Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8531/2020 25.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı və vəkili X5 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1529/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri 9 saylı Dövlət Notariat Kontoruna qarşı mirasın qəbulu üçün müddətin uzadılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mənzildən və 2001-ci ildə Biləcəri qəsəbəsində, Bələdiyyədən alqı-satqı yolu ilə aldığı torpaq sahəsindən miras payını qəbul etmək üçün müddətin uzadılması və onun payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən mənzil və 2001-ci ildə Biləcəri qəsəbəsində, Bələdyyədən alqı-satqı yolu ilə aldığı torpaq sahəsi xx.xx.2017-ci il tarixdə vəfat edən anası İsmayılova Hörü Bayraməli qızına məxsus olmuşdur.X1, X2 və bacısı X12 uzun müddət Bakı şəhəri, Nərimanov rayonu, T.Şıxəliyev küçəsi, cv 18A, mənzil 5-də yaşamışlar. Həmir ev mülkiyyət hüququ əsasında atasına məxsusdur. Ev olduqca darısqal və şəraitsizdir. Bu səbəbdən 1-ci qrup əlil olan X17 1995ci ildə Bakı səhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə güzəştli mənzil növbəsinə dayanmışdır. Çoxsaylı şikayət və sorğulara baxmayaraq, imtiyazlı mənzilin verilməsi üçün uzun proses olduğundan, torpaq sahəsi alıb fərdi ev tikmək qərarına gəlmişlər. 2001-ci üdə anasının adına Biləcəri qəsəbəsində, yeni yaşayış massivində ev tikmək üçün 6 sot torpaq sahəsi alaraq orada öz vəsaiti hesabına 2 mərtəbəli ev tikmişik.2012-ci ildə anası ilə atası boşanmış, bacısı və anası ilə birlikdə Biləcəridəki həyət evinə köçüb orada yaşamışlar. Atası isə özünə məxsus evdə tək yaşayıb. 2014-cü ilin aprel ayında X3 ilə ailə qurmuşdur. Anası və arvadı ilə Biləcəri qəsəbəsi, yeni yaşayış massivindəki evdə yaşamışlar. İİ qrup əlildir. 2016-ci ildə bacısı Azadə Əliyeva onu və arvadını Biləcəri qəsəbəsində yerləşən həyət evlərindən çıxarmış və onlar da, məcbur olub atasının hal-hazırda yaşadıqları mənzilinə köçmüşlər. 2016-cı ildə Nərimanov rayonunda anasının adına onlara bir otaqlı mənzil verilmişdir. Bacısı Azadə ailə qurandan sonra ailəsi ilə birlikdə həmin mənzilə köçmüşlər və halhazırda orada yaşayırlar. O, cavabdehə mirasın qəbulu üçün vərəsəlik şəhadətnaməsinin verilməsi üçün müraciət etmiş, lakin cavabdeh ona müddətin uzadılması üçün məhkəməyə müraciət etməyi töfsiyyə etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1529/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Bakı şəhəri 9 saylı Dövlət Notariat Ofisinə qarşı mirasın qəbulu üçün müddətin uzadılması tələbinə dair iddiasının təmin edilməməsi, iddia üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apelyasiya şikayəti verərək qətnaməsinin ləğv olunması xahiş etmişdir. Apelyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, qətnmə qanunsuz və əsassız olduğundan ləğv edilməli və iddia tələbi təmin olunmalıdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili X10 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyinə görə məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1529/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AZ-İ seriyalı 876989 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2017-ci il tarixində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2017-ci ildə 569 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan ASAN 1 tərəfindən verilmiş, xx.xx.2016-cı il tarixli, AZE seriyalı № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1989-cu ildə Gədəbəy rayonunda anadan olmuş İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2005-ci il tarili 671 saylı qərarının surətindən görünür ki, Biləcəri bələdiyyəsi hüdudları daxilində yarımçıq tikili altındakı və ətrafındakı 600.0 kv.m torpaq sahəsinin əlavə olunmuş cizgi əsasında alqısatqı yolu ilə ünvan 5 mənzil 1 ünvanında yaşayan vətəndaş X4 adına sənədləşdirilmişdir. İş materiallarında olan Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli A- 114 saylı arayışdan görünür ki, Binəqədi rayonu Biləcəri bələdiyyəsi tərəfindən 671 saylı xx.xx.2005-ci il tarixli qərara əsasən X4 adına torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan XİV-ЖГ seriyalı № 292977 nömrəli xx.xx.1989-cu il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1989-cu ildə doğulmuşdur. X2, X1dır. İş materiallarında olan 9 saylı notariat kontoru tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli, 282 nömrəli məktubdan görünür ki, verilən sənədlər vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün kifayət deyil. Azərbaycan Respublikası MM-nin 1246-cı maddəsinə əsasən mirasın qəbulu üçün təyin olunmuş müddət itirildiyi və həmin məcəllənin 1248-ci maddəsinə və Azərbaycan Respublikası «Notariat haqqında” Qanunun 40-cı maddəsinə əsasən itirilmiş müddətin bərpası üçün məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 3-cü bəndinə əsasən dövlət notariusu vərəsəlik hüququ haqqında şəhadətnamələr verir. Həmin Qanunun 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Həmin Qanunun 58-ci maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. İş materiallarından görünür ki, iddiaçının anası iddia tələbində qeyd edilən Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi 71-də yerləşən 132 saylı mənzil və Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2005-ci il tarili 671 saylı qərarı ilə X7 verilmiş Biləcəri bələdiyyəsi hüdudları daxilində yarımçıq tikili altındakı və ətrafındakı 600.0 kv.m torpaq sahəsi ilə bağlı mülki hüquqlar sonuncunun adına dövlət reystrində qeydiyyata alınmamışdır. Eyni zamanda iddiaçı mirasın qəbul edilməsi müddətinin uzadılmasını xahiş etsə də, bu müddətin ötürülməsinin üzrlü səbəbdən baş verməsinə dair sübutlar təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçının hüquqların dövlət reyestrində qeydə alınmamış, miras kimi qəbul etmək istədiyi əmlakların qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddət ötürüldüyündən və iddiaçı bü müddətin ötürülməsinin üzrlü səbəblərdən baş verməsinə dair sübutlar təqdim etmədiyindən iddia rədd edilməlidir. Apelyasiya şikayətinin dəlilərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətlərində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1529/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1529/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8531/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8531/2020
25.11.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver