Məhkəmə qərarları › İş №2(103)-8464/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8464/2020

27.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8464/2020 27.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X7, cavabdeh, eyni zamanda Cavabdeh2 nümayəndəsi Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və «xxxx” MTK-ya qarşı “pul” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-188/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 34480 manat məbləğində maddi ziyanın, 20000 manat mənəvi ziyanın, ”xxxx” MTK-dan 5000 manat mənəvi ziyanın və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi (vəkili) X7 iddia ərizəsinə əlavə verərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 28380 manat məbləğində maddi ziyanın, 1000 manat mənəvi ziyanın, ”xxxx” MTK-dan 10000 manat mənəvi ziyanın və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla “xxxx” MTK arasında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivində inşa edilən yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 6-cı mərtəbə ümumi sahəsi 68 kv.m olan 1 otaqlı 182 saylı mənzilə dair xx.xx.2016-cı il tarixli müqavilə bağanmışdır. Həmin müqavilə ilə bağlı ona xx.xx.2016-ci il tarixli arayış verilərək, borcunun olmaması bildirilmişdir. O, mənzili təmirsiz vəziyyətdə almışdır. Daha sonra o, həmin mənzilin bütün otaqlarını təmir etdirərək giriş qapısını dəyişərək yeni qapı ilə əvəz etmişdir. O, öz şəxsi vəsaiti hesabına mənzilə su xətti, işıq sistemi çəkdirmiş, kanalizasiya sistemini qoşdurmuşdur.O, mənzili tam təmir etdirdikdən sonra isə mətbəx mebelini alıb quraşdırmışdır. O, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, İİİ-giriş, 6-cı mərtəbə, 182 saylı mənzilə qonaq dəsti mebeli, yataq dəsti mebeli, kondisioner, paltaryuyan maşın, soyuducu və yumşaq mebel dəsti almışdır. O, Astara rayonunda qaldığı üçün həmin mənzildə yaşamayıb. X3 isə Bakı şəhərində tələbə olduğundan, tək qalmaması üçün qohumlarına məxsus evdəyaşamışdır. Lakin oğlu bir neçə aydan bir mənzili yoxlamaq üçün binaya gedib mənziləbaxmışdır. Bir gün X3ona zəng vuraraq bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, İİİ-giriş, 6-cı mərtəbə, 182 saylı mənzildə bir ailə yaşayır və həmin ailə iddia edir ki, mənzil onlara məxsusdur. O, Bakıya gələrək bu məsələ ilə maraqlanmağa başlamışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2ona bildiriblər ki, mənzili “xxxx” MTK ondan əvvəl başqa bir müqavilə ilə onlara satmış,və onlar həmin mənzilə görə “xxxx” MTK-ya ödəniş etmişlər.O, “xxxx” MTK-nın rəhbərliyinə bu barədə məlumat vermişdir. “xxxx” MTK ona bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, İİİ-giriş, 6-cı mərtəbə, 182 saylı mənzili ondan əvvəl Cavabdeh1 və Cavabdeh2 17000 manata təmirsiz vəziyyətdəsatdığı üçün məhkəmə qərarı ilə icra məmurları qapını məcburi açıb Cavabdeh1 və Cavabdeh2 həmin mənzili təhvil vermişdir. O, cavabdehlərə həmin mənzilin təmiri üçün xərc çəkdiyini və mənzili əşyalarla təmin etdiyini bildirsə də, cavabdehlər buna məhəl qoymamışlar. O, ailəsinin təminatı üçün aldığı mənzillə bağlı “xxxx” MTK-nın səhlənkarlığı nəticəsində, digər cavabdehlərin isə mənzil üçün aldığı yeni əşyalardan istifadə etməsi ilə maddi və mənəvi ziyan çəkmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 artıq 1 ildir ki onun aldığı mebel və məişət əşyalarından istifadə edib yararsız vəziyyətə gətiriblər. Həmin əşyaların dəyərinin ödənilməsini tələb etsədə, heç bir əhəmiyyəti olmamışdır. Cavabdeh1 və Cavabdeh2 yeni alınmış və istifadə olumamamış əşyaları qanunsuz olaraq mənimsəyib istifadə etmişlər. Həmçinin həmin mənzilin təmiri üçün çəkdiyi xərcləri belə ödəməkdən yayınırlar. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bu hərəkətləri ilə o, maddi ziyan çəkmişdir. Belə ki, o, 1 ədəd paltaryuyan maşın - 1200 manat, 1 ədəd soyuducu - 1500 manat, mətbəx mebeli-1000 manat, 1 ədəd qonaq dəsti mebeli -1800 manat,1 ədəd yataq dəsti mebeli - 1100 manat, 1 ədəd kondisioner - 1800 manat, 1 ədəd yumşaq mebel dəsti 600 manata almış və kanalizasiya xəttinin çəkilməsi üçün 950 manat, işıq sisteminin yığılması üçün 870 manat, su xəttinin çəkilməsi üçün 760 manat, evin ümumi təmiri üçün 25800 manat, ümumi 34480 manatməbləğində xərc çəkmişdir. Hesab edir ki, cavabdehlərin təqsiri ucbatından ona həm də mənəvi ziyan dəymişdir. Buna görə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona vurduğu maddi ziyana görə 28380 manat məbləğində maddi ziyanın, mənəvi ziyana görə 1000 manat pulun tutulması ilə bağlı iddia irəli sürmək zərurəti yaranmışdır.Həmçinin ona bu zərərin dəyməsində “xxxx” MTK-nın rəhbərliyinin də rolu vardır. Belə ki, Cavabdeh2 ilə ”xxxx” MTK arasında müqavilə olduğu halda MTK həmin mənzili onasatır, nəticədə o, maddi ziyan çəkmişdir. Bu səbəbdən də “xxxx” MTK-ya qarşı mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia irəli sürmək zərurəti yaranmışdır.Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-188/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh2 10540 (on min beş yüz qırx) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri - 100 (yüz) manatın Cavabdeh2 alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instanssiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın tam təmin edilməsini, Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətləri və dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tədqiqatı zamanı (cavabdehin etirafı) müəyyən olunmuşdur ki, həqiqətən cavabdehlər iddiaçı tərəfindən təmir edilmiş evdə faktiki olaraq yaşayırlar. Həmin mənzilin yaşayış səviyyəsinə gətirilməsi üçün hər cür şəraiti vardır və yüksək səviyyədə təmir edilmişdir. Belə ki, mənzilin bütün otaqlarını təmir olunaraq giriş qapısını dəyişdirilmiş və yeni qapı ilə əvəz edilmişdir. İddiaçı öz şəxsi vəsaiti hesabına mənzilə su xətti, işıq sistemi çəkdirmiş, kanalizasiya sistemini qoşdurmuş və mənzili tam təmir etdirdikdən sonra isə mətbəx mebelini alıb quraşdırmışdır. İddiaçı həmin mənzilin hazırkı vəziyyətə gətirilməsi üçün 28.380 manat xərc çəkmişdir. Məhkəmə tərəfindən dəymiş maddi ziyanın müəyyən edilməsi üçün məhkəmə tikinti-texniki ekspertizası keçirilməsi barədə qərardad qəbul edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli rəyindən müəyyən olunur ki, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, “V” yaşayış massivi İİİ-giriş, 6 mərtəbə, 182 saylı mənzildə aparılmış yenidənqurma və tikinti-təmir işlərinin təqribi dəyəri bazar qiymətlərinə uyğun olaraq 10.540,0 manat məbləğində dəyəri müəyyən olunmuşdur. Məhkəmə isə Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 27073 saylı rəyini əsas götürərək göstərilən məbləğdə iddia tələbini qismən təmin etmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 27073 saylı rəyi ilə dəymiş maddi ziyan tam şəkildə hesablanmamışdır. Belə ki, həmin dövr üçün təmir tikinti materialların qiymətləri olduqca aşağı məbləğ göstərilmiş və eyni zamanda istifadə olunmuş materialların müəyyən isə ümumiyyətlə qeyd edilməmişdir. Digər tərəfdən məhkəmə öz qətnaməsində göstərmişdir ki, iddiaçı məhkəmədə ona dəymiş mənəvi ziyanın konkret olaraq nədən ibarət olması barədə sübutlar məhkəməyə təqdim etməmişdir. Dolayısı ilə hazırkı vəziyyətdə əsəb, stress və gərginliyin nədən ibarət olması müəyyən olunmamışdır. Məhkəmə araşdırması zamanı iddiaçının təmir etdirdiyi mənzildə cavabdehlərin faktiki olaraq yaşamasının müəyyən edilməsi birbaşa olaraq iddiaçının mənəvi ziyan çəkməsinin sübutudur. Belə ki, cavabdehlərin təqsiri ucbatından iddiaçıya mənəvi ziyan dəymişdir. Buna görə də cavabdehdən iddiaçıya vurduğu mənəvi ziyana görə 1000 manat pulun tutulması məqsədəmüvafiqdir. Digər tərəfəndən ”xxxx” MTK tərəfindən 10 000 manat mənəvi ziyanın tutulmaması hissəsində də məhkəmə düzgün olmayan qənaətə gəlmişdir. Belə ki, işin faktiki hallardan açıq-aşkar görünür ki, MTK-nın da məsələlərin bu vəziyyətə gəlməsində dolayısı ilə qanunsuz hərəkətləri olmuşdur. MTK-nın qanunsuz hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(102)-3651/18 saylı qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli 2(103)-9550/17 saylı qətnaməsi dəyişdirilmədən güvvədə saxlanılmışdır, yəni Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi ləğv olunmuş, yeni qətnamə qəbul edilərək, cavabdehin tələbi təmin edilmiş, “xxxx” MTK ilə cavabdeh arasında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivində inşa edilmiş yaşayış binasının 1 otaqlı, 68 kv. metrdən ibarət 182 saylı mənzilinə dair bağlanmış 41 saylı xx.xx.2010-cu il tarixli müqavilənin ləğv edilməsi barədə “xxxx” MTK tərəfindən çıxarılmış xx.xx.2013-cü il tarixli 02 nömrəli əmr etibarsız hesab olunmuş, cavabdeh “xxxx” MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivində inşa edilmiş yaşayış binasının 1 otaqlı, 68 kv. metrdən ibarət 182 saylı mənzilin 41 saylı xx.xx.2010-cu il tarixli müqavilə üzrə cavabdehə təhvil verilməsi barəsində qətnamə qəbul olunmuşdur. Həmin qətnaməyə əsasən cavabdehin qardaşı və nümayəndəsi Cavabdeh1, Suraxanı Rayon İcra və Probassiya şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixli akta əsasən həmin ünvanda iddiaçıya məxsus olan əşyaları siyahıya alınaraq, saxlanması üçün verilmişdir. Bundan başqa iddia ərizəsində iddiaçı qeyd edib ki, ev təmirli idi və məhkəmə ekspertiza təyin edərək, ekspert rəyinin əsasında qərar qəbul edib. Belə bir hal əsassız və qeyri-obyektivdir. 2018-ci il tarixdən başlayaraq cavabdeh, həmin mənzildə yaşayır və dəfələrlə müəyyən bir təmir işləri onun tərəfindən aparılırdı. Bu halda ekspertin mənzilin hal-hazırda olan daxili görünüş əsasında rəyin çıxarılmağı və bu rəyə əsasən məhkəmə tərəfindən qiymətin verilməsi qanuna ziddir. İddiaçı öz ərizəsində guya mənzilin plastik qapı və pəncərəsini və dəmir giriş qapısını özü tərəfindən qoyulmasını göstərərək ekspertdən onların qiymətləndirilməsinədə nail olmuşdur. İddiaçının bu vəziyyətə düşməsinin səbəbi “xxxx” MTK-dır. Belə ki, “xxxx” MTK qeyri-qanuni olaraq bir mənzili qanunsuz olaraq bir neçə şəxsə satmaqla vətəndaşları aldatmış və dələduzluq etmişdir. Bununla bağlı vətəndaşlar tərəfindən aidiyyəti qrumlara əsaslı şikayətlər olmuş və “xxxx" MTK barəsində cinayət işi başlanmış və günahkar şəxslərə layiqli cəza verilmişdir. İddiaçıda bu cür MTK-nın zərər vurduğu şəxslərdəndir. Belə ki, iddiaçıya evi cavabdeh satmamış və ondan xahiş etməmişdir ki, cavabdehin evini təmir və ya nəsə eləsin. Məhz bu səbəbdəndə iddiaçıya və onun vəkilinə, eyni zamanda məhkəməyədə bildirmişdir ki, burada Cavabdeh2 yox, “xxxx” MTK-nı olmalıdır. Yəni onunla müqaviləni bağlayan, onu aldadan MTK-dır və iddiaçı maddi və mənəvi ziyanın tələbini “xxxx” MTK-dan tələb etməlidir. Bundan başqa həmin mənzil 2018-ci il tarixdə cavabdeh və qardaşı, eyni zamanda nümayəndəsi Cavabdeh1 tərəfindən qəbul edildiyi zaman, məlum olmuşdur ki, İddiaçı mənzilin konstruksiyasını, qaz xəttini və strukturunu dəyişikliklər aparmışdır ki, bu da gələcəkdə həmin mənzilin dövlət qeydiyyatından keçirilməsində problemlər yaradacaqdır. Beləki, iddiaçı mənzilin balkonunu balacalşdlrmış və bunun nəticəsində binanın ümumi qaz xəttini mənzilin daxilində qalmışdır ki, bu da gələcəkdə cavabdeh və ailəsinin həyatına təhlükə yaradır. Bundan əlavə bina qazlaşdırılan zaman mənzilinə qaz verilməyəcəkdir. Onun təmiri nəticəsində evi tamamilə pis mənada dəyişmişdir. Mülki işin araşdırılması birinci insatansiya məhkəməsində davam edərkən, yəni xx.xx.2020-ci il tarixində iddiaçı, onun vəkili və digər şəxslərin iştiakı ilə iddiaçının bütün əşyaları ona təhvil verilmişdir. Onlar arasında hər birinin imzası ilə və şahidin imzası ilə, iddiaçı ona məxsus olan əşyalarını təhvil almışdır. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən İddiaçı və onun nümayəndəi və vəkili V.Yadigarov apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmiş, cavabdeh tərəfin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişlər. Kollegiya iclasında iştirak edən cavabdeh, eyni zamanda Cavabdeh2 nümayəndəsi Cavabdeh1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmiş, eyni zamanda iddiaçı tərəfin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İşə baxılması vaxtı və yeri haqqında digər cavabdeh “xxxx” MTK-ya lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının və digər cavabdeh “xxxx” MTK-nın iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarına əlavə edilmiş “xxxx” MTK-nın sədr əvəzi X11 ilə X8 arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin kserosurətindən görünür ki, X2 adına olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivində inşa edilən yaşayış binasında ümumi sahəsi 68 kv.m olan 1 otaqlı 182 saylı mənzil X4 adına keçirilmişdir. Mənzilin ümumi dəyəri 44000 manatdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “xxxx” Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş mənzilin addan-ada keçirilməsi və ünvan barədə xx.xx.2016-cı il tarixli arayışdan görünür ki, X2 adına olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, İİİ-giriş, 6-cı mərtəbə, 182 saylı mənzil xx.xx.2016-cı il tarixdə X4 adına keçirilmişdir. Mənzil X5 məxsusdur və onun “xxxx” Mənzil-Tikinti Kooperativinə borcu yoxdur. İş materiallarında olan xx.xx.2018-ci il tarixli icraata xitam verilməsi haqqında qərarın kserosurətindən müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9550/2017 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli aktdan müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, İİİ-giriş, 6-cı mərtəbə, 182 saylı mənzilin qapısı icra məmurunun iştirakı ilə açılaraq Cavabdeh2 nümayəndəsi Cavabdeh1 təhvil verilmişdir. Mənzilin qapısı açılan zaman müəyyən olunmuşdur ki, mənzildə yaşayış yoxdur, lakin mənzil təmirlidir və əşyalar ilə təmin olunmuşdur. Mənzilin içərisindən olan mebellər və məişət əşyaları siyahiya alınmış və Cavabdeh2 nümayəndəsi Cavabdeh1 saxlanması üçün təhvil verilmişdir. İş materiallarında olan Suraxanı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçı Cavabdeh2 cavabdeh “xxxx” MTK-nə qarşı “mənzilin qaytarılması” tələbinə dair iddiasının rədd edilmişdir. Müstəqil tələb irəli sürən 3-cü şəxs X1 Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilərək Cavabdeh2 ilə “xxxx” MTK arasında bağlanmış 41 saylı xx.xx.2010-cu il tarixli müqavilənin ləğv edilməsi barədə xx.xx.2013-cü il tarixli 02 saylı əmr qanuni və əsaslı hesab edilməsi, 41 saylı xx.xx.2010cu il tarixli müqavilənin qüvvədən düşmüş hesab edilməsi, Cavabdeh2 tərəfindən «xxxx” MTK-ya ödənilmiş 16500 manat məbləğində vəsait Cavabdeh2 qaytarılması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilərək, yeni qətnamə qəbul edilməsi, iddiaçı Cavabdeh2 iddia tələblərinin təmin edilməsi, “xxxx” MTK ilə Cavabdeh2 arasında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivində inşa edilən yaşayış binasının 1 otaqlı 68 kv.metrdən ibarət 182 saylı mənzilinə dair bağlanmış 41 saylı, xx.xx.2010-cu il tarixli müqavilənin ləğv edilməsi barədə “xxxx” MTK tərəfindən çıxarılmış xx.xx.2013-cü il tarixli, 02 nömrəli əmrin etibarsız hesab edilməsi, cavabdeh “xxxx” Mənzil Tikinti Kooperativi tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivində inşa edilən yaşayış binasının 1 otaqlı 68 kv.metrdən ibarət 182 saylı mənzili ilə bağlı Cavabdeh2 ilə “xxxx” Mənzil Tikinti Kooperativi arasında bağlanmış 41 saylı, xx.xx.2010-cu il tarixli müqavilə üzrə qalıq 3500 manat vəsait qəbul edilməklə, həmin mənzilin Cavabdeh2 təhvil verilməsi “xxxx” Mənzil Tikinti Kooperativinə həvalə edilməsi, həmin mənzildə təmir işlərinin aparılmasına hər hansı maneçilik törədilməsi cavabdeh “xxxx” Mənzil Tikinti Kooperativinə qadağan edilməsi, 30 manat dövlət rüsumu cavabdeh “xxxx” Mənzil Tikinti Kooperativindən tutularaq, iddiaçı Cavabdeh2 ödənilməsi, müstəqil tələb irəli sürən 3-cü şəxs X1 iddia tələbinin rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, cavabdeh “xxxx” Mənzil Tikinti Kooperativinin kassasiya şikayəti təmil edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə xx.xx.2017-ci il tarixli, 2(103)9550/2017 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardı ilə mülki iş üzrə məhkəmə tikinti-texniki və əmtəəşunaslıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 27073 saylı rəyindən müəyyən olunur ki, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, “V” yaşayış massivi İİİ-giriş, 6 mərtəbə, 182 saylı mənzildə aparılmış yenidənqurma və tikinti-təmir işlərinin təqribi dəyəri bazar qiymətlərinə uyğun olaraq 10540,0 manat məbləğində dəyəri müəyyən olunmuşdur. Hüquqi dəyərləndirmə: Kollegiya işin hüquqi mahiyyəti ilə bağlı aşağıdakı normaların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Həmin Məcəllənin 157.6.-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Həmin Məcəllənin 157.7.-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 157.8.-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1.-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2.-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1094-cü maddəsinə əsasən, əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8.-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2012-ci il tarixli qərarında qeyd olunur ki,Kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar qeyd edilməlidir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. Kollegiya işin hallarının araşdırılması nəticəsində müəyyən etmişdir ki, iddiaçı ilə “xxxx” MTK arasında Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, “V” yaşayış massivi İİİ-giriş, 6-cı mərtəbə, 182 saylı mənzilin İddiaçı adına keçirilməsinə dair xx.xx.2016-cı il tarixli müqavilə bağanmışdır. “xxxx” Mənzil- Tikinti Kooperativi tərəfindən X2 adına olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, İİİ-giriş, 6-cı mərtəbə, 182 saylı mənzil xx.xx.2016-cı il tarixdə X4 adına keçirilməsi, mənzilin X5 məxsus olması və iddiaçının “xxxx” Mənzil-Tikinti Kooperativinə borcunun olmaması barədə xx.xx.2016-cı il tarixli arayış verilmişdir. İddiaçı mənzili aldıqdan sonra öz hesabına təmir etdirərək, mənzilə mebel və məişət əşyaları almışdır. İddiaçı həmin mənzildə yaşamamış, lakin sonradan iddiaçıya məlum olmuşdur ki, ona məxsus mənzildə iş üzrə digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşayırlar. İddiaçı məsələ ilə bağlı «xxxx” MTK-ya narazılığını bildirsə də, məlum olmuşdur ki, “xxxx” MTK Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, İİİ-giriş, 6-cı mərtəbə, 182 saylı mənzili iş üzrə digər cavabdehlərə satdığından məhkəmə qərarı ilə icra məmurları tərəfindən qapı açılaraq həmin mənzil təmirli formada içərisində iddiaçıya məxsus əşyalarla birlikdə Cavabdeh2 nümayəndəsi Cavabdeh1 təhvil verilmişdir. Hazırda iddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 28380 manat məbləğində maddi ziyanın, 1000 manat mənəvi ziyanın, ”xxxx” MTK-dan 10000 manat mənəvi ziyanın və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş ekspertizaya əsasən, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 27073 saylı rəyi ilə Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, “V” yaşayış massivi İİİ-giriş, 6 mərtəbə, 182 saylı mənzildə aparılmış yenidənqurma və tikinti-təmir işlərinin təqribi dəyəri bazar qiymətlərinə uyğun olaraq 10540,0 manat məbləğində dəyəri müəyyən olunmuşdur. Mülki Məcəllənin tələbinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Mülki qanunvericiliyin məzmunundan göründüyü kimi, yaxşılaşdırmaya çəkilən məsrəflərin əvəzinin ödənilməsi üçün cavabdehin təqsirinin olması isə zəruri hal kimi qanunvericilikdə nəzərdə tutulmamış və yaxşılaşdırmaya çəkilən məsrəflərin əvəzinin ödənilməsi üçün cavabdehin təqsirinin olmasına zərurət yoxdur. Kollegiya hesab edir ki, iddia tələbinin Cavabdeh2 10540 manat məbləğində maddi ziyanın tutulması hissəsində, birinci instansiya məhkəməsinin hüquqi mövqeyi əsaslı olmuşdur. Belə ki, Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, “V” yaşayış massivi İİİ-giriş, 6 mərtəbə, 182 saylı mənzili Cavabdeh2 məxsus olduğundan iddia tələbi Cavabdeh1 münasibətdə təmin edilməməlidir. Kollegiya işin hallarına, apellyasiya şikayətlərinin məzmununa və tərəflərin izahatlarına əsasən hesab edir ki, cavabdehin sahibliyində və istifadəsində olan mənzilin yerləşdiyi binada fəaliyyət göstərən “xxxx” MTK tərəfindən Cavabdeh2 məxsus olan mənzil iddiaçıya satılmış və İddiaçı həmin mənzildə təmir işləri aparmaqla bu işlərə öz vəsaitini sərf etmiş, cavabdeh isə heç hüquqi əsası olmadan, yəni əsassız varlanmaqla, təmir xərclərini iddiaçıya ödəməkdən imtina etmişdir. Kollegiya iddia tələbinin 1000 manat məbləğində mənəvi zərərin tələb etməsi hissəsinə münasibətdə hesab edir ki, iddiaçı cavabdehin qeyri-hüquqi hərəkəti nəticəsində mənəvi əzab çəkməsini göstərsə də, həmin qanunsuz hərəkətin və yaxud hərəkətsizliyin nədən ibarət olması barədə məhkəməyə sübut təqdim etməmişdir. Belə olan halda, cavabdeh tərəfindən iddiaçıya zərər vuran hər hansı qeyri-hüquqi hərəkət və yaxud hərəkətsizlik etməsi sübut olunmadığından mənəvi zərər barədə tələb də istisna olunur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun x xxxxxx 2008ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndində qeyd edilmişdir: “...Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və X13 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.”. Həmin qərarın 4-cü bəndinə əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Qeyd edilən qərarın 8-ci bəndində göstərilir “...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.”. İddia tələbinin ”xxxx” MTK-dan 10.000 manat mənəvi ziyanın tutulması hissəsinə gəldikdə isə kollegiya hesab edir ki, həmin hissəsdə də birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Belə ki, iddiaçı tərəfindən məhkəməyə heç bir tutarlı və mötəbər olan rəsmi sübut təqdim olunmamışdır. İddiaçıya dəymiş maddi ziyanın “xxxx” MTK tərəfindən ödənilməli olmasına dair cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, mənzilin iddiaçı tərəfindən təmir edilməsi cavabdeh tərəfindən inkar edilmir və hazırda mübahisəli mənzil cavabdehin mülkiyyətində olduğundan, eyni zamanda cavabdehin istifadəsində olduğundan iddiaçı tərəfindən həmin mənzilin təmirinə çəkilmiş xərc də cavabdehdən tutulmalıdır. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 27073 saylı rəyi ilə dəymiş maddi ziyanın tam şəkildə hesablanmamasına dair iddiaçının apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, həmin ekspert rəyinin mötəbərliyini şübhə altına alan hər hansı sübut iddiaçı tərəfindən təqdim edilmədiyindən və iş materiallarında aşkar edilmədiyindən mübahisənin həllində sübut qismində istifadə edilməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçı və Cavabdeh2 apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı və Cavabdeh2 apellyasiya şikayətləri təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-188/2020 saylı, xx.xx.2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar