Məhkəmə qərarları › İş №2(103)-8532/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8532/2021

25.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8532/2021 25.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X2 və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2084/2021 saylı, 03 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 47 ünvanında yerləşən 23 saylı mənzilin su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə əsassız hesablanmış 5112 manat məbləğində borcun silinməsi, barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi Çıxarışla tam mülkiyyətindədir. Mənzildən kənarda, yəni ümumi istifadədə olan sahədə SMART tipli su sayğacı (kod064494, müqavilə-********) quraşdırılıb. Mənzili sınaq müddətinə qeyri-yaşayış sahəsi kimi icarəyə vermişdir. Su sayğacı 2020-ci ilin avqust ayında onun adına keçirilib. 27 X9 sayğacının yenisi ilə dəyişdirilməsi ilə əlaqədar Cavabdeh ASC tərəfindən tərtib edilmiş 04 sentyabr 2020-ci il tarixli sənədə əsasən su sərfiyyatı və çirkab sularının axıntısına dair ümumi olaraq borcu olmayıb. Həmin vaxtdan etibarən yeni quraşdırılmış sayğacın göstəricisinin 28 kubmetr olmasına baxmayaraq (1 kub metrin suyun dəyəri 2,0 manat olmaqla cəmi 56,0 manat təşkil edir) hesaba müxtəlif tarixlərdə 12 dəfəyə 176 manat pul ödəmişdir. Hesablamaya əsasən su sərfinə və tullantıya görə əlavə 120 manat avans qoymuşdur. Sonradan, yəni 2020-ci ilin sonunda ona heç bir əsas olmadan yeni hesab təqdim edilərək ümumi borcunun 5154 manat olduğu və ödəmiş olduğu 176 manat pulun çıxılaraq cəmi 4978 manat ödəyəcəyi barədə bildiriş verilmişdir. Bu cür hesabat məntiqsiz və əsassızdır. Belə çıxır ki, sudan istifadə olundu və yə olunmadı fərqi yoxdur, istənilən məbləğ ödənilməlidir. Kartda isə müəyyən məbləğ olmadıqda sayğac avtomatik bağlanır. Əsassız hesablanmış məbləğin silinməsi üçün onun ailəsinə məxsus Səbail və Yasamal rayonları evlərdə hesabatın yenidən aparılması məqsədilə 18 dekabr 2020-ci il tarixində Cavabdeh ASC-nin rəhbərliyinə elektron poçt vasitəsi ilə müraciət etmişdir. Cavab məktubu tam əsassızdır. O, bununla razı deyil. X9 sayğacının yenisi ilə lüzumsuz dəyişdirilməsi işi Cavabdeh ASC tərəfindən ödənişlərin bilərəkdən şişirdilməsinə xidmət etməkdən başqa bir şey deyildir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2084/2021 saylı, 03 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Qətnamədən Cavabdeh ASC-nin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 4-cü maddəsinin 4.1.7-ci bəndinin tələbinə əsasən Alfasu - 20 markalı, zavod nömrəsi 50120129 və plomb nömrəsi B013489 olan su sayğacının yoxlamadan keçirilməsi üçün Cavabdeh ASC-nin struktur tərkibinə daxil olan Səbail Rayon Sukanal İdarəsinə müraciət etmişdir. Sayğac iş əmrinə əsasən 12.09.2020-ci il tarixdə çıxarılmış və Cəmiyyətin X7 İdarəsinin Suölçən X1 gətirilməsi üçün iddiaçıya təqdim edilmişdir. İddiaçının nümayəndəsi tərəfindən sayğac laboratoriyaya təqdim edilmişdir. Həmin şəxsin iştirakı ilə sayğacın müayinəsi keçirilmiş və bu barədə 16 sentyabr 2020-ci il tarixli 20129/0062314 saylı rəy tərtib edilmişdir. Müayinə nəticəsində ilkin olaraq: su sayğacının laborator avadanlıq üzrə yoxlanması nəticəsinə əsasən kipliyə davamlılığının pozulması, sayğacın elektron platasının işlək vəziyyətdə olmaması, qapaqaltı platform hissəsinin çatlaq olması, quru hesablama mexanizm hissəsinə su yığılması, batareyanın (E=3.6v)-0.0v), klapanın (K=6.0v)-0.0v) işlək vəziyyətdə olmaması, sayğacın təmirə və istismara yararsız olması müəyyən edilmişdir. Beləliklə, sayğacın elektron hissəsində yaranmış nasazlıq səbəbindən sayğacın elektron hissəsinə impuls getməmişdir. Bundan sonra su sərfiyyatı sayğacın mexaniki hissəsinin göstəricilərinə əsasən aparılmışdır. Həmin rəy əsasında “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq istifadə olunmuş, lakin dəyəri ödənilməmiş su sərfiyyatı hesablanmışdır. İstehlakçı isə bu məbləği ödəməkdən imtina etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 8.4-cü bəndinə uyğun olaraq, su ilə təchiz olunmuş obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, STKM-dən borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Normanın tələbindən göründüyü kimi, iddiaçı obyektin əvvəlki sahibindən borcun olmaması barədə arayış tələb etməli idi. Lakin iddiaçı qeyri-yaşayış sahəsinin ad dəyişikliyi sənədləşdirildiyi zaman əvvəlki istifadəçi Əhədov Cəbrayıldan su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə borcun olmaması barədə arayış tələb etməmiş, məhkəmə iclasında verdiyi izahatında həmin arayışın tələb etməməsini də təsdiq etmişdir. Məhkəmə qətnaməsində borcun yaranma səbəbinin əsaslandırılmaması, sayğacın elektron hissəsində yaranmış göstəricilərinin 03219-m3-dək qədər olan ödənişlərinə dair sualın cavablandırılmaması və bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməməsi fikri ilə razılaşmırıq. Belə ki, Səbail rayonu Sukanal İdarəsinin xidməti ərazisində diş kabineti adı altında fəaliyyət göstərən, abonent kodu 064494 olan İddiaçı məxsus obyektin su xətti üzərində 05 oktyabr 2012-ci il tarixdə quraşdırılmış, Alfasu-20 markalı 50120129 nömrəli smart X10 sayğacı 12.09.2020-ci il tarixində çıxarılaraq laboratoriya yoxlamasından keçirilməsi üçün Cavabdeh ASC-nin X7 İdarəsinə aparılmış və əvəzinə CSS-20 markalı, 00220125 nömrəli smart tipli su sayğacı quraşdırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətdə qeyd olunanların məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulması kimi qiymətləndirilməli olduğunu bildirməklə onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı səbəbləri barədə məlumat vermədən məhkəməyə gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan DƏDRX tərəfindən verilmiş RX ******* saylı Çıxarışdan görünür ki, ünvan 1 İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Abonent haqqında məlumatlara əsasən, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 47, 23 saylı qeyri-yaşayış sahəsi İddiaçı istifadəsindədir və həmin qeyri-yaşayış sahəsi diş kabineti kimi fəaliyyət göstərir. Həmin ünvan 12.03.2020-ci il tarixdən Cavabdeh ASC tərəfindən içməli və istehsalat məqsədli su ilə təmin edilmişdir. İş materiallarında olan Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış 12.09.2020-ci il tarixli 27 X9 Sayğacının Dəyişdirilməsinə dair iş əmrindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 47, 23 saylı qeyri-yaşayış sahəsində olan sayğac dəyişdilərək plomblandı. Çıxarılan sayğacın zavod və Azərsuya məxsus plombu üstündədi, sayğacın elektron hissəsi işləmir. Abonentə sayğacı laboratoriyaya aparılması izah edilmişdir. Həmçinin sayğacın son mexaniki sərfiyyat göstəricisi 03219 olmuşdur. İş materiallarında olan X5 görünür ki, İddiaçı 21.09.2020-ci il tarixə 5112 manat borc hesablanmışdır. İş materiallarında olan Cavabdeh ASC X7 İdarəsi “X3 Laboratoriyası” tərəfinən 20129/0062314 saylı Rəydən görünür ki, laborator avadanlıq üzrə yoxlaması nəticəsinə əsasən kipliyə davamlığı pozulmuşdur. S.Cm elektron platası işləmir. S.C-ın qapaqaltı platform hissəsi çatlaqdır. S.C-ın quru hesablama mexanizm hissəsinə su yığılmışdır. Nisbi xətanın təyini üçün yararsızdır. Batareya (E=3,6v) >0.0v) işlək deyil. (K=6 0v)-»0.0v) işlək deyil.S.C təmirə və istismara yararsızdır. İş materiallarında olan icraçı Cavabdeh ASC tərəfindən Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 47, 23 saylı qeyri-yaşayış sahəsinin sahibi Qanuni nümayəndə ünvanlanmış məktubdan görünür ki, Səbail rayonu Sukanal idarəsinin xidməti ərazisində fəaliyyət göstərən, müqavilə nömrəsi 064494 olan obyektin su xətti üzərində 05.10.2012-ci il tarixdə quraşdırılmış, Alfasu-20 markalı 50120129 nömrəli X9 sayğacı 12.09.2020-ci il tarixində çıxarılaraq laboratoriya yoxlamasından keçirilməsi üçün "Azərsu” ASC-nin X7 idarəsinə aparılmış və əvəzinə smart CSS-20 markalı, 220125 nömrəli smart tipli su sayğacı quraşdırılmışdır. Laboratoriyanın 16.09.2020-ci il tarixli 20129/0062314 nömrəli rəyinə əsasən sayğacın əks bağlayıcısı işlənməyib balans bitdikdə su bağlanmayıb sayğac sərfiyyatı qeydə aldığı məlum olmuşdur. Yaranmış borcla bağlı bildirilir ki, sayğacın sərfiyyatı 05.10.2012-12.09.2020-ci illər ərzində 3219 m3 olmuşdur ki, bunun da 2556 m3 istifadə olunmuş, dəyəri ödənilməmiş sərfiyyatdır. Belə ki, sayğacın istismarda olduğu dövr ərzində smart karta cəmi 663 m3 su yüklənmişdir. Həmçinin hazırda su və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabda yaranmış borc 4978 manat təşkil edir. Qeyd edilən borc istifadə olunmuş, dəyəri ödənilməmiş su sərfiyyatına görə hesablanmış məbləğin ödənilməmiş hissəsidir. “Sudan istifadə Qaydaları”nın 7.15-ci bəndinə uyğun olaraq abonent hesabınızda yaranmış qalıq borclarını su təchizatı və kanalizasiya müəssisəsi ilə qarşılıqlı razılaşma əsasında hissəhissə ödəyə bilər. Bunun üçün Səbail Rayon Sukanal İdarəsinə yaxınlaşıb razılıq protokolu imzalamağı tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun 30cu maddəsinin 1-ci hissəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 47, 23 saylı qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətindədir və həmin qeyri-yaşayış sahəsi diş kabineti kimi fəaliyyət göstərir. Həmin ünvan 12.03.2020-ci il tarixdən Cavabdeh ASC tərəfindən içməli və istehsalat məqsədli su ilə təmin edilmişdir. Habelə iş materiallarında olan X5 görünür ki, İddiaçı 21.09.2020-ci il tarixə 5112 manat borc hesablanmışdır. Bundan əlavə məhkəmə iclasında müəyyən olunmuşdur ki, 12.09.2020-ci il tarixli Cavabdeh ASC tərəfindən tərtib edilmiş 27 X9 Sayğacının Dəyişdirilməsinə dair iş əmri ilə Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 47, 23 saylı qeyri-yaşayış sahəsində olan sayğac dəyişdilərək plomblanmışdır. Həmin iş əmrindən görünür ki, sayğacın mexaniki sərfiyyat göstəricisi 03219 m3 olmuşdur, elektron sərfiyyat göstəricisini müəyyən etmək mümkün olmamışdır. Həmçinin həmin tarixə İddiaçı borcu olmamışdır. İş materiallarında olan çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 47, 23 saylı qeyri-yaşayış sahəsinin əvvəlki mülkiyyətçisi X4 09.10.2012-01.09.2016-cı illər üzrə toplam 663 kub metr sudan sərfiyyat etdiyi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, Cavabdeh ASC 03219 rəqəmdən 663-ü çıxmışlar (hansı ki, əvvəlki mülkiyyətçi tərəfindən 663 kub metrədək olan hissədə sərfiyyatın haqqı ödənilib) və alınan rəqəmi ikiyə vuraraq yekun nəticəni müəyyən etmişlər. 2012-ci ildən 2016-cı ilə qədər sayğac kodu Əhədov Cəbrayılın adına olmuş və həmin tarixə qədər 908 manat ödəniş olunmuşdur. Onlar arada olan sərfiyyatı tapmaq üçün son göstəricidən həmin sərfiyyatı çıxmışlar və 3219-663=2556 kub metr qalıq qalmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.07.2014-cü il tarixli 262 saylı Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 7.4-cü və 7.5-ci bəndlərinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Suölçən cihazlar olmadıqda, fərdi yaşayış və bağ evlərinin həyətyanı torpaq sahələrində təsərrüfat məqsədləri üçün istifadə edilən suyun həcmi mövcud texniki qaydalara uyğun olaraq hesablanır. Digər istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının həcmi və buna görə ödənilməli vəsaitin həcmi Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının qərarında nəzərdə tutulmuş qaydada müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Kollegiya hesab edir ki, birinci növbədə iddiaçıdan tələb edilən borcun real, həqiqətən sərf olunmuş suya görə hesablanmış borc olduğu sübuta yetirilməlidir. Bu halda sübutetmə yükü su təchizatçısının, yəni borcu hesablamış təşkilat olan Cavabdeh ASC-nin üzərinə düşür. Məhz cavabdeh, hesablanmış borcun həqiqətən sərf olunmuş suya görə hesablanmış borc olduğunu sübuta yetirilməlidir. Kollegiya hesab edir ki, hazırki halda cavabdeh bunu sübut edə bilməmişdir, əksinə, işdəki sənədlər sözügedən borcun həqiqətən yaranmasını ciddi şübhə altına alır. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının evinə hesablanmış borcun həqiqətən onun tərəfindən real sərf edilmiş suya görə yarandığı sübuta yetirilmədiyindən həmin borcun İddiaçı abunə hesabından silinməli olduğu barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Ona görə də, məhkəmə kollegiyası Mülki-Prosessual Məcəllənin 384.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, qətnamə dəyişdirilmədən, apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2084/2021 saylı, 03 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar