Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-834/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı, Cavabdeh2, onun vəkili X9 iştirakı ilə, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(009)-496/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 01 saylı Notariat Kontoruna, Cavabdeh2 və Cavabdeh3 qarşı “vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, 1 saylı Notariat Kontoru tərəfindən qanunsuz olaraq Bakı şəhəri, Səbail rayonu, S.Vurğun küçəsi, 1 saylı evin, 104/105 nömrəli mənzillərinin Cavabdeh2 və Cavabdeh3 verilməsi barədə xx.xx.2013-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılır ki, Bakı şəhəri, Səbail rayonu, S.Vurğun küçəsi ev 1 saylı evin, 104/105 nömrəli mənzilləri xx.xx.1994-cü il tarixli, 30/28354 nömrəli qeydiyyat vəsiqəsinə əsasən X1nın xüsusi mülkiyyətində olmuşdur. X1 xx.xx.2003-cü il tarixində vəfat etmişdir. X1 vəfat edərkən 4 qanun üzrə vərəsəsi olmuşdur - İddiaçı, Cavabdeh2, Cavabdeh3, X10, X8 (vəfat edib), X11, X13 və X12r (vəfat edib). Anası vəfat etdikdən sonra onlar - bacı və qardaşlar həmin mənzillərdə yaşamışlar. 2019-cu ilin avqust ayında aldığı məlumata görə bacıları Cavabdeh2 və Cavabdeh3 kimsəyə xəbər vermədən həmin mənzilləri öz adlarına keçirmişlər. Belə ki, Bakı şəhəri 1 saylı Notariat Kontoru tərəfindən heç bir araşdırma etmədən qanunsuz olaraq sadəcə Cavabdeh2 və Cavabdeh3 X2 vərəsələri kimi göstərməklə onların adına xx.xx.2013-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə vermişdir. Göründüyü kimi, Bakı şəhəri, 1saylı Notariat Kontoru tərəfindən Cavabdeh2 və Cavabdeh3 verilmiş xx.xx.2013-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə tamamilə qanunsuzdur. Bakı şəhəri, 1 saylı Notariat Kontoru tərəfindən Cavabdeh2 və Cavabdeh3 xx.xx.2013-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilərkən Mülki Məcəllənin, Notariat haqqında Azərbaycan Respublikası Qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” təlimatın tələbləri pozulmuşdur. Hesab edir ki, Bakı şəhəri, 1 saylı Notariat Kontoru tərəfindən qanunsuz olaraq Bakı şəhəri, Səbail rayonu, S.Vurğun küçəsi ev 1 saylı evin, 104/105 nömrəli mənzillərinin Cavabdeh2 və Cavabdeh3 verilməsi barədə xx.xx.2013-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə mülki qanunvericiliyin tələblərini pozmaqla qəbul edildiyi üçün etibarsız hesab edilməlidir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(009)-496/2020 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, onun tamamilə ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, Bakı şəhəri, Səbail rayonu, S.Vurğun küçəsi ev 1 saylı evin, 104/105 saylı mənzilləri xx.xx.1994-cü il tarixli, 30/28354 nömrəli qeydiyyat vəsiqəsinə əsasən X1nın xüsusi mülkiyyətində olmuşdur. X1 xx.xx.2003-cü il tarixində vəfat etmişdir. X4 vəfat edərkən 4 qanun üzrə vərəsəsi olmuşdur-İddiaçı, Cavabdeh2, Cavabdeh3, X10, X8 (vəfat edib), X11, X13 və X12r (vəfat edib). Anası vəfat etdikdən sonra onlar - bacı və qardaşlar həmin mənzillərdə yaşamışlar. 2019-cu ilin avqust ayında aldığı məlumata görə bacıları Cavabdeh2 və Cavabdeh3 kimsəyə xəbər vermədən həmin mənzilləri öz adlarına keçirmişlər. Belə ki, Bakı şəhəri 1 saylı Notariat Kontoru tərəfindən heç bir araşdırma etmədən qanunsuz olaraq sadəcə Cavabdeh2 və Cavabdeh3 X2 vərəsələri kimi göstərməklə onların adına xx.xx.2013-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə vermişdir. Göründüyü kimi, Bakı şəhəri, 1 saylı Notariat Kontoru tərəfindən Cavabdeh2 və Cavabdeh3 verilmiş xx.xx.2013-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə tamamilə qanunsuzdur. Bakı şəhəri 1 saylı Notariat Kontoru tərəfindən Cavabdeh2 və Cavabdeh3 xx.xx.2013-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilərkən Mülki Məcəllənin, Notariat haqqında Azərbaycan Respublikası Qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” təlimatın tələbləri pozulmuşdur. Hesab edir ki, Bakı şəhəri, 1 saylı Notariat Kontoru tərəfindən qanunsuz olaraq Bakı şəhəri, Səbail rayonu, S.Vurğun küçəsi ev 1 saylı evin 104/105 nömrəli mənzillərinin Cavabdeh2 və Cavabdeh3 verilməsi barədə xx.xx.2013-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə mülki qanunvericiliyin tələblərini pozmaqla qəbul edildiyi üçün etibarsız hesab edilməlidir. İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat vermiş və əlavə olaraq göstərmişdir ki, anası vəfat etdikdən sonra o, bir müddət anasının mənzilində yaşamış, lakin sonradan ona bacısı kirayə ev tutmuş və o, həmin mənzildən köçmüşdür. Sonradan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 2014-cü ildə cəzasını çəkib azad olunduqdan sonra, anasına məxsus Bakı şəhəri, Səbail rayonu, S.Vurğun küçəsi, 1 saylı evin 104/105 ünvanında yerləşən mənzildə yaşamaq üçün həmin mənzilə getmiş, lakin bacıları onu həmin mənzilə buraxmamış, bununla bağlı aralarında mübahisələr başlamış, bacısı Cavabdeh2 onun barəsində həmin mənzillərə köçüb yaşamaq istədiyinə görə polis əməkdaşlarına şikayət etmişdir. Polis əməkdaşları onu polis bölməsinə dəvət edərək ondan izahat almışlar. İzahatında o, həmin mənzillərin anasına məxsus olduğunu qeyd edərək, onun da orada payı və yaşamağa haqqı olduğunu bildirmişdir. Lakin Cavabdeh2 onlara əldə etdiyi saxta çıxarışı göstərərək, mənzillərin özlərinə məxsus olduğunu, onun isə onların mənzilinə gələrək onları narahat etdiyini bildirmişdir. Polis əməkdaşları çıxarışı nəzərə alaraq, ona həmin mənzillərin anasına məxsus olduğuna və onunda həmin mənzillərdə payının olduğuna dair sübut əldə edəcəyi halda, mənzilə hər hansı bir iddia irəli sürə biləcəyini, əks halda, edəcəyi hərəkətlərin bacılarının mənzilinə müdaxilə sayılacağını bildirmişlər. Daha sonra aralarındakı danışığa əsasən, Cavabdeh2 ona müvəqqəti yaşaması üçün kirayə ev tutmuş və ona ayrıca ev alacağı barədə söz vermişdir. Lakin bu belə olmadı, Cavabdeh2 onu aldadaraq kirayə pulunu 2 il ərzində davamlı ödəsə də, sonradan ödəməməyə başladı, hər dəfə bununla bağlı aralarında mübahisə yaşanırdı, mübahisədən sonra bir müddət ödəyirdi, sonra yenə ödəmirdi, ayrıca ev də almadı. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə etdi, iddia tələbi və apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi, izahatında əlavə olaraq qeyl etdi ki, anası vəfat etdikdən sonra o bir müddət anasının mənzilində yaşamış, lakin sonradan ona bacısı kirayə ev tutmuş və o, həmin mənzildən köçmüşdür. Sonradan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 2014-cü ildə cəzasını çəkib azad olunduqdan sonra, anasına məxsus Bakı şəhəri, Səbail rayonu, S.Vurğun küçəsi, 1 saylı evin 104/105 ünvanında yerləşən mənzildə yaşamaq üçün həmin mənzilə getmiş, lakin bacıları onu həmin mənzilə buraxmamış, bununla bağlı aralarında mübahisələr başlamış, bacısı Cavabdeh2 onun barəsində həmin mənzillərə köçüb yaşamaq istədiyinə görə polis əməkdaşlarına şikayət etmişdir. Polis əməkdaşları onu polis bölməsinə dəvət edərək ondan izahat almışlar. İzahatında o, həmin mənzillərin anasına məxsus olduğunu qeyd edərək, onun da orada payı və yaşamağa haqqı olduğunu bildirmişdir. Lakin Cavabdeh2 onlara əldə etdiyi saxta çıxarışı göstərərək mənzillərin özlərinə məxsus olduğunu, onun isə onların mənzilinə gələrək onları narahat etdiyini bildirmişdir. Polis əməkdaşları çıxarışı nəzərə alaraq ona həmin mənzillərin anasına məxsus olduğuna və onunda həmin mənzillərdə payının olduğuna dair sübut əldə edəcəyi halda mənzilə hər hansı bir iddia irəli sürə biləcəyini, əks halda edəcəyi hərəkətlərin bacılarının mənzilinə müdaxilə sayılacağını bildirmişlər. Daha sonra aralarındakı danışığa əsasən Cavabdeh2 ona müvəqqəti yaşaması üçün kirayə ev tutmuş və ona ayrıca ev alacağı barədə söz vermişdir. Lakin bu belə olmadı, Cavabdeh2 onu aldadaraq kirayə pulunu 2 il ərzində davamlı ödəsə də, sonradan ödəməməyə başladı, hər dəfə bununla bağlı aralarında mübahisə yaşanırdı, mübahisədən sonra bir müddət ödəyirdi, sonra yenə ödəmirdi, ayrıca ev də almadı. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini qəbul etmədi, izahat verərək göstərdi ki, anaları – X4 xx xxxxxx 2003-cü ildə agciyər ödemindən vəfat etmişdir. Analarına məxsus ev Bakı şəhəri, Səbail rayonu, S.Vurğun küçəsi, 1 saylı evin 104/105 ünvanında yerləşən 61.5 kv m ümumi sahəsi olan 2 otaqlı mənzillərdir. xx.xx.1992-ci il tarixli 001646 saylı orderdən də görünür ki, həmin mənzillər analarına məxsus olmaqla X8 (vəfat edib), Cavabdeh2, Cavabdeh3 evdə qeydiyyatdadırlar. Anaları və bacıları vəfat etdikdən sonra isə onlar iki bacı mirası faktiki olaraq qəbul etmişlər və bu barədə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almışlar. Qardaşları əvvəllər məhkum həyatı yaşamış, narkotik vasitə aludəçisidir. Qardaşı indi də onları təhqir edir, baxmayaraq ki, onlar onun çay-çörək və siqaret pulunu vermişlər. 5 saylı MKİS tərəfindən verilmiş 396 və 813 saylı arayışları, 61 saylı MKİS-in 342 saylı arayışında göstərilir ki, onlar ünvan 2 yerləşən 104/105 ünvanında pasport qeydiyyatındadırlar və yaşayırlar. x xxxx 2013-cü il tarixli 2-V-1-34 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ünvan 2 yerləşən 104/105 ünvanında yerləşən 61.5 kv m ümumi sahəsi olan 2 otaqlı mənzillərə 14 pay müəyyən edilmişdir. Çünki, artıq 10 ildən artıq idi ki, anaları vəfat etmiş, vərəsəlik üçün isə Vaqif qanunla nəzərdə tutulmuş müddəti (6 ay) çoxdan ötürmüş, miras isə onlar tərəfindən faktiki qəbul olunmuşdur. Vaqifin indiki fikri odur ki, o necə ki atasına məxsus evi satıb pulunu yedi, indi də olan-qalan bu evə də yiyələnib evi satıb pulunu dağıtmaq, onları çöldə qoymaq istəyir. Onları qardaşının hərəkətləri ilə bağlı həyat və sağlamlıqları, şərəf və ləyaqətlərini qorumaq üçün polis orqanlarına da müraciət etmişlər. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 vəkili X16 apellyasiya şikayətini qəbul etmədi, cavabdehin izahatına uyğun məzmunda izahat verdi. Cavabdehlər Bakı şəhəri 01 saylı Notariat Kontoru və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlili olmaqla yanaşı, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qanun üzrə vərəsəlik şəhadətnaməsinə əqd kimi yanaşaraq, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bir illik kəsici müddəti tətbiq etməklə maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Qeyd olunanlara əsasən kollegiya tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, qətnamə maddi hüquq normasının düzgün tətbiq edilməməsi əsasına görə ləğv edilməli, işdə olan sübutlar əsasında yeni qətnamə qəbul edilməlidir. Kollegiya ilk növbədə qeyd elir ki, miras əmlaka vərəsəlik şəhadətnaməsi verilməsi əqd deyil, mirasın rəsmiləşdirilməsinin qanundan irəli gələn formasıdır (Mülki Məcəllənin 1321-ci maddəsi). Çünki şəhadətnamə mirası qəbul edənlə notarius arasında və yaxud ölmüş şəxslə hüquq və vəzifələrə səbəb olmur, şəhadətnamə birtərəfli qaydada vərəsənin mirası mülkiyyətinə rəsmiləşdirməsi üçün əsas kimi çıxış edir. Mülki qanunvericilik (Mülki Məcəllənin 1243.3. maddəsi) mirasın qəbulunun iki üsulunu nəzərdə tutur: vərəsənin mirası qəbul etmək üçün notariusa müraciət etməsi, və yaxud əmlaka sahiblik və ya idarə etməyə başlama. Həmin hərəkətlər özlüyündə birtərəfli əqdlərə xas olan əlamətlərinə uyğun gəlsə də (birtərəfli iradə ifadəsi) özlüyündə birtərəfli əqd sayıla bilməz. Çünki Mülki Məcəllənin 324.3. maddəsinə əsasən bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Birtərəfli əqdin (məsələn: bağışlama müqaviləsi) qeyd olunan anlayışına uyğun olaraq şərh versək, miras əmlakın qəbulu üçün ərizə ilə notariusa müraciət edilməsi Məcəllədə əqd olaraq nəzərdə tutulmamışdır və normanın ikinci hissəsi isə tərəflərin razılaşmasını nəzərdə tutur ki, hazırkı halda belə razılaşmanın olması zəruri şərt deyil. Deməli, vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı vərəsənin notariusa müraciət etməsi əqd kimi dəyərləndirilə bilməz. Həmin məntiqlə çıxış etsək, onda hüquq əldə etmək üçün nəinki notariusa, digər orqanlara birtərəfli müraciətlərin hamısı əqd kimi dəyərləndirilməlidir. Mirasın qəbulu əqd deyil, hüquqların (ölənin hüquqlarının) vərəsəlik qaydasında keçməsidir (Mülki Məcəllənin 1133.1. maddəsi). Vərəsəlik şəhadətnaməsinin qanunsuz rəsmiləşməsinə istinad edən şəxs onun etibarsızlığını tələb etməlidir. Çünki şəhadətnamənin etibarsızlığına dəlalət edən hallar onun verilməsindən əvvəl mövcud olur. Belə ki, iş materiallarında olan: Bakı şəhəri 1 saylı notariat kontoru tərəfindən verilmiş xx xxxx 2013-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx xxxxxx 2003-cü ildə vəfat etmiş X2 vərəsələri – ünvan 3 mənzil 104/105 ünvanında yaşayan qızı - Cavabdeh2 və ünvan 3 mənzil 104/105 ünvanında yaşayan qızı - Cavabdeh3dır və onlardan hər biri mirasdan 1/2 (ikidə bir) pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak – Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 191 saylı reyestr kitabında 28354-cü səhifəsində qeydiyyata alınmış, qeydəalma nömrəsi - 30/28354 olan, xx.xx.1994-cü il tarixli qeydiyyat vəsiqəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş 11/8895 nömrəli arayışa əsasən, Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsində yerləşən 1 saylı evin kv.m ümumi 61.5 kv.m yaşayış sahəsindən ibarət olan 2 (iki) otaqlı 104/105 nömrəli mənzildən ibarətdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Cavabdeh2 adına xüsusi mülkiyyət hüquq üzrə qeydiyyata alınmış Bakı şəhəri, Səbail rayonu, S.Vurğun küçəsi, 1 saylı evin, 65 kv.m olan 104, 105 mənzili paylı mülkiyyət hüququ üzrə 1/2 hissədə Cavabdeh2 və 1/2 hissədə Cavabdeh3 adına xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. Bakı şəhəri, 1 saylı Notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli, 690 nömrəli məktubdan görünür ki, miras qoyan - X2 adına Bakı şəhəri 1 saylı notariat kontorunda xx.xx.2013-cü ildə vərəsəlik işi açılmış, xx.xx.2013-cü ildə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Odur ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və miras əmlakın qəbulu ilə bağlı müddətin bərpası ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Bakı şəhəri, 1 saylı Notariat ofisi tərəfindən Bakı şəhəri Səbail rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2020-cu il tarixli, 43 nömrəli məktubdan görünür ki, xx.xx.2003-cü il tarixdə vəfat etmiş X2 adına Bakı şəhəri 1 saylı notariat kontorunda vərəsəlik işi açılmış, həmin vərəsəlik işi ilə bağlı təqdim edilmiş, Bakı şəhəri, Səbail rayon MKTB-nin 5 saylı Mənzil-kommunal istismar sahəsi (MKİS) tərəfindən verilmiş 396 saylı, xx.xx.2013-cü il tarixli arayışa əsasən miras qoyan X4 vəfat edən günədək ünvan 3 mənzil 104/105-də qızları Cavabdeh2, Cavabdeh3 və X8 ilə birgə qeydiyyatda olmuş, X8 xx.xx.2007-ci tarixdə vəfat etmiş, həmçinin, Cavabdeh2 miras əmlakın qəbul edilməsi ilə bağlı ərizəsində vərəsə kimi yalnız Cavabdeh3 adını, Cavabdeh3 miras əmlakın qəbul edilməsi ilə bağlı ərizəsində vərəsə kimi yalnız Cavabdeh2 adını qeyd etmiş, digər vərəsələr haqqında məlumat verilməmiş, MKİS tərəfindən verilmiş yuxarıda qeyd edilmiş arayışda yalnız üç şəxsin miras qoyanla birgə qeydiyyatda olduğu göstərilmiş, digər şəxslər qeyd edilməmiş, mirasın açıldığı vaxtdan yuxarıda qeyd edilən şəxslərdən başqa vərəsələr notariat kontoruna müraciət etməmişlər. Məsələ ilə bağlı Cavabdeh2 və Cavabdeh3 hər birinə 1/2 (ikidə bir) paya dair xx.xx.2013-cü il tarixdə 2V-01/34 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bakı şəhəri, Yasamal rayon İcra Hakimiyyəti tərəfindən verilmiş arayışdan görünür ki, Bakı şəhəri, Ə.Salamzadə küçəsi, 5 ünvanda qeydiyyatda olan İddiaçı həqiqətəndə Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətində yaşayış yeri üzrə xx.xx.1980-ci il tarixdən ümumi əsaslarla mənzil növbəsinə qəbul edilmişdir. Hal-hazırda ümumi əsaslarla mənzil-uçot siyahısında sıra nömrəsi 123-dür. BŞİH KTD Səbail rayon KTD 5 saylı Kommunal İstismar sahəsi tərəfindən verilmiş xx xxxx 2013-cü il tarixli arayışdan görünür ki, Cavabdeh2 həqiqətən də Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsi, 1 saylı evin 104/105 saylı mənzilində qeydiyyatdadır. Onun X1 xx.xx.2003-cü il tarixli AZ -1045615 saylı Səbail rayon VVADQ şöbəsinin verdiyi ölüm haqqında şəhadətnamə əsasında xx.xx.2003-cü ildə vəfat etmişdir. Aşağıdakılar ailə üzvləri ilə birlikdə onunla ölən günə kimi yaşamış və qeydiyyatda olmuşdurlar: qızı–Cavabdeh2 1959-cu il təvəllüdlü, qızı - Cavabdeh3 1951-ci il təvəllüdlü, qızı - X8 1953-cü il təvəllüdlü, xx.xx.1992-ci ildən qeydiyyatdan olub və xx.xx.2007-ci ildə vəfat etmişdir. Bakı şəhəri, Səbail rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2003-cü il tarixli AZ-İ seriyalı, 045615 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx xxxxxx 2003-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxxxx 2003-cü il tarixdə 614 nömrə ilə qeyd edilmişdir. BŞİH KTD Səbail rayon KTD 5 saylı Kommunal İstismar sahəsi tərəfindən verilmiş xx xxxxxxxx 2010-cu il tarixli arayışdan görünür ki, Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsi, 1 saylı evin 104/105 saylı mənzilində qeydiyyatdadır. xx.xx.1992-ci il tarixdən xx.xx.2003-cü il tarixə kimi 4 nəfər qeydiyyatda olub, xx.xx.2003-cü il tarixdən xx.xx.2007-ci il tarixə kimi 3 nəfər qeydiyyatda olub, xx.xx.2007-ci il tarixdən hal-hazıra kimi 2 nəfər qeydiyyatdadır. Bakı şəhəri, Yasamal RİH Yasamal rayon MKTB 61 saylı MKİS tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, S.Rəhimov küçəsi, 20 saylı evin 3 saylı mənzilində qeydiyyatdadır. BŞİH KTD Səbail rayon KTD 5 saylı Kommunal İstismar sahəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 19 saylı arayışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsi, 1 saylı evin 104/105 saylı mənzilində Cavabdeh2 və Cavabdeh3 qeydiyyatdadırlar və yaşayırlar. xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsi, 1 saylı evdə yaşayan qonşular imzaları ilə təsdiq etmişlər ki, Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsi, 1 saylı evin 104/105 saylı mənzilində İddiaçı yaşamır. Bakı şəhəri, Yasamal rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli sərəncamından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 282 nömrəli sərəncamı ilə Babayevlər ailəsinə Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsi, 1 saylı evdə boşaldılmış sahəsi 61,5 kv.m yaşayış sahəsi iki otaqlı 104/105 nömrəli mənzilləri verilmiş və orderə X5, X8, Cavabdeh3, Cavabdeh2 adları qeyd edilmişdir. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən təqdim olunmuş xx.xx.2020-ci il tarixli, 012-12377-1220 nömrəli arayışdan görünür ki, xx.xx.1965-ci ildə Bakı şəhərində doğulmuş Babayev X14 rayon Xalq Məhkəməsinin xx.xx.1987-ci il tarixli hökmünə əsasən Azərbaycan SSR CM-nin 95, 105 və 38-ci maddələri ilə 13 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.1992-ci il tarixdə “Amnistiya” Qərarının 8-ci maddəsinin “V” bəndinə əsasən cəzası 1/3 qədər azaldılaraq 5 il 3 ay 17 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İddiaçı Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx.xx.1995- ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 185-ci maddəsinin 1-ci hissəsi, 105-ci maddə, 38 və 39-cu maddələri ilə 3 il 4 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.1998-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İddiaçı Bakı şəhəri Nizami Rayon Xalq Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 226-1 maddəsinin 1-ci hissəsi və 55-ci maddələri ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2001-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2001-ci il tarixli “Amnistiya” Qərarının 5-ci bəndinə əsasən cəzadan azad olunmuşdur. Bundan başqa İddiaçı Nərimanov Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2005-ci il tarixdə Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 5 ay 24 günü vaxtından əvvəl şərti olaraq azad edilmişdir. İddiaçı Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 315.1-ci maddəsi ilə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən 10 ay 12 gün müddətinə vaxtından əvvəl şərti olaraq azad olunmuşdur. İddiaçı Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1 və 67.1 maddələri ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Həmçinin, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri 1 saylı Notariat ofisi tərəfindən Bakı şəhəri Səbail rayon Məhkəməsinə təqdim olunmuş notariat işində olan sənədlərdən görünür ki; Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsi, 1 saylı evin 104/105 saylı mənzilində yaşamış xx.xx.2003-cü il tarixdə vəfat etmiş X5 onun anasıdır. Miras əmlak Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsi, 1 saylı evin 104/105 saylı mənzildir, Cavabdeh3 isə digər vərəsə kimi qeyd edilmişdir. Cavabdeh3 tərəfindən Bakı şəhəri 1 saylı Notariat ofisinə yazılmış xx.xx.2013-cü il tarixli ərizədən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsi, 1 saylı evin 104/105 saylı mənzilində yaşamış xx.xx.2003-cü il tarixdə vəfat etmiş X5 onun anasıdır. Miras əmlak Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsi, 1 saylı evin 104/105 saylı mənzildir, Cavabdeh2 isə digər vərəsə kimi qeyd edilmişdir. Qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsi, 1 saylı evin 104/105 saylı mənzili X3 adına xx.xx.1994-cü il tarixdə xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Oktyabr rayon VVADQ şöbəsi tərəfindən verilmiş evlənmək haqqında şəhadətnamədən görünür ki, X18 ilə Bibixanım Məmmədsaleh qızı xx.xx.1949-cu il tarixdə nikaha daxil olmuşlar. Bakı şəhəri, Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxx 2008-ci il tarixli AZ-İ seriyalı, 287545 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx xxxxx 1968-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxxx 1968-ci il tarixdə 688 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 089343 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 xx.xx.1951-ci il tarixdə anadan olmuşdur. Atası - X18, anası - Bibixanım Məmmədsaleh qızıdır. İ-İE seriyalı, 737411 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. Atası - X18, anası - Bibixanım Məmmədsaleh qızıdır. Bakı şəhəri, Səbail rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx xxxxx 2007-ci il tarixli AZ-İ seriyalı, 228655 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx xxxxxx 2007-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxxx 2007-ci il tarixdə 228 nömrə ilə qeyd edilmişdir. - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 08087697 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 – xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 06248479 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh3 – xx.xx.1951-ci il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. MM-nin 1151.1-ci maddəsinin tələbinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. MM-nin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürülənlər) birinci növbə vərəsələr sayılırlar. MM-nin 1243.1-ci maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. MM-nin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. MM-nin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. MM-nin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, S.Vurğun küçəsi ev 1 saylı evin, 104/105 nömrəli mənzillər xx.xx.1994-cü il tarixli, 30/28354 nömrəli qeydiyyat vəsiqəsinə əsasən xx.xx.2003-cü il tarixində vəfat etmiş X2 xüsusi mülkiyyətində olmuşdur. X4 vəfat edərkən 4 qanun üzrə vərəsəsi olmuşdur – İddiaçı, Cavabdeh2, Cavabdeh3, X10, X8 (vəfat edib), X11, X13 və X12r (vəfat edib). İddiaçının tələblərini əsaslandırdığı dəlillərə əsasən, anası vəfat etdikdən sonra onlar bacı və qardaşlar həmin mənzillərdə yaşamışlar. 2019-cu ilin avqust ayında aldığı məlumata görə bacıları Cavabdeh2 və Cavabdeh3 kimsəyə xəbər vermədən həmin mənzilləri öz adlarına keçirmişlər. Bakı şəhəri 1 saylı Notariat Kontoru tərəfindən qanunsuz olaraq Bakı şəhəri, Səbail rayonu, S.Vurğun küçəsi 1 saylı evin 104/105 nömrəli mənzillərinin Cavabdeh2 və Cavabdeh3 verilməsi barədə xx.xx.2013-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə mülki qanunvericiliyin tələblərini pozmaqla qəbul edildiyi üçün etibarsız hesab edilməlidir. Cavabdeh tərəfin iddiaya olan etirazının əsasını iddiaçının miras əmlakı qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə qəbul etməməsi təşkil etmişdir. İşin materiallarından görünür ki, iddiaçı anasının vəfatından sonra Nərimanov rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2005-ci il tarixdə Bakı şəhəri Əzizbəyov rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 5 ay 24 günü vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Bundan 4 il sonra İddiaçı Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 315.1 maddəsi ilə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2011-ci il tarixdə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 03.10.11-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən 10 ay 12 gün müddətinə vaxtından əvvəl şərti olaraq azad olunmuşdur. 1 il keçməmiş İddiaçı Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1 və 67.1 maddələri ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi, 2005-2009-cu il, 2011-2012-ci illər və 2014-2019-cu ilin dekabr ayına kimi İddiaçı vərəsəlik hüquqlarının rəsmiləşdirilməsi üçün notariat kontoruna müraciət etməmiş, iddia tələbində 2019-cu ilin avqust ayında aldığı məlumata görə bacıları Cavabdeh2 və Cavabdeh3 kimsəyə xəbər vermədən həmin mənzilləri öz adlarına keçirməsini göstərsə də, 2019-cu ilin dekabr ayında notariata müraciət etmiş və ona xx.xx.2019-cu il tarixli, 690 nömrəli məktubla qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və miras əmlakın qəbulu ilə bağlı müddətin bərpası ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Həmçinin işin araşdırılması zamanı, o cümlədən iddiaçının öz izahatı ilə də müəyyən edilmişdir ki, miras əmlakın cavabdeh bacıların adına rəsmiləşdirilməsi ilə bağlı 2014-cü ildə tərəflərin aralarında olan mübahisə polis orqanlarında araşdırılmış və iddiaçının izahatına əlavə olaraq göstərdiyi kimi, polisdə ona evin hazırda bacılarına məxsus olmasına dair qeydiyyat vəsiqəsinin surətini göstərərək evin anasına məxsus olmasına dair sənəd gətirdiyi halda iddiaçıya həmin evə köçməsi ilə bağlı iddia irəli sürə biləcəyini bildirmişlər. Lakin bacıları iddiaçıya ev alacaqlarını bildirərək, əvvəl kirayə ev tutaraq iki il onun kirayə pulunu ödəsələr də, sonradan ödəmələri dayandırmış, bununla bağlı aralarında mübahisələr davam etmiş, ona ev almamış və onu yenədə evə buraxmamışlar, buna görə də o, əvvəl notariata, sonra isə iddia ilə məhkəməyə müraciət etmişdir. Kollegiya iddiaçının irəli sürdüyü dəlillərə qiymət verərək hesab edir ki, iddiaçı keçən müddət ərzində cavabdeh-bacılarının adına verilən qanun üzrə vərəsəlik şəhadətnaməsinin və mülkiyyət hüququ üzrə adına dövlət reyestrində aparılan qeydiyyatın qanuniliyini mübahisələndirmədən, sonuncu dəfə cəzaçəkmə müəssisəsindən çıxandan 6 ildən çox müddət keçdikdən sonra əsası olmayan dəlillər irəli sürməklə bacılarına verilmiş xx.xx.2013-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair iddia qaldırmışdır. Qanunvericiliyin mənasına görə, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir, belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə xx xxxx 2014-cü il tarixli qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Miras qoyana məxsus olan və miras əmlakın kütləsinə daxil olubolmaması müəyyən olunmayan, təyinatına görə ailənin ümumi istifadəsi üçün nəzərdə tutulmuş əşyaların qəbul edilməsi və ya miras qoyan tərəfindən vərəsəyə verilməsi məqamının mirası qəbul etmə kimi qiymətləndirilməsi mülki işin qanuni həlli baxımından qənaətbəxş hesab oluna bilməz. İşin bu qaydada həll edilməsi isə əks tərəfin Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş hüququnun pozulmasına səbəb olur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2014-cü il tarixli qərarında göstərmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Kollegiya qeyd edir ki, İddiaçı anasının xx xxxxxx 2003-cü ildə vəfatından sonra qanunla müəyyən olunmuş müddətdə mirası qəbul etməsi ilə bağlı notariat kontoruna müraciət etməsi və ya mübahisəli mənzildə yaşamaqla mirası faktiki qəbul edərək onu idarə etməsinə dair məhkəməyə heç bir mötəbər sübut növləri təqdim edə bilməmişdir. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Kollegiya qeyd edir ki, iddiaçı vərəsəlik şəhadətnaməsini mübahisələndirmək üçün müvafiq müddət ərzində mirası qəbul etmədiyindən, bununla da, subyektiv vərəsəlik hüququnu itirdiyindən, onun iddia tələbi təmin olunmamalıdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(009)-496/2020 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-834/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-834/2021
10.03.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver