Məhkəmə qərarları › İş №2(103)-8472/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8472/2021

27.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8472/2021 27.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman İmanverdi qızı Şükürlünün katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X5 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3455/2021 saylı mülki iş üzrə qəbul etdiyi 22 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yaşadığı Bakı şəhəri, Abşeron rayonu, Hökməli qəsəbəsi, Yeni Massiv yaşayış massivində yerləşən fərdi yaşayış evinə (abonent kodu:**********05850) 2013-cü ildən bəri hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Abşeron rayonu, Hökməli qəsəbəsi Yeni Massiv yaşayış massivində yerləşən fərdi yaşayış evi ona məxsusdur. Cavabdeh nümayəndələri tərəfındən həmin fərdi yaşayış evində 2013-cü ildə qanunsuz qoşulma aşkar edilərək cərimə yazılmışdır. Həmin vaxtdan sayğaca müdaxilə etməmişdir. Buna baxmayaraq, müxtəlif illərdə onun xəbəri olmadan cərimələr yazılmışdır. Sonuncu dəfə 2020-ci ilin yanvar-mart aylarında yenə cərimə yazılmışdır. Həmin evdə təbii qazdan istifadəyə yaranmış borclar aybaay gecikdirilmədən ödənilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli 2(011)-3455/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı yaşadığı Abşeron rayonu, Höküməli qəsəbəsi Yeni Massiv yaşayış massivində yerləşən fərdi yaşayış evinə (abonent kodu:**********05850) hesablanmış 784,80 (yeddi yüz səksən dörd manat 80 qəpik) manat borcun silinməsi cavabdeh X3 həvalə edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, cavabdeh X1 dövlət rüsumuna görə 30 (otuz) manat dövlət nəfinə tutulması, cavabdeh X1 ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat tutularaq “X4” MMC-nin hesabına keçirilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, sayğaca müdaxilə etməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın tam rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları ilə yanaşı qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə etdi, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3455/2021 saylı mülki iş üzrə qəbul etdiyi 22 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X6 isə apellyasiya şikayətini müdafiə etdi, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3455/2021 saylı mülki iş üzrə qəbul etdiyi 22 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 30.01.2020-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, İddiaçı yaşadığı Bakı şəhəri, Abşeron rayonu, Hökməli qəsəbəsi, Yeni Massiv yaşayış massivində yerləşən fərdi yaşayış evində sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunduğuna görə dəymiş ziyanını hesablanması qərara alınmışdır. X2 30.01.2020-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış, hesablanmış 2952 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan 28.02.2020-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, Bakı şəhəri, Abşeron rayonu, Hökməli qəsəbəsi, Yeni Massiv yaşayış massivində yerləşən fərdi yaşayış evində sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunduğuna görə dəymiş ziyanını hesablanması qərara alınmışdır. X2 28.02.2020-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış, hesablanmış 2952 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan 30.03.2020-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, Bakı şəhəri, Abşeron rayonu, Hökməli qəsəbəsi, Yeni Massiv yaşayış massivində yerləşən fərdi yaşayış evində sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunduğuna görə dəymiş ziyanını hesablanması qərara alınmışdır. X2 30.03.2020-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış, hesablanmış 2952 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan 30.04.2020-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, Bakı şəhəri, Abşeron rayonu, Hökməli qəsəbəsi, Yeni Massiv yaşayış massivində yerləşən fərdi yaşayış evində sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunduğuna görə dəymiş ziyanını hesablanması qərara alınmışdır. X2 30.04.2020-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış, hesablanmış 1944 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. X4 MMC-nin 02.06.2021-ci il tarixli, 289 saylı ekspert rəyi ilə İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsi Yeni Massiv yaşayış massivində yerləşən fərdi yaşayış evinə (abonent kodu:**********05850) dair “Azərqaz” İstehsalat Birliyinə məxsus təbii qaz xətti üzərində qaynaq edilmiş boru izi olduğu müəyyən edilmişdir. Baxış zamanı iddiaçıya məxsus fərdi yaşayış evinə “Azərqaz” İstehsalat Birliyinə məxsus əsas qaz boru xəttindən bir ədəd 20 mm metal boru vasitəsi ilə qaz xətti çəkilmiş, üzərinə mexaniki qaz sayğacı quraşdırılmışdır. İddiaçının yaşadığı fərdi yaşayış evinə dair “Azərqaz” İstehsalat Birliyinə məxsus təbii qaz xətti üzərində müdaxilə faktı aşkar olunmuş yerdən hansı diametrdə borunun birləşdirilməsi, müdaxilə dövründə borudan təbii qaz axının təziyiqi və evdə quraşdırılmış qaz avdanlıqiarı haqda zəruri məlumatların olmadığı üçün həmin dövrdə istifadə olunan qazın həcmini, bu səbəbdən də “Azərqaz” İB-nə vurulmuş ziyanın məbləğini müəyyən etmək mümkün olmamışdır. Baxış zamanı İddiaçı müdaxilə faktı aşkar olunmuş yerdən məcburiyyət qarşısında qaldığı üçün qış fəslində istifadə etdiyini etiraf etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə olunmuş sənədlərlə, ekspert rəyi ilə, eləcə də iddiaçının etirafı ilə təsdiq olunur ki, sayğaca daxil olan qaz xətti sayğacdan ayrılaraq, rezin boru vasitəsilə sayğacdan kənar xətt çəkilmişdir. Belə olan halda, məhkəmə kollegiyasının qənaətinə görə iddiaçının qaz xəttinə qanunsuz qoşulması sayğacdan kənar qazdan istifadə etməsi halı aşkardır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli Qərarının 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qeyd edilən Qaydaların 6.6-cı bəndinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Göründüyü kimi, hazırkı halda Azəriqaz QSC-nin nümayəndələri tərəfindən qaz şəbəkəsinə qanunsuz qoşulma halı aşkar edildiyindən, iddiaçıya məxsus həmin xətt ləğv edilməli, qazın verilişi isə dayandırılmalı idi. Lakin iş materiallarından cavabdeh təşkilat tərəfindən bu tədbirlərin görülməsi müəyyən edilmir. Həmçinin, tərtib edilmiş aktda itirilmiş qaza görə ziyanın hesablanması göstərilsə də, şəbəkəyə qanunsuz qoşulmuş qaz xəttinin ləğv edilməsinə dair məlumat əks olunmamışdır. Həmin aktların məzmunundan görünür ki, abonent İddiaçı həmin aktları imzalamaqdan imtina etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini qismən təmin edərək 28.02.2020-ci, 30.03.2020-ci və 30.04.2020-ci tarixli aktlar üzrə hesablanmış cəmi 784,80 manat borc silinməsi, qalan hissədə iddia təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Eyni zamanda İddiaçı apellyasiya şikayətində sayğaca müdaxilə etmədiyini bildirsə də, məhkəmə iclasında izahatında müəyyən müddət sayğaca müdaxilə edərək kənar xətt qoşulduğunu etiraf etmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin iddianın qiymətinin iki min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3292/2021 saylı mülki iş üzrə qəbul etdiyi 29 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Vəfaddin İbayev Hakimlər: Rəşad Həsənov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar