Məhkəmə qərarları › İş №2(103)-842/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-842/2023

14.03.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-842/2023 14.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-842/2023 (Açar sözlər: “özbaşına tikilinin sökülməsi, qanunsuz tikilidən çıxarma”) Bakı şəhəri 14 mart 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi (məruzəsi) ilə, Cahangir Afər oğlu Yusifovdan və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı nümayəndələri X4, X5, vəkili (nümayəndəsi) X1, Cavabdeh və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Seyfullayeva (Abdullayeva) Tünzalə Əsədulla qızının iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3350/2010 saylı, 16 dekabr 2010-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə xx.xx.2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 2010-cu il 16 dekabr tarixli, 2(009)- 3350/2010 nömrəli qətnaməsi ilə (hakim: F.Ə.Hüseynov) iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (bundan sonra ARDNŞ) İddiaçı Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi, ərazinin boşaldılması və qanunsuz tikilidən çıxarılma barədə iddia tələbi təmin edilərək Bakı şəhəri, Səbail rayonu 2-ci Salyan döngəsi, ö/t 20 В ünvanında yerləşən özbaşına tikilinin Cavabdeh hesabına sökülməsi, Cavabdeh və onunla birgə yaşayan şəxslərin qanunsuz tikilidən çıxarılmaları qət edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2011-ci il 30 mart tarixli, 2(103)-1332/2011 nömrəli qətnaməsi ilə (hakimlər: İ.Ş.Vəliyev (sədrlik edən vəməruzəçi), G.A.Quliyev və S.Ə.Hüseynova) Səbail Rayon Məhkəməsinin 2010-cu il 16 dekabr tarixli, 2(009)-3350/2010 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2011-ci il 25 avqust tarixli, 2(102)-2452/2011 nömrəli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin olunmadan, apellyasiya məhkəməsinin 2011-ci il 30 mart tarixli, 2(103)- 1332/2011 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. Cavabdeh İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət edərək onun işinə baxılarkən Konvensiyanın 8-ci maddəsi və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə (yəni mülkiyyət hüquqlarının pozulması) dair pozuntuların müəyyən edilməsini xahiş etmişdir.

5. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin şikayətlə bağlı mövqeyi belə olmuşdur:Məhkəmə qeyd etmişdir ki, ərizəçi 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusunu yalnız o halda iddia edə bilər ki, mübahisələndirilən qərarlar həmin müddəanın mənasında onun “mülkiyyətinə” aid olsun. “Mülkiyyət” anlayışı “mövcud sahiblik”lə məhdudlaşmır, həm də iddiaçının ən azı ondan səmərəli istifadə etmək üçün ağlabatan və “qanuni gözləntisi” olduğunu iddia edə biləcəyi aktivləri, o cümlədən iddiaları əhatə edə bilər. “Gözlənti” ya qanunvericilik müddəasına, ya da sözügedən əmlak marağına aidiyyəti olan hüquqi akta əsaslanırsa, “qanunidir”. Hər bir halda araşdırılmalı olan məsələ bütövlükdə baxılan işin hallarının ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan hüquqları verməməsidir (baxın: Saqinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, 27 may 2010-cu il, və Keriman Tekin və başqaları Türkiyəyə qarşı, № 22035/10, § 41, 15 noyabr 2016- cı il).

6. Məhkəmə qeyd etmişdir ki, sözügedən ev daxili məhkəmələr tərəfindən icazəsiz tikinti elan edilmişdir. Belə görünür ki, Azərbaycan qanunvericiliyinə görə icazəsiz tikililər mülkiyyət hüququnun predmetini təşkil edə bilməz (müqayisə üçün baxın: İvanova və Çerkezov, Bolqarıstana qarşı, № 46577/15, § 68, 21 aprel 2016-cı il və Kotumanova Rusiyaya qarşı (dek.), № 57964/08, § 52, 11 sentyabr 2018-ci il).

7. Hazırkı işdə ərizəçi evi özü tikməmişdir, başqa şəxsdən almışdır. Daxili qanunlar daşınmaz əmlakla bağlı əqdlərin notarius tərəfindən təsdiqini açıq şəkildə tələb edir. Mübahisəli tikili ilə bağlı Mülki Məcəllənin 139.1 və 139.3-cü maddələrinə uyğun olaraq Dövlət reyestrinə heç bir qeyd daxil olmamışdır. Ərizəçinin alqı-satqı müqaviləsinin notarius tərəfindən təsdiq edilməməsi və dövlət reyestrində qeyd edilməməsi Hökumətin iddia etdiyi kimi, evə dair müvafiq tikinti və mülkiyyət sənədlərinin olmaması ilə izah edilə bilər. Buna görə də ərizəçi evi alarkən onun icazəsiz tikinti olduğunu bilirmiş və ya bilməli imiş.

8. Məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 180-ci maddəsinin və Torpaq Məcəlləsinin 111-ci maddəsinin tətbiqi ilə bağlı heç bir qeyri-müəyyənlik olmamışdır. Ərizəçiyə SOCAR-ın nəzdindəki Mənzil İstismar İdarəsi tərəfindən sənəd verilmişdir və ev kommunal xidmətlərə qoşulmuşdur. Ərizəçi iddia etmişdir ki, dövlət orqanları buna görə də evdən xəbərdardırlar və onun mövcudluğuna münasibət bildirmirlər. Bununla belə, iş materiallarından göründüyü kimi, yuxarıda qeyd olunan sənədin özü ərizəçiyə ev üzərində heç bir mülkiyyət hüququ verməmişdir və ona kommunal ödənişləri almaq və ödəmək üçün verilmişdir. Ərizəçinin sözügedən evə görə hər hansı vergi ödədiyini müəyyən etmək mümkün deyil (Yuxarıda göstərilən Öneryıldız, § 105 və Barahona Guachamin və Digərləri İtaliyaya qarşı kk. № 33295/15, § 67, 4 dekabr 2018, ilə müqayisə edin). Məhkəmə əvvəllər dövlət orqanlarının icazəsiz tikililərin mövcudluğuna münasibətini araşdırarkən kommunal xidmətlərin göstərilməsini müvafiq element kimi nəzərə almasına baxmayaraq (məsələn, yuxarıc^a qeyd olunan Öneryıldız, §§ 105 və 127, Hamer Belçikaya qarşı, № 21861/03, § 83, AİHM 2007-V (çıxarışlar)), hazırkı işdə söküntü haqqında qərar ev ərizəçi tərəfindən satın alındıqdan sonra ağlabatan müddət ərzində verilmişdir (hamısı yuxarıda göstərilmiş Saqinadze, §§ 106-07; Öneryıldız, §§ 105-06; və Hamer, §76 və İvanova və Cherkezov, § 75-i müqayisə edin).

9. Müəyyən müddət ərzində dövlət orqanları tərəfindən hər hansı reaksiyanın olmaması ərizəçidə belə bir təsəvvür yaratmamalı idi ki, ona qarşı evin sökülməsi ilə bağlı icraat qaldırıla bilməz və bu, özlüyündə evin sökülməməsinə səbəb olmaq üçün kifayət deyil. Ərizəçinin evə olan mülkiyyət marağı 1 nömrəli Protokolun 1-ci maddəsinin-birinci cümləsində ifadə edilmiş qaydanın mənasına uyğun olaraq “sahibi” olmaq üçün kifayət qədər müəyyən edilmiş və əhəmiyyətli olmuşdur (yuxarıda göstərilən Baqdonavius və başqaları Rusiyaya qarşı, № 19841/06, §§ 117-18, 11 oktyabr 2016-cı il, və Barahooa və başqaları, §§ 67-68 ).

10. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından ərizəçinin evi aldıqdan sonra təmir etdirdiyi görünsə də, evin qanuni sahibi olmayan ərizəçi bilməli idi ki, evdə abadlıq işləri aparmaqla ona məxsus olmayan daşınmaz əmlaka investisiya etmişdir. Bundan əlavə, ərizəçi söküntü qərarının onun daşınan şəxsi əşyalarına təhlükə yaradacaq şəkildə icra olunacağını iddia etməmişdir.

11. Ona görə məhkəmə belə qənaətə gəlmişdir ki, şikayətin bu hissəsi (1 saylı Protokolun 1-ci maddəsi) 35-ci maddənin 3-cü bəndinin (a) yarımbəndinin mənasında Konvensiyanın müddəaları ilə bir araya sığmır və 35-ci maddənin 4cü bəndinə uyğun olaraq rədd edilməlidir.

12. Avropa Məhkəməsi ərizəçinin onun əmlakının sökülməsi ilə bağlı ona pul ödənilməli olması ilə əlaqədar şikayəti ilə bağlı qeyd etmişdir ki, ərizəçiyə sözügedən evi onun hesabına sökmək barədə qərar verilmişdir. Ərizəçinin üzərinə qoyulan belə bir öhdəlik onun mülkiyyətindən dinc istifadə etmək hüququna müdaxilədir. Buna görə də söküntü sifarişinin həmin hissəsinə 1 saylı Protokolun 1-ci maddəsi tətbiq edilir. Bununla belə, ərizəçi şikayətin bu hissəsini sözügedən müdaxilənin qanuniliyi və ya mütənasibliyi məsələsinin olduğunu sübut edən dəlillərlə əsaslandırmamışdır. Ona görə şikayətin həmin hissəsi də açıq-aydın əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin (a) yarımbəndinə və 4-cü bəndinə uyğun olaraq rədd edilməlidir.

13. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ərizəçinin evinə müdaxilənin Konvensiyanın 8-ci maddəsinin pozuntusu kimi tanımışdır. Məhkəmə qeyd etmişdir ki, bu şikayət nə açıq-aşkar əsassızdır, nə də Konvensiyanın 35-ci maddəsində sadalanan hər hansı digər əsaslara görə qəbuledilməzdir. Buna görə də o, məqbul elan edilməlidir.

14. Bununla bağlı məhkəmənin əsaslandırması belə olmuşdur:

15. Ərizəçi bildirmişdir ki, çıxarılma qərarı icra olunarsa, onun evinə hörmət hüququna müdaxilə təşkil edəcək və belə müdaxilə qanuni məqsəd güdməyəcək. O, iddia etmişdir ki, evin yerləşdiyi torpaq sahəsi 1962-ci ildən ARDNŞ tərəfindən işlənməmişdir və Hökumət bunun təcili olaraq dövlət ehtiyacı olduğunu göstərə bilməmişdir. O, daha sonra şikayət etmişdir ki, daxili etiraz edilən tədbirin (evin sökülməsi və oradan çıxarma) mütənasibliyi məhkəmə tərəfindən araşdırılmamış, onun və qızının evdən çıxarılacağı təqdirdə evsiz qalacaqları nəzərə alınmamışdır.

16. Hökumət iddia etmişdir ki, dövlət orqanlarının ərizəçinin evinə hörmət hüququna müdaxiləsi demokratik cəmiyyətdə ölkənin iqtisadi rifahı naminə zəruri olmuşdur və bu, daxili qanunvericiliyə uyğun olmuşdur.

17. Məhkəmə qeyd etmişdir ki, 8-ci maddənin mənasında “ev" anlayışı qanuni şəkildə zəbt olunmuş və ya qanuni əsaslarla qurulmuş binalarla məhdudlaşmamışdır. Bu, daxili qanunvericiliyə əsasən təsnifatdan asılı olmayan muxtar anlayışdır. Xüsusi binaların 8-ci maddənin müdafiəsini cəlb edən “ev” olub-olmaması faktiki hallardan, yəni konkret yerlə kifayət qədər və davamlı əlaqələrin mövcudluğundan asılı olacaq (baxın: X3rşı, № 66610/10, § 30, 14 mart 2017). Ərizəçi sözügedən evi 2007-ci ilin iyul ayında aldıqdan sonra qızı ilə birlikdə bu evdə yaşamışdır. Buna görə də ev Konvensiyanın 8-ci maddəsinin mənasına görə ərizəçinin evi olmuşdur.

18. Ərizəçinin evdən çıxarılması yerli məhkəmələr tərəfindən icazəsiz tikililəri tənzimləyən hüquqi normalarına uyğun olaraq qərara alınmışdır. Yerli məhkəmələr, o cümlədən Mülki Məcəllənin 180-cı maddəsinə və Torpaq Məcəlləsinin 111-ci maddəsinə istinad etmişlər. Məhkəmənin daxili qanunvericiliyə riayət olunmasını yoxlamaq səlahiyyətinin məhdud olduğunu qeyd edərək yerli məhkəmələrin ərizəçinin çıxarılmasına dair qərarları daxili qanunvericiliyə uyğun olduğunu demək mümkündür. Lakin, hökumət sözügedən müdaxilənin “ölkənin iqtisadi rifahının maraqları naminə...zəruri olduğunu” iddia etsə də, hazırkı işin vəziyyətində Məhkəmə bu müdaxilənin “Azneff’in hüquqlarını qorumaq üçün qanuni məqsəd güddüyünü saymağı daha məqsədəuyğun hesab etmişdir.

19. Məhkəmənin qərarlaşmış presedent hüququna əsasən, evin itirilməsi evə hörmət hüququna müdaxilənin ən ifrat formasıdır, bu baxımdan risk altında olan istənilən şəxs həmin şəxsin həssas qrupa aid olub-olmamasından asılı olmayaraq Konvensiyanın 8-ci maddəsinə əsasən müvafiq prinsiplər işığında müstəqil tribunal tərəfindən müəyyən edilən tədbirin mütənasibliyinə malik olmalıdır. Bu baxımdan qeyri-qanuni tikintidən söhbət gedəndə ön plana çıxa biləcək amillər evin qanunsuz tikilməməsi, aidiyyəti şəxslərin qanunsuz olduğunu bilə-bilə evi tikməməsi, qanunsuz tikilinin kim tərəfindən inşa edilməsi, müvafiq orqanların buna icazə vermələri, sözügedən qanunsuzluğun xarakteri və dərəcəsinin nədən ibarət olması, söküntü ilə qorunmaq istənilən marağın dəqiq mahiyyəti və söküntüdən təsirlənən şəxslər üçün uyğun alternativ yaşayış yerinin olubolmaması kimi hallar araşdırılmalıdır. Buna görə də, əgər aidiyyəti şəxs bu cür arqumentlər əsasında müdaxilənin mütənasibliyinə etiraz edərsə, məhkəmələr onları diqqətlə araşdırmalı və onlarla bağlı adekvat səbəblər göstərməlidirlər (baxın: McCann Birləşmiş Krallıqa qarşı, № 19009/04, § 50. , AİHM 2008; Yordanova və başqaları Bolqarıstana qarşı, № 25446/06, § 118 (iv) cərimə, 24 aprel 2012-ci il və yuxarıda adı çəkilən İvanova və Çerkezov, § 53).

20. Məhkəmə qeyd etmişdir ki, hazırkı işdə evin sökülməsinə və ərizəçinin çıxarılmasına qərar verərkən yerli məhkəmələr yalnız onun dövlətə məxsus torpaqda tikilmiş icazəsiz tikinti olduğuna diqqət yetirmişlər (yuxarıda adı çəkilən Bagdonavicius və Digərləri § 102 ilə müqayisə edin). Ərizəçi apellyasiya şikayətlərində sözügedən evin onun yeganə evi olduğunu və başqa ev almaq üçün imkanları olmadığı üçün evdən çıxarılacağı təqdirdə qızı ilə birlikdə evsiz qalacağını iddia etsə də, yerli məhkəmələr bu məqama məhəl qoymamış və gəlişən maraqları qarşılaşdıra bilməmişlər (Kaminskas Litvaya qarşı, № 44817/18, § 64, 4 avqust 2020-ci il ilə müqayisə edin).

21. Bundan əlavə, indiki kimi hallarda mütənasiblik hakimiyyətin torpağı geri almağa çalışdığı istifadə etmək hüququ ilə ayrılmaz şəkildə bağlıdır. Hazırkı işdə nə "xxxx" yerli məhkəmələrə təqdim etdiyi iddiasında, nə də Hökumət öz təqdimatlarında torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğunu iddia etməmişdirlər (Yordanova § 127 və yuxarıda adı çəkilən digərləri).

22. Hökumət ərizəçinin daxili qanunvericiliyə uyğun olaraq digər hüquqi müdafiə vasitələrindən istifadə etməklə onun çıxarılmasının mütənasibliyinə dair lazımi ekspertiza əldə edə biləcəyini iddia etməmişdir. Düzdür, daxili qanunvericilik ümumilikdə məhkəmələrdən qanuni qüvvəyə minmiş qərarın icrasının təxirə salınmasını və ya məhkəmə icraçılarının qərarın icrasının təxirə salınmasını tələb etmək imkanını nəzərdə tutmuşdur. Bununla belə, müvafiq presedent hüququna istinadlarla dəstəklənən bu ehtimalın münasibliyinə aid inandırıcı dəlillər olmadığına görə Məhkəmə belə nəticəyə gəlməlidir ki, ərizəçi bu yoldan istifadə etsə belə, onun əldə edə biləcəyi yeganə şey evdən çıxarılması qərarının mütənasibliyinin hərtərəfli yoxlanılmasının təsirlərindən daha çox müvəqqəti möhlət olarmış, (yuxarıda adı çəkilən İvanova və Çerkezovla müqayisə edin, § 57).

23. Nəhayət, alternativ mənzilin ərizəçi üçün əlçatan olduğunu hesab etmək üçün prosedurun olması da iddia edilməmişdir. Bundan əlavə, ərizəçi dövlət orqanları tərəfindən pulsuz və ya münasib qiymətə mənzil verilməsi üçün müraciət etmək hüququna malik olan şəxslərin hər hansı konkret kateqoriyasına aid edilməmişdir. Hökumət sosial'sığınacaqda müvəqqəti qalmağın alternativ yaşayış imkanlarının araşdırılması üçün hər hansı prosedur olmadığı halda, hazırkı şəraitdə mütənasiblik tələbini ödəyən həll yolu kimi onların sığınacaqda yerləşdirilməsinin qəbul edilən olacağını da iddia etməmişdir.

24. Belə şəraitdə ərizəçiyə müdaxilənin mütənasibliyinə, yəni şəxsi şəraiti nəzərə alınmaqla onun sözügedən evdən çıxarılmasına adekvat baxış əldə etməyə imkan verən prosedur təmin edilməmişdir.

25. Ona görə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərara almışdır ki, ərizəçinin şəxsi şəraiti nəzərə alınmaqla onun mütənasibliyi lazımi qaydada yoxlanılmadan evdə çıxarılma qərarı icra ediləcəyi təqdirdə Konvensiyanın 8-ci maddəsi pozulacaqdır.

26. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun baxılan məsələ ilə bağlı hüquqi mövqeyi:

27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu hazırkı iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 2021-ci il 18 noyabr tarixli Qərarında şərh edilənlərlə razılaşaraq hesab edir ki, cavabdehin hesabına tikilinin sökülməsi, onların evdən çıxarılması tələbinə baxılarkən yol verilmiş pozuntuların aradan qaldırılması və mübahisənin Qərarda şərh edilən Konvensiyanın 8-ci maddəsinin tələbləri fonunda yenidən araşdırılması təmin olunmalıdır.

28. İşə yenidən baxan apellyasiya məhkəməsi mübahisəli hüquqi məsələlərlə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarında şərh edilənlərə uyğun hüquqi dəyərləndirmə aparmaqla məsələ ilə bağlı yekun nəticəyə gəlməlidir.

29. O cümlədən mütənasiblik yoxlanılarkən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarında qeyd olunduğu kimi qanunsuz evin kim tərəfindən, nə vaxt inşa edilməsi, müvafiq orqanların tikintiyə ağlabatan müddət ərzində reaksiya verib-verməməsi, söküntünün aparılmasında iddiaçının maraqları, torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olub-olmamasına dair sübutların mövcudluğu, cavabdehlərin alternativ yaşayış yerinin, başqa ev almaq üçün imkanlarının olub-olmaması ilə bağlı hallar aydınlaşdırılaraq nəzərə alınmalıdır.

30. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 sentyabr 2022-ci il tarixli, 13(102)-5(a)/2022 saylı Qərarı ilə Qərara alınmışdır:”İddiaçı ARDNŞ-nin törəmə müəssisəsi olan ‘Azneft” İstehsalat Birliyinin ("xxxx") Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi, ərazinin boşaldılması və qanunsuz tikilidən çıxarılma barədə iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2011-ci il 30 mart tarixli, 2(103)-1332/11 nömrəli qətnaməsi və onunla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2011-ci il 25 avqust tarixli, 2(102)-2452/11 nömrəli qərarı ləğv edilsin. İş apellyasiya instansiyasında yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.”

31. Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

32. Yeni apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, sözügedən ev cavabdehin yeganə evi olduğu və başqa ev almaq üçün imkanları olmadığı üçün evdən çıxarılacağı təqdirdə qızı ilə birlikdə evsiz qalacağı labüddür.Bundan başqa Cavabdeh izahatı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən Qərarında şərh edilənlərə əsaslandırılmışdır.Verilən suallara cavab olaraq bildirmişdir ki, yaşlı və təqaüdçüdür, məhkəmə mübahisələri getdiyi bu uzun müddət ərzində maddi və sosial vəziyyətində heç bir irəliləyiş olmamışdır.Mübahisəli evin yerləşdiyi ərazilər isə yeni evlər və qeyri-yaşayış sahələri ilə əhatə olunmuşdur.Bunu təsdiq edən fotoşəkilləri də təqdim edir.Yenə də qızı ilə birgə yaşayır və qızı da işləmir.Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

33. Apellyasiya şikayətinə yazılı izahat (etiraz) daxil olmuşdur. Yazılı izahat (etiraz) onunla əsaslandırılmışdır ki, "xxxx" İB-nin əsas məqsədi Dövlət Neft Şirkətinə məxsus olan karbohudrogen yataqlarının kəşfiyyatını, hazırlanmasını, tikintisini, işlənməsini, neftin, qazın, qaz kondensatının hasil edilməsini və müvafiq qaydada təhvil verilməsini, eləcə də sahədə mövcud olan texnoloji sistemlərin və istehsalatların etibarlı istismarını və inkişafını təmin etməkdir. Birlik, Dövlət Neft Şirkətinin tapşırıqlarına əsasən, quru və dəniz sahəsində onun istifadəsinə verilmiş neft və qaz yataqlarında geoloji kəşfiyyat işlərini həyata keçirmək, neft və qaz quyularının tikintisini və işlənməsini təmin etmək, neft və qaz quyularının effektiv şəkildə isitsmar edilməsi sahəsində xidmətlər göstərmək, neft və qaz ehtiyatlarının artırılmasını təmin etmək və s. əməliyyatları həyata keçirir.Mübahisəli özbaşına tikilidən 104 və 124 metr məsafədə müvafiq olaraq 3716 və 2959 saylı istismar edilən işlək, 25 və 42 metr məsafələrdə isə müvafiq olaraq 1928 və 1436 saylı ləğv olunmuş neft-qaz quyuları yerləşir. Həmin quyularm yerləşdiyi sahədə məhsuldar neftli-qazlı laylar mövcuddur. Həmin quyularm istismarı davam edir və digər dərinlik horizontlarma keçid üçün ləngimədən yeni quyuların qazılmasına zərurət vardır.Göründüyü kimi, hazırda yuxarıda qeyd edilən quyularm ətrafında özbaşına tikililərin mövcudluğu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "xxxx" İB tərəfindən neft və qaz hasilatı üzrə fəaliyyətin həyata keçirilməsinə, yeni quyularm qazılmasına maneçilik törədir, bu da öz növbəsində neft və qaz hasilatını aşağı salaraq dövlətin gəlirlərinin azalmasına səbəb olur. Bu isə ölkənin iqtisadiyyatına mənfi təsir edən amildir, eyni zamanda qanunun aliliyi prinsipinə xələl gətirir.Belə ki, mövcud qanunvericliyə görə, sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir (Torpaq Məcəlləsinin 22-ci maddəsi).Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 fevral tarixli 31 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları” Qaydalarının 3.3-cü bəndinə görə, əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün bu obyektlər ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Neftqazçıxarma sənayesi obyektlərindən yaşayış binalarına, fərdi yaşayış evlərinə, yataqxanalara, ictimai və inzibati binalara, müvəqqəti salınmış qəsəbələrə, sənaye və kənd təsərrüfatı müəssisələrinə, elektrikötürücü xətlərinə və elektrik yarımstansiyalarına qədər minimum məsafələr (metrlə) müəyyən edilmişdir. Həmin Qaydalara görə, fontan, qazlift və dalma nasosları ilə təchiz olunmuş quyularla yaşayış evləri arasındakı məsafə ən azı 300 metr, mancanaq dəzgahı ilə istismar olunan və basqı quyuları ilə yaşayış evləri arasında olan mühafizə zonası isə minimum 150 metr müəyyən edilmişdir. Ləğv olunmuş quyularla yaşayış evləri arasında mühafizə zonası isə ən azı 75 metr olması müəyyən edilmişdir.Məhkəməyə təqdim olunmuş sənədlərdən də görünür ki, mübahisəli özbaşına tikili ilə işlək vəziyyətdə olan 3716 saylı quyu arasındakı məsafə 104 metr, 2959 saylı quyu arasında olan məsafə isə 124 metr təşkil edir. Ləğv olunmuş 1928 saylı quyu ilə tikili arasındakı məsafə 25 metr, 1436 saylı quyu arasındakı məsafə isə 42 metr təşkil edir. Göründüyü kimi, həmin tikilinin iddiaçının qanuni istifadəsində olan torpaq sahəsində yerləşməsi, nəinki həmin titkilidə yaşayanların həyatı üçün təhlükədi, eyni zamanda iddiaçıya neft-qaz çıxarılması üçün müvafiq əməliyyatların həyata keçirilməsinə maneçilik törədir.Məhkəməyə təqdim olunmuş “Bibiheybətneft” NQÇİ-nin xx.xx.2023 il tarixli arayışından da göründüyü kimi, mübahisəli tikilinin yerləşdiyi ərazidə qazılmış 3716,2959,1928.1436 saylı quyulardan 3716 (gündəlik neft hasilatı 2,0 t), 2959 (gündəlik neft hasilatı 1 t) saylı quyular hazırda işləyir, 1928 və 1436 saylı quyular isə ləğv edilmiş, həmin sahədə məhsuldar neftli-qazlı layların mövcudluğu nəzərə alınaraq, dərinlik horizontlarına keçid üçün ləngimədən yeni quyularm qazılması zəruridir.Cavabdehin başqa bir yaşayış sahəsi ilə təmin edilməsi məsələsi ilə bağlı bildirirlər ki, həmin məsələ iddiaçı "xxxx" İB-nin səlahiyyətlərinə aid deyil. Yuxarıda da qeyd edildiyi kimi Birliyin Nizamnaməsinə əsasən, fəaliyyətinin predmetini karbohidrogen yataqlarının kəşfiyyatı, işlənməsi, neft və qaz quyularının tikintisi, istismarı, neftin, qazın, qaz kondensatının hasil olunması və müvafiq qaydada təhvil verilməsi ilə bağlı işlər və xidmətlər təşkil edir. Cavabdeh iddiaçının qanuni istifadəsinə verilmiş, yaşayış üçün təhlükəli olan və neft-qaz çıxarılması üçün müvafiq əməliyyatlar keçirilən ərazidə özbaşına tikili alarkən və ya tikərkən mümkün riskləri və onun nəticələrini bilməli idi. Buna görə də, hesab edirik ki, iddiaçı "xxxx" İB-nin cavabdehin hər hansı yaşayış sahəsi ilə təmin etmək kimi öhdəliyinin olmağından söhbət gedə bilməz.İş üzrə Cavabdeh istifadəsində olan mübahisəli özbaşına tikilinin Dövlət Neft Şirkətinin daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları daxilində yerləşməsi və həmin torpaq sahəsinin məqsədli təyinatına və hüquqi rejiminə görə sənaye təyinatlı torpaq kateqoriyasına aid olduğu işin mübahisəsiz halıdu*. Hətta hazırki iş üzrə AHİM mübahisəli torpaq sahəsinin Dövlət Neft Şirkətinin daimi istifadəsində olmasını və həmin torpaq sahəsində cavabdeh tərəfindən tikilmiş tikilinin özbaşına tikili olmasını mübahisələndirməmiş və ərizəçinin Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) pozuntusu barədə xahişini təmin etməmişdir. Həmçinin Ali Məhkəmənin Plenumunun 30 sentyabr 2022-ci tarixli qərarının 5-ci bəndində deyilir: “Hər bir halda araşdırılmalı olan məsələ bütövlükdə baxılan işin hallarının ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan hüquqları verməməsidir (baxın: Saqinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, 27 may 2010-cu il, və Keriman Tekin və başqaları Türkiyəyə qarşı, № 22035/10, § 41, 15 noyabr 2016-cı il; Ona görə məhkəmə belə qənaətə gəlmişdir ki, şikayətin bu hissəsi (1 saylı Protokolun 1-ci maddəsi) 35-ci maddənin 3-cü bəndinin (a) yarımbəndinin mənasında Konvensiyanın müddəaları ilə bir araya sığmır və 35-ci maddənin 4-cü bəndinə uyğun olaraq rədd edilməlidir (Ali Məhkəmənin Plenumunun qərarının 11-ci bəndi).Beləliklə, Avropa Məhkəməsi Dövlətin cavabdehin yaşadığı evin özbaşına tikili olması və ona məxsus olmayan torpaq sahəsində ucaldılması barədə mövqeyi ilə razılaşmışdır.Odur ki, hazırki iddianın hüquqi və faktiki əsasları (mübahisəli tikilinin özbaşına tikili olması və iddiaçıya məxsus torpaq sahəsində ucaldılması) nə AİHM nədə ki, Ali Məhkəmənin Plenumu tərəfindən təkzib edilməmişdir.Hətta Avropa Məhkəməsi onu da qeyd etmişdir ki, cavabdehin Avropa Konvensiyasının 8-ci maddəsi ilə qorunan hüququ belə yalnız o vaxt pozulmuş olacaq ki, o, yaşadığı evdən digər yaşayış sahəsi ilə təmin edilmədən çıxarılacaq. Yəni hazırda belə cavabdehin hər hansı bir hüququnun pozulması baş verməmişdir.Belə ki, Plenumun Qərarının 24-cü bəndində deyilir: AHİM qərarında hesab etmişdir ki, Cavabdeh şəxsi şəraiti nəzərə alınmaqla onun mütənasibliyi lazımi qaydada yoxlanılmadan evdən çıxarılma qərarı icra ediləcəyi təqdirdə Konvensiyanın 8-ci maddəsi pozulacaqdır (Plenum qərarının 24-cü bəndi). Başqa sözlə, Cavabdeh müvafiq yaşayış sahəsi ilə təmin edildikdən sonra hazırki iddia tələbi icra ediləcəyi təqdirdə, Konvensiyam 8-ci maddəsinin pozulması halı olmayacaqdır.Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyasından apelyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.Eyni zamanda məhkəmə kollegiyasının nəzərinə çatdırırıq ki, qətnamənin nəticə hissəsində '‘Qətnamə Cavabdeh müvafiq qurum tərəfindən yaşayış sahəsi ilə təmin olunduqdan sonra icra edilsin” kimi qeydin edilməsinə etiraz etmirlər.

34. Yeni apellyasiya baxışı zamanı iddiaçının nümayəndələri, həmçinin vəkili yazılı izahata(etiraz) uyğun izahat vermişlər.

35. İş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs T.Seyfullayeva Cavabdeh izahatına uyğun izahat vermişdir.

36. Məhkəmə Kollegiyası tərəfləri dinləyərək, iş materiallarını araşdıraraq və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən Qərarında şərh edilənləri nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3350/2010 saylı, 16 dekabr 2010-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, mübahisələndirilən qətnamə ləğv edilərək iddia rədd edilməlidir.

37. Bu nəticə ilə bağlı Məhkəmə Kollegiyası aşağıdakıları qeyd edir: İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yuxarıda qeyd edilən Qərarında qeyd etmişdir ki, 8-ci maddənin mənasında “ev" anlayışı qanuni şəkildə zəbt olunmuş və ya qanuni əsaslarla qurulmuş binalarla məhdudlaşmamışdır. Bu, daxili qanunvericiliyə əsasən təsnifatdan asılı olmayan muxtar anlayışdır. Xüsusi binaların 8-ci maddənin müdafiəsini cəlb edən “ev” olub-olmaması faktiki hallardan, yəni konkret yerlə kifayət qədər və davamlı əlaqələrin mövcudluğundan asılı olacaq (baxın: X3rşı, № 66610/10, § 30, 14 mart 2017). Ərizəçi sözügedən evi 2007-ci ilin iyul ayında aldıqdan sonra qızı ilə birlikdə bu evdə yaşamışdır. Buna görə də ev Konvensiyanın 8-ci maddəsinin mənasına görə ərizəçinin evi olmuşdur.Ərizəçinin evdən çıxarılması yerli məhkəmələr tərəfindən icazəsiz tikililəri tənzimləyən hüquqi normalarına uyğun olaraq qərara alınmışdır. Yerli məhkəmələr, o cümlədən Mülki Məcəllənin 180-cı maddəsinə və Torpaq Məcəlləsinin 111-ci maddəsinə istinad etmişlər. Məhkəmənin daxili qanunvericiliyə riayət olunmasını yoxlamaq səlahiyyətinin məhdud olduğunu qeyd edərək yerli məhkəmələrin ərizəçinin çıxarılmasına dair qərarları daxili qanunvericiliyə uyğun olduğunu demək mümkündür. Lakin, hökumət sözügedən müdaxilənin “ölkənin iqtisadi rifahının maraqları naminə...zəruri olduğunu” iddia etsə də, hazırkı işin vəziyyətində Məhkəmə bu müdaxilənin “Azneff’in hüquqlarını qorumaq üçün qanuni məqsəd güddüyünü saymağı daha məqsədəuyğun hesab etmişdir.

38. Məhkəmənin qərarlaşmış presedent hüququna əsasən, evin itirilməsi evə hörmət hüququna müdaxilənin ən ifrat formasıdır, bu baxımdan risk altında olan istənilən şəxs həmin şəxsin həssas qrupa aid olub-olmamasından asılı olmayaraq Konvensiyanın 8-ci maddəsinə əsasən müvafiq prinsiplər işığında müstəqil tribunal tərəfindən müəyyən edilən tədbirin mütənasibliyinə malik olmalıdır. Bu baxımdan qeyri-qanuni tikintidən söhbət gedəndə ön plana çıxa biləcək amillər evin qanunsuz tikilməməsi, aidiyyəti şəxslərin qanunsuz olduğunu bilə-bilə evi tikməməsi, qanunsuz tikilinin kim tərəfindən inşa edilməsi, müvafiq orqanların buna icazə vermələri, sözügedən qanunsuzluğun xarakteri və dərəcəsinin nədən ibarət olması, söküntü ilə qorunmaq istənilən marağın dəqiq mahiyyəti və söküntüdən təsirlənən şəxslər üçün uyğun alternativ yaşayış yerinin olubolmaması kimi hallar araşdırılmalıdır. Buna görə də, əgər aidiyyəti şəxs bu cür arqumentlər əsasında müdaxilənin mütənasibliyinə etiraz edərsə, məhkəmələr onları diqqətlə araşdırmalı və onlarla bağlı adekvat səbəblər göstərməlidirlər (baxın: McCann Birləşmiş Krallıqa qarşı, № 19009/04, § 50. , AİHM 2008; Yordanova və başqaları Bolqarıstana qarşı, № 25446/06, § 118 (iv) cərimə, 24 aprel 2012-ci il və yuxarıda adı çəkilən İvanova və Çerkezov, § 53).

39. Hazırkı işdə evin sökülməsi və cavabdehin çıxarılması tələbi onunla əsaslandırılır ki, mübahisəli ev dövlətə məxsus torpaqda tikilmiş icazəsiz tikintidir. Cavabdeh isə bu cür arqumentlər əsasında müdaxilənin mütənasibliyinə etiraz edir.

40. Belə ki, yeni apellyasiya baxışı zamanı da apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, sözügedən ev cavabdehin yeganə evi olduğu və başqa ev almaq üçün imkanları olmadığı üçün evdən çıxarılacağı təqdirdə qızı ilə birlikdə evsiz qalacağı labüddür.Bundan başqa Cavabdeh izahatı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən Qərarında şərh edilənlərə əsaslandırılmışdır.Verilən suallara cavab olaraq bildirmişdir ki, yaşlı və təqaüdçüdür, məhkəmə mübahisələri getdiyi bu uzun müddət ərzində maddi və sosial vəziyyətində heç bir irəliləyiş olmamışdır.Mübahisəli evin yerləşdiyi ərazilər isə yeni evlər və qeyri-yaşayış sahələri ilə əhatə olunmuşdur.Bunu təsdiq edən fotoşəkilləri də təqdim edir.Yenə də qızı ilə birgə yaşayır və qızı da işləmir.Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

41. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı cavabdehin dəlillərini təkzib edəcək sübutları məhkəməyə təqdim edə bilmir.Bununla da iddiaçı iddiasının əsaslı olduğunu sübut edə bilmir.

42. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən:Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. İddiaçının vəkili (nümayəndəsi) məhkəmə kollegiyasından apelyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etməklə bərabər, eyni zamanda məhkəmə kollegiyasının nəzərinə çatdırırmışdır ki, qətnamənin nəticə hissəsində '‘Qətnamə Cavabdeh müvafiq qurum tərəfindən yaşayış sahəsi ilə təmin olunduqdan sonra icra edilsin” kimi qeydin edilməsinə etiraz etmirlər.

45. Məhkəmə Kollegiyası qeyd edir ki, qətnamənin icrası ilə bağlı məsələ qətnamənin icrası mərhələsinə aiddir.

46. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən:

47. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

49. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır

50. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3350/2010 saylı, 16 dekabr 2010cu il tarixli qətnaməsi ləğv edilsin. İddia rədd olunsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar