Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8514/2020 25.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, cavabdeh “xxxx” ASC-nin nümayəndəsi Seyidəliyeva Lalə Mirheydər qızının iştirakları ilə, İddiaçı Səmədova Validə Bəykişi qızının cavabdeh “xxxx” ASC-yə və üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı “cavabdeh tərəfindən su sərfinə görə qanunsuz və əsassız hesablanmış borcun silinməsi, quraşdırılmış sayğacın xaric edilməsi, fərdi qaydada istehlak sərfinə keçilməsi qaydasının tətbiqi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-287/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Səmədova Validə Bəykişi qızı cavabdeh “xxxx” ASC-yə və üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məcburi köçkün kimi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 6-cı mikrorayon, İ.Dağıstanlı küçəsi, ev 57A, 30 saylı mənzilə cavabdeh tərəfindən su sərfinə görə qanunsuz və əsassız hesablanmış 467,32 manat borcun silinməsi, quraşdırılmış sayğacın xaric edilməsi, fərdi qaydada istehlak sərfinə keçilməsi qaydasının tətbiq edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, yaşadığı Füzuli rayonunun Aybasanlı kəndi erməni silahlı birləşmələri tərəfindən işğal olunduqdan sonra ailəsi məcburi köçkün düşərək Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 6-cı mkr., İ.Dağıstanlı küçəsi, ev 57/a, mənzil 30 ünvanında məskunlaşmışlar. Məcburi köçkünlərə Azərbaycan Respublikası Prezidentinin fərmanları ilə müəyyən və təyin edilərək ayrılmış kommunal xərclərdən 2017-ci il yanvar ayınadək azad edilmiş, onların ödənişi Azərbaycan Respublikası Qaçqınların və MəcburiKöçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilmişdir. Məcburi köçkün kimi yaşadığı mənzil əvvəldən Bakıda yaşayan bacısının mülkiyyətində olmuş, sonra onun adına keçirilmiş, lakin bu günədək həmin yaşayış sahəsindən məcburi köçkün olan anası və xx.xx.2015-ci ildə vəfat etmiş atası yaşayaraq sudan istifadə etmişdir. xx.xx.2015-ci il tarixdə cavabdehin müvafiq qurumları tərəfindən evdə su xətti üzərində texniki cəhətdən yüklü və qüsurlu SSS-15 markalı, ******* nömrəli mexaniki tipli su sayğacı quraşdırılmışdır. Sayğac quraşdırılarkən onların məcburi köçkün olması nəzərə alınmamış, güzəşt etmədən bu günədək hər ay su sərfinə dair pul ödənişləri barədə hesab-fakturaları onlara təqdim etmiş və ödənilməsini tələb etmişlər. Hər dəfə onlara, məcburi köçkün olmalarını bildirsələr də, bunu nəzərə almamış, sonuncu faktura ilə 467 manatın ödənilməsini hələ də tələb edirlər. 2014-cü ildə su və enerji sərfinə dair borcların silinməsi üçün ərizələrlə “xxxx” ASC-yə və Bakı Elektrikşəbəkə ASC-yə müraciət etmişlər. “xxxx” ASC-nin xx.xx.2014-cü il tarixli, 2Rİ-01-5/1-3/6855 saylı cavab məktubu ilə su təchizatı və tullantı suların axıdılması xidmətlərinə görə borcla bağlı cəmiyyətin elektron abonent bazasında məcburi köçkün kimi qeydiyyatda olmaları nəzərə alınmaqla şəxsi hesabında müvafiq düzəliş edildiyi və borcunun olmadığı bildirilmişdir. Bakı Elektrikşəbəkə ASC-nin xx.xx.2014-cü il tarixli DX-14/0213 nömrəli məktubu ilə enerji sərfinə görə borcunun olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə məcburi köçkünlərin hər ailə üzvü üçün aylıq su istehlak norması 5 m3dir. Qeyd etmək lazımdır ki, atasının vəfatından sonra, mənzildə tək anası yaşasa da, yenə də su sərfi şişirdilmiş qiymətlərlə hesablanmışdır. Çoxsaylı şikayətlərdən sonra “xxxx” ASC-nin nəzarətçiləri 3-4 dəfə sayğaca müdaxilə etmiş, guya düzəldib getmişlər. Halbuki, bütün bu şişirdilmiş qiymətlərin hesablanaraq yazılması elə onların özlərinin düzüb qoşduqları əməllərin və müdaxilələrin nəticəsidir və əslində qoşduqları sayğacın texniki qüsurunu vaxtında aşkar etməkdən bilə-bilə yayınmışdır. Onu da göstərir ki, bu barədə mütəmadi və sistematik olaraq müvafiq orqanlara ərizə, teleqram və şikayətlər olunsa da, nəticəsi olmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-287/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi, həmçinin ekspertiza tədqiqatının dəyəri 102 manatın iddiaçı Səmədova Validə Bəykişi qızından tutularaq dövlət büdcəsinə keçirilməsi qət olunmuşdur. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla məhkəmənin sübutlara düzgün hüquqi qiymət vermədiyini, maddi və prosessual hüquq normalarının tətbiqində və təsfirində səhvə yol verdiyini irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən cavabdeh təşkilatın nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Binəqədi rayonu üzrə söktorunun xx.xx.2018-ci il tarixli arayışlarının surətindən görünür ki, Səmədova Validə Bəykişi qızı Fizuli rayonundan məcburi köçkün kimi Bakı şəhəri, Binəqədi rayonu, İ.Dağıstanlı küçəsi, ev 57A, 38 saylı mənzildə, Səmədova Zopiya Mansırxan qızı isə Bakı şəhəri, Binəqədi rayonu, İ.Dağıstanlı küçəsi, ev 57, 30 saylı mənzildə məskunlaşmışdır. İş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqinda daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, İ.Dağıstanlı küçəsində istifadədə olan 0.0911 ha torpaq sahəsində yerbşən 57a nömrəli, 7 mərtəbəli binada, 75.93 kv.m ümumi, 52.63 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 30 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Səmədova Validə Bəykişi qızının adına daşınmaz əmlakın dövlət reyestrində 920 nömrəli reyestr kitabının 85436 nömrəli vərəqində xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan **********300 saylı abonent kartının surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, İ.Dağıstanlı küçəsi, ev 57A, 30 saylı mənzildə qeydiyyatda olan Şükürova Ofelya Bəykişi qızı ilə xxxx ASC-nin Binəqədi rayon Sukanal İdarəsi arasında qeyd olunan mənzilin su təchizatı və kanalizasiya xidmətlərinə görə xx.xx.1997-ci il tarixli, 12353035 saylı müqavilə bağlanmış, mənzildə xx.xx.2015-ci il tarixdə SSS-15 markalı, ******* nömrəli mexaniki tipli su sayğacı quraşdırılmışdır. Abonentin xx.xx.2019-cu il tarixə su təchizatı və kanalizasiya xidmətlərinə görə ümumi borcu 478,82 manat təşkil edir. Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə iş üzrə kompleks məhkəməmühasibatlıq və məhkəmə-fiziki texniki ekspertizaları təyin edilmiş və ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur: Məhkəmə-fiziki texniki ekspertizası üzrə: 1. Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 6-cı mikrorayon, )ağıstanlı küçəsi, ev 57A, mənzil 30 ünvanında quraşdırılmış SSS-15 markalı, ******* 5mrəli mexaniki tipli su sayğacı su sərfiyyatını düzgün qeyd edirmi? 2. Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 6cı mikrorayon, Dağıstanlı küçəsi, ev 57A, mənzil 30 ünvanında quraşdırılmış SSS-15 markalı, ******* nömrəli mexaniki tipli su sayğacın mexanizmində xx.xx.2015-ci il tarixdən sonra hər hansı ıır dəyişiklik aparılmışdırmı və ya təmir işlər görülmüşdürmü, əgər belə bir dəyişiklik və ya əmir işləri aparılmışdırsa, bunun su sərfiyyatının qeydiyyatına nə kimi təsiri ola bilər? Məhkəmə-mühasibatlıq ekspertizası üzrə: 3. Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 6-cı mikrorayon, İ.Dağıstanlı küçəsi, ev 57A, mənzil 30 ünvanmda quraşdırılmış SSS-15 markalı, ******* nömrəli mexaniki tipli su sayğacı düzgün işləmədiyi təqdirdə əlavə yazılmış (hesablanmış) su sərfıyyatının həcmi və miqdarı (kubla və manatla) nə qədər təşkil edir? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 5609-9/179 saylı ekspert rəyi ilə iş materialında olan “xxxx” ASC Nəzarət Ölçü Cihazları İdarəsi Suölçən Cihazların Kalibrləmə Laboratoriyasının xx.xx.2020-ci il tarixli, 25590/0052055 nömrəli rəyinə əsasən SSS-15 markalı, ******* nömrəli mexaniki tipli su sayğacının buraxıla bilən xəta faizinin Qnom=(-)3.12% norma çərçivəsində olmaqla istismara yararlı olduğu müəyyən edilmiş, su sayğacında hər-hansı dəyişiklik və ya təmir işlərinin aparılması barədə məlumat olmadığına görə, qərardadın ikinci, su sayğacında hər hansı qüsur aşkar edilmədiyinə görə üçüncü sualları üzrə tədqiqat aparılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məhkəmənin xx.xx.2019-cu il tarixli sorğusuna xx.xx.2019-cu il tarixli 02/2841 nömrəli cavab məktubundan görünür ki, "xxxx" ASC tərəfındən Komitəyə təqdim edilmiş məcburi köçkünlərin adlı siyahısında Füzuli rayonundan məcburi köçkün olan Səmədova Validə Bəykişi qızının adı "Binəqədi rayonu, 6-cı mikrorayon, İ.Dağıstanlı küçəsi, ev 57, mənzil 38" ünvanda 2014-2016-ci illərdə qeyd olunmuş və onun su sərfiyyatına görə 2014-2015-ci illərdə 1 kubmetr suyun qiyməti 36 qəpik aylıq istehlak norması 5 kubmetr (0,36 x 5 =1,80 manat ayda), 2016-cı ildə 1 kubmetr su 50 qəpik norması 5 kubmetr (2f50 manat ayda) olmaqla həmin illər üzrə xx.xx.2016-cı il tarixədək Komitə tərəfindən mərkəzləşmiş qaydada "xxxx" ASC-yə vəsait ödənilmişdir. Qeyd: Azərbaycan Respublikası Prezidentinin “Məcburi köçkünlər və onlara bərabər lutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında" 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanına əsasən 2017-ci ildən etibarən kommunal xərclər məcburi köçkünlərin bank hesablarına köçürülür. Azərbaycan Respublikası Su Məcəlləsinin 97-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tulmuş hallar istisna olmaqla Azərbaycan Respublikasında sudan pullu istifadə edilir. “Su təhcizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30cu maddəsinə əsasən verilən suyun həcminin hesablanması qaydalarına görə su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafıq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Həmin Qanunun 72-ci maddəsinə görə bu Qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər yol verdikləri pozuntu nəticəsində su təchizatı və kanalizasiya müəssisəsinə vurulmuş maddi ziyanı ödəyir, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada digər məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 4.1.3, 4.1.4, 4.1.5 və 4.1.7-ci maddələrinə əsasən bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək, suölçən cihazları onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun istismar etmək, istehlakçılara məxsus binalarda, mənzillərdə, fərdi yaşayış evlərində, həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasını, o cümlədən üzərindəki plombların toxunulmazlığını təmin etmək, suölçən cihazlar və ya onlara vurulmuş plomblar hər hansı səbəbdən zədələndikdə (xarab olduqda), növbəti iş günündən gec olmayaraq, bu barədə STKM-i xəbərdar etmək istehlakçıların vəzifələri kimi müəyyən edilmişdir. “Sudan İstifadə Qaydaları”nın 8.4-cü bəndinə əsasən su ilə təchiz olunmuş obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, STKMdən borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir.Yeni mülkiyyətçi (istifadəçisi) yeni müqavilənin bağlanılması üçün STKM-ə 10 iş günü müddətində yazılı müraciət etməlidir. Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının xx.xx.2016-cı il tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş “xxxx” ASC-nin sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə” Qərarına əsasən əhali istehlakçı qrupları üzrə 1 kub metr sudan istifadə üçün 0,35 manat, 1 kub metr tullantı sularının axıdılması üçün 0,15 manat tarif müəyyən edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin iddia tələbinin quraşdırılmış sayğacın xaric edilməsi, fərdi qaydada istehlak sərfinə keçilməsi qaydasının tətbiq edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək aşağıdakıları qeyd edir. “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012ci il tarixli, 2421 saylı Sərancamına əsasən kommunal xidmətlərin təkmilləşdirilməsi üçün görüləcək işlər və nəticə indikatorları kimi elektrik enerjisinin, təbii qazın və suyun istehlakı və haqqının ödənilməsi sahəsində smart kart tipli sayğacların quraşdırılması prosesinin başa çatdırılması 2013-2014-cü illər ərzində icra edilməsi üçün “xxxx” ASC, “xxxx” ASC, Dövlət Neft Şirkəti, “xxxx” ASC-yə həvalə edilmişdir. "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən məcburi köçkünlərə mənzil-kommunal xidmətlərindən və telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) istifadə haqqını ödəmək üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə müavinət verilir. Azərbaycan Respublikasının Prezidentinin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” xx.xx.2017-ci il tarixli, 1206 saylı Fərmanının 1-ci bəndinə əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə xx.xx.2017-ci il tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 40,0 (qırx) manat məbləğində vahid aylıq müavinət müəyyən edilmiş, Prezidentin xx.xx.2018-ci il tarixli, 3704 saylı Fərmanı ilə müavinətin məbləği 10 faiz artırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.1-ci bəndinə əsasən məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə (Milli qəhrəman ailələri, şəhid ailələri, İ dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) aylıq müavinət şamil edilmir. Kollegiya qeyd edir ki, Səmədova Validə Bəykişi qızının 1993-cü ildən Fizuli rayonundan məcburi köçkün kimi ünvan 1 ünvanında məskunlaşması, 2009-cu ildə Bakı şəhəri, Binəqədi rayonu, İ.Dağıstanlı küçəsində istifadədə olan 0.0911 ha torpaq sahəsində yerləşən 57a nömrəli, 7 mərtəbəli binada, 75.93 kv.m ümumi, 52.63 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 30 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə əldə etməsi, qeyd olunan mənzildə xx.xx.2015-ci il tarixdə quraşdırılmış SSS-15 markalı, ******* nömrəli mexaniki tipli su sayğacının istismara yararlı olması müəyyən edilmişdir. Bununla da, iddiaçının məcburi köçkün olsa da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.1-ci bəndinə əsasən dövlət tərəfindən vahid aylıq müavinətlə təmin edilməli şəxslər siyahısına aid edilməməsi, abonentə sudan və kanalizasiya xidmətlərindən istifadəyə görə 467,32 manat borcun qanunvericiliyin tələblərinə müvafiq olaraq hesablanması təsdiq olunmuşdur. İddiaçı Səmədova Validə Bəykişi qızı borcun sukanal idarəsi tərəfindən əsassız hesablanmasını iddia etsə də, tələbini təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-287/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şeyda Məhərrəmova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-8514/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8514/2020
25.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver