Məhkəmə qərarları › İş №2(103)-8463/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8463/2021

06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8463/2021 06.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin X12 iştirakları ilə İddiaçı cavabdehlər Ləğv prosesində olan "xxxx" ASC-yə, "xxxx" MMC-yə, Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “hərracın yekunlarına dair protokolun etibarsız hesab edilməsi, çıxarışın ləğvi və ipotekaya xitam verilməsi tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3753/2021 saylı, 18 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh Ləğv prosesində olan "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Ləğv prosesində olan "xxxx" ASC-yə, “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac MərkəziMMC-yə, Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 mülkiyyətində olmuş Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 6, 20 saylı mənzilinə dair keçirilmiş hərracın yekunları barədə 23.01.2015-ci il tarixli 09/01 saylı protokolun etibarsız hesab edilməsi, "xxxx" ASC-nin adına verilmiş ********** qeydiyyat nömrəli RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və mənzilin ipoteka yüklülüyünə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum X3 övladı olmaqla onun vərəsəsidir. 06.08.1974-cü ildən ünvan 1 ünvanında yerləşən mənzildə yaşayır. Anasının vəfat etməsindən sonra da həmin mənzildə yaşayaraq miras əmlakı faktiki qəbul etmişdir. Eyni zamanda anası vəsiyyətnamə ilə həmin əmlakı ona vəsiyyət etmişdir. Mərhum Aqudalina Anastasiya Tixonovna mülkiyyətində olmuş Bakı şəhəri. Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 6, 20 saylı mənzili 20.06.2008-ci il tarixili 36 nömrəli kredit müqaviləsinin təminatı kimi "xxxx" ASC qarşısında ipoteka ilə yüklü etmişdir. Borc alan X13 onun yaxın qohumu olmuşdur. Bundan sonra öhdəliklər lazımi qaydada icra edilmədiyi üçün bank tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilərək borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4359/09 saylı 25.12.2009-cu il tarixli qətnaməsi ilə iddaçı "xxxx" ASC-nin cavabdehlər X13, X4, X9, İddiaçı, X5 və X1rşı iddia tələbi təmin edilmiş və cavabdeh X10 17.884,54 manat əsas borc, 2.105,92 manat faiz borcu, 4.247 manat gecikdirmə faizi, 15,10 manat qeydiyyat ərizəsinin dövlət rüsumu, cəmi 24.253,43 manat məbləğində borcun iddiaçının xeyrinə tutulması, tutmanın Anastasiya Aqudalinanın mülkiyyətçisi olduğu Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 6, 20 saylı mənzilə yönəldilərək açıq hərracdan satılması, mənzildə qeydiyyatda olan şəxslərin pasport qeydiyyatlarının ləğv edilməsi, mənzilin satışından əldə olunmuş məbləğin kredit məbləğinin ödənilməsinə yönəldilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 23.04.2010-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4359/09 saylı 25.12.2009-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1 1.08.2010cu il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 23.04.2010-cu il tarixli qətnaməsi qismən, Yasamal rayon Məhkəməsinin 25.12.2009-cu il tarixli qətnaməsinin ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatda olanların pasport qeydiyyatlarının ləğv edilməsinin qüvvədə saxlanılması hissəsində ləğv edilmiş və iddia tələbi həmin hissədə baxılmamış saxlanılmışdır. Sonradan həmin qətnamə icraya yönəldilmiş, Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin 17/71-6İ saylı 14.03.2011-ci il tarixli sifariş məktubu əsasında həmin əmlak "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC tərəfindən açıq hərracdan satışa çıxarılmışdır. Hərracın keçirilməsi ilk dəfə 27.03.2011-ci il tarixə təyin edilmişdir. Hərrac baş tutmadığından növbəti dəfə hərracın keçirilməsi 23.05.2011-ci il tarixə keçirilmişdir. İkinci dəfə əmlak 15 % aşağı qiymətlə hərraca çıxarılmışdır. Bundan sonra İpoteka Haqqında Azərbaycan Respublikası Qanunun 43-cü maddəsinin tələblərinə və İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4- 43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.10.2014-cii il tarixli qərarına zidd olaraq 12.05.2012-ci il tarixdə, yəni bir ildən sonra 3-cii dəfə hərrac keçirilmişdir. Bundan sonra hərrac baş tutmadığından ipoteka predmeti 29.05.2012-ci il tarixli 01/1483 nömrəli təklif məktubu ilə ipoteka saxlayan "Zaminbank” ASC-yə təklif edilsə də, ipoteka saxlayan tərəfindən əmlak qəbul edilməmişdir. Halbuki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.10.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən, bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən, İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Bundan sonra Aqudalina Anastasiya tərəfindən əmlakın qiymətləndirilməsinin ləğv edilməsi və əmlakın yenidən qiymətləndirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilsə də, sonradan iddia ərizəsi baxılmamış saxlanılmışdır. Belə ki, borcalan və ipotekaqoyan "xxxx" ASC ilə şifahi razılığa gələrək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4359/09 saylı 25.12.2009-cu il tarixli qətnaməsində qeyd olunan məbləğin ödənilməsi və əmlakın ipoteka yüklülüyündən azad edilməsi barədə razılaşmışlar. Borcalan və ipotekaqoyan razılıq əsasında qətnamə ilə müəyyən olunmuş borc məbləğini ödəmişlər. Belə ki, 10.08.2015-ci il tarixdə 1.500 manat,11.08.2015-ci il tarixdə 300 manat, 12.08.2015-ci il tarixdə 300 manat, 13.08.2015-ci il tarixdə 300 manat, 18.08.2015-ci il tarixdə 300 manat, 31.08.2015ci il tarixdə 5.000 manat, 12.10.2015-ci il tarixdə 2.000 manat, 26.10.2015-ci il tarixdə 800 manat, 12.11.2015-ci il tarixdə 500 manat, 30.12.2015-ci il tarixdə 500 manat, 15.02.2016cı il tarixdə 3.000 manat, 23.02.2016-cı il tarixdə 500 manat, 04.04.2016- cı il tarixdə 1.000 manat, 21.04.2016-cı il tarixdə 1.000 manat, 29.04.2016-cı il tarixdə 3.000 manat, 20.05.2016-cı il tarixdə 3.200 manat və 23.05.2016-cı il tarixdə 1053 manat olmaqla, cəmi 24.253 manat məbləğində pul vəsaiti ZaminbankASC-yə ödənilmişdir. Tərəflər arasında razılaşma mövcud olduğundan iddiaçı tərəf əmlakın ipoteka yüklülüyündən azad olunacağına əmin olmuşdur. Belə ki, bankın rəhbər şəxsləri tərəfindən onlara bildirilmişdir ki, əmlak ipoteka yüklülüyündən azad olunmuşdur. Bundan sonra X8 dünyasını dəyişmişdir. Anasının vəfat etməsindən sonra səhhətində olan problemlərlə bağlı əmlakı öz mülkiyyətinə keçirməmişdir. O, vərəsə kimi əmlakı öz mülkiyyətinə keçirmək üçün Bakı şəhəri 15 saylı xüsusi Notariat Ofisində vərəsəlik işi açılan zaman ona bildirilmişdir ki, əmlak anasının mülkiyyətində deyildir. Bundan sonra araşdırma apararaq müəyyən etmişdir ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 6. mənzil 20 üzrə təkrar və qanunsuz olaraq 08.08.2014-cü il tarixdə ilk hərrac, 15.12.2014-cü il tarixdə isə ikinci hərrac keçirilmiş, hərrac baş tutmadığından əmlak təkrar və qanunsuz olaraq 23.12.2014cü il tarixli məktubla tələbkara təklif edilmiş və 23.01,2015-ci il tarixdə hərracın yekunlarına dair 09/01 nömrəli protokol tərtbi edilmiş və qalib "xxxx" ASC olmuşdur. Həmin hərracın yeri və vaxtı barədə ona heç bir məlumat verilməmişdir. Göründüyü kimi, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 6. mənzil 20 barəsində keçirilən hərraclar İpoteka Haqqında AR Qanununun, Mülki Məcəllənin və İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48- ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.10.2014-cü il tarixli qərarın tələblərinə zidd olaraq 5 dəfə açıq hərrac keçirilmişdir. Bu səbəbdən hərracın nəticələri və yekun protokol etibarsız hesab edilməlidir. Eyni zamanda əmlak tələbkara 2012-ci ildə təklif olunmasına baxmayaraq onun tərəfindən qəbul edilməmiş, qanunsuz olaraq keçirilmiş hərraclar nəticəsində əmlak təkrar olaraq tələbkara təklif edilmişdir. Həmin etibarsız protokol əsasında "xxxx" ASC əmlakı öz mülkiyyətinə qəbul etmiş və bu barədə ona Seriya RX ******* nömrəli, ********** qeydiyyat nömrıli çıxarış verilmişdir. Hərracın nəticələrinə dair yekun protokol etibarsız olduğundan hesab edir ki, "xxxx" ASCnin adına verilmiş çıxarışda ləğv edilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3753/2021 saylı, 18 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən cavabdeh Ləğv prosesində olan "xxxx" ASC apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsi və iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xətai Rayon Məhkəməsinin 2(011)-3753/2021 saylı, 18.06.2021-ci il tarixli qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, rayon məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir və bu səbəbdən qətnamə ləğv edilməlidir və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. "xxxx" MMC tərəfindən keçirilən hərracın qalibi "xxxx" ASC olmuşdur və bunun əsasında ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 6, 20 saylı mənzil "xxxx" ASC-nin mülkiyyətinə keçmişdir. Banklar haqqında Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinə əsasən bankın müflis elan olunmasına dair qərar qüvəyə mindiyi andan banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır, bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu qanunla nəzərdə tutulmuş iflas proseduru çərçivəsində irəli sürülür. Məhkəmə iclasında iştirak edən cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin X14 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, izahatında əlavə olaraq bildirdi ki, borcalan və ipotekaqoyan "xxxx" ASC ilə şifahi razılığa gələrək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4359/09 saylı 25.12.2009-cu il tarixli qətnaməsində qeyd olunan məbləğin ödənilməsi və əmlakın ipoteka yüklülüyündən azad edilməsi barədə razılaşmışlar. Borcalan və ipotekaqoyan razılıq əsasında qətnamə ilə müəyyən olunmuş borc məbləğini ödəmişlər. Tərəflər arasında razılaşma mövcud olduğundan iddiaçı tərəf əmlakın ipoteka yüklülüyündən azad olunacağına əmin olmuşdur. Belə ki, bankın rəhbər şəxsləri tərəfindən onlara bildirilmişdir ki, əmlak ipoteka yüklülüyündən azad olunmuşdur. Bundan sonra X8 dünyasını dəyişmişdir. Anasının vəfat etməsindən sonra səhhətində olan problemlərlə bağlı əmlakı öz mülkiyyətinə keçirməmişdir. O, vərəsə kimi əmlakı öz mülkiyyətinə keçirmək üçün Bakı şəhəri 15 saylı xüsusi Notariat Ofisində vərəsəlik işi açılan zaman ona bildirilmişdir ki, əmlak anasının mülkiyyətində deyildir. Bundan sonra araşdırma apararaq müəyyən edilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 6. mənzil 20 üzrə təkrar və qanunsuz olaraq hərraclar keçirilmiş, hərrac baş tutmadığından əmlak təkrar və qanunsuz olaraq 23.12.2014-cü il tarixli məktubla tələbkara təklif edilmiş və 23.01.2015-ci il tarixdə hərracın yekunlarına dair 09/01 nömrəli protokol tərtbi edilmiş və qalib "xxxx" ASC olmuşdur. Bundan başqa əmlakın qiymətləndirilməsi ilə bağlı iddia tələbi də olmuş və həin tələb Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-434/2012 saylı, 10 fevral 2012-ci il tarixli qərardadı ilə baxlmamış saxlanılmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq, digər cavabdehlər (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 11.08.2010- cu il tarixli, 2(102)-2591/10 saylı qərarının surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4359/09 saylı 25.12.2009-cu il tarixli qətnaməsi ilə iddaçı "xxxx" ASC-nin cavabdehlər X13, X4, X9, İddiaçı, X5 və X1rşı iddia tələbi təmin edilmiş və cavabdeh X10 17.884,54 manat əsas borc, 2.105,92 manat faiz borcu, 4.247 manat gecikdirmə faizi, 15,10 manat qeydiyyat ərizəsinin dövlət rüsumu, cəmi 24.253,43 manat məbləğində borcun iddiaçının xeyrinə tutulması, tutmanın Anastasiya Aqudalinanın mülkiyyətçisi olduğu Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 6, 20 saylı mənzilə yönəldilərək açıq hərracdan satılması, mənzildə qeydiyyatda olan şəxslərin pasport qeydiyyatlarının ləğv edilməsi, mənzilin satışından əldə olunmuş məbləğin kredit məbləğinin ödənilməsinə yönəldilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 23.04.2010-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4359/09 saylı 25.12.2009-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 11.08.2010-cu il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 23.04.2010-cu il tarixli qətnaməsi qismən, Yasamal rayon Məhkəməsinin 25.12.2009-cu il tarixli qətnaməsinin ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatda olanların pasport qeydiyyatlarının ləğv edilməsinin qüvvədə saxlanılması hissəsində ləğv edilmiş və iddia tələbi həmin hissədə baxılmamış saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin 17/71-6İ saylı 14.03.2011-ci il tarixli sifariş məktubunun surətindən görünür ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-4359/09 saylı 25.12.2009-cu il tarixli icra vərəqəsinə əsasən, X4 məxsus Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 6, 20 saylı mənzilin realizə edilməsi "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC-yə təklif olunmuşdur. İş materiallarında olan "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC-nin açıq hərracın keçirilməsinə dair 23.04.2011-ci il tarixli bildirişindən görünür ki, X4 məxsus Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 6, 20 saylı mənzil ilkin satış qiyməti 43000 manat olmaqla satılmaq üçün açıq hərraca çıxarılması barədə tərəflərə bildiriş ünvanlanmışdır. İş materiallarında olan "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-nin açıq hərracın keçirilməsinə dair 12.05.2012-ci il tarixli bildirişindən görünür ki, X4 məxsus Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 6, 20 saylı mənzil ilkin satış qiyməti 43000-15%=36550 manat olmaqla ikinci hərraca çıxarılması barədə tərəflərə bildiriş ünvanlanmışdır. İş materiallarında olan "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 29.05.2012-ci il tarixli təklif məktubunun surətindən görünür ki, Nizami rayon İcra Şöbəsinin 17/71-17-61 saylı, 14.03.2011-ci il tarixli sifariş məktubuna əsasən “İcra haqqında” Azərbaycan Respublikası qanununun 62-ci maddəsinə müvafiq olaraq keçirilən hərracların yekunlaşdırılması ilə əlaqədar bildirilmişdir ki, ipoteka ilə yüklənmiş Bakı şəh., Nizami ray., R.Rüstəmov küç., 6 saylı evin 20 saylı mənzili təklif daxil olan tarixdən “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən əgər həmin əmlak satılmazsa, 30 təqvim günü ərzində qeyd olunan əmlakı təkrar hərracdakı ilkin satış qiymətindən 25% aşağı qiymətlə, yəni 27412,5 manat olmaqla ala bilər. Təklif daxil olan tarixdən 30 gün müddət əızində təklifə yazılı surətdə ipoteka predmetinin hərrac vasitəsi ilə əldə etmək ücün keçiriləcək hərrac tarixini müəyyənləşdirib rəsmi məlumat verilməlidir. Təklifə görə göndərilən cavaba əməl olunmadığı halda ipotekanı əldə etmək istəyindən imtina və işin içra müddəti başa çatdığı üçün sənədlər sifarişçiyə qaytarılacaq. Hərracın yekunlaşdırılması müddətində ipoteka predmetini əldə etməməsinə görə ipotekaya xitam verilir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin "xxxx" ASC-yə ünvanladığı 19.06.2012-ci il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri Yaşamal rayon məhkəməsinin 2(004)- 4539 saylı 25.12.2009-cu il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi ev 6 mənzil 20-yə yönəldilərək açıq hərracda satılması qərara alınmışdır. Həmin mənzil qanunamüvafiq qaydada qiymətləndirilmiş və hərraca çıxarılmışdır. Lakin mənzil hərracda satılmadığından sənədlər hərrac təşkilatı tərəfindən geri qaytarılmışdır. Odur ki, "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununun 42-ci və 43-cii maddələrinə əsasən tələbkara hüququndan istifadə etməklə ipoteka predmeti olan mənzili ipotekasaxlayan kimi əldə etməsi təklif olunur. Əks halda bu ipotekaya xitam verilməsi ilə nəticələnməklə qanunvericilikdə nəzərdə tutlmuş tədbirlər görüləcəkdir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin 17/71-6İ-34 saylı 24.06.2016-cı il tarixli sifariş məktubunun surətindən görünür ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-4359/09 saylı 25.12.2009-cu il tarixli icra vərəqəsinə əsasən, X4 məxsus Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 6, 20 saylı mənzilin realizə edilməsi "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-yə təklif olunmuşdur. İş materiallarında olan "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-nin açıq hərracın keçirilməsinə dair 25.11.2014-cü il tarixli bildirişindən görünür ki, X4 məxsus Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 6, 20 saylı mənzil ilkin satış qiyməti 43000-15%=36550 manat olmaqla ikinci hərraca çıxarılması barədə tərəflərə bildiriş ünvanlanmışdır. İş materiallarında olan "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC tərəfindən Zaminbank ASC-yə ünvanlanmış 23.12.2014-cü il məlumatın surətindən görünür ki, Nizami rayon İcra Şöbəsinin 17/71-6İ-34 saylı 24.06.2014-cü il tarixli sifariş məktubuna əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 62ci maddəsinə müvafiq olaraq keçirilən hərracların yekunlaşdınlması ilə əlaqədar tələbkara bildirilmişdir ki, üzərinə tələb yönəldilmiş və ipoteka ilə yüklənmiş Bakı ş, Nizami r, R.Rüstəmov küç 6 saylı evin 20 saylı mənzili məlumat daxil olan tarixdən “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən əgər həmin əmlak satılmazsa 30 təqvim günü ərzində qeyd olunan əmlakı təkrar hərracdakı ilkin satış qiymətindən 25% aşağı qiymətlə, yəni 27412,5 manat olmaqla ala bilər. Nəzərə alınsın ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.10.2014-cü il tarixli “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 43.4 - 43.8 və 18-ci maddələrinin şərh edilməsinə dair qərarına görə yuxanda qeyd olunmuş ipoteka predmetini təkrar hərrac 23 dekabr 2014-cü il tarixindəki baş tutmamış elana müvafiq olaraq 30 təqvim günü ərzində ipoteka saxlayan qismində əldə etməlidir. Əks təqdirdə ipotekaya xitam veriləcəkdir. İş materiallarında olan Hərracın yekunları barədə 23.01.2015-ci il tarixli 09/01 saylı protokolun surətindən görünür ki, İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən qiyməti 27412,50 manat olmaqla Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 6, 20 saylı mənzil tələbkar "xxxx" ASC tərəfindən əldə edilmişdir. İş materiallarında olan ********** qeydiyyat nömrəli RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 6, 20 saylı mənzil 04.07.2015-ci il tarixdə "xxxx" ASC-ni adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş qəbzlərin surətindən görünür ki, X13 tərəfindən "xxxx" ASC-nin hesabına 10.08.2015-ci il tarixdə 1.500 manat,11.08.2015-ci il tarixdə 300 manat, 12.08.2015-ci il tarixdə 300 manat, 13.08.2015-ci il tarixdə 300 manat, 18.08.2015ci il tarixdə 300 manat, 31.08.2015-ci il tarixdə 5.000 manat, 12.10.2015-ci il tarixdə 2.000 manat, 26.10.2015-ci il tarixdə 800 manat, 12.11.2015-ci il tarixdə 500 manat, 30.12.2015ci il tarixdə 500 manat, 15.02.2016-cı il tarixdə 3.000 manat, 23.02.2016-cı il tarixdə 500 manat, 04.04.2016-cı il tarixdə 1.000 manat, 21.04.2016-cı il tarixdə 1.000 manat, 29.04.2016-cı il tarixdə 3.000 manat, 20.05.2016-cı il tarixdə 3.200 manat və 23.05.2016cı il tarixdə 1053 manat olmaqla, cəmi 24.253 manat məbləğində pul vəsaiti ödənilmişdir. İş materiallarında olan 21.04.1994-cü il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X8 ünvan 5 ünvanında yerləşən ona məxsus 2 otaqlı ümumi sahəsi 42,53 kv.m. mənzili X2 vəsiyyət etmişdir. Vəsiyyətnamə 30 saylı Bakı dövlət notariat kontorumun notariusu Y.A.Sultanov tərəfindən təsdiq edilmiş, reyestrdə 2B 131 № ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon 50 saylı MKİS-nin 29.03.2021-ci il tarixli arayışından görünür ki, X7 06.08.1974-cü il tarixdən hal-hazıra kimi Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 6, 20 saylı mənzildə qeydiyyatdadır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən, bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən, İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” 28.10.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikasının “İpoteka Haqqında” Qanununun 44-cü maddəsinə əsasən, Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən, hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikası Konstitusiyasının 29.5-ci maddəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyan) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1243.3-cü maddəsiində göstərilir ki, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə görə isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02.04.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. İş materiallarından göründüyü kimi Aqudalina Anastasiya Tixonovnanın mülkiyyətində olmuş Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 6, 20 saylı mənzilinə dair 2011-2012-ci illərdə hərrac keçirilmiş, hərrac baş tutmadığından həmin mənzilin dəyərindən 25% aşağı qiymətlə tələbkar "Zaminbank” ASC-yə təklif olunmuş, lakin tələbkar tərəfindən təklif qəbul olunmamışdır. Lakin qanunvericiliyin tələbləri baxımından mübahisəli mənzilin ipoteka yüklülüyünə xitam verilməli olmasına baxmayaraq, 2014-cü ildə təkrarən həmin mənzilə dair hərracın keçirilməsi və mənzilin tələbkar tərəfindən əldə olunması qanunvericiliyin tələblərinə tamamilə zidd olmuşdur. Göründüyü kimi iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi də qeyd olunanlara əsasən iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə əsasən, İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilməli olsa da hazırki iş üzrə ipotekaya xitam verilmədən təkrarən hərrac keçirilmişdir ki, bu da qeyd olunan normaların tələbləri baxımından yol verilməz olmuşdur. Cavabdeh apellyasiya şikayətinə həmçinin Banklar haqqında Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinə istinad etsə də məhkəmə kollegiyası qeyd edir ki, həmin qanuna əsasən banka qarşı yalnız kreditor tələbi iflas proseduru çərçivəsində irəli sürülür. Hazırki tələb isə kreditor tələbi ilə bağlı deyil, qanunsuz keçirilmiş hərracın nəticələrinin aradan qaldırılması ilə bağlıdır. Beləliklə kollegiya hesab edir ki, apellyasiya şikayətində irəli sürülənlər yalnız formal mülahizələrdir; MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 382, 384.0.1, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3753/2021 saylı, 18 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar