Məhkəmə qərarları › İş №2(103)-8301/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8301/2020

10.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8301/2020 10.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbi dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-cu il tarixli, 2(005)-872/2020 saylı qərardadından iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi müraciət edərək Cavabdeh1 və Cavabdeh2 ilə bağlanmış borc müqavilələrinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(005)- 872/2020 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti və müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(005)-872/2020 nömrəli qətnaməsinə apelyasiya icraatı qaydasında baxılması məqsədi ilə apelyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin ötürülməsi səbəblərini üzürlü hesab etməklə bu müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-cu il tarixli, 2(005)- 872/2020 saylı qərardadı ilə ərizə təmin edilmiş və apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qeyd olunan qərardaddan narazı qalan cavabdehlər Cavabdeh1ov və Cavabdeh2 şikayət verərək, qərardadın ləğv edilməsi və ərizənin rədd edilməsini xahiş etmişlər. Cavabdeh1ov şikayətini onunla əsaslandırılmışdır ki, karantin müddəti ərzində məhkəmələr və poçt xidməti işləmişdir. Yəni iddiaçının poçt vasitəsilə apellyasiya şikayətini göndərmək imkanı olsa da, həmin imlkandan istifadə etməmiş və bununla da apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddəti buraxmışdır. Yuxarıda göstərilənlərlə tam təsdiq olunur ki, buraxılmış müddətin üzrlü səbəblərdən buraxılması üçün heç bir əsas müəyyən edilməmişdir. Cavabdeh2 şikayətini onunla əsaslndırmışdır ki, karantin müddəti ərzində məhkəmələr və poçt xidməti işləmişdir. Yəni iddiaçının poçt vasitəsilə apellyasiya şikayətini göndərmək imkanı olsa da, həmin imlkandan istifadə etməmiş və bununla da apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddəti buraxmışdır. Yuxarıda göstərilənlərlə tam təsdiq olunur ki, buraxılmış müddətin üzrlü səbəblərdən buraxılması üçün heç bir əsas müəyyən edilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(005)- 872/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası şikayətə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(005)-872/2020 nömrəli qətnaməsi rəsmi qaydada göndərilmiş, lakin, həmin qətnamənin İddiaçı təqdim edilməsini təstiq edən xəbərnamə iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə və prosessual müddətin ötürülməsi üzürlü səbəbdən baş verməmişdirsə prosessual müddət bərpa olunmur və apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəlləsinin 133.1-cı maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göründüyü kimi, buraxılmış müddət yalnız buraxılmanın səbəblərini üzürlü hesab etdikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli, ərizəçinin bu səbəbləri üzürlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının ərizəsini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində xx xxxx 2020-ci il, saat 00.00-dan xüsusi karantin rejimi elan edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabineti yanında X1 (COVİD- 19) infeksiyasinin Azərbaycan Respublikasının ərazisində geniş yayilmasinin qarşisinin alınmasına dair əlavə tədbirlər haqqinda məlumatına əsasən, karantin rejimi sərtləşdirilmişdir. Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunurdu. Göründüyü kimi, hazırki iş üzrə qəbul olunmuş qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddət iddiaçıdan asılı olmayan səbəblərdən, yəni, COVİD-19 pandemiyasının təsirləri səbəbindən ölkə ərazisində tədbiq edilmiş məhdudiyyətlər səbəbindən ötürülmüşdür. Kollegiya şikayətlərinin dəlilləri ilə bağlı qeyd edir ki, şikayətlərin dəlilləri formal xarakter daşıyır və cavabdehlərin subyektiv mövqeyinə əsaslanır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-cu il tarixli, 2(005)- 872/2020 saylı qərardadından Cavabdehlər Cavabdeh1 və Cavabdeh2tərəfindən verilmiş şikayətlər təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264, 360, 397-298 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2tərəfindən verilmiş şikayətlər təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-cu il tarixli, 2(005)- 872/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanısın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar