Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8506/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məhərrəmova Şeyda Ədalət qızından və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh3 MMC-nin (hazırki adı "xxxx" MMC-dir) nümayəndəsi X2 və ləğv prosesində olan Cavabdeh1 ASC-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC- nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, Cavabdeh3 MMC-nə (hazırki adı "xxxx" MMC-dir) qarşı, (üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi, maraqlı şəxs qismində Şəki rayon İcra və Probasiya şöbəsi cəlb edilməklə), “hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi və ipotekaya xitam verilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 28.04.2021-ci il tarixli, 2(006)- 664/2021 nömrəli qətnaməsindən cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, Cavabdeh3 MMC (hazırki adı "xxxx" MMC)-yə qarşı, (üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi, maraqlı şəxs qismində Şəki rayon İcra və Probasiya şöbəsi cəlb edilməklə), “hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi və ipotekaya xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 11.07.2009-cu il tarixli, 49 saylı ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi, həmin ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan İddiaçı mülkiyyətində olan Şəki şəhəri, N.Nərimanov küçəsində yerləşən ümumi sahəsi 0.075 ha olan 2 mərtəbəli, 3 otaqlı, 67.9 kv.m yaşayış, 140.7 kv.m köməkçi sahədən ibarət 2 saylı fərdi yasayiş evinin ipoteka ilə yüklülükdən azad edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Dövlət Reyestr Xidmətinin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestrində müvafiq qeydlər aparılması, İddiaçı həmin əmlak üzərində mülkiyyət hüquqlarını təsdiq edən Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın iddiaçıya qaytarılması, ipotekaya xitam verilməklə həmin əmlakın ləğv prosesində olan Cavabdeh1 ASC-nin əldə edilməsinə dair Cavabdeh3 MMC tərəfindən tərtib olunmuş 31 avqust 2017ci il tarixli, 27 saylı hərracın nəticələri haqqında yekun protokolun, alqı-satqı müqaviləsinin və onun doğurduğu bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi, bu qətnamənin İddiaçı mülkiyyətində olan Şəki səhəri, N.Nərimanov küçəsində yerləşən ümumi sahəsi 0.075 ha olan 2 mərtəbəli, 3 otaqlı, 67,9 kv.m yaşayış, 140.7 kv.m köməkçi sahədən ibarət 2 saylı fərdi yaşayış evi üzərində Daşınmaz Əmlakın Dövlət Reyestrində ipotekaya xitam verilməsinə dair qeydlər aparılması üçün əsas olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X1 arasında bağlanmış 15 iyul 2009-cu il tarixli 51 saylı kredit müqaviləsinin təminatı kimi tərəflər arasında 1 iyul 2009-cu il tarixli 49 saylı ipoteka müqaviləsi bağlanmış, həmin ipoteka müqaviləsinə əsasən iddiaçının mülkiyyətində olan Şəki şəhəri, N.Nərimanov küçəsində yerləşən ümumi sahəsi 0.075 ha olan 2 mərtəbəli 3 otaqlı 67.9 kv.m yaşayış 140.7 kv.m köməkçi sahədən ibarət 2 saylı fərdi yaşayış evi (bundan sonra - ipoteka predmeti) bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Müəyyən obyektiv səbəblər üzündən İddiaçı bank qarşısında kredit öhdəliklərini icra edə bilməmiş, nəticədə kreditor tərəfindən ipoteka predmetlərinə tutma yönəldilməsi proseduruna başlanılmışdır. Belə ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iddiaçı "xxxx" ASC-nin iddiasını qismən təmin edərək, 15 iyul 2009-cu il tarixli, 51 saylı kredit müqaviləsi üzrə borc məbləğlərinin ipoteka predmetinə yönəldilməsi, həmin ipoteka predmetlərinin açıq hərracdan satışa çıxarılması, satışdan əldə edilmiş vəsait hesabına İddiaçı "xxxx" ASC-yə olan borcunun ödənilməsinə və həmin daşınmaz əmlak obyektinin ilkin satış qiymətinin 75.000 manat müəyyən edilməsinə dair 19 sentyabr 2017ci il tarixli, 2(107)-213/2016 saylı qətnamə qəbul etmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra iş üzrə Şəki Apellyasiya Məhkəməsinin 19 sentyabr 2017-ci il tarixli, 2(107)-213/2016 saylı icra sənədi icra edilməsi üçün Şəki rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Şəki rayon icra və probasiya şöbəsi tərəfindən keçirilən icra tədbirləri nəticəsində 3354/4 saylı, 10.04.2017-ci il tarixli sifariş məktubuna əsasən ipoteka predmetinin satılması ilə bağlı Cavabdeh3 MMC-nə sifarş verilmişdir. Hərrac təşkilatı tərəfindən göstərilən əmlak açıq hərracdan satışa çıxarılmış, 22 may 2017-ci il və 07 iyul 2017-ci il tarixlərində keçirilmiş ilkin və təkrar hərraclar baş tutmamış, müvafiq olaraq ilkin və təkrar hərracın baş tutmaması barədə kütləvi informasiya vasitələrində məlumat dərc edilmişdir. Məlum olduğu kimi, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Belə ki, təkrar hərracın baş tutmaması barədə elanın dərc edilməsi ilə yanaşı Cavabdeh3 MMC bununla kifayətlənməyərək tələbkar - ipoteka saxlayan Cavabdeh1 ASC və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunu təkrar hərracın baş tutmamasından sonra müvafiq metodiki xarakterli məktubla, təkrar hərracın baş tutmaması və bu halda ipoteka saxlayanın ipoteka predmetlərini müəyyən edilmiş vaxt ərzində əldə etmək imkanları və s. hüquqları barədə yazılı şəkildə hətta əlahiddə məlumatlandırmışdır. Lakin buna baxmayaraq, tələbkar - ipoteka saxlayan ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ipoteka predmetini təkrar hərrac baş tutmadıqdan təxminən 2 aya yaxın müddətdən sonra, Cavabdeh3 MMC tərəfindən verilmiş 31 avqust 2017-ci il tarixli, 27 saylı hərracın nəticələri haqqında yekun protokolu əsasında əldə etmişdir. Halbuki, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Göründüyü kimi, cavabdeh “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində göstərilmiş müddətləri pozmaqla ipoteka predmetlərini hərracdan 30 təqvim günü əvəzinə 54 təqvim günü ərzində əldə etmişdir. Beləliklə, ipoteka saxlayan ipoteka predmetini “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində göstərilmiş müddətdən 24 təqvim günü gec əldə etmişdir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). AR Mülki Məcəllənin 269.1ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. AR Mülki Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllənin vəzifələrindən biri də, mülki dövriyyəni təmin etməkdən ibarətdir. Belə olan halda, əmlak qeyri-müəyyən müddətdə ipotekada - mülki dövriyyədən kənarda qala, dövriyyəsi məhdudlaşdırıla bilməz. Buna görə də, ipoteka haqqında qanunvericilik tərəfləri, o cümlədən ipoteka saxlayanı intizamlandırmaq üçün konkret müddətlər müəyyən etmişdir. “İpoteka haqqında” Qanunun 48.1.5-ci maddəsinə əsasən bu qanunla nəzərdə tutulmuş digər hallarda ipotekaya xitam verilir. Həmin Qanunun 15.1 -ci maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Sözügedən Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. AR MPM-in 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. AR Konstitusiya Məhkəməsinin Plenumunun ‘İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair 28 oktyabr 2014-cü il tarixli qərarının 3-cü bəndində qərara alınmışdır ki, ikinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Həmin Qərarın 2-ci bəndində qərara alınmışdır ki, “İpoteka haqqında” AR Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. AR Konstitusiya Məhkəməsinin Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4 - 43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair 28 oktyabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddətin keçməsindən sonra da ipoteka saxlayanın ipoteka predmetini əldə etmək imkanının olub-olmamasına dair müraciətdə qaldırılmış məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, “İpoteka haqqında” Qanunda ipoteka saxlayana təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 gün müddətində ipoteka predmetini ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq imkanı yalnız bir dəfə verilmişdir. Eyni zamanda, Konstitusiya Məhkəməsinin istinad olunan qərarında qeyd olunmuşdur ki, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. “İpoteka haqqında” Qanunun başqa şəkildə şərh edilməsi, yəni ipoteka saxlayana bu imkanın qanunla müəyyən edilmiş müddətdən sonra da yenidən verilməsi, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarar. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində göstərilən əsasla ipotekaya xitam verilməsinin proseduru ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ikinci hərrac keçirildikdən sonra 30 gün müddətində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyanın iddiası ilə məhkəmə icraatı qaydasında ipotekaya xitam verilə bilər. İş üzrə materiallardan göründüyü kimi, hərrac təşkilatı Konstitusiya Məhkəməsinin istinad olunan qərarının müddəalarına zidd olaraq təkrar hərrac baş tutmadıqdan sonra 30 təqvim günü keçməsinə baxmayaraq ipoteka saxlayan üçün belə imkanı 24 gün sonra növbəti dəfə yaratmışdır. Görünür ki, AR Mülki Məcəlləsinin 298.1-ci maddəsinə əsasən girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənildiyindən və həmin Məcəllənin 319.3-cü maddəsinə əsasən ipoteka ilə yüklü edilmiş obyektə tutma yönəldilməsi xərcləri satınalma qiymətindən tutulduğundan kommersiya təşkilatı olan və təbii olaraq kommersiya maraqlarını rəhbər tutmalı olan hərrac mərkəzi əmlakın hərracdan əldə edilməsi ilə bağlı xidmət haqqları qismində mənfəətini nəzərə alaraq və keçirilmiş hərracların xərclərini ödəmək naminə təkrar hərracın baş tutmamasından 54 təqvim günü keçməsinə baxmayaraq əmlakı tələbkara satmaqda maraqlı olmuşdur. Eyni zamanda, AR Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş tərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər hallarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol hazılayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Qeyd olunanlara əsasən hesab edir ki, ipoteka predmetinin tələbkar - ipoteka saxlayan ləğv prosesində olan Cavabdeh1 ASCnin mülkiyyətinə verilməsi barədə Cavabdeh3 MMC tərəfindən verilmiş müqavilə qüvvəsinə malik olan 31 avqust 2017-ci il tarixli, 27 saylı hərracın nəticələri haqqında yekun protokolu mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd olduğundan, yəni AR Konstitusiya Məhkəməsinin Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair 28 oktyabr 2014-cü il tarixli qərarının müddəalarına zidd olduğundan etibarsız hesab edilməlidir. Hesab edir ki, iddiasının təmin olunması barədə qətnamə çıxarılmalıdır. Məlumat üçün bildirir ki, hərracların keçirildiyi dövrdən keçən ötən müddət ərzində o, ailəsilə birlikdə Fransada yaşadığından ümumiyyətlə hərraclar barədə heç bir məlumatı olmamış, əmlakının bank tərəfindən əldə edildiyini qısa müddət bundan əvvəl təsadüfən öyrənmiş, bu faktı öyrəndiyi andan etibarən pozulmuş mülki hüquqlarının müdafiəsinə başlamışdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 28.04.2021-ci il tarixli, 2(006)-664/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, "xxxx" ASC ilə X1 arasında bağlanmış 11.07.2009-cu il tarixli, 49 saylı ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilmiş, "xxxx" ASC ilə X1 arasında bağlanmış 11.07.2009-cu il tarixli, 49 saylı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan İddiaçı mülkiyyətində olan Şəki şəhəri, N.Nərimanov küçəsində yerləşən ümumi sahəsi 0.075 ha olan 2 mərtəbəli, 3 otaqlı, 67.9 kv.m yaşayış, 140.7 kv.m köməkçi sahədən ibarət 2 saylı yasayiş evi ipoteka ilə yüklülükdən azad edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Dövlət Reyestr Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən Şəki şəhəri, N.Nərimanov küçəsində yerləşən ümumi sahəsi 0.075 ha olan 2 mərtəbəli, 3 otaqlı, 67.9 kv.m yaşayış, 140.7 kv.m köməkçi sahədən ibarət 2 saylı yasayış evinin ipoteka ilə yüklülükdən azad edilməsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlər aparması, Ləğv prosesində olan Cavabdeh1 ASC-nin əldə edilməsinə dair Cavabdeh3 MMC tərəfindən tərtib olunmuş 31 avqust 2017-ci il tarixli, 27 saylı hərracın nəticələri haqqında yekun protokolun, alqı-satqı müqaviləsinin və onun doğurduğu bütün hüquqi nəticələrinin etibarsız hesab edilməsi, bu qətnamənin İddiaçı mülkiyyətində olan Şəki səhəri, N.Nərimanov küçəsində yerləşən ümumi sahəsi 0.075 ha olan 2 mərtəbəli, 3 otaqlı, 67,9 kv.m yaşayış, 140.7 kv.m köməkçi sahədən ibarət 2 saylı fərdi yaşayış evi üzərində Daşınmaz Əmlakın Dövlət Reyestrində ipotekaya xitam verilməsinə dair qeydlərin aparılması üçün əsas olması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1805/2021 saylı 28.07.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh3 MMC tərəfindən mübahisə predmeti olan əmlak 14.07.2017-ci il tarixli 216 saylı məktubla Banka təklif olunmuş və Bank tərəfindən həmin məktuba 04.08.2017-ci il tarixli 02-14/3771-17 saylı məktubla müsbət cavab verilmiş və evin alınmasına dair təklif Bank tərəfindən qəbul edilmişdir. 22.05.2017-ci il tarixində birinci hərrac, 07.07.2017-ci il tarixində ikinci hərrac keçirilmişdir. Bank isə həmin əmlakın alınmasına dair məktubu 04.08.2017-ci il tarixində hərrac təşkilatına göndərmişdir. Göründüyü kimi qanunvericiliyin tələblərinə uyğun olaraq hazırkı iş üzrə əmlak ikinci hərracdan sonra 30 təqvim günü ərzində yəni 07.07.2017-ci il tarixindən 30 gün keçməmiş Bank ipoteka predmetini əldə etmək barədə hərrac təşkilatına müraciət ünvanlamışdır. Bundan sonra hərrac təşkilatı əmlakın qiymətinin ödənilməsi barədə 23.08.2017-ci il tarixli hesab fakturanı Banka göndərmiş və Bank tərəfindən elə həmin tarixdə də ödəniş həyata keçirildikdən sonra tərəflər arasında hərracın yekunlarına dair 31.08.2017-ci il tarixli alqı-satqı müqaviləsi imzalanmışdır. qanunvericiliyin qeyd olunan 30 gün müddətinin tətbiq olunmasında əsas meyar kimi bunun kökündə duran ipoteka saxlayanın ipoteka predmetini almaq niyyətinin olub-olmaması, olmadığı təqdirdə ipoteka saxlayanın həmin predmeti bu və ya digər yollarla realizə etməsinin də vaxt itkisi ilə üzləşməsinin qarşısını almaqdan ibarətdir. Lakin bu mübahisə ilə bağlı məhkəmə sırf qanunun hərfı mənasından çıxış edərək 30 gün müddətinin keçdiyini iddia edir. Odur ki, ipoteka saxlayan sonuncu hərracın keçirilməsindən 30 təqvim günü daxilində öz iradə ifadəsini aksept məktubunda ortaya qoymuş və hətta hərrac təşkilatının müəyyən etdiyi müddətin bitmə tarixindən əvvəl ipoteka predmetini əldə etməyə razılığını bildirmişdir. Bankın əmlakı qəbul etmək istəyini bildirməkdən başqa daha hansı addımları atması barədə qanunvericilikdə hansısa bir müddəa nəzərdə tutulmamışdır. Belə ki, tərəflərindən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət edilmiş, qanunla müəyyən olunmuş müddətdə hərrac təşkilatına müraciət olunmuşdur. Lakin anlaşılmaz olaraq qalır ki, Bank daha hansı addımlar, hüquqi hərəkətlər və tədbirlər görməli idi ki, Bankın əmlak hüquqları pozulmasın, 10 ildir verdiyi kredit məbləği qaytarılsın, qətnamə üzrə tutma yönəldilmiş əmlak satılsın və ən əsası tərəf olduğu hərracla bağlı müqavilələr etibarsız hesab edilməsin. Dolayısı ilə, Bankın hazırkı iş üzrə hərracın rəsmiləşdirilməsi zamanı hər hansı hüquq normasına riayət etməməsi və ya pozması halı müəyyən olunmur. Belə olan halda, birinci instansiya məhkəməsinin belə bir qətnamə qəbul etməsi, mülki dövriyyə iştirakçısı olan Bankı qeyrimüəyyən vəziyyətə salır və hüquqlarını pozur. Azərbaycan Respublikası İpoteka haqqında qanunun 43.1.4-ci bəndinə əsasən hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, hərrac baş tutmamış hesab edilir, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Göründüvü kimi, qanunverici hərracda əmlakın alış qiyməti ücün müəyyən edilmiş müddəti uzatmağı tərəflərə qadağan etməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə məhkəmələr əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər. Müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdiriməlidir. Belə ki, Nəsimi rayon məhkəməsinin 28.04.2021-ci il tarixli, 2(006)-664/2021 saylı qətnaməsi ilə hərracın nəticələri haqqında yekun protokol, alqı-satqı müqaviləsi və onun doğurduğu bütün hüquqi nəticələr etibarsız hesab edilmiş və ipotekaya xitam verilmişdir. Qanunvericiliyin tələblərindən də göründüyü kimi, etibarsızlıq halının mövcudluğu, etibarsızlıq baş verdiyi təqdirdə münasibətlərin yenidən əvvəlki vəziyyətə qayıtmasını özündə əks etdirir. Bu halda hərracın nəticələrinin etibarsızlığı münasibətlərin əvvələ qayıtmasını, yəni hərracın yenidən təşkilinə əsas yaradır. Əgər məhkəmə hərracın nəticələrini etibarsız hesab edirsə, o zaman yenidən hərracın keçirilməsi zərurəti yaranır. Bu halda ipotekaya xitam verilməsi və ipoteka predmetinin ipotekadan azad edilməsi üçün əsaslar yaranmır. Əgər doğurdan da hərracın nəticələrinə dair əqd qanunun tələblərini pozaraq bağlanmışdırsa, deməli bu əqd etibarsızdır. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər qanunda onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən almanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmçinin, digər Cavabdeh3 (hazırkı «Capitals Auction») MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kolcgiyasının 19.09.2016-cı il tarixli icra vərəqəsinə əsasən, Şəki rayonu üzrə İcra Şöbəsi 10.04.12017-ci il tarixli sifariş məktubu göndərmiş, və həmin sifariş məktubuna əsasən hərracın keçirilməsi nəzərdə tutulmuşdur. İcra vərəqəsindən məlum olur ki, 2016cı ildə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında kredit borcunun tutulması və tutulmanın ipoteka predmetinə yönləndirilməsi və ipotekaya qoyulmuş əmlakın açıq hərracda satılması tələbi üzrə məhkəmə prosesi baş tutmuşdur. Yəni iddiaçı özü ipoteka ilə yüklü edilən əmlakın hərracda satılmasını tələb edir. İddiaçı məhkəmə qərarının icrası olaraq əmlakın hərracda satılmasını bilmiş və hətda satılmasını bilavasitə tələb etmişdir. Bu fakt iddianın əsassız olduğunu göstərməkdədir. Bundan başqa, iddia tələbindən də aydın olur ki, iddiaçı əmlakın hərraca çıxarılmasının qanunvericiliyə zidd olmasını deyil, əmlakın dəyərini deyil, sadəcə ııiyə 30 gün ərzində protokol verilməməsini mübahisələndirir. Məhkəmə nəzərə almamışdır ki, Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu 30 gün ərzində həmin əmlakı əldə edilməsinə dair iradə ifadəsini qanunla müəyyən olunmuş vaxt zamanında bildirmiş və bu müddəti ötürməmişdir. Belə ki, 13.07.2017-ci il tarixdə baştutmama elanı verilmiş və 14.07.2017-ci il tarixdə Fonda təklif məktubu göndərilmiş və Fond tərəfindən 04.08.2017-ci il tarixdə həmin əmlakı əldə etmək barədə məktub ünvanlamışlar. “İpoteka haqqında"' AZ.Res. Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, şərtini qoymuşdur. Göründüyü kimi Fond tərəfindən 30 təqvim günün bitməsinə 10 gün qalmış əmlakı əldə etmək üçün iradə ifadəsini bildirilmişdir. Protokol məhs həmin tarixə tərtib edilmişdir. Tərəflər həmin tarixdə imzalamışdır. Qanunvericiliyin bütün tələblərinə əməl edilmişdir. Lakin protokolun gec götürülmə səbəbi müqavilə şərtlərinə əsasən hərracın xidmət haqqı ödənilməsi prosesi ilə bağlı olmuşdur. Hərrac xərcləri ödənilməsi məhz müqavilədə nəzərdə tutulur. Məhkəmə iclasında cavabdehlərin nümayəndələri apellyasiya şikayətlərini tam müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan 11.07.2009-cu il tarixdə bağlanmış 49 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, Şəki şəhəri N.Nərimanov küçəsində yerləşən ümumi sahəsi 0.075 ha olan 2 mərtəbəli 3 otağlı 67.9 kv.m yaşayış 140.7 kv.m köməkçi sahədən ibarət 2 saylı fərdi yaşayış evi "xxxx" (Cavabdeh1) ASC-nin qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarında surəti olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19.09.2016-cı il tarixli, 2(107)-213/2016 saylı qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin iddiası qismən təmin edilərək, 15.07.2009-cu il tarixli, 51 saylı kredit müqaviləsi üzrə borc məbləğlərinin ipoteka predmetinə yönəldilməsi, həmin ipoteka predmetlərinin açıq hərracdan satışa çıxarılması, satışdan əldə edilmiş vəsait hesabına İddiaçı "xxxx" ASC-yə olan borcunun ödənilməsi və həmin daşınmaz əmlak obyektinin ilkin satış qiymətinin 75.000 manat müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Şəki rayon icra və probasiya şöbəsinin Cavabdeh3 MMC-yə ünvanladığı 3354/4 saylı, 10.04.2017-ci il tarixli sifariş məktubundan görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 19.09.2016-cı il tarixli, 2(107)-213/2016 saylı icra sənədinə əsasən borclu İddiaçı "xxxx" ASC-nin xeyrinə kredit müqaviləsinə əsasən cəmi 54515,07 manat kredit borcu və 30 manat dövlət rüsumu tutulmalıdır. İpoteka predmeti olan Şəki səhəri, N.Nərimanov küçəsində yerləşən ümumi sahəsi 0.075 ha olan 2 mərtəbəli, 3 otaqlı, 67,9 kv.m yaşayış, 140.7 kv.m köməkçi sahədən ibarət 2 saylı fərdi yaşayış evi açıq hərracda ilkin satış qiyməti 75.000 manatla satılmalıdır. Onun satışından əldə olunmuş pul vəsaiti hesabına İddiaçı "xxxx" ASC-yə olan borcu ödənilməlidir. İş materiallarında olan Cavabdeh3 MMC-nin 24.04.2017-ci il tarixli bildirişindən görünür ki, Hərrac Mərkəzi sifarişçiyə (Şəki rayon İcra Şöbəsinə), tələbkara (ləğv prosesində olan Cavabdeh1 ASC-yə) və ipoteka qoyan borcluya (İddiaçı) bildiriş ünvanlayaraq, ünvan 2a sənədinə əsasən İddiaçı mülkiyyətində olan Şəki səhəri, N.Nərimanov küçəsində yerləşən ümumi sahəsi 0.075 ha olan 2 mərtəbəli, 3 otaqlı, 67,9 kv.m yaşayış, 140.7 kv.m köməkçi sahədən ibarət 2 saylı fərdi yaşayış evi üzərinə tutma yönəldiyini, həmin evin satılmaq üçün açıq hərraca çıxarıldığını bildirmiş, açıq hərracın keçiriləcəyi yer, tarix və saat barədə məlumat vermişdir. (22 may 2017-ci il) İş materiallarında olan Cavabdeh3 MMC-nin 07.06.2017-ci il tarixli bildirişindən görünür ki, Hərrac Mərkəzi sifarişçiyə (Şəki rayon İcra Şöbəsinə), tələbkara (ləğv prosesində olan Cavabdeh1 ASC-yə) və ipoteka qoyan borcluya (İddiaçı) bildiriş ünvanlayaraq, ünvan 2a sənədinə əsasən İddiaçı mülkiyyətində olan Şəki səhəri, N.Nərimanov küçəsində yerləşən ümumi sahəsi 0.075 ha olan 2 mərtəbəli, 3 otaqlı, 67,9 kv.m yaşayış, 140.7 kv.m köməkçi sahədən ibarət 2 saylı fərdi yaşayış evi üzərinə tutma yönəldiyini, həmin evin satılmaq üçün açıq hərraca çıxarıldığını bildirmiş, açıq hərracın keçiriləcəyi yer, tarix və saat barədə məlumat vermişdir. (07 iyul 2017-ci il). İş materiallarında olan Cavabdeh3 MMC-nin ləğv etmə prosesində olan "xxxx" ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Şəki İcra Şöbəsinə və İddiaçı ünvanladığı 14.07.2017-ci il tarixli 216 saylı məktubundan görünür ki: “İddiaçı mülkiyyətində olan Şəki səhəri, N.Nərimanov küçəsində yerləşən ümumi sahəsi 0.075 ha olan 2 mərtəbəli, 3 otaqlı, 67,9 kv m yaşayış, 140.7 kv.m köməkçi sahədən ibarət 2 saylı fərdi yaşayış evi 22.05.2017-ci il tarixdə keçirilmiş hərracda ilkin satış qiyməti 75.000 manata, 07.07.2017-ci il tarixdə təkrar hərracda 15% endirimlə 63.750 manata açıq hərraca çıxarılsa da, sifarişçi olmadığından hərrac baş tutmamışdır. Hərracın baş tutmaması ilə bağlı “Kaspi” qəzetində elan dərc olunmuşdur. Qeyd olunanlara əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətlə ala bilər. Xahiş olunur 30 təqvim günü ərzində ipoteka predmeti ilə əlaqədar münasibət bildirilsin.” İş materiallarında olan Ləğv prosesində olan Cavabdeh1 ASC-nin Cavabdeh3 MMCyə, Şəki rayon İcra Şöbəsinə ünvanladığı 04.08.2017-ci il tarixli 02-14/3771-17 saylı məktubunda, 14.07.2017-ci il tarixli 216 saylı bildirişə əsasən icra işi üzrə tələbkar kimi "xxxx" ASC-yə ipoteka ilə yüklü edilmiş İddiaçı mülkiyyətində olan Şəki səhəri, N.Nərimanov küçəsində yerləşən ümumi sahəsi 0.075 ha olan 2 mərtəbəli, 3 otaqlı, 67,9 kv m yaşayış, 140.7 kv.m köməkçi sahədən ibarət 2 saylı fərdi yaşayış evinin "xxxx" ASC tərəfindən götürülməsi təklifinin qəbul edildiyi göstərilmişdir. İş materiallarında olan 23 avqust 2017-ci il tarixli 53 №-li Hesab-fakturadan görünür ki, Cavabdeh1 ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh3 MMC-yə ipoteka predmetinin əldə edilməsi üçün ödəniş edilmişdir. İş materiallarında olan Hərrac təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə 31.08.2017-ci il tarixli 27 №li protokolun surətindən görünür ki, ləğv prosesində olan Cavabdeh1 ASC-nin ipoteka predmetinin ilkin hərrac qiyməti 75.000 manat, təkrar hərracdakı ilkin satış qiyməti isə 63.750 manat olmuşdur. Ləğv prosesində olan Cavabdeh1 ASC ipoteka predmetini 47.812,50 manat məbləğinə əldə etmişdir. İş materiallarında olan 31.08.2017-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqısatqı müqaviləsinin surətindən görünür ki, bu müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun, “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun tələbləri, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19.09.2017-ci il tarixli, 2(107)-213/2016 saylı icra qeydinin, Şəki rayon icra və probasiya şöbəsinin 3354/4 saylı, 10.04.2017-ci il tarixli məktubunun və ləğv prosesində olan Cavabdeh1 ASC-nin müvafiq icrasına əsasən bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı mülkiyyətində olan Şəki səhəri, N.Nərimanov küçəsində yerləşən ümumi sahəsi 0.075 ha olan 2 mərtəbəli, 3 otaqlı, 67,9 kv m yaşayış, 140.7 kv.m köməkçi sahədən ibarət 2 saylı fərdi yaşayış evi 47812,50 manata alıcı ləğv prosesində olan Cavabdeh1 ASC-yə satılmışdır. İş materiallarında olan Cavabdeh3 MMC-nin 12.03.2020-ci il tarixli 194 saylı məktubundan görünür ki, MMC tərəfindən İddiaçı mülkiyyətində olan Şəki səhəri, N.Nərimanov küçəsində yerləşən ümumi sahəsi 0.075 ha olan 2 mərtəbəli, 3 otaqlı, 67,9 kv m yaşayış, 140.7 kv.m köməkçi sahədən ibarət 2 saylı fərdi yaşayış evinin açıq hərracı həyata keçirilmiş və ipoteka saxlayan tərəfindən alınmışdır. Hərracın yekunlarına dair protokol tərtib edilmişdir. İş materiallarında olan “Nöyülbulaq” Məhəllə nümayəndəliyinin 07.01.2020-ci il tarixli 610 saylı, 19.04.2021-ci il tarixli 156 saylı arayışlarından görünür ki, Şəki şəhəri, N.Nərimanov küçəsində yerləşən 2 saylı evdə yaşayan İddiaçı göstərilən ünvanda ailə üzvləri ilə qeydiyyatda olmasına baxmayaraq 2015-ci ildən xaricdə yaşayırlar və göstərilən ünvanda heç kim yaşamır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin məhkəməyə ünvanladığı, İddiaçı 2015-2021-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasından olan məlumatlarla bağlı 07.04.2021-ci il tarixli 33/1132 saylı cavab məktubundan görünür ki, o, 04.09.2016-cı ildə Azərbaycan Respublikasının ərazisindən çıxış, 03.05.2018-ci ildə giriş etmiş, sonradan 03.09.2018-ci ildə çıxış. 15.12.2018-ci ildə giriş etmiş, sonuncu dəfə 09.01.2019-cu il tarixdə çıxış etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki mübahisənin həllinə dair mövqeyi ilə razılaşmır. İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, borc məbləğinin ipoteka predmeti olan iddiaçıya məxsus Şəki şəhəri N.Nərimanov küçəsində yerləşən ümumi sahəsi 0.075 ha olan 2 mərtəbəli 3 otağlı 67.9 kv.m yaşayış 140.7 kv.m köməkçi sahədən ibarət 2 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 75.000 manat müəyyən edilməklə açıq hərracdan satılaraq, əldə edilmiş vəsait hesabına iddiaçının LPO "xxxx" ASC-yə olan borcunun ödənilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin 19.09.2016-cı il tarixli, 2(107)-213/2016 saylı qətnaməsi qəbul edilmişdir. Həmin qətnamə üzrə icra sənədi icra edilməsi üçün Şəki rayon icra və probasiya şöbəsinə göndərilmiş, sonuncu 10.04.2017-ci il tarixli sifariş məktubu ilə ipoteka predmetinin satılmasını Cavabdeh3 MMC-yə sifariş etmişdir. 22.05.2017-ci il və 07.07.2017-ci il tarixlərində keçirilmiş ilkin və təkrar hərraclar baş tutmamış, müvafiq olaraq ilkin və təkrar hərracın baş tutmaması barədə kütləvi informasiya vasitələrində məlumat dərc edilmişdir. 14.07.2017-ci il tarixli məktubla ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətlə almaq hüququ izah edilmiş və təklifə 30 təqvim günü ərzində münasibət bildirməsi LPO "xxxx" ASC-nin nəzərinə çatdırılmışdır. Sonuncu 21 təqvim günü sonra 04.08.2017-ci il tarixli məktubla ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətlə almaq təklifini qəbul etmiş və 31.08.2017-ci il tarixdə hərracın yekunlarına dair protokol və əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair 28.10.2014-cü il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərara almışdır ki: 1. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. 2. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. 3. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Məhkəmə kollegiyası onu qeyd etməyi zəruri sayır ki, 07.07.2017-ci il tarixdə keçirilmiş təkrar hərracın baş tutmamasından 28 gün, 14.07.2017-ci il tarixli məktubla edilmiş ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətə almaq təklifindən isə 21 gün sonra LPO "xxxx" ASC 04.08.2017-ci il tarixli məktubla təklifi qəbul etdiyini rəsmi qaydada bildirmiş, bununla da ipoteka predmetini almağa dair iradəsini ipoteka haqqında qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində rəsmi qaydada ifadə etmişdir. Bundan sonra, 23 avqust 2017-ci ildə cavabdeh LPO Cavabdeh1 ASC tərəfindən müqavilənin bağlanması üçün şərtləşdirilmiş məbləğ ödənilmiş, bundan 8 gün sonra, yəni 31 avqust 2021-ci il tarixdə isə hərracın nəticələrinə dair yekun protokol və alqı-satqı müqaviləsi imzalanmışdır. İpoteka predmeti olan əmlakın alqı-satqısı ilə bağlı yuxarıda göstərilən ardıcıllıqla həyata keçirilən hərəkətlər onu deməyə əsas verir ki, əslində tərəflər müqavilənin bütün mühüm şərtləri barədə ipoteka haqqında qanunun 43.7-ci maddəsi ilə müəyyən edilmiş 30 günlük müddət ərzində razılığa gəlmişlər. Bununla da, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikləri andan müqavilə bağlanmış, LPO "xxxx" ASC ipoteka predmetini 30 təqvim günü ərzində əldə etmiş sayılmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 407.1-ci maddəsinə əsasən müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, cavabdehlər LPO Cavabdeh1 ASC ilə Cavabdeh3 MMC arasında hərracın yekunlarına dair protokolun və alqı-satqı müqaviləsinin təkrar hərracdan 30 gün keçdikdən sonra imzalanması X6 43.7-ci maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilməməlidir. Göstərilənlə yanaşı məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 31 avqust 2017-ci ildə bağlanmış alqı-satqı müqaviləsinin və həmin tarixli hərracın keçirilməsinə dair yekun protokolun etibarsızlığını 11.09.2020-ci ildə, yəni həmin əqdlərin imzalanmasından təxminən 3 il keçdikdən sonra mübahisələndirməsinə də qiymət verilməlidir. İddiaçı uzun müddət ölkə hüdudlarından kənarda olması səbəbi ilə ipoteka predmetinin 31 avqust 2017-ci il tarixdə hərrac vasitəsilə satılmasından xəbərsiz olduğunu, bu barədə Şəki rayon İcra şöbəsi tərəfindən ona ünvanlanmış 02.10.2019-cu il tarixli 52082/4 saylı icra ödənişinin ödənilməsinə dair məktubu aldıqda bildiyini qeyd etmişdir. Məhkəmə kollegiyası iddiaçının bu dəlillərini əsaslı hesab etmir. Belə ki, iddiaçı uzun müddət Azərbaycan Respublikasının hüdudlarından kənarda olduğunu bildirsə də, məhkəmənin sorğusu əsasında Dövlət Sərhəd Xidməti tərəfindən təqdim edilmiş arayışdan görünür ki, o, 04.09.2016-cı ildə ölkə ərazisini tərk etdikdən sonra, 03.05.2018ci ildə ölkəyə qayıtmış və 03.09.2018-ci ilədək, yəni 4 ay müddətində fasiləsiz olaraq ölkə ərazisində qalmışdır. Sonradan 15.12.2018-ci ildə o, yenidən Azərbaycana qayıtmış və 09.01.2018-ci il tarixədək burada qalmışdır. Göründüyü kimi, əmlak satıldıqdan sonra iddiaçı iki dəfə Azərbaycan Respublikasının ərazisində olmuş və məhkəmə qərarının icra edilməsi, o cümlədən ipoteka predmetinin hərrac vasitəsilə özgəninkiləşdirilməsi ilə maraqlanmağa kifayət qədər vaxtı olmuşdur. Bundan başqa kollegiya qeyd edir ki, mülki qanunvericilik mülki münasibətlərin iştirakçılarının özlərinin bilavasitə və ya nümayəndə vasitəsilə təmsil olunması imkanlarını müəyyən etmişdir. Bu baxımdan iddiaçının özünün bilavasitə qətnamənin icrası həyata keçirildiyi müddətdə ölkə hüdudlarından kənarda olması onun bu hərəkətlərdən xəbərsiz olması kimi qiymətləndirilməməlidir. Belə ki, iddiaçının nümayəndəsinin izahatından görünür ki, iddiaçı Azərbaycan Respublikasının hüdudlarından kənarda olsa da, onun adından bütün zəruri hərəkətlərin aparılması ilə bağlı Azərbaycan Respublikasında yaşayan öz doğma qardaşına etibarnamə vermişdir. Onunla hazırkı iş üzrə hüquqi xidmət göstərilməsinə dair müqaviləni də iddiaçının qardaşı məhz bu etibarnamə əsasında bağlamışdır. Yəni, iddiaçının özü ölkə hüdudlarından kənarda olsa da, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə, öz nümayəndəsi vasitəsilə hərracın nəticələri ilə maraqlanmaq, zəruri olduqda onun nəticələrini mübahisələndirmək imkanına malik olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu maddədə nəzərdə tutulmuş müddətlər iddia müddəti deyil, kəsici müddət olmaq etibarı ilə hüququnun pozulması ehtimal olunan şəxsin müraciət müddətidir. Yəni, qanunun tələbinə əsasən əqdin etibarsızlığı ilə bağlı tələb irəli sürmək üçün hüququ pozulmuş şəxs bir il ərzində məhkəməyə müraciət edə bilər. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Sözügedən müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aid olduğu üçün bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. İddiaçı əqdin etibarsızlığı ilə bağlı tələb irəli sürmək hüquqlarını itirmişlər. Göstərilən hallardan belə qənatə gəlmək olur ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərkən mülki qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüş, birinci instansiya məhkəməsi həmin iddia üzrə əqdləri etibarsız hesab edərkən, göstərilən halı nəzərə almamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini əsaslı hesab edir və bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən işin faktiki hallarını düzgün müəyyən etməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və səhv nəticəyə gəlmişdir, ona görə də mübahisələndirilən qətnamə ləğv edilməklə yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Həmin Məcəllənin 385.1.4-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ: Apellyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 28.04.2021-ci il tarixli, 2(006)- 664/2021 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, Cavabdeh3 MMC (hazırki adı "xxxx" MMC)-yə qarşı, (üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsini, maraqlı şəxs qismində Şəki rayon İcra və Probasiya şöbəsini qeyd etməklə), “hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi və ipotekaya xitam verilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8506/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8506/2021
20.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver