Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8524/2021 25.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı1, Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Yasamal Rayon İcra Hakimiyyəti, X5, X1 və X9 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-579/2021 saylı, 18 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Yasamal Rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə 05.10.2020-ci il tarixdə məhkəməyə müraciət edərək Yasamal rayonu, Xaqan Dadaşov küçəsi, 206 saylı evdə icazəsiz, özbaşına və heç bir təhlükəsizlik qaydalarına riayət edilmədən, pandemiya şəraitində tikilmiş qanunsuz tikilinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o ailəsi ilə, həyat yoldaşı və üç oğlu ilə Yasamal rayonu, Xaqan Dadaşov küçəsi, 206 saylı evdə qeydiyyatdadır və hal-hazırda da həmin ünvanda ailəsi ilə birgə yaşayır. Qardaşı Cavabdeh bu ünvanda qeydiyyatda olmadığı halda icazəsiz, özbaşına qanunsuz olaraq həyətdə ev tikdirir. Bu barədə Yasamal rayon İcra Hakimiyyətinə də müraciət etmiş və cavab məktubunda qanunsuz tikilinin məhkəmə qərarı əsasında sökülə biləcəyi bildirilmişdir. Həmçinin bildirir ki, ev bir qat özülsüz həyət divarlarının üstündə tikilmişdir. Heç bir təhlükəsizlik tələblərinə əməl olunmamışdır. Bundan əlavə həyətə girişçıxışa, nəqliyyat vasitəsinin həyətə girişinə və həyətin ümumi istifadəsinə maneə yaradır. Əlavə olaraq bildirir ki, tikili 2019-cu ildə tikilməyə başlamışdır. Anası razılıq verdiyindənanasının xətrinə tikiliyə etiraz etməmişdir. Anası vəfat etdikdən sonra keçən ildən tikiliyə etiraz edir. Bu barədə Yasamal rayon İcra Hakimiyyətinə müraciət etmişdir Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-579/2021 saylı, 18 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır. Qətnamədən iddiaçılar apellyasiya şikayəti verərək onun ləğv, iddia tələblərinin isə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikаyəti belə əsaslandırmışlar ki, iş üzrə İddiaçı1 ailəsi ilə birlikdə uzun müddətdir ki, ünvan 1 ünvanında yaşayır, Cavabdeh isə ünvan 2 ünvanında rəsmi qeydiyyatda olmaqla bərabər ailəsi ilə birlikdə həmin ünvanda yaşayır, ikinci, iddiaçı mübahisəli qanunsuz tikilinin sökülməsi barədə Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə müraciət etmiş, ancaq bu barədə heç bir tədbir görülməmişdir, hansı ki, Azərbaycan Respublikası MM-nin 180.4-cü maddəsinin tələblərinə uyğun olaraq Yasamal rayon İcra Hakimiyyəti qanuni tədbir görülməsi barədə aidiyyati orqana göstəriş verməli idi, üçüncü, iddiaçı həmin qanunsuz tikilinin 2019-cu ildə tikilməyə başlamasını izahat verərkən qeyd etmiş, ekspertin rəyində 14.12.2020-ci il tarixdə adı çəkilən ünvanda qanunsuz tikilmiş tikiliyə yerli baxış keçirmiş, tikilinin yarımçıq tikildiyini müşahidə etmiş, bunu öz rəyində qeyd etsə də hakim bu fakta münasibət bildirməmiş, güya iddiaçı mərhum anasının razılıq verdiyini söyləmiş, ona etiraz etməmişdir, bu hakimin iddiaçının fikirlərini təkzib etmək, qarşı tərəfin maraqlarını açıqaşkar müdafiə etmək anlamına gəlir. iş materiallarında Cavabdeh aid qanunsuz tikilinin texniki pasportu olması öz əksini tapmır, qanunsuz tikilinin himi yoxdur, hər an uça bilər, yaşamaq üçün təhlükəlidir, idiaçıların hərəkətinə maneçilik törədir, ikinci ekspert rəyində də tikilinin «Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişiklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının» 4.1 və 4.2-ci bəndlərində uyğun inşa olunmadığından tikinti norma və qaydalarına uyğun olmadığı və İddiaçı1 və İddiaçı2 istifadəsində olan ünvan 3 ünvanda yerləşən həyətyanı torpaq sahəsinin daxilində iki mərtəbəli evin inşa olunduğunu nəzərə alaraq həmin tikilinin maraqlarına toxunduğu müəyyən edilmişdir» kimi qeyd etsə də, nədənsə hakim bütün bu faktları inkar edir, ekspertin rəyinə isə qətnamədə heç bir hüquqi münasibət bildirməmiş, açıq-aşkar qarşı tərəfin maraqlarını müdafiə etmiş, qanunvericiliyin tələblərinə məhəl qoymamışdır. Üçüncü, məhkəmədə iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X5 və X9 qanunsuz tikilinin 2019-cu ilin sonunda tikilməyə başladığını bildirmiş, ancaq mübahisəyə qarışmadıqlarını söyləmişlər. Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 10.07.2020-ci il tarili Q-96-75 nömrəli məktubunda göstərilən faktlar, Məhkəmə Ekspertiza Mərkəzinin 10/3732 nömrəli 09.04.2021-ci il tarixli ekspert rəyində göstərilən faktlarla təkzib olunur, iş üzrə ekspert rəyi daha mühümdür, icra hakimiyyəti tərəfindən verilmiş məktub saxtadır, hansısa maraq xatirinə əldə edilmişdir, ikinci, qanunsuz inşa edilmiş tikili «uzun müddətli» deyil ekspert rəyində göstərilən tarixə uyğun olaraq 2019-cu ildə tikilmiş və himi (özülü) olmayan taxta tikilidən ibarətdir, üçüncü, iş üzrə cavabdeh ünvan 4 ünvana pasport qeydiyyatı belə yoxdur. ekspert cavabdeh tərəfindən tikilmiş tikilinin qanunsuz olması faktını, təsdiq etməklə yanaşı, tikilinin ümumi istifadədə olan torpaq sahəsində tikilməsini bildirir və göstərir ki, həmin qanunsuz tikili yük maşınının həyətə girişinə maneə yaradır, tikintisinə isə 2019-cu ildə başlanılmış, tərəflər arasında məhkəmə prosesinin getdiyi zaman tikili tamamlanmamışdır, ikinci, hakim qətnamədə, ekspert rəyini qeyd etsə də, onun mahiyyətini tam dərk etmir, özünün şəxsi marağını qanunvericilikdən üstün tutur, bir sözlə qanunu heçə sayır. Məhkəmə iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək, mübahisəli tikilinin olduğunu sahənin 3/40 hissəsinin onun mülkiyyətində olduğunu bildirmiş, buna görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Hikmət Qadaşov izahatında bildirmişdir ki, əmlak onlara atalarından qalmışdır. Tikilinin 33 m.kv qanunidir. Həmçinin iddiaçının qaldığı mənzildə qanunsuzdur. İşə baxılmasının yeri və vaxtı barəsində məlumatlandırılmış digər iddiaçı və digər üçüncü şəxslər məhkəməyə gəlməmiş, işin halları və Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinin tələbləri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur. Məhkəmə kollegiyası izahatları dinləyib, şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, Yasamal rayonu, X.Dadaşov küçəsi, 206 saylı ev X3, X10, X7 və İddiaçı1 paylı mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin 10.07.2020-ci il tarixli, Q-96-075 nömrəli məktubuna əsasən Bakı şəhəri, Yasamal rayonu, X.Dadaşov küçəsi, 206 saylı evə baxış keçirilərkən ümumi həyətdə vətəndaş Qadaşov Tərlan tərəfindən uzun müddət əvvəl tikilmiş mansardlı, ikimərtəbəli evin mövcud olması müəyyən olunmuşdur. İş materiallarında olan Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin 07.08.2020-ci il tarixli, Q-96-075/2 nömrəli məktubuna əsasən Bakı şəhəri, Yasamal rayonu, X.Dadaşov küçəsi, 206 saylı evə baxış keçirilərkən tikinti işlərinin uzun müddət əvvəl dayandırıldığı müəyyən olunmuşdur. İş materiallarında olan 24.08.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən 21.02.2020-ci il tarixdə vəfat etmiş X4 vərəsələri Cavabdeh, X1, X9 və X5 miras əmlakdan hər biri 3/40 hissə olmaqla payı müəyyən edilmiş, yerdə qalan 3/40 hissə açıq saxlanılmışdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 10/3732 nömrəli, 09.04.2021-ci il tarixli ekspert rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Xəqan Dadaşov küçəsi, 206 ünvanında inşa olunmuş iki mərtəbəli tikilinin inşaası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160N°-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının» 4.1-ci və 4.2-ci bəndlərində uyğun inşa olunmadığından tikinti norma və qaydalarına uyğun olunmadığı və İddiaçı1 və İddiaçı2 istifadəsində olan ünvan 5 ünvanda yerləşən həyətyanı torpaq sahəsinin daxilində iki mərtəbəli evin inşa olunduğunu nəzərə alaraq həmin tikilinin maraqlarına toxunduğu müəyyən edilmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir; belə ki, Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə isə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Kollegiya hesab edir ki, fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi tərəflərə məxsus olduğundan, cavabdehin həmin torpaq sahəsində iddiaçının razılığı olmadan apardığı tikinti işləri iddiaçının torpaq sahəsindən istifadə hüququnu pozma kimi qiymətləndirilməli, buna görə birinci instansiya məhkəməsinin gəldiyi müvafiq nəticə qanuni hesab olunmalıdır. Belə ki, bu hal iş üzrə verilmiş ekspert rəyi ilə də öz təsdiqini tapır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia təlbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri cavabdehdən tutularaq iddiaçıya, birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş ekspertiza tədqiqatının məbləği isə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, iddiaçının müvafiq tələbinin olub-olmamasına bağlı deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-579/2021 saylı, 18 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Xaqan Dadaşov küçəsi, 206 saylı evin həyətyanı hissəsində Cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikili onun öz vəsaiti hesabına sökülsün. İddia ərizəsinin və apellyasiya şikayətlərinin verilməsi üçün ümumilikdə ödənilmiş 40 (qırx) manat məbləğində dövlət rüsumları Cavabdeh tutularaq İddiaçı1 ödənilsin. Birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə-tikinti texniki ekspertizasının xərci olaraq 100 (yüz) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-8524/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8524/2021
25.08.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver