Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8467/2021 23.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı qızının cavabdeh "Azəriqaz" İstehsalat Birliyinə qarşı "borcun silinməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11.11.2020-ci il tarixli, 2(008)-6129/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh X1rşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yaşadığı ünvan 1 ünvanına (abonent kodu: **********00130) hesablanmış 1932,20 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ona məxsusdur. Bir müddət öncə “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri evində qeyri-qanuni, yəni kənar xəttin olmasını bəhanə edərək onun evinə cərimə yazmışlar. Halbuki, evində heç bir kənar xətt olmamışdır. Sübut kimi təqdim edilmiş şəkildə isə ümumiyyətlə, hansı borunun və harada olan borunun şəklinin çəkildiyi məlum deyildir. Həmin evdə yaşadığı müddətdə kifayət qədər qaz istifadəsinə görə vəsait ödəmişdir. Lakin “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən əlavə sərfıyyat haqqı kimi 1932,20 manat borcun ondan tələb edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18.05.2021-ci il tarixli, 2(011)-555/2021 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, İddiaçı məxsus ünvan 2 ünvanına (abonent kodu: **********00130) qaz sərfiyyatına görə hesablanmış 1932,20 (bur min doqquz yüz səksən manat 20 qəpik) manat borcun silinməsinin cavabdeh X3 həvalə edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iş üzrə cavabdeh Azəriqaz İB QSC apellyasiya şikayəti vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qəbul etmədiyi bu borcu araşdırmamış, bununla bağlı məhkəmə hər-hansı ekspertiza keçirməmiş, abonent bazasına bunu yazan texnik və operatorları şahid qismində məhkəməyə dəvət etməmiş, qeyri-obyektiv qərar qəbul etmişdir. Göstərilənləri nəzərə alaraq qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişlər. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı gəlməmiş, cavabdeh "Azəriqaz" İstehsalat Birliyi nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan 29.11.2019-cu il tarixli, ******* saylı və 30.12.2019-cu il tarixli, ******* saylı “Təbii X4nın pozulması haqqında aktların surətindən müəyyən olunur ki, İddiaçı məxsus ünvan 1 ünvanında sayğacdan kənar qeyri-qanuni olaraq təbii qazdan istifadə edildiyindən dəymiş ziyanın hesablanması qərara alınmışdır. X2 29.11.2019-cu il tarixli və 30.12.2019-cu il tarixli qərarlarının surətindən müəyyən olunur ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış, hesablanmış 7506 və 2952 kub metr qazın dəyərinin ödənilməsi qərara alınmışdır. Məhkəməyə təqdim olunan **********00130 saylı abonentin saldosundan müəyyən olunur ki, İddiaçı aktlar üzrə 11/2019 tarixi üzrə 750,60 manat, 12/2019 tarix üzrə 295,20 manat, 01/2020 tariz üzrə 381,60 manat, 02/2020 manat 324 manat, 03/2020 tarix üzrə 59 manat (cəmi 1810,40 manat) qaz sərfiyyatına görə borc hesablanmışdır. Həmin abonent saldosundan görünür ki, orada qeyd edilmiş 1932,20 manat hesablanmış borcun qalan hissəsi qazdan istifadə edilməsinə görə sayğac üzrə hesablanmış məbləğdir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya məxsus ünvan 2 evdə qaz xəttinə sayğacdan kənar qoşulmanın olmasının, olduğu təqdirdə dəymiş ziyanın məbləğinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, 27.04.2021-ci il tarixli, 95 saylı ekspert rəyi ilə həmin ünvanda X3 məxsus təbii qaz xəttinə qeyri-qanuni qoşulma faktının aşkar edilmədiyi müəyyən olunmuşdur. İş materiallarını araşdıran məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır. Belə ki, qeyd edilən borc məbləğinin hesablanmasını təsdiq edən sübutlar cavabdeh Azəriqaz İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktlar, qanunsuz qoşulma halının əks olunduğu fotogörüntülər, həmçinin abonent saldosundan çıxarışdır. Təqdim edilmiş aktlarla bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin aktlar qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən mötəbər sübut kimi qəbul edilməməlidir. Belə ki, “X4”nın 6.5 və 6.7-ci bəndlərinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Bu maddənin imperativ tələbinə görə, akt tərtib edilərkən ilk növbədə abonentin iştirakı təmin edilməli, aktın bir nüsxəsi ona təqdim edilməlidir. Lakin hazırkı iş üzrə tərtib edilmiş aktların heç birində abonentin (cavabdehin) iştirakı təmin edilməmiş, nə də aktın surəti ona təqdim edilməmişdir. Həmçinin, iş materiallarından tərtib edilmiş aktın surətinin sonradan hər hansı bir üsulla, o cümlədən poçt vasitəsilə abonentə çatdırılması müəyyən edilməmişdir. Bundan başqa, iddiaçı tərəfindən sübut qismində təqdim edilmiş kağız üzərinə çap olunmuş fotogörüntülər kefiyyətsiz olduğundan, habelə həmin görüntülərdə əks olunan boru xətlərinin cavabdehə məxsus evə aid olub-olmadığını müəyyən etmək mümkün olmadığından, bundan başqa, ümumiyyətlə həmin görüntülərdə qanunsuz qoşulma halının nədən ibarət olduğunu müəyyən etmək mümkün olmadığından, həmin fotogörüntüləri məhkəmə iddianı təsdiq edən mötəbər sübut kimi qiymətləndirmir. Həmçinin, iddiaçı tərəfindən qanunsuz qaz xətti aşkar edildikdə, onun dərhal şəbəkədən ayrılmasına dair qanunvericiliyin imperativ tələbinə riayət edilməsi də iş materialları ilə müəyyən edilmir. İş materiallarında olan abonent saldosundan görünür ki, cavabdeh İddiaçı qaz xəttinə qanunsuz qoşulması ilə bağlı aktların əhatə etdiyi 2019-cu ilin avqust ayından 2020-ci ilin avqust ayına qədər olan müddət ərzində abonentə ümumilikdə 1932,20 manat borc hesablanmış, həmin borcun 1810,40 manat hissəsi tərtib edilmiş aktlar üzrə, qalan 121,80 manat hissəsi isə sayğac üzrə hesablanmış borc məbləğidir. Beləliklə, müəyyən edilir ki, iddiaçının silinməsini tələb etdiyi borc məbləğinin hamısı qaz xəttinə qanunsuz qoşulmaya görə hesablanmış zərərin məbləği deyildir. Lakin mübahisəni həll edən birinci instansiya məhkəməsi işin bu halına əhəmiyyət verməmiş, iddiaçıya zərərin məbləği kimi hesablanmış məbləğlə yanaşı, qazdan istifadəyə görə sayğac üzrə hesablanmış borc məbləğini də silmişdir. Halbuki, həmin borcun yaranması əsasını iddiaçı özü də mübahisələndirməmişdir. Belə ki, iddiaçı öz iddiasında yalnız qaz xəttinə qanunsuz qoşulmaya görə hesablanmış məbləği mübahisələndirmişdir. Məhkəmə kollegiyası işin araşdırılan hallarına və apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – qaz sayğacı üzrə hesablanmış məbləğin (121,80 manat) silinməsinin təmin edilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməməli, qətnamə apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməklə, iddianın təmin edilən hissəsinə mütənasib olaraq, tərəflərdən tutulmaqla dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393, 404-1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18.05.2021-ci il tarixli, 2(011)-555/2021 saylı qətnaməsi qismən ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı hesablanmış 1810,40 manat (min səkkiz yüz on manat qırx qəpik) borc məbləği silinsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-8467/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8467/2021
23.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver