Məhkəmə qərarları › İş №2(103)-8409/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8409/2020

16.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8409/2020 16.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi ilə, Ərizəçi, maraqlı şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsinə qarşı “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi’’ tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5116/2019 saylı mülki iş üzrə xx.xx.2020-ci il tarixli qərardadından maraqlı şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5116/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Ərizəçi 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə Qazax rayonunun ərazisində könüllü dəstənin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi faktının müəyyən edilməsi qət edilmişdir. Maraqlı şəxs Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti həmin qətnamədən apelyasiya şikayəti vermiş və qətnamədən apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barəsində vəsatətlə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5116/2020 saylı işi üzrə xx.xx.2020ci il tarixli qərardadı ilə maraqlı şəxs Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmiş, maraqlı şəxs Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5116/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsindən verdiyi apelyasiya şikayəti geri qaytarılmışdır. Qərardadda MPM-in 133, 360-cı maddələrinə istinadən qeyd edilmişdir ki, maraqlı şəxs Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məhkəməyə xx.xx.2019-cu il tarixli ərizə ilə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5116/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ünvanına göndərilməsini xahiş etmiş, qeyd edilən ərizə məhkəməyə xx.xx.2019-cu il tarixdə daxil olmuşdur. Məhkəmənin xx.xx.2020-ci il tarixli məktubu ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5116/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ünvanına (Bakı şəhəri, Zərifə Əliyeva 30) göndərilmiş və sonuncu qeyd edilən qətnaməni xx.xx.2020-ci il tarixdə qəbul etmişdir. Daha sonra maraqlı şəxs Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vəsatətlə (vəsatətdə qətnamənin xx.xx.2020-ci il tarixdə qəbul edilməsi qeyd olunmuşdur) məhkəməyə müraciət edərək, mülki iş üzrə maraqlı şəxs qismində cəlb edilməsini və işə mahiyyəti üzrə baxılmasının təzələnməsini xahiş etmişdir. Mülki iş məhkəmənin arxivinə verildiyi üçün, sonradan isə ölkədə xüsusi karantin rejimi tətbiq edildiyi üçün vəsatətə münasibət bildirilməsi həmin zaman mümkün olmamışdır. Məhkəmə xx.xx.2020-ci il tarixli məktubla vəsatətə münasibət bildirərək, maraqlı şəxsə mülki məhkəmə icraatı qaydasında baxılan iş üzrə yekun məhkəmə aktı olan qətnamə çıxarıldıqdan sonra, həmin iş üzrə icraatın təzələnməsinin Mülki-Prosessual qanunvericilikdə nəzərdə tutulmaması izah etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yalnız bundan sonra xx.xx.2020-ci il tarixli məktubla məhkəməyə müraciət edərək, göstərilən qətnamədən apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayəti məhkəməyə xx.xx.2020-ci ildə daxil olmuş və məhkəməyə hansı tarixdə göndərilməsi apelyasiya şikayətinin göndərildiyi zərfdən müəyyən olunmur. Maraqlı şəxs Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5116/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən apelyasiya şikayəti verməsi üçün nəzərdə tutulmuş müddətin sonuncu günü xx.xx.2020-ci il olmuşdur. Lakin maraqlı şəxs qeyd edilən qətnamədən apelyasiya şikayəti vermək hüququndan göstərilən müddətdə istifadə etməmişdir. Maraqlı şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti şikayət verərək, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(011)- 5116/2019 nömrəli qərardadının ləğv edilməsi və Xidmət tərəfindən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən şikayət verilməsi üçün buraxılmış müddətin bərpasına dair verilmiş xx xxxx 2020-ci il tarixli vəsatət və apelyasiya şikayətinə baxılmasına dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası MPM-in 268, 269, 398-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə tərəfindən nəzərə alınmalı idi ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi rəsmi qaydada xx xxxxxx 2020-ci il tarixdə alındıqdan sonra Xidmət tərəfindən xx xxxxxx 2020-ci il tarixdə vəsatətlə məhkəməyə müraciət edilərək iş üzrə Xidmətin maraqlı şəxs qismində xüsusi icraat qaydasında məhkəmə icraatına cəlb edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi xahiş edilmişdir. Həmin vəsatətə cavab olaraq məhkəmənin xx xxx 2020-ci il tarixli məktubunda (Xidmətin poçt ünvanına xx.xx.2020-ci il tarixdə daxil olmuşdur) Mülki Prosesual qanunvericiliyinin tələblərinə əsasən, iş üzrə yekun qərar qəbul edildikdən sonra işə baxılmış məhkəmə tərəfindən iş üzrə icraatın təzələnməsi nəzərdə tutulmadığını və qətnamə ilə Xidmətin maraqları toxunulduğu halda apelyasiya şikayətinin vermə hüquq tanındığı bildirilmişdir. Göründüyü kimi, Xidmət Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsini aldıqdan sonra xx xxxxxx 2020-ci il tarixdə vəsatətlə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək Xidmətin iş üzrə maraqlı şəxs qismində məhkəmə icraatına cəlb edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsini xahiş etmişdir. Yəni Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qətnamənin surətini əldə etdikdən sonra vaxtında Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qətnamə ilə razılaşmadığını həmin vəsatətlə bildirmiş və şikayət vermə müddətinin axımı həmin tarixdən başlamışdır. Xidmət müvafiq qanunvericilik normalarını nəzərə alaraq belə qənaətə gəlir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən apelyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş prosessual müddəti ötürmədiyindən birinci instansiya məhkəməsi şikayəti geri qaytarmaqda haqlı olmamışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinin Xidmət tərəfindən rəsmi qaydada alındığı tarixdən, yəni xx xxxxxx 2020-ci ildən sonrakı müddət ərzində Xidmət tərəfindən xx xxxxxx 2020-ci il tarixdə vəsatət verildiyini və bu vəsatətin araşdırılmasına dair məhkəmənin xx xxx 2020ci il məktubun Xidmətin poçt ünvanına xx xxxx 2020-ci il tarixdə daxil olması sonrakı vəsatətin və apelyasiya şikayətinin verilməsində buraxılmış müddətin üzürlü hesab edilməsinə əsas verir və məhkəmə tərəfindən bu hallar nəzərə alınmalı idi. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5116/2019 saylı işi üzrə xx.xx.2020ci il tarixli qərardadı ilə maraqlı şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5116/2019 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadından vermiş olduğu şikayət baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edənmaraqlı şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi X3 şikayəti müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edənƏrizəçi şikayəti qəbul etməyərək, birinci instansiya məhkəməsinin qərardadının qüvvədə saxlanılmasını xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən, maraqlı şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, MPM-nin 128-133, 357, 360, 363.1.3, 385.2, 387.1, 395-397ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, prosessual qanunvericiliyin mahiyyətinə aid olmayan formal mülahizələr əsasında tərtib edilmiş şikayətin dəlilləri üzrə qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. İzah edilməlidir ki, prosessual müddətin səbəblərin müzakirəyə çıxarılması üçün tərəf onun bərpasına və üzürlü hesab edilməsinə dair sübuta yetirilən dəlillər təqdim etməlidir. Qeyd edilməlidir ki, maraqlarına toxunulması ehtimal olunan şəxs qətnaməni xx.xx.2020-ci il tarixdə alması rəsmi poçt qəbzi ilə təsdiq edilir (iş səh.68), qətnamə qanuni qüvvəsini almış (iş səh.63), prosessual müddət ötürülmüş və onun bərpasına dair üzürlü əsaslar (sübuta yetirilən dəlillər) təqdim edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 398, 400 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Maraqlı şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şikayəti təmin edilməsin.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5116/2019 saylı işi üzrə xx.xx.2020-ciil tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar