Məhkəmə qərarları › İş №2(103)-8383/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8383/2021

01.09.2021 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8383/2021 01.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı "xxxx" MTK-nın nümayəndəsi X1, Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(004)-3364/2020 saylı qərardadından iddiaçı "xxxx" MTK tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MTK Cavabdeh, üçüncü şəxslər Adilov Adil Sarı oğluna və X5 qarşı “24.04.2015-ci il tarixli 019b/0025 nömrəli alğı-satqı müqaviləsinin və 24.04.2015-ci il tarixli maliyyə arayışının ləğv edilməsi, əsassız varlanma nəticəsində əldə edilən pulun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə 16.06.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ilə "xxxx" MTK arasında Abşeron rayonu Masazır qəsəbəsində yerləşən "xxxx" MTK-ya məxsus yaşayış kompleksində 19b nömrəli binanın 1-ci blokunda, 5-ci mərtəbədə 2 otaqlı, sahəsi 86 kv.m olan 25 nömrəli mənzilinə dair bağlanmış 24.04.2015-ci il tarixli 019b/0025 nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh adına verilmiş 24.04.2015-ci il tarixli "xxxx" MTK-ya məxsus yaşayış kompleksində 19b nömrəli binanın 1-ci blokunda, 5-ci mərtəbədə 2 otaqlı, sahəsi 86 kv.m olan 25 nömrəli mənzilin dəyərinin ödənilmiş hesab edilməsi haqqında maliyyə arayışının ləğv edilməsi, Cavabdeh "xxxx" MTK-nin hesabına əsassız varlanma nəticəsində əldə etdiyi 47.300 manat pulun, hüquqi yardıma görə vəkilə ödənilmiş 1.000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq "xxxx" MTK-ya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 05.11.2020-ci il tarixli 2(004)3364/2020 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Üçüncü şəxs X4 Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 05.11.2020-ci il tarixli 2(004)3364/2020 nömrəli qətnaməsindən verdiyi apelyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı "xxxx" MTK 07.06.2021-ci il tarixdə iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 05.11.2020-ci il tarixli 2(004)3364/2020 nömrəli qətnaməsindən apelyasiya şikayəti və qətnamədən apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizə vermişdir. İddiaçı "xxxx" MTK-nın buraxılmış müddətin bərpasına dair ərizəsinə baxılması üçün sorğu verilərək mülki iş Bakı Apelyasiya Məhkəməsindən istənilmiş və mülki iş 18.06.2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(004)-3364/2020 saylı qərardadı ilə iddiaçı "xxxx" MTK-nın iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 05.11.2020ci il tarixli 2(004)3364/2020 nömrəli qətnaməsindən apellyasiya şikayəti verməsi üçün buraxılmış müddətin bərpasına dair ərizəsi rədd edilmiş, qətnamədən verilmiş apellyasiya şikayəti iddiaçıya qaytarılmışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(004)-3364/2020 saylı qərardadından iddiaçı "xxxx" MTK tərəfindən verilmiş şikayət həmin məhkəmənin 27 iyul 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və mülki iş şikayətə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırmışdır ki, qətnamədən apellyasiya şikayəti verilməsi müddəti üzürlü səbəbdən ötürülmüşdür. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" MTK-nın nümayəndəsi X2 şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə2 şikayəti qəbul etmədiklərini bildirdilər. Üçüncü şəxslər X10 və X9 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(004)-3364/2020 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 05.11.2020-ci il tarixli, 2(004)3364/2020 nömrəli qətnaməsinin surətini poçt xəbərnaməsinə iddiaçı "xxxx" MTK-nın nümayəndəsi və vəkili Nümayəndə1 imza etməklə 28.12.2020-ci il tarixdə və 29.02.2021-ci il tarixdə iddiaçı "xxxx" MTK tərəfindən rəsmi qaydada alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göründüyü kimi, iddiaçı "xxxx" MTK apelyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş 1 aylıq müddəti üzürlü səbəblər olmadan buraxmış, qətnamənin rəsmi qaydada alındığı 28.12.2020-ci il tarixdən 1 ay müddətində, yəni 28.01.2021-ci il tarixədək apelyasiya şikayətini verməmiş, həmin müddətdən dörd ay 10 gün keçdikdən sonra 07.06.2021-ci il tarixdə vermişdir. Lakin iddiaçı apelyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddəti üzürlü səbəblərdən ötürməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Çünki, Ali Məhkəmənin qərarına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizə ilə X7 müraciət edilməsi, qətnamədən apelyasiya şikayəti verilməsinə maneə deyildir və buraxılmış prosussual müddətin bərpası üçün üzürlü səbəb kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası MPM-in 133.5-maddəsinə əsasən müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuş, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı "xxxx" MTK tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(004)- 3364/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasia şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar