Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8428/2021 20.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Xəyal Sarıyev və İlham Kərimlidən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı Məhiyyədin Muradovun iştirakı ilə, iddiaçı X1 Cavabdeh QSC-nə qarşı “kredit xətti razılaşmasının və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin 19.05.2021-ci il tarixli qərardadından iddiaçının şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, hazırkı iş başqa mülki işlə - iddiaçı Cavabdeh QSC-nin cavabdehlər İddiaçı və X2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” iddiasına dair işlə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilsin. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət əsassızdır. Belə ki, Yasamal RM-nin icraatında olan iş kredit və ipoteka müqaviləsinin etibarsız sayılması barədə, Füzuli RM-nin icraatında olan iş isə həmin müqavilə üzrə öhdəliklərin icrası barədədir. Ona görə məhkəmə Mülki-Prosessual Məcəllənin 43.1-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, Yasamal RM düzgün olaraq icraatında olan işin Füzuli RM-də olan işlə birlikdə baxılması üçün həmin məhkəməyə göndərilməsini qərara alıb. Apellyasiya icraatı zamanı iddiaçı mühasibat ekspertizasının təyin edilməsi barədə vəsatət vermişdir. Vəsatət təmin oluna bilməz, çünki apellyasiya icraatında prosessual məsələyə baxılır, vəsatət isə mübahisənin mahiyyəti ilə bağlıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət rədd olunsun. Hazırkı mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin 19.05.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-8428/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8428/2021
20.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver