Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8554/2020 05.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Cavabdeh4 MMC üçüncü şəxs qismində cəlb edilməklə) “Hərracın keçirilməsi prosesinin etibarsız hesab edilməsi və yeni çıxarışın ləğv edilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1197/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Cavabdeh4 MMC üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə Nəsimi RayonMəhkəməsinəmüraciətedərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı xx.xx.2017-ci il tarixdə keçirilmiş hərrac prosesinin etibarsız hesab edilməsi və ona məxsus 1/5 payı üzərində Cavabdeh1 mülkiyyət hüququnu təsdiq edən 3/5 payı barədə sonuncu çıxarışın qismən ləğv edilərək tərəflərin əvvəlki vəziyyətə (İddiaçı1 - 1/5 pay, Cavabdeh1 - 2/5 pay, Cavabdeh2 - 2/5 pay) qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1197/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş, eyni zamanda məhkəmənin eyni tarixli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Cavabdeh4 MMC üçüncü şəxs qismində cəlb edilməklə) “Hərracın keçirilməsi prosesinin etibarsız hesab edilməsi və yeni çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə icraata Cavabdeh1 münasibətdə xitam verilmişdir. Həmin qərardaddan İddiaçı1 verdiyi şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, İddiaçı1 şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir; halbuki “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.4.2-ci maddəsinə əsasən, icraata xitam verilməsi barədə qərardaddan şikayət verilərkən 20 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsinə görə apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin birinci instansiya məhkəməsi şikayəti qaytarmamış, onu mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Kollegiya onu da qeyd edir ki, qərardaddan verilmiş şikayəti üzrə apellyasiya qeyrimümkün olduğundan işin apellyasiya baxışına təyin edilməsi hazırki mərhələdə mümkün deyil. Buna görə də, iddiaçının apellyasiya şikayətinin qaytarılması üçün iş Nəsimi Rayon Məhkəməsinə göndərilməli, bu qərardadda göstərilən nöqsan iddiaçı tərəfindən aradan qaldırıldıqdan sonra və yaxud nöqsan aradan qaldırılmadığı halda şikayətin qaytarılması barədə qərardad qanuni qüvvəsini aldıqdan sonra iş, qətnamədən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Cavabdeh4 MMC üçüncü şəxs qismində cəlb edilməklə) “Hərracın keçirilməsi prosesinin etibarsız hesab edilməsi və yeni çıxarışın ləğv edilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1197/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş həmin məhkəməyə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-8554/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8554/2020
05.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver