Məhkəmə qərarları › İş №2(103)-8375/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8375/2022

29.12.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8375/2022 29.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından cavabdehin şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, cavabdeh tərəfindən verilmiş, hazırkı iş üzrə Xətai RM-nin xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpası barədə ərizə təmin edilməsin və cavabdehin apellyasiya şikayəti geri qaytarılsın. Şikayətdə tələb olunub ki, qərardad ləğv olunsun. Şikayət təmin edilə bilməz. Belə ki, müəyyən olunur ki, həqiqətən də apellyasiya şikayəti verilməsi müddəti üzrlü səbəb olmada ötürülüb. İşin bu halı Xətai RM-nin qərardadında düzgün müəyyən edilib və lazımi qaydada əsaslandırılıb. Ona görə də məhkəmə Mülki-Prosessual Məcəllənin 133.1 və 363.1.3-cü maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, Xətai RM müddətin bərpası barədə ərizəni rədd etməklə və apellyasiya şikayətinin geri qaytarılmasını qərara almaqla düzgün nəticəyə gəlib, qərardadın ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar