Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8451/2021 21.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli 2(011)-901/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 26.12.2016-cı il, 02.06.2017-cı il və 29.08.2017-ci il tarixli tapşırıq müqavilələri ilə üzərinə götürdüyü öhdəlikləri icra etməməsinin qanunsuz hesab edilməsi, ümumi məbləğdən 300 manatın ödənilməsi nəzərə alınaraq, 26.12.2016-cı il tarixli tapşırıq müqaviləsi əsasında 500 manat xidmət haqqı, 1000 manat mükafat məbləği, 02.06.2017cı il tarixli müqavilə əsasında 300 manat xidmət haqqı, 29.08.2017-ci il tarixli müqavilə əsasında 500 manat, 10.000 manat mükafat məbləğindən ümumilikdə 12300 manat pul ödəməli olduğu müqavilələrdən irəli gələn öhdəlikləri əsasında həmin məbləğin 12.000 manatının cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 26.12.2016-cı il tarixdə cavabdehlə tapşırıq müqaviləsi bağlamaqla mülkiyyətində olan mənzildə yaşayan X5 çıxarılması barədə işin aparılmasına dair razılaşmış, 27.12.2016-cı il tarixdə etibarnamə verilməklə işin aparılmasına başlamışdır. Araşdırma zamanı qeyd edilən şəxsin cavabdehin dayısı tərəfindən himayə edilməsi və mülkiyyətçinin mənzilə buraxılmamasına cürətlənməsi səbəbləri aydınlaşmış, münaqişə ilə bağlı 20.01.2017-ci il tarixdə ərizə tərtib edilərək Xətai rayon Pois İdarəsinə ünvanlanmış, mənzildə qeyri-qanuni yaşayan cavabdehlə bağlı araşdırma aparılmasını xahiş etmişdir. İddia ərizəsi tərtib edilərək məhkəməyə verilmişdir. Məhkəmə icraatı zamanı həmin mənzildə X6 adlı şəxsin yaşadığı müəyyən olundu, iddia tələbi bu hissədə artırılsa da, ona aid müqavilə bağlanmadı. Daha sonra bu işin icrası zamanı 23.05.2017-ci il tarixdə digər məhkəmə hakimi katibliyindən zəng olaraq Cavabdeh digər işdə cavabdeh olduğu və məhkəmə iclasının 02.06.2017-ci il tarixə təyin olduğu bildirildi. Cavabdehin qeyri-obyektiv davranışı həmin tarixə qədər hər hansı bir hərəkət etməsini istisna etsə də, müəyyən hazırlıq işlərini hər ehtimala qarşı etmişdir. 02.06.2017-ci il tarixdə məhkəmədən xeyli əvvəl Sabunçu rayon məhkəməsinin inzibati binasında cavabdeh və qardaşı ilə tapşırıq müqaviləsi bağlamaqla həmin işin də icrasına başlamışdır. Məhkəmə tərəfindən qəbul edilmiş 13.03.2017-ci il tarixli əmlak üzərinə həbs barədə qərardadın ləğv edilməsinə dair şikayət verməklə məhkəmə iclasına buraxılıb cavabdehi təmsil etməklə hüquqların müdafiəsinə yönələn hərəkətlər etmişdir. Məhkəmə tərəfindən iddiaçıların iddiası təmin edilərək, cavabdehin mülkiyyət hüququna əsas olan çıxarış, çıxarışın verilməsinə əsas olmuş renta müqaviləsi, pay müqaviləsi, hətta X1 adına 26.01.2002-ci ildə verilmiş qeydiyyat vəsiqəsi və nəhayət cavabdehin adına olan çıxarış ləğv edilmişdir. Cavabdehlə 25.06.2017-ci il tarixə qədər növbəti müqavilə bağlanmamışdır. Müstəqil olaraq bu işə də rüsum ödəmədən apellyasiya şikayətini məhkəməyə təqdim etmişdir. Cavabdeh görüşə çağırılsa da, görüşdən imtina etmişdir. Məhkəmə iclasının olacağını bildirdikdə taksi ilə dərhal 20-25 dəqiqəyə məhkəmənin qarşısında görüşmüşdür. Cavabdeh məhkəməyə gələrək məhkəmənin inzibati binasında ona işin aparılıb-aparılmaması ilə bağlı fikir bildirmək təklifini bildirdikdən sonra tapşırıq müqaviləsi bağlanmaqla etdiyi hərəkətlərin hüquqi cəhətdən təmin olunması təmin edilmişdir. Məhkəmə iclasında apellyasiya şikayətinin tərtib olunan nüsxəsinin Cavabdeh tərəfindən qəbul edilib-edilməməsi müəyyənləşdirildikdən sonra şikayətə baxılması təmin edilərək apellyasiya şikayəti də təmin edilmişdir. Telefon zənginə cavabdeh tərəfindən sonradan reaksiya verilərək kimliyi bilinəndən sonra işlə bağlı sualına “məni ev zad maraqlandırmır” kimi, laqeydcəsinə cavabla danışıq yekunlaşmışdır. Cavabdehin qardaşı ilə görüşdükdə bacısı ilə bağlı onun işlərinə qarışmadığını qeyd etmişdir. Cavabdeh məhkəmədə irəli sürülən iddia ərizəsi ilə bağlı 11.04.2019-cu il tarixdə 300 manatı ödəmişdir. Bütün bu olanlardan sonra cavabdehin rəsmi qeydiyyatda olduğu ünvana pretenziya tərtib edərək göndərmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 31.03.2021-ci il tarixli, 2(011)-901/2021 saylı qiyabi qətnaməsi ilə iddia tələblərinin təmin olunması qət edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 03.05.2021-ci il tarixli, 2(011)-901/2021 saylı qərardadı ilə cavabdehin ərizəsi təmin edilərək, qeyd edilən qiyabi qətnamə ləğv edilmiş və iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli 2(011)-901/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh 26.12.2016-cı il, 02.06.2017-cı il və 29.08.2017-ci il tarixli tapşırıq müqavilələri ilə üzərinə götürdüyü öhdəlikləri icra etməməsi qanunsuz hesab edilmiş, Cavabdeh 26.12.2016-cı il tarixli tapşırıq müqaviləsi əsasında 500 manat xidmət haqqı, 1000 manat mükafat məbləği, 02.06.2017-cı il tarixli müqavilə əsasında 300 manat xidmət haqqı, 29.08.2017-ci il tarixli müqavilə əsasında 500 manat xidmət haqqı, 10.000 manat mükafat məbləği olmaqla ödəməli olduğu 12300 manatın 12000 (on iki min) manatı və 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, onun ləğv olunması və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Cavabdeh məhkəməyə yolladığı apellyasiya şikayəti üçün dövlət rüsumu ödənilmişdir. Lakin iş materiallarından görünür ki İddiaçı təqdim etdiyi apellyasiya şikayətinə görə dövlət rüsumu ödənilməmişdir. İddiaçı apellyasiya şikayətinin sonuna qeyd yazaraq dövlət rüsumunun cavabdeh tərəfindən ödənildiyini bildirmişdir. Mülki qanunvericiliyə görə apellyasiya şikayəti üzrə dövlət rüsumu ödənilmədiyi təqdirdə həmin şikayət geri qaytarılır. Həmçinin, Cavabdeh imzaladığı apellyasiya şikayəti 05 iyul 2017-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş, İddiaçı apellyasiya şikayəti isə 26 iyul 2017-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında şahid kimi dindirilən Vəkilov Səməd Mustafa oğlu və X7 eyni məzmunda ifadə verərək bildirmişlər ki, Cavabdeh İddiaçı nümayəndəlik fəaliyyətindən narazı qaldığı üçün ona bu barədə məlumat vermiş və digər nümayəndə Səməd Vəkilova apellyasiya şikayəti hazırlaması üçün etibarnamə vermişdir. Səməd Vəkilov apellyasiya şikayəti hazırlamış, həmin şikayətə nümayəndə kimi etibarnamənin əslini və dövlət rüsumu ödəinləmsi haqqında qəbzi əlavə etmiş, lakin apellyasiya şikayətini Cavabdeh imzalamışdır. Bu səbəbdən nümayəndə Səməd Vəkilovun adı sözügedən qətnamədə qeyd edilməmişdir. Lakin işə baxan hakim şahid ifadələrini qərəzli qiymətləndirmiş, əlavə sübutların təqdim edilməsi üçün Cavabdeh məhkəmə iclasının təxirə salınması ilə bağlı verdiyi vəsatət əsassız olaraq rədd edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətini müdafiə edərək, müqavilənin məhkəmədən sonra imzalandığını bildirmiş, şikayətin təmin edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinə etiraz təqdim edərək, şikayətin təmin olunmamasını, Xətai Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli 2(011)-901/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 26.12.2016-cı il tarixli İddiaçı ilə Cavabdeh arasında bağlanmış tapşırıq müqaviləsinin surətindən görünür ki, tapşırıq alan Xətai Rayon Məhkəməsinin icraatında olmuş iddiaçı Cavabdehlər X8 və X3 qarşı “mənzildən çıxarılma, dəyişdirilmiş qıfılın cavabdehlərin hesabına bərpa edilməsi və mənzilin ilkin vəziyyətdə təhvil verilməsi” tələbinə dair 2(011)-3250/17 saylı mülki işlə bağlı məhkəmədə təmsil edilməklə işin aparılmasını, tapşırıq verən isə işlərin yerinə yetirilməsi müqabilində işin Xətai rayon məhkəməsində baxılması üçün 500 manat, birinci instansiya məhkəməsində 300 manat, işin uğurlu nəticələnməsi üçün isə hər iş üçün ayrı-ayrılıqda 1000 manat mükafat məbləği ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Bakı şəhəri XətaiRayon Məhkəməsinin 24.05.2017-ci il tarixli 2(011)-3250/2017 saylı qətnaməsinin məzmunundan müəyyən olunur ki, iddiaçı Cavabdehlər X8 və X3 qarşı mənzildən çıxarılma, dəyişdirilmiş qıfılın cavabdehlərin hesabına bərpa edilməsi və mənzilin ilkin vəziyyətdə təhvil verilməsi tələbinə dair iddiasının qismən təmin olunması qət edilmişdir. İş materiallarında olan 02.06.2017-ci il tarixli İddiaçı ilə Cavabdeh arasında bağlanmış tapşırıq müqaviləsinin surətindən görünür ki, tapşırıq alan Xətai Rayon Məhkəməsinin icraatında olmuş iddiaçılar X9, X4 və X2 Cavabdeh qarşı 2(011)-3651/2017 saylı mülki işlə bağlı məhkəmədə təmsil edilməklə işin aparılmasını, tapşırıq verən isə işlərin yerinə yetirilməsi müqabilində işin Xətai rayon məhkəməsində baxılması üçün 300 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 29.08.2017-ci il tarixli İddiaçı ilə Cavabdeh arasında bağlanmış tapşırıq müqaviləsinin surətindən görünür ki, tapşırıq alan Xətai Rayon Məhkəməsinin 2(011)-3651/2017 saylı mülki işlə bağlı apelyasiya instansiyası məhkəməsində təmsil edilməklə işin aparılmasını, tapşırıq verən isə işlərin yerinə yetirilməsi müqabilində işin baxılması üçün 500 manat, işin uğurlu nəticələnməsi üçün isə hər iş üçün ayrı-ayrılıqda 10000 manat mükafat məbləği ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25.01.2018-ci il tarixli 2(102)-502/2018 saylı qərarından görünür ki, Bakı Şəhəri Xətai rayon məhkəməsinin 02.06.2017-ci il tarixli qətnaməsi ilə iddiaçılar X9, X4 və X2 Cavabdeh qarşı (üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi) özəlləşdirmənin etibarsız hesab edilməsi, 26.01.2002-ci il tarixdə Seyfəli Ağayevin adına verilmiş qeydiyyat vəsiqəsinin, 10.01.2009-cu il tarixli bağışlama müqaviləsinin və ona əsasən Tamara Ağayevanın adına verilmiş qeydiyyat vəsiqəsinin, 02.05.2014-cü il tarixli ömürlük renta müqaviləsinin və onun əsasında cavabdehin adına verilmiş RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və mənzilin ilkin hüquqi vəziyyətə qaytarılması barədə iddia tələbi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 29.08.2017-ci il tarixli, 2(103)- 8684/2017 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin 02.06.2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbləri rədd edilmişdir. Həmin qətnamədən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. İşə əlavə edilmiş İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış pretenziyalardan görünür ki, cavabdehə onunla bağlanmış tapşırıq müqavilələri üzrə xidmət haqqı və mükafat məbləğlərini ödəməsi, müqavilə öhdəliyi icra olunmadığı halda məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən işin o hallarına əsaslanmışdır ki, iş materiallarında olan sənədlərdən İddiaçı tapşırıq müqavilələrinin icrası ilə bağlı olan bütün hərəkətləri etməsi, yəni ərizələr yazması, birinci və apellyasiya instansiyası məhkəmələrində cavabdehin xeyrinə müvafiq qərarların qəbul edilməsinə nail olması, Cavabdeh isə həmin müqavilələr üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi müəyyən olunmuşdur. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərındən biri də, müqavilələr azadlığı prinsipidir. Həmin Məcəllənin 14.2.1-ci maddəsi ilə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göründüyü kimi, tərəflər mülki qanunvericiliyin təməl prisiplərində biri olan müqavilə azadlığı prinsipinə uyğun şəkildə öz aralarında razılaşdıqları şərtlər əsasında tapşırıq müqaviləsini bağlamışlar. Cavabdeh iddiaçının onu aldadaraq bu müqaviləni bağladığını bildirsə də, apellyasiya şikayətində qeyd olunan bu halı sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qanuni və əsaslı olmuşdur, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli 2(011)-901/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8451/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8451/2021
21.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver