Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8315/2021 17.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, İddiaçı vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 46 saylı Dövlət Notariat Kontoruna qarşı daşınmaz əmlaka dair ilkin müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli 2(001)-5357/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 46 saylı Notariat Kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraicət edərək Bakı şəhəri Səbail rayonu Bibiheybət qəsəbəsində tikilməkdə olan 2 saylı binada 1-ci blok, 11-ci mərtəbədə yerləşən 44 saylı, ümumi sahəsi 116,67 kv.metr olan 3 otaqlı mənzilin satışı ilə bağlı Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 20 may 2016-cı il tarixli ilkin müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli 2(001)- 5357/2021 saylı qərardadına əsasən, iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçı şikayət verərək qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia tələbi müstəsna aidiyyətlə bağlı olmadığına görə iddia ərizəsi cavabdehlərdən birinin rəsmi qeydiyyat yeri üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə verilmişdir. Məhkəmə iddia tələbinin müstəsna aidiyyətlə bağlı olmadığını nəzərə almadan iddia ərizəsini ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli 2(011)- 5357/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçının vəkili Rasim Əliyev məhkəmə iclasında şikayəti müdafiə edərək təmin edilməsini, qərardadın ləğv edilərək iddia ərizəsinin icraata qəbul olunması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işə daşınmaz əmlakın yerləşdiyi ərazi üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılmalı olduğuna görə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarmaqda haqlı olmuşdur. Belə ki, İddiaçı Cavabdeh1 ilə birgə nikah dövründə əldə etdiyi Bakı şəhəri Səbail rayonu Yeni Salyan yolu ev 16A-da yerləşən 44 saylı mənzilin gələcəkdə Cavabdeh2 satılması barədə 20 may 2016-cı il tarixli ilkin müqavilənin etibarsız hesab edilməsi tələbini irəli sürməklə mənzil üzərində onun ümumi birgə mülkiyyət hüququnun müdafiəsi məqsədini daşımışdır. İş materiallarından görünür ki, mənzil üzərində Cavabdeh1 mülkiyyət hüququ 11.07.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla mənzil Bakı şəhəri Səbail rayonunun ərazisində yerləşir. Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında 17 iyul 1974-cü ildə nikah bağlanmışdır. Buna görə də şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli 2(001)-5357/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398- 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli 2(001)- 5357/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-8315/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8315/2021
17.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver