Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-838/2025 15.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərsu” ASC-yə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “borcun silinməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi ilə, İddiaçı, Cavabdeh "Azərsu” ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərsu” ASC-yə qarşı "əsassız borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-776/2024 nömrəli, 29 fevral 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 218404 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, N.Nərimanov küçəsi, 5A saylı evin 16,2 kv.m. yaşayış sahəsindən ibarət 1 otaqlı, 1 saylı mənzil xx.xx.2005-ci il tarixində X10 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir.
2. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 218327 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, N.Nərimanov küçəsi, 5A saylı evin 29,33 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı, 2 saylı mənzil xx.xx.2005-ci il tarixində X10 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir.
3. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 196491 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, N.Nərimanov küçəsi, 5A saylı evin 47,0 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 3 saylı mənzil xx.xx.2004-cü il tarixində X10 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir.
4. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X10 mülkiyyətində olan ünvan 1 ünvanında şəxsin qeydiyyatda olan şəxslər: X22, X16 və X5r.
5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(009)- 1078/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X10 "Azərsu” ASC-yə qarşı "kommunal xidmətlərdən istifadəyə görə qanunsuz ödəmə tələbinin dayandırılması” tələbinə dair iddia ərizəsinin qismən təmin edilməsi, ünvan 2 ünvanlarında qeydiyyatda olmayan şəxslərin "Azərsu” ASC-nin uçot-qeydiyyat məlumatlarından silinməsi qət olunmuşdur.
6. Nərimanov rayonu MKTB-nin 35 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş 27 oktyabr 2023-cü il tarixli 042823 nömrəli arayışdan görünür ki, X23 həqiqətən də Bakı şəhəri, N.Nərimanov küçəsi, ev 5A, mənzil 1-də pasport qeydiyyatındadır. Ev şəxsin adınadır və qeydiyyatda heç kim yoxdur.
7. Nərimanov rayonu MKTB-nin 35 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş 27 oktyabr 2023-cü il tarixli 042832 nömrəli arayışdan görünür ki, X23 həqiqətən də ünvan 1-də pasport qeydiyyatındadır. X1 rayonundan məcburi köçkünüdür. Göstərilən ünvanda qeydiyyatsız yaşayır, qeydiyyatda heç kim yoxdur.
8. Nərimanov rayonu MKTB-nin 35 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş 27 oktyabr 2023-cü il tarixli 042831 nömrəli arayışdan görünür ki, X23 həqiqətən də ünvan 5-də pasport qeydiyyatındadır. X2 rayonundan məcburi köçkünüdür. Göstərilən ünvanda qeydiyyatsız yaşayır, qeydiyyatda heç kim yoxdur.
9. Abonent kartından (saldo) görünür ki, "Azərsu” aSc ilə Abdullayev arasında Bakı şəhəri, N.Nərimanov küçəsi, ev 5A, mənzil 1 ünvanında yerləşən sonuncuya məxsus fərdi yaşayış evinə su və çirkab xidmətlərinin göstərilməsi ilə əlaqədar 11585180 saylı, xx.xx.2000-ci il tarixli müqavilə bağlanmışdır (Abonent kodu: **********010). Həmin ünvana 2015-ci ildən 2024-cü ilin yanvar ayınadək hesablanmış yekun borc məbləği 1258,60 manat təşkil edir.
10. Abonent kartından (saldo) görünür ki, "Azərsu” ASC ilə Əli Cümşüdov arasında ünvan 1 ünvanında yerləşən sonuncuya məxsus fərdi yaşayış evinə su və çirkab xidmətlərinin göstərilməsi ilə əlaqədar 11424407 saylı, xx.xx.1999-cu il tarixli müqavilə bağlanmışdır (Abonent kodu: **********020). Həmin ünvana 2015-ci ildən 2024-cü ilin yanvar ayınadək hesablanmış yekun borc məbləği 766.98 manat təşkil edir.
11. Abonent kartından (saldo) görünür ki, "Azərsu” ASC ilə Vilayət Əliyev arasında ünvan 5 ünvanında yerləşən sonuncuya məxsus fərdi yaşayış evinə su və çirkab xidmətlərinin göstərilməsi ilə əlaqədar 11603491 saylı, xx.xx.1999-cu il tarixli müqavilə bağlanmışdır (Abonent kodu: **********030). Həmin ünvana 2017-ci ildən 2024-cü ilin yanvar ayınadək hesablanmış yekun borc məbləği 215.98 manat təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı cavabdeh "xxxx" X9rşı "əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, N.Nərimanov küçəsində ev 5A, 2 saylı evin əvvəlki ev sahibi Tsepkovanın adına 1761 elektrik manat borcu, 1228.60 manat su borcu, 2 nömrəli mənzildə 752 manat su borcu, 3 nömrəli mənzildə isə 200 manat su borcunun silinməsi; onun adında olan Nəcəf ünvan 6 ünvanlarındakı borcların silinməsinə, mənzillərdə əsassız və qanunsuz şəkildə Azərsu ASC-nin abonent bazasında qeydiyyat olunmuş X14, xx.xx.1997-il il təvəllüdlü X12, 2 nömrəli mənzildə xx.xx.1975-ci il təvəllüdlü X22, xx.xx.1956-cı il təvəllüdlü X16 və xx.xx.1982-ci il təvəllüdlü X4 Azərsu ASC-nin abonent qeydiyyat bazasından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, hələ 2004 və 2005-ci ildə N. Nərimanov küçəsi 5A saylı binanın 1,2,3 saylı mənzillərini alqı-satqı müqaviləsi əsasında alıb Dövlət Əmlak Komitəsinin qeydiyyat idarəsindən kupçalar almışdır. O, aldığı bu üç mənzilə 20 ildən artıq bu günə qədər nə özünü nə də qeyri şəxsləri pasport qeydiyyatına salmamışdır. Tsepkova adında vətəndaşdan aldığı mənzil 1-də heç bir elektrik, su, qaz istifadəsi yoxdur, 20 ildir ki, heç yaşayış da olmamışdır. 02 nömrəli mənzildə Hüseynova Məhluqə 03 nömrəli mənzildə isə X21 məcburi köçkünləri məskunlaşmışdır. O, aldığı mənzillərin ev sahiblərinin qeydiyyatdan çıxarılmasına dair xx.xx.2019-cu il tarixli 2(009)- 1078/2019 nömrəli məhkəmə qətnaməsi almışdır və Azərsu ASC-yə təqdim etmişdir. Bildirir ki, 15 ildən artıq hüquqi dövlət quruculuğu ilə, Ali Baş Komandan, sevimli prezidentimizin etimadını Azərsu ASC işçiləri pozmuş, disiplinə zidd, laqeyd yanaşaraq vətəndaşların xəbəri olmadan onların mənzillərində yaşamayan şəxslərin adlarını məlumat bazalarında qeyd edərək qanunsuz şəkildə ödənişlər tələb etmişlər. Odur ki, vətəndaşların sərbəst yaşama, mülkə sahib olma hüququ, hal hazırda maddi və mənəvi hüququnun pozulması əsasında N. Nərimanov küçəsində ev 5A, 1 saylı mənzildə 1228.60 AZN su borcu, 2 nömrəli mənzildə 752 AZN su borcu, 3 nömrəli mənzildə isə 200 manat su borcu silinməli, qanunsuz məlumat bazalarında salınmışlar dərhal çıxarılmalıdır.
14. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-776/2024 nömrəli, 29 fevral 2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Nəcəf Nərimanov küçəsi ev 5/A, mənzil 1 (Abonent kodu:**********010) ünvanı üzrə əsassız hesablanmış 1228,60 manat, Bakı şəhəri, Nəcəf Nərimanov küçəsi ev 5/A, mənzil 2 (Abonent kodu:**********020) ünvanı üzrə əsassız hesablanmış 752 manat, Bakı şəhəri, Nəcəf Nərimanov küçəsi ev 5/A, mənzil 3 (Abonent kodu:**********030) ünvanı üzrə əsassız hesablanmış 200 (iki yüz) manat məbləğində borcun abonentin hesabından silinməsi vəzifəsinin cavabdeh "Azərsu” ASC-yə həvalə edilməsi, ünvan 10 ünvanları üzrə Abdullayev, X22 və X7 adları "Azərsu” ASC-nin uçot-qeydiyyat məlumatlarından silinməsi qət edilmişdir. (hakim X3 qızı)
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 148-ci, 152-ci, maddələrinə, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu, 33-cü, 61-ci maddələrinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü, 18-ci, 26-cı, 53-cü, 98-ci maddələrinə, Su Məcəlləsinin 30-cu, 58-ci, 98-ci maddələrinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il tarixli, 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə” Qaydalarının 2-ci, 4-cü, 5-ci, 7-ci bəndlərinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci, 14.2-ci, 88-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətinin dəlilləri
16. Qətnamədən cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizati Xidməti" X30 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış müqavilələr əsasında içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadə edir. Müqavilənin şərtlərinə uyğun olaraq abonent istifadə etdiyi içməli suyun dəyərini su xəttinin üzərində quraşdırılmış sayğacın göstəricilərinə uyğun sayğac olmadıqda və ya nasaz olduqda isə qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydalara əsasən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə ödəyir. Maddənin tələbindən göründüyü kimi subyektiv hüququ olmayan iddiaçı həmçinin digər şəxlərlə bağlanılmış müqavilə əsasında qeydə alnmış abonenetlərin borclarının mübahisələndirilməsini tələb edə bilməzdi. Göründüyü kimi iddiaçı və ya mülkiyyətçi hesab və iddia edirdisə ki həmən mənzillərdə yaşayış mövcud deyil bu barədə öncədən STKM-ə məlumat verməli idi. Lakin məhkəmə araşdırmasında da müəyyən edilmişdir ki, sözügedən ünvanlarda faktiki yaşayış və su təchizatı və kanalizasiya xidmətindən istifadə faktı təsdiq edilmişdir. Beleə olan halda gəlirləri yalnız bu sahədən formalaşan və səhmlərinin 100 faizi dövlətə məxsusus cəmiyyəti ağır duruma salaraq istənilən mülahizə əsasında pul vəsaitlərinin silinməsi durumu ağır vəzyətə salır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
19. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
20. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
d) Tətbiq edilən hüquq
21. 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
22. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun: 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 32-ci maddəsinin 2-ci bəndinə əsasən istehlakçı suölçən cihazların mühafizəsi tələblərinə əməl etmədikdə, su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndəsi istehlakçının vəsaiti hesabına onların təmirini, yenidən quraşdırılmasını və onların işinə mane olan səbəblərin aradan qaldırılmasını və ya su təchizatının ölçülməsi və düzgün qeydiyyatının təmin edilməsi üçün zəruri olan digər işləri yerinə yetirə bilər. Suölçən cihazın göstəricisi pozulduğu halda su təchizatı müəssisəsi bu dövrdə istifadə olunmuş suyun həcmini əvvəlki müvafiq dövrdəki göstəricini nəzərə almaqla, borunun suburaxma qabiliyyətinə əsasən müəyyənləşdirir. Suölçən cihazın göstəricisinin pozulması dövrünün müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur; 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır; 67-ci maddəsinin 1-ci bəndinə əsasən bu Qanunda nəzərdə tutulan hallar istisna olunmaqla, su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan su təchizatı və kanalizasiya sisteminə qoşulmaq qadağandır; 72-ci maddəsinə əsasən bu Qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər yol verdikləri pozuntu nəticəsində su təchizatı və kanalizasiya müəssisəsinə vurulmuş maddi ziyanı ödəyir, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada digər məsuliyyət daşıyırlar.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın: 2.1.6-ci bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir; 2.1.8-ci bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnən suölçən cihazı ödənişsiz qaydada təmir etmək və dövlət yoxlamasından keçirmək, həmin suölçən cihazı təmir etmək mümkün olmadıqda isə onu ödənişsiz qaydada başqası ilə dəyişdirmək su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir; 3.1.1-ci bəndinə əsasən STTSAS-a qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək su təchizatı və kanalizasiya müəssisəsinin hüququdur; 4.1.2-ci və 4.1.3-cü bəndlərinə əsasən STKM ilə bağlanılmış müqavilənin şərtlərini yerinə yetirmək, habalə bu Qaydaların tələblərinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçıların vəzifələrinə aid edilmişdir; 5.1.1-ci və 5.1.5-ci bəndlərinə əsasən qanunsuz qoşulma ilə əlaqədar tərtib olunmuş akt və onun məzmunu barədə öz mülahizələrini, izahatlarını təqdim etmək, habelə aktı imzalamaqdan imtina etmək, habelə verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarındandır; 7.2-ci bəndinə əsasən STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir); 8.7-ci bəndinə əsasən su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 (bir) il müddətinədək hesablanır.
e) Apellyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
27. Cavabdeh tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.
29. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, bu sahəni tənzimləyən qanunvericilikdə tullantı sularının nəqli, təmizlənməsi, zərərsizləşdirilməsi və ətraf mühitə və ya su hövzələrinə axıdılması, ümumi istifadədə olan kanalizasiya qurğularının genişləndirilməsi və yenidən qurulmasının təmin olunması, onlara texniki xidmətlərin göstərilməsi, kanalizasiya sistemlərindən ətraf mühitə tullantı sularının sızmasını aradan qaldırmaq və əvvəlcədən qarşısını almaq üçün tədbirlərin görülməsi, tullantı sularının fasiləsiz axıdılmasını tələb etmək, STKM-in balansında olan STTSAS-da baş vermiş qəzaların, nasazlıqların aradan qaldırılmasını tələb etmək cavabdehin səlahiyyətlərinə aid edilməklə, aşkar edilmiş pozuntulara istehlakçı tərəfindən yol verilməsini sübut etmək vəzifəsi də məhz cavabdehin üzərinə qoyulmuşdur.
30. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanlarında qeydiyyatda olmayan şəxslərlə bağlı "Azərsu” ASC tərəfindən əsassız və qanunsuz şəkildə su istifadə borcları hesablanmış, iddiaçının həmin quruma müraciətləri heç bir nəticə verməmişdir. Bununla da iddiaçı, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş abonent kartlarından görünür ki, qeyd olunan mənzillərdə qeydiyyatda olmayan, mənzil mülkiyyətçisi olmayan şəxslər barədə məlumatlar öz əksini tapır. Nərimanov rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 35 saylı MKİS tərəfindən təqdim olunmuş arayışlara əsasən iddia tələbində göstərilən Nəcəf ünvan 11 ünvanlarında heç bir şəxsin qeydiyyatda olmadığı təsdiqlənir. Abonent kartlarının ikisində Vilayət Əliyev və Əli Cümşüdov adlı şəxslərin, digər abonent kartlarında isə abonent kimi Abdullayev soyadı göstərilmişdir.
31. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçıya əsassız hesablanmış borcun silinməsi nəticəsinə gəmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və bu səbəbdən təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh ASC-yə aid edilməlidir.
32. Hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-776/2024 nömrəli, 29 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.