Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-849/2021 01.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X3, Cavabdeh Əliyeva Şövləxanım Səidovnanın (həmçinin Cavabdeh1 prosessual hüquqi varisi) nümayəndəsi X1 ilə Cavabdeh3 nümayəndəsi X2 iştirakları ilə İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdehlər Cavabdeh3nə, Cavabdeh1 və Əliyeva Şövləxanım Səidovnaya qarşı “müqavilələrin etibarsız hesab edilməsi, şəhadətnamələrin və çıxarışların ləğv edilməsi, torpaq və qeyri-yaşayış sahəsinin qaytarılması” tələbinə dair Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)- 170/2015 saylı, xx xxxxxx 2015-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdehlər Cavabdeh3nə, Cavabdeh1 və Əliyeva Şövləxanım Səidovnaya qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən Müdafiə Nazirliyinə məxsus «Mərdəkan 13A» hərbi şəhərciyinin 1446.0 kv.m qeyri-yaşayış sahəsinin Azərbaycan Respublikası Dövlət X6 üzrə Dövlət Komitəsi tərəfindən X5 icarəyə verilməsi haqqında xx.xx.2007-ci il tarixli 6428 nömrəli müqavilənin, Dövlət X6 üzrə Dövlət Komitəsi tərəfindən X5 əmlakın satılması haqqında xx.xx.2007-ci il tarixli 2108 nömrəli müqavilənin, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinin yerləşdiyi 12645.1 kv.m torpaq sahəsinin Dövlət X6 üzrə Dövlət Komitəsi tərəfindən X5 satılması barədə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Dövlət X6 üzrə Dövlət Komitəsinin 002995 nömrəli xx.xx.2008-ci il tarixli, 001087 nömrəli xx.xx.2008-ci il tarixli şəhadətnamələrinin, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli və RX seriyalı, ******* nömrəli çıxarışların ləğv edilməsi və ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış və torpaq sahəsinin Müdafiə Nazirliyinə qaytarılması haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Müdafiə Nazirliyinə məxsus ünvan 1 ünvanında yerləşən Müdafiə Nazirliyinə məxsus «Mərdəkan 13A» hərbi şəhərciyinin 1446.0 kv.m qeyri-yaşayış sahəsi və qeyri-yaşayış sahəsinin yerləşdiyi 12645.1 kv.m torpaq sahəsi Cavabdeh3 tərəfindən mülki şəxs X5 satılaraq özgəninkiləşdirilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 23-cü maddəsinə əsasən, hərbi hissələrin, hərbi təhsil (təlim) müəssisələrinin, müdafiə və təhlükəsizlik orqanları müəssisələrinin, idarələrinin və təşkilatlarının daimi yerləşdirilməsi və fəaliyyət göstərməsi üçün verilmiş torpaqlar müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar hesab edilir. Müdafiə və təhlükəsizlik ehtiyacları üçün torpaq sahələrinin verilməsi, istifadəsi və geri alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidentinin fərmanı xx.xx.1999 nömrə 176) tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 46-cı maddəsinə əsasən, dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar, dövlət müəssisəsi, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi lahiyələşdirilmiş torpaqlar dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir. Həmin torpaqlar bu Məcəllədə və digər normativ hüquq aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Qeyd olunan maddənin 4-cü hissəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Müvafiq icra hakimiyyəti orqanları dedikdə, qanunverici Azərbaycan Respublikasının Nazirlər Kabinetini, Ekologiya və Təbii Sərvətlər Nazirliyini, İqtisadi İnkişaf Nazirliyini və yerli icra hakimiyyəti orqanlarını nəzərdə tutur. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsi ilə özəlləşdirilməsi qadağan olunan dövlət əmlakının siyahısı müəyyən edilmişdir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən, dövlət mülkiyyətində saxlanılan və özəlləşdirilməsi qadağan olunmuş əmlak növləri sırasında Azərbaycan Respublikasının müdafiəsini və təhlükəsizliyini təmin etmək üçün saxlanılan hərbi hissələrin, daxili və sərhəd qoşunlaının, gömrük orqanlarının operativ istifadəsində olan əmlak nəzərdə tutulmuşdur. Qeyd olunan Qanunun 31-ci maddəsinə əsasən, həmin qanunun və dövlət əmlakının özəlləşdirilməsi qaydasını müəyyən edən digər normativ hüquqi aktların pozulması dövlət əmlakının özəlləşdirilməsinə dair bağlanmış əqdin etibarsız hesab edilməsi üçün əsasdır. Həmin qanunun 30-cu maddəsinə əsasən, dövlət əmlakının özəlləşdirilməsi ilə əlaqədar yaranan mübahisələr qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə qaydasında həll edilir. Məhkəmə araşdırması zamanı mübahisə predmetinin mülkiyyətçisi olmuş X4 xx xxxx 2009-cu il tarixdə öldüyü və həmin əmlakın onun hüquq varisləri, paylı mülkiyyətçilər olan Cavabdeh1 və Əliyeva Şövləxanım Səidovnanın mülkiyyətinə keçməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyetrindən çıxarışlar təqdim edilmiş, bu səbəbdən də X7 hüquq varisləri Cavabdeh1 və Əliyeva Şövləxanım Səidovna ilə əvəz olunmuşdur. Hazırki iddia tələbi üzrə iddia müddəti ötürülməmişdir, belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi 2014-cü ildə eyni iddia ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, lakin analoji iddia tələbləri üzrə iddiaların mülki məhkəmə icraatı qaydasında baxılmalı olduğundan mümkün sayılmamaları səbəbindən, iddia ərizəsini geri götürmüş və sonradan rayon məhkəməsində hazırda baxılan iddianı irəli sürmüşlər. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-170/2015 saylı, xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli 2(103)- 2784/2016 nömrəli qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdehlər Cavabdeh3nə, Cavabdeh1 və Əliyeva Şövləxanım Səidovnaya qarşı “müqavilələrin etibarsız hesab edilməsi, şəhadətnamələrin və çıxarışların ləğv edilməsi, torpaq və qeyri-yaşayış sahəsinin qaytarılması” tələbinə dair iddiası təmin edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin balansında olmuş ünvan 1 ünvanda yerləşən “Mərdəkan 13A” hərbi şəhərciyinin 1446,0 m2 qeyri-yaşayış sahəsinin Azərbaycan Respublikası Dövlət X6 üzrə Dövlət Komitəsi tərəfindən X5 icarəyə verilməsi haqqında xx.xx.2007-ci il tarixli 6428 saylı müqavilə, Azərbaycan Respublikası Dövlət X6 üzrə Dövlət Komitəsi tərəfindən X5 əmlakın satılması haqqında xx.xx.2007-ci il tarixli 2108 saylı müqavilə, ünvan 1 ünvanda yerləşən qeyriyaşayış sahəsinin yerləşdiyi 12645,1 m2 torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət X6 üzrə Dövlət Komitəsi tərəfindən X5 satılması barədə alğı-satqı müqaviləsi etibarsız hesab edilmiş, Azərbaycan Respublikası Dövlət X6 üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il tarixli 002995 saylı; xx.xx.2008-ci il tarixli 001087 saylı şəhadətnamələri, hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş RX seriyalı ******* saylı və RX seriyalı ******* saylı çıxarışlar ləğv edilmiş və ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış və torpaq sahəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qaytarılması qət edilmişdir Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4782/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qərarı ilə, kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sonradan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci hissəsinə və 60-cı maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.3, 418.1 və 418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə bu Qərarda göstərilən hüquqi mövqələrə uyğun olaraq Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 13(102)-2(k)/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4782/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qərarı və onunla bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli 2(103)-2784/2016 nömrəli qətnaməsi ləğv edilərək iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Təkrar apellyasiya baxışı zamanı Cavabdeh1 vəfat etdiyi müəyyən edilmiş və onun prosessual hüquqi varisi olaraq Əliyeva Şövləxanım Səidovna (eyni zamanda cavabdehdir) mülki işə cəlb edilmişdir. Təkrar apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi şikayətinin və iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəfin nümayəndəsi Çingiz Kazımzadə apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, izahatında bildirmişdir ki, Dövlət əmlakının balansına nəzarəti ƏMDK həyata keçirir və onun təmsil etdiyi şəxlər vicdanlı alıcılardır. Onlar sözügedən əmlakı Müdafiə Nazirliyinin əmlakın özəlləşdirilməsinə etiraz etmədikləri barədə məktubundan sonra əldə etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi Natiq Salayev də apellyasiya şiakyətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, izahatında bildirmişdir ki, Müdafiə Naizrliyi 2007-ci ilin sentyabr ayında Komitəyə müraciət edərək mübahisəli daşınmaz əmlakın Nazirliyin operativ istifadəsində olmamasını və özəlləşdirilməsinə etiraz etmədiyini bildirmiş və bu əsasla mübahisəli əmlakla bağlı alqı-satqı həyata keçirilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin əvvəlki qətnaməsini Konstitusiya Məhkəməsinin mövqeyi ilə eyni olaraq, o əsasla ləğv etmişdir ki, “...Mülki iş üzrə məhkəmələr tərəfindən müəyyən edilmiş hallardan görünür ki, iddiaçı tərəfindən mübahisəli əmlakın məhz müdafiə və sərhəd qoşunlarının operativ istifadəsində olmasını təsdiqləyən hər hansı sübut təqdim edilmədiyi halda apellyasiya instansiyası məhkəməsi yalnız mübahisəli əmlakın Müdafiə Nazirliyinin balansında olmasına əsaslanmaqla, həmin əmlakın özəlləşdirilməsi qadağan edilmiş əmlak siyahısına aid olduğu qənaətinə gələrək “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 31-ci maddəsinə istinad edərək bağlanmış alğı-satqı müqavilələrini etibarsız hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mübahisəli müqavilələrin isə qeyd olunan tələblərə uyğun olmadığı qənaətinə gələrək apellyasiya instansiyası məhkəməsi tərəflər arasında mübahisəli əmlaka dair bağlanmış alğı-satqı müqavilələrini etibarsız hesab etmişdir. Həmçinin Müdafiə Nazirliyinin iddiası müqavilənin etibarsız hesab edilməsi ilə bağlı olduğundan bu tələbə etibarsız əqdlər üzrə müddətləri tənzimləyən Mülki Məcəllənin 354.2-ci maddəsi tətbiq edilməlidir. Həmin maddəyə görə maraqlı şəxs əqdin etibarsız hesab edilməsinə əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Göründüyü kimi, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia, onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Mübahisəli əmlaka dair bağlanan əqdin etibarsız hesab edilməsi üçün müəyyən edilmiş müddətin ötürülüb-ötürülməməsi məsələsi həll edilərkən o da nəzərə alınmalıdır ki, Müdafiə Nazirinin Dövlət X6 üzrə Dövlət Komitəsinə ünvanlandığı xx xxxxxxxx 2007-ci il tarixli 417 nömrəli məktubunda Müdafiə Nazirliyinin balansında olan qeyri-yaşayış binaları və 1.4 ha torpaq sahəsinin uzun müddət təmirsiz qalması səbəbindən aşınma nəticəsində istismara yararsız vəziyyətə düşməsini və sahənin bərpasının iqtisadi cəhətdən əlverişsiz olmasını, onun müdafiə təyinatlı olmamasını, gələcəkdə hərbi məqsəd üçün istifadəsinin perspektivsizliyini nəzərə alaraq, həmin ərazi və binalardan daha səmərəli istifadə etmək məqsədi ilə Azərbaycan Respublikası qanunları çərçivəsində icarəyə verilməsinə və özəlləşdirilməsinə etiraz edilməməsi bildirilmişdir.”. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan, Azərbaycan Respublikasının Müdafiə Naziri, generalpolkovnik Səfər Əbiyevin Azərbaycan Respublikasının Dövlət X6 üzrə Dövlət Komitəsinə ünvanlanmış xx xxxxxxxx 2007-ci il tarixli, 417 №-li məktubunun təsdiq olunmuş surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin balansında olan «Mərdəkan-13A» hərbi şəhərciyinin ərazisində yerləşən qeyri-yaşayış binaları və 1,4 ha torpaq sahəsi uzun müddət təmirsiz qaldığına görə, aşınma nəticəsində istismara yararsız vəziyyətə düşmüşdür. Göstərilən qeyri-yaşayış sahəsinin bərpasının iqtisadi cəhətdən əlverişsiz olduğunu, onun müdafiə təyinatlı olmadığını, gələcəkdə hərbi məqsədlə istifadəsinin perspektivsizliyini nəzərə alaraq, həmin ərazi və binalardan daha səmərəli istifadə etmək məqsədilə Azərbaycan Respublikası qanunları çərçivəsində icarəyə verilməsinə və özəlləşdirilməsinə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi etiraz etməmişdir. İş materiallarında olan, «İcarəyəverən» Azərbaycan Respublikasının Dövlət X6 üzrə Dövlət Komitəsi ilə «İcarəgf» X7 arasında bağlanmış xx.xx.2007-ci il tarixli 6428 JNç-li Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında İcarə/ müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi sədrinin xx.xx.2007-ci il tarixli 338 saylı Sərəncamına əsasən, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 1446.0 kv.m təşkil edən, Müdafiə Nazirliyinin balansında olan qeyri-yaşayış sahəsi xidmət məqsədilə X4 müddətli, xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək istifadəsinə verilmişdir. İş materiallarında olan, xx.xx.2007-ci il tarixli 2108 №-li icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, Azərbaycan Respublikasının Dövlət X6 üzrə Dövlət Komitəsi ünvan 3 ünvanında yerləşən 1446.0 kv.m qeyri-yaşayış sahəsini 90288 manata X5 satmış və əmlakın dəyəri tam ödənildikdə «Alıcı»ya mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.3. bəndinə əsasən, əmlakın satış qiyməti 100 % ödənildikdən sonra onun üzərində alıcının mülkiyyət hüququ yaranır. İş materiallarında olan, Azərbaycan Respublikasının Dövlət X6 üzrə Dövlət Komitəsi tərəfindən X5, müəssisə və obyekt üzərində hüquqların qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə, xx.xx.2008-ci il tarixdə verilmiş 002995 qeydiyyat nömrəli Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair şəhadətnamənin surətindən görünür ki, həqiqətən də X7 ünvan 3 ünvanında yerləşən, ümumi satış qiyməti 90288 manat təşkil edən 1 və 2 mərtəbəli ayrı tikililərdən ibarət, 1446.0 kv.m qeyri-yaşayış sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada satın almış və dövlət büdcəsinə 90288 manat məbləğində pul köçürmüşdür. İş materiallarında olan, «İcarəyəverən» Azərbaycan Respublikasının Dövlət X6 üzrə Dövlət Komitəsi ilə «İcarəçi» X7 arasında bağlanmış xx.xx.2008-ci il tarixli 283 №-li «Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin icarəyə verilməsi haqqında» müqavilənin təsdiq olunmuş surətindən görünür ki, Azərbaycan Respublikasının Dövlət X6 üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il tarixli 42 saylı Sərəncamına əsasən, İcarəçinin xüsusi mülkiyyətində olan Əzizbəyov rayonu Mərdəkan qəsəbəsi Zülqadayev küçəsində yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi ümumi sahəsi 12645.1 kv.m olan torpaq sahəsi əvəzi ödənilməklə müddətli, xx.xx.2008-ci il tarixdən xx.xx.2008-ci il tarixədək X4 istifadəsinə verilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikasının Dövlət X6 üzrə Dövlət Komitəsi ilə X7 arasında bağlanmış xx.xx.2008- ci il tarixli 1197 №-li Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, Azərbaycan Respublikasının Dövlət X6 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli 2995 saylı «Mülkiyyət hüququ haqqında» şəhadətnamə əsasında özəlləşdirilmiş Əzizbəyov rayonu Mərdəkan qəsəbəsi Zülqadayev küçəsində yerləşən qeyri-yaşayış sahəsinin qanunvericiliklə müəyyən edilmiş sənədlərə əsasən topaq sahəsinin tikinti və infrastruktura altında yerləşən hissəsi 11345.1 kv.m. sərbəst sahəsi 1300 kv.m. olmaqla, ümumi sahəsi 12645.1 kv.m təşkil edir. Həmin müqavilənin 1.2. bəndinə əsasən, Azərbaycan Respublikasının Dövlət X6 üzrə Dövlət Komitəsi ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi, 12645.1 kv.m torpaq sahəsini 18965 manata satmış, X7 isə torpaq sahəsini tam dəyərini ödəməklə satın almışdır. Müqavilənin 4.3. bəndindən görünür ki, torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə verildiyi gündən həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ «Alıcı»ya keçir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət X6 üzrə Dövlət Komitəsi tərəfindən X5, torpaq sahəsi üzərində hüquqların qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə, xx.xx.2008-ci il tarixdə verilmiş 001087 qeydiyyat nömrəli Özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair şəhadətnamənin surətindən görünür ki, həqiqətən də X7 ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi, ümumi satış qiyməti 18965 manat təşkil edən 12645.1 kv.m torpaq sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada satın almışdır. İş materiallarına əlavə olunmuş, nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1957-ci il tarixdə Qurbanova (Babayeva) Cavqarat Orucovna ilə rəsmi nikaha daxil olmuşdur. İş materiallarına əlavə olunmuş, ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 1928-ci il təvəllüdlü X7 xx xxxx 2009-cu il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş, Bakı şəhəri 1 saylı Notariat kontorunun xx xxxxxx 2015-ci il tarixli məktubunun surətindən görünür ki, X4 xx xxxx 2009-cu il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsə Cavabdeh1 ərizəsi əsasında Bakı şəhəri 1 saylı Notariat Kontorunda vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Seriya RX ******* və Seriya RX ******* №-li Çıxarışların notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, 1,26451 ha torpaq sahəsindən ibarət ünvan 4 ünvanında yerləşən 1446.0 kv.m qeyri- yaşayış sahəsinin 3/4 hissəsi Cavabdeh1, 1/4 hissəsi isə Əliyeva Şövləxanım Səidovnanın adma daşınmaz əmlakın dövlət reyestrində 18 nömrəli reyestr kitabının 1661 nömrəli vərəqində xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsi də tərəflərin bağladıqları müqavilənin bağlanması zamanı hər hansı qanunsuzluğa yol verilmədiyini və onun tərəflərin iradə ifadəsinə uyğun olduğunu vurğulamaqla iddia tələbinin əsaslı olmadığı nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 10-cu maddəsinin 1-ci bəndinə əsasən, torpaqların məqsədli təyinatı - torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir. Həmin Məcəllənin 10-cu maddəsinin 4-cü bəndinə əsasən, torpaq kateqoriyalarının məqsədli təyinatı və hüquqi rejimi qanunvericiliklə müəyyən edilir, şəhərsalma və yerquruluşu sənədlərində əks etdirilir. Kateqoriyalar daxilində torpaqlardan istifadə qaydaları onların təbii-təsərrüfat rayonlaşdırılması, zonalaşdırılması, istifadəsinin ərazi planlaşdırılması və yerquruluşu sənədlərinə uyğun olaraq mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 23-cü maddəsinin 1-ci bəndinə əsasən, hərbi hissələrin, hərbi təhsil (təlim) müəssisələrinin, müdafiə və təhlükəsizlik orqanları müəssisələrinin, idarələrinin və təşkilatlarının daimi yerləşdirilməsi və fəaliyyət göstərməsi üçün verilmiş torpaqlar müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar hesab edilir. Həmin Məcəllənin 23-cü maddəsinin 3-cü bəndinə əsasən, müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar dövlətin müstəsna mülkiyyətində olur və onların istifadəsi üzrə məhdudiyyətlər Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə tənzimlənir. Həmin Məcəllənin 23-cü maddəsinin 8-ci bəndinə əsasən, müdafiə və təhlükəsizlik ehtiyacları üçün torpaq sahələrinin verilməsi, istifadəsi və geri alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İşin müəyyən olunmuş hallarına əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin balansında olan «Mərdəkan-13A» hərbi şəhərciyinin ərazisində olan, ünvan 1 ünvanında yerləşən 1446.0 kv.m qeyri-yaşayış sahəsi və onun yerləşdiyi ümumi sahəsi 12645.1 kv.m olan torpaq sahəsi uzun müddət təmirsiz qalması və aşınma nəticəsində istismara yararsız vəziyyətə düşmüş, ona görə də Azərbaycan Respublikasının Müdafiə Nazirliyi qeyri-yaşayış sahəsinin bərpasının iqtisadi cəhətdən əlverişsiz olduğunu, onun müdafiə təyinatlı olmamasını, gələcəkdə hərbi məqsədlə istifadəsinin perspektivsizliyini nəzərə alaraq, həmin ərazi və binalardan daha səmərəli istifadə etmək məqsədilə Azərbaycan Respublikası qanunları çərçivəsində icarəyə verilməsinə və özəlləşdirilməsinə etiraz etməmiş və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin həmin dövrdəki səlahiyyətli şəxsi (Azərbaycan Respublikasının Müdafiə Naziri generalpolkovnik Səfər Əbiyev) hazırda mübahisələndirilən qeyri-yaşayış sahəsi və torpaq sahəsinin özəlləşdirilməsinə razı olmasını Azərbaycan Respublikasının Dövlət X6 üzrə Döblət Komitəsinin sədrinə xx xxxxxxxx 2007-ci il tarixli, 417 nömrəli məktubla bildirmişdir. ünvan 5 ünvanında yerləşən 1446.0 kv.m qeyri-yaşayış sahəsi və onun yerləşdiyi ümumi sahəsi 12645.1 kv.m olan torpaq sahəsinin özəlləşdirilməsinə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin etiraz etməməsinə dair xx xxxxxxxx 2007-ci il tarixli, 417 №-li məktub, o cümlədən, həmin məktubun səlahiyyətli şəxs tərəfindən imzalanması və həmin səlahiyyətli şəxs tərəfindən mübahisəli əmlakın müdafiə təyinatlı olmadığının göstərilməsi iddiaçı tərəfdən mübahisələndirilməmiş və məhkəmə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mübahisəli qeyri-yaşayış sahəsi və torpaq sahəsinin özəlləşdirilməsinə nazirliyin buna səlahiyyəti olan şəxsi tərəfindən razılıq verilməsini işin mübahisəsiz halı kimi qəbul etmişdir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsindən görünür ki, dövlət əmlakının özəlləşdirilməsi dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir və həmin Qanunun 2.1-ci maddəsinə əsasən, dövlət əmlakının özəlləşdirilməsinin əsas məqsədi iqtisadiyyatın liberallaşdırılması, sahibkarlığın genişləndirilməsi, rəqabət mühitinin formalaşdırılması, iqtisadiyyata investisiyaların cəlb olunması yolu ilə onun səmərəliyinin artırılmasına, struktur dəyişikliklərinə və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə nail olmaqdan ibarətdir. Beləliklə, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mübahisələndirilməyən xx xxxxxxxx 2007-ci il tarixli, 417 №-li məktubuna əsasən müəyyən edilir ki, ünvan 5 ünvanında yerləşən 1446.0 kv.m qeyri-yaşayış sahəsi və onun yerləşdiyi ümumi sahəsi 12645.1 kv.m olan torpaq sahəsi istismara yararsız vəziyyətdə olduğundan bərpası iqtisadi cəhətdən əlverişsiz hesab edilmiş və həmin əmlaklar müdafiə təyinatlı olmaması, gələcəkdə də hərbi məqsədlə istifadəsinin perspektivsizliyi nəzərə alınaraq, daha səmərəli istifadə etmək üçün özəlləşdirmə üçün açıq elan edilən obyektlər olmuşlar. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı maddəsindən görünür ki, dövlət əmlakının özəlləşdirilməsi üsullarından biri icarəyə verilmiş dövlət əmlakının satışıdır. Həmin Qanunun 22.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sonradan özəlləşdirilmək şərti ilə icarəyə verilmiş dövlət əmlakının satın alınması Dövlət Proqramında və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaya müvafiq olaraq həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi zamanı, ixtisaslaşdırılmış hərraclar istisna olmaqla, dövlət əmlakının satıcısı və alıcı arasında Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və Dövlət Proqramına müvafiq olaraq alqı-satqı müqaviləsi bağlanılır. Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının 1.1-ci bəndi ilə müəyyən edilmişdir ki, İİ Dövlət Proqramının baş icraçısı və onun həyata keçirilməsi ilə bağlı müvafiq dövlət orqardärmm fəaliyyətini əlaqələndirən orqan Azərbaycan Respublikasının Dövlət X6 üzrə Dövlət Komitəsidir. Həmin Dövlət Proqramının 4.6.5. bəndinə əsasən, özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı istisna olmaqla, icarə müqavilələrinə əsasən icarəyə verilmiş digər dövlət əmlakı (tikili, qurğu, avadanlıq və s.) onun icarəyə verən müəssisə və ya təşkilatla bağlılığı, ərazi baxımından ayrılmasının mümkünlüyü və sair bu kimi amillər nəzərə alınmaqla Dövlət X6 üzrə Dövlət Komitəsi tərəfindən özəlləşdirilərkən icarəyə verilmiş əmlak 100 % dəyəri ilə icarəçiyə təklif olunur, icarəçi icarəyə götürdüyü əmlakı almağa razılıq verdikdə, onunla alqı-satqı müqaviləsi bağlanır və o, 30 gün ərzində əmlakın dəyərini ödəyir. Həmin Dövlət Proqramının 9.1. bəndinə əsasən, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə fiziki və qeyri-dövlət hüquqi şəxslərin vəsaiti hesabına inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahələri qanunvericiliyə uyğun olaraq Dövlət X6 üzrə Dövlət Komitəsi tərəfindən həmin müəssisə və obyektlərin mülkiyyətçilərinə satılır. Bu sahədə məhdudiyyətlər olduqda torpaq sahələrinin verilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilir. İşin faktiki hallarından da görünür ki, Azərbaycan Respublikasının Dövlət X6 üzrə Dövlət Komitəsi (hazırda Cavabdeh3) qanunvericiliklə ona verilmiş səlahiyyətlər hüdudunda qanunamüvafiq qaydada hərəkət edərək, X4 icarəsinə verilmiş ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 1446.0 kv.m təşkil edən qeyri-yaşayış sahəsini və həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi ümumi sahəsi 12645.1 kv.m olan torpaq sahəsini xx.xx.2007-ci il tarixli 2108 №-li və xx.xx.2008-ci il tarixli 1197 №-li alqı-satqı müqavilələrinə əsasən X5 satmış və sonuncu özəlləşdirilən həmin dövlət əmlaklarının razılaşdırılmış və müqavilə ilə nəzərdə tutulmuş haqqını tam ödəmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddia tələbi alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı olduğundan müqavilələrin, ümumilikdə isə əqdlərin bağlanması və etibarsızlığı ilə əlaqədar qanunvericilik müddəalarının təhlilinin aparılması zəruridir; belə ki, mülki qanunvericiliyə əsasən əqd, mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdlər iradə ifadələri nəticəsində əmələ gəldiklərinə görə, bir əqdin etibarlı olması üçün onu əmələ gətirən iradə ifadəsinin də sağlam olması, başqa sözlə iradə və onun bildirilməsi arasında vahidliyin mövcudluğu lazımdır. Bu vahidlik həm iradənin formalaşmasında, həm də onun bildirilməsi anında mövcud olmalıdır. Belə ki, iradə formalaşdığı anda sağlam olmalı və buna uyğun olaraq bildirilməlidir. Bu uyğunluğun (vahidliyin) olmadığı hallarda iradə ifadəsinin zədələnmiş olduğunu demək olar. İradə ifadəsinin sağlamlığına təsir edən, daha doğrusu onu (iradə ifadəsini) zədələyən ümumi hallar bunlardır: 1- vacib əhəmiyyətli yanılma, 2- aldatma, 3- təhdid edilmə (hədələnmə). Aldatma, əqdin tərəflərindən birində qəsdən səhv bir qənaət və təsəvvür əmələ gətirərək, ya da ondakı səhv qənaət və təsəvvürü davam etdirərək onun həmin bu səhv təsəvvürə görə əqd bağlamasına səbəb olmaqdır. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1ci maddəsinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Mülki Məcəllənin 404.2-ci maddəsinə görə isə, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyəqədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Şərh olunanlar kontekstində işin faktiki hallarını ağlabatan mühakimə əsasında nəzərdən keçirən kollegiya hesab edir ki, Azərbaycan Respublikasının Dövlət X6 üzrə Dövlət Komitəsi özəlləşdirilməsi qadağan hesab edilməyən Bakı şəhəri Əzizbəyov rayonu Mərdəkan qəsəbəsi Zülqaydayev küçəsində yerləşən ümumi sahəsi 1446.0 kv.m təşkil edən qeyri-yaşayış sahəsini və həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi ümumi sahəsi 12645.1 kv.m olan torpaq sahəsini X5 satarkən öz səlahiyyətləri, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin razılığı və müqavilə azadlığı prinsipi çərçivəsində hərəkət etmiş, xx.xx.2007-ci il tarixli 2108 №-li və xx.xx.2008-ci il tarixli 1197 №-li alqı-satqı müqavilələrində hər iki tərəfin iradəsi tam ifadə olunmuş, həmin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-349-cu maddələrində göstərilmiş əsasların heç biri mövcud olmamışdır. Həmçinin kollegiya xüsusilə vurğulayır ki, Müdafiə Nazirliyi nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsinə mübahisəli torpaq sahəsinin hazırda nazirliyin faktiki istifadəsində olması barədə sübut təqdim edə bilməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Kollegiya, iddiaçının iddia müddətini ötürmüş olması barədə birinci instansiya məhkəməsinin qənaətini də əsaslı hesab edir. Belə ki, Müdafiə Nazirinin Dövlət X6 üzrə Dövlət Komitəsinə ünvanlandığı xx xxxxxxxx 2007-ci il tarixli 417 nömrəli məktubunda Müdafiə Nazirliyinin balansında olan qeyri-yaşayış binaları və 1.4 ha torpaq sahəsinin uzun müddət təmirsiz qalması səbəbindən aşınma nəticəsində istismara yararsız vəziyyətə düşməsini və sahənin bərpasının iqtisadi cəhətdən əlverişsiz olmasını, onun müdafiə təyinatlı olmamasını, gələcəkdə hərbi məqsəd üçün istifadəsinin perspektivsizliyini nəzərə alaraq, həmin ərazi və binalardan daha səmərəli istifadə etmək məqsədi ilə Azərbaycan Respublikası qanunları çərçivəsində icarəyə verilməsinə və özəlləşdirilməsinə etiraz edilməməsi bildirilmişdir. Göründüyü kimi sözügedən məktub məhz mübahisəli əmlakın özəlləşdirilməsinə razılığın verilməsi barədə olmuş və kollegiyanın qənaətinə görə Müdafiə Nazirliyi məktubun verildiyi xx xxxxxxxx 2007-ci il tarixdən həmin əmlakın özəlləşdirilməsindən (satılmasından) xəbərdar olmalı idi və olmuşdur. Bununla belə iddia ərizəsi ilə xx.xx.2014-cü il tarixdə (müqavilə bağlandıqdan təxmini 7 il sonra) məhkəməyə müraciət etmiş, bununla da qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qeyd olunanlara əsasən kollegiya, birinci instansiya məhkəməsinin mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəldiyi qənaətinə gəlir və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-170/2015 saylı, xx xxxxxx 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Şərafət Məmmədova Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(103)-849/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-849/2021
01.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver