəri 53 saylı Notariat Ofisinə və X20 qızına qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 onun adından 24.08.2015-ci il tarixdə reyestrdə 7E-11335 nömrə ilə qeyd edilərək rəsmiləşdirilmiş təmsilçilik barədə etibarnamənin verildiyi andan və həmin etibarnamə əsasında ***-***-**-** nömrəsi ilə uzlaşdırılmış SİM-kartla bağlı addan-ada keçirmə əməliyyatının (əqdin) etibarsız hesab edilməsi, göstərilən SİM-kart üzərində qanun üzrə vərəsəlik hüququnun tanınaraq ona müvafiq vərəsəlik şəhadətnaməsinin verilməsi, ***-***-**-** nömrəsinin onun istifadəsinə, Sim-kartın isə mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 25 may 2021-ci ildə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsi əsasında Yasamal Rayon Məhkəməsinə müraciət edərək iddia tələbini: “***-***-**-** nömrəsi ilə uzlaşdırılmış SİM-kartla bağlı cavabdehlər Cavabdeh2 MMM ilə Cavabdeh1 arasında bağlanmış 02.11.2017-ci il tarixli abunə müqaviləsinin etibarsız hesab edilməsi, əvvəlki vəziyyətin bərpa edilərək həmin nömrə ilə uzlaşdırılmış SİM-kartla mənim adıma rəsmiləşdirilməsi vəzifəsinin Cavabdeh2 MMM-nin üzərinə qoyulması” kimi dəqiqləşdirmişdir. Həmim xüsusat birinci instansiya məhkəməsinin qətnaməsində də öz əksini tapmasına baxmayaraq məhkəmə hüquqi araşdırmanı dəqiqləşdirilmiş iddia tələbinə münasibətdə deyil, ilkin irəli sürülmüş iddia tələbinə münasibətdə apararaq aşağıdakı nəticəyə gələrək iddia tələbini rədd etmişdir: “Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə əsaslanaraq hesab edir ki, iddiaçı vacib əhəmiyyətli yanılmanın təsiri altında imzaladığını iddia etdiyi etibarnamənin etibarsızlığı barədə 24.08.2015ci il tarixdən məlumatlı olmasına baxmayaraq, qanunvericilikdə nəzərdə tututlmuş bir ay müddəti pötürməklə, yalnız 22.06.2026-cı il tarixdə məhkəməyə iddia ərizəsi verməklə mübahisələndirmişdir. Digər tərəfdən iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş bir il iddia müddəti buraxılmışdır. Həmçinin iddiaçı imzaladığı sənədin etibarnamə olmasından məlumatının olmaması barədə mülahizələrini heç bir mötəbər sübutla təsdiq edə bilməmiş, ümumi mülahizələrlə kifayətlənmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olduğu halda, məhkəmə hesab edir ki, hazırki iddia tələbi həm iddia müddəti ötürülməklə verildiyinə görə, həm də əsassız və qanunsuz olduğundan rədd eilməlidir”. Birinci instansiya məhkəməsi dəqiqləşdirilmiş iddia tələbi, yəni “***-***-**-** nömrəsi ilə uzlaşdırılmış SİM-kartla bağlı cavabdehlər Cavabdeh2 MMM ilə Cavabdeh1 arasında bağlanmış 02 11 2017-ci il tarixli abunə müqaviləsinin etibarsız hesab edilməsi, əvvəlki vəziyyətin bərpa edilərək həmin nömrə ilə uzlaşdırılmış SİM-kartla mənim adıma rəsmiləşdirilməsi vəzifəsinin Cavabdeh2 MMM-nin üzərinə qoyulması” ilə bağlı hüquqi dəyərləndirmə aparmamışdır. Birinci instansiya məhkəməsi qətnamənin nəticə -“qət etdi” hissəsində qeyd etmişdir ki, “İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMM-yə, üçüncü şəxslər Bakı şəhəri 53 saylı Notariat Ofisinə və X20 qızına qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” ərizəsi rədd edilsin”. Beləliklə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun olmaması özünü təzahür etdirir və bu da Mülki Prosessual Məcəllənin 385.1.4-cü maddəsinə əsasən qətnamənin apellyasiya qaydasında ləğvi olunması üçün əsasdır. Bundan əlavə birinci instansiya məhkəməsi üçüncü şəxs Əsgərova Səkinə Müzəffər qızının iddia tələbini rədd etsə də, gəldiyi nəticəni qətnamədə əsaslandırmamış, S.M.Əsgərovanın iddia tələbini əsassızlığı ilə bağlı heç bir mövqe nümayiş etdirməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsində İddiaçı 22.06.2026-cı ildə məhkəməyə müraciət etməsinin qeyd olunmasını məhkəmə kollegiyası texniki səhv kimi dəyərləndirir. Məhkəmə kollegiyası İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMM-yə qarşı “***- ***-**-** nömrəsi ilə uzlaşdırılmış SİM-kartla bağlı cavabdehlər "xxxx" MMM ilə Cavabdeh1 arasında bağlanmış 02. 11. 2017-ci il tarixli abunə müqaviləsinin etibarsız hesab edilməsi, əvvəlki vəziyyətin bərpa edilərək həmin nömrə ilə uzlaşdırılmış SİM-kartla mənim adıma rəsmiləşdirilməsi vəzifəsinin "xxxx" MMM-nin üzərinə qoyulması” tələbinin birinci instansiya məhkəməsi tərəfindən rədd edilməsini əsaslı hesab etmir. Belə ki, mülki işin materialları ilə təsdiq olunur ki, İddiaçı “***-***-**-** nömrəsi ilə uzlaşdırılmış SİM-kartla bağlı cavabdehlər Cavabdeh2 MMM ilə Cavabdeh1 arasında bağlanmış 02. 11. 2017-ci il tarixli abunə müqaviləsinin mövcudluğundan Z.X. Bahadurovanın "xxxx" MMM tərəfindən məhkəmə sorğusuna cavab olaraq verilmiş 05 aprel 2021-ci il tarixli 6661 saylı cavab məktubundan məlumat alması təsdiq olunur. Belə ki, mülki işə əlavə edilmiş Cavabdeh2 MMM-nin İddiaçı 08.05.2020-ci il tarixli ərizəsinə 21 may 2020-ci il tarixdə verdiyi cavabında qeyd etmişdir ki, “şirkətimizdə mövcud qaydalara əsasən elektron məlumat bazalarında abunəçiyə dair məlumatlar, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna edilməklə, məxfi hesab olunduğuna görə 3-cü şəxslərə təqdim edilmir. Göstərilənləri nəzərə alaraq qeyd etdiyiniz nömrəyə dair hazırda hər hansı məlumat təqdim edilməsi mümkün deyil... 24 avqust 2015-ci il tarixli, Zərifə Budaqova Xalıq qızı tərəfindən Cavabdeh1 verilmiş Reyestrdə 7E-11335 nömrə ilə qeyd edilmiş etibarnaməyə əsasən Cavabdeh1, 02.11.2017-ci il tarixində abunəçinin səlahiyyətli nümayəndəsi qismində çıxış edərək 050 211 60 06 nömrədə addan-ada əməliyyatı həyata keçirmişdir. Həmin əməliyyat həyata keçirilənədək müvafiq etibarnamənin ləğv edildiyinə dair hər hansı rəsmi məlumat Cavabdeh2 MMC-yə daxil olmayıb”. Beləliklə, qeyd olunan məktubda (1-ci cild, səh.18), həmçininCavabdeh2 MMC-nin Yasamal rayon məhkəməsinə ünvanladığı 05 aprel 2021-ci il tarixli (1-ci cild, səh.142), Səkinə Əsgərovaya ünvanlanmış 6724 saylı (1-ci cild, səh.157) məktublarda Cavabdeh1 məhz Z.X. Bahadurovanın etibarnamə əsasında səlahiyyətli nümayəndəsi kimi çıxış edərək 050 211 60 06 nömrədə addan-ada əməliyyatı həyata keçirməsi öz təsdiqini tapmışdır. 050 211 60 06 nömrədə addan-ada əməliyyatı həyata keçirməsi nəticəsində Cavabdeh1 ilə abunə müqaviləsinin bağlanması isə yalnız Yasamal Rayon Məhkəməsinə ünvanlanmış cavab məktubunda öz ifadəsini tapmışdır. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim olunmuş 02 noyabr 2017-ci il tarixli “fakturalı xətt sisteminə aid nömrənin abunəçinin adından başqa şəxsin adına keçirilməsi formasında abunəçi kimi X17 ( sənədin seriyası AZE № 0*******), nömrəni adına keçirən şəxs Cavabdeh1 (sənədin seriyası AZE № ********) arasında nömrənin addan ada keçirilməsi müqaviləsi rəsmiləşdirilmiş, müqaviləyə abunəçi və nömrəni adına keçirən şəxs kimi Cavabdeh1 imza etmişdir (1-ci cild, səh.153). Mülki işə əlavə olunmuş Rusiya Federasiyası Moskva vilayəti Krasnoqorsk şəhər məhkəməsinin 26 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilir ki, X22 iddiası əsasında onunla Cavabdeh1 arasında nikah pozulmuşdur. Qətnamədə tərəflər arasında ailə münasibətlərinin 2016-cı ilin avqustunda ailə münasibətlərinin pozulması öz təsdiqini tapmışdır (1-ci cild, səh.19). Cavabdeh1 050 211 60 06 nömrə ilə bağlı X6 24 avqust 2015-ci il tarixdə etibarnamə alsa da, həmin nömrənin addan-ada əməliyyatını X31 ilə nikahı pozulandan sonra 02 noyabr 2017-ci ildə həyata keçirmişdir. Bu da etibarnamənin ona nömrəni öz adına keçirməsi üçün verilmədiyinə dəlalət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359-cu maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Özgə mənafeyi üçün olsa da, öz adından fəaliyyət göstərən şəxslər (kommersiya vasitəçiləri, müflisləşmə zamanı müsabiqə idarəçiləri, vərəsəlik zamanı vəsiyyət icraçıları və i.a.), habelə gələcəkdə mümkün ola biləcək əqdlər barəsində danışıqlara başlamağa vəkil edilmiş şəxslər təmsilçi deyildirlər. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. İstinad olunan maddi hüquq normaları ona dəlalət edir ki, X12 24 avqust 2015-ci il tarixli etibarnamə əsasında təmsil edən Cavabdeh1 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.3-cü maddəsinin tələbini pozaraq təmsilçi kimi təmsil edilən adından şəxsən özü barəsində əqd bağlamışdır. Həmin Məcəlləini 337.1-ci maddəsi isə müəyyən edir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola biər. Ona görə də İddiaçı apellyasiya şikayəti təmin edilməli, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin iş üzrə 08 iyun 2021-ci il tarixli qətnaməsi qismən “ İddiaçı cavabdehlər“ Cavabdeh1, Azərsell Telekom” MMM-yə, üçüncü şəxslər Bakı şəhəri 53 saylı Natoriat ofisinə və X5 qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” ərizəsi rədd edilsin” hissəsində ləğv edilməli, iddia tələbi təmin edilmədiyindən ödənilmiş 10 (on) manat dövlət rüsumu özünə aid edilsin” hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilərək Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında 050 211 60 06 nömrə ilə bağlı bağlanmış 02 noyabr 2017-ci il tarixli abunə müqaviləsi və onun tərkib hissəsi olan 02 noyabr 2017-ci il tarixli “fakturalı xətt sisteminə aid nömrənin abunəçinin adından başqa şəxsin adına keçirilməsi forması etibarsız hesab edilməli və əvvəlki vəziyyətin bərpa edilərək həmin nömrə ilə uzlaşdırılmış SİM-kartın İddiaçı adına rəsmiləşdirilməsi vəzifəsinin Cavabdeh2 MMM-nin üzərinə qoyulmalıdir. Məhkəmə kollegiyası mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X7 cavabdehlər İddiaçı, Cavabdeh1 Cavabdeh2 MMM və Bakı şəhəri 53 saylı Natoriat ofisinə qarşı “etibarnamənin və ondan irəli gələn əqdin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin rədd edilməsi ilə razılaşır. Belə ki, S.M.Əsgərova iddia tələbini atasının vərəsi olması ilə əsaslandırmış, vərəsə kimi hüquqlarının pozulmasına istinad edərək Cavabdeh1 verilmiş etibarnamə və həmin etibarnamə əsasında əldə edilən hüquqverici sənədlərin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin həmin dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" MMC tərəfindən verilmiş nömrələrdən abunəçilər yalnız istifadə hüququna malikdir. Nömrələr abunəçinin mülkiyyətində deyil, dövlətin mülkiyyətində olduğuna görə S.M.Əsgərovanın apellyasiya şikayətinin dəlilləri əsassız hesab edilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, üçüncü şəxs X15 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, İddiaçı apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.4-cü maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, İddiaçı iddiası təmin edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Üçüncü şəxs X15 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli 2(004)-256/2021 saylı qətnaməsi qismən, İddiaçı aid hissədə ləğv edilsin. İddiaçı iddiası təmin edilsin. Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında ***-***-**-** nömrə ilə bağlı bağlanmış 02 noyabr 2017-ci il tarixli abunə müqaviləsi və onun tərkib hissəsi olan 02 noyabr 2017-ci il tarixli “fakturalı xətt sisteminə aid nömrənin abunəçinin adından başqa şəxsin adına keçirilməsi forması etibarsız hesab edilsin və əvvəlki vəziyyətin bərpa edilərək həmin nömrə ilə uzlaşdırılmış SİM-kartın İddiaçı adına rəsmiləşdirilməsi vəzifəsi Cavabdeh2 MMM-nin üzərinə qoyulsun. İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəfaddin İbayev Hakimlər: Rəşad Həsənov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-8297/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8297/2021
27.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver