Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8525/2020 19.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Əliyeva Aytən Rafayel qızının katibliyi ilə İddiaçı cavabdehlər "Cavabdeh1" MTK-ya və qeyrilərinə qarşı əqdlərin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3315/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadından İddiaçı səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya, Bakı şəhəri 18 saylı Notariat Ofisinə, Bakı şəhəri 30 saylı Notariat Ofisinə, Bakı şəhəri Xətai rayonu İcra və Probasiya Şöbəsinə qarşı Bakı şəhəri 18 saylı Notariat Kontorunda rəsmiləşdirilmiş xx.xx.2020-ci il tarixli, 8İ-2135 saylı və xx.xx.2020-ci il tarixli 8İ-2136 saylı reyestrlə qeydə alınmış ərizələrin, Bakı şəhəri 30 saylı Notariat Ofisində rəsmiləşdirilmiş xx.xx.2020-ci il tarixli, 7E-1711 reyestr nömrəli və xx.xx.2010-ci il tarixli, 7E-1727 reyestr nömrəli etibarnamələrin və Cavabdeh1 MTK-a ilə iddiaçı arasında xx xxxxx 2020-ci il tarixdə Bakı şəhəri 18 saylı Notariat Kontorunda 3M-214 saylı reyestrlə qeydə alınaraq bağlanmış barışıq razılaşmasının etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianı təmin etmə tədbiri barədə ərizə ilə müraciət edərək, hazırki mübahisə üzrə məhkəmə araşdırması başa çatana və iş üzrə qanuni qüvvəyə minmiş yekun məhkəmə qərarı qəbul edilənədək, iddianı təmin etmək məqsədi ilə Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsindəki 2942B məhəlləsində çoxmərtəbəli yaşayış binasının 1-ci blok 7-ci mərtəbə 38 saylı mənzilə, 1-ci blok 9-cu mərtəbə 52 saylı mənzilə, 1-ci blok 13-cü mərtəbə 185 saylı mənzilə, 1-ci blok 14-cü mərtəbə 87 saylı mənzilə, 1-ci blok 16-cı mərtəbə 101 saylı mənzilə, 1-ci blok 16-cı mərtəbə 102 saylı mənzilə, 1-ci blok 16-cı mərtəbə 105 saylı mənzilə, 1-ci blok 17-ci mərtəbə 212 saylı mənzilə. 1-ci blok 17-ci mərtəbə 213 saylı mənzilə, 1-ci blok 17-ci mərtəbə 214 saylı mənzilə, 2-ci blok 7-ci mərtəbə 143 saylı mənzilə, 2-ci blok 9-cu mərtəbə 161 saylı mənzilə, 2-ci blok 10-cu mərtəbə 164 saylı mənzilə, 2-ci blok 17-ci mərtəbə 220 saylı mənzilə, 2-ci blok 17-ci mərtəbə 222 saylı mənzillərin üzərinə həbs qoyularaq, həmin mənzillərin özgəninkiləşdirilməsinin, o cümlədən, cavabdehlər və ya digər üçüncü şəxslər tərəfindən istifadə edilməsinin qadağan edilməsinə xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3315/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı iddianı təmin etmə tədbiri görülməsi barədə ərizəsi təmin edilməmişdir. Qeyd olunan qərardaddan qərardadından İddiaçı səlahiyyətli nümayəndəsi Vəkil2 şikayət verərək qərardadın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269cu maddəsinə əsasən iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər kollegiyanın iclasına gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya şikayətin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən şikayət təmin olunmamalı, Xətai Rayon Məhkəməsinin 2(011)-3315/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə görə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələbinə görə isə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Qanunun mənasına görə iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: Bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməli; bu tədbirlər müvəqqəti xarakter daşımalı və tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Hazırki halda, işə məhkəmədə baxılıb yekun qərar qəbul edilənə qədər iddianı təmin etmək üçün tədbirlər görülməsinə zərurət olmamışdır. Məhkəmə Kollegiyası hesab edir ki, iddianı təmin etmək üçün tədbirlər qətnamənin gələcəkdə icrasını təmin etmək üçün görüldüyündən, iddianın isə təmin edilə biləcəyi təqdirdə cavabdehin qətnaməni icra etmək üçün imkanları olduğundan, formal əsaslara görə iddianı təmin etmə tədbirinin görülərək qeyd edilən ərizə təmin edilə bilməz. Buna görə də iddianın təmin edilə biləcəyi təqdirdə cavabdehin qətnaməni icra etmək imkanına malik olduğundan iddianı təmin etmə tədbirinin görülməsinə zərurət və lüzum olmadığından, iddiaçının ərizəsini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400,405-ci maddələrini rəhbər tutaraq, kollegiya qərara aldı: İddiaçı səlahiyyətli nümayəndəsi Vəkil2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-8525/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8525/2020
19.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver