Məhkəmə qərarları › İş №2(103)-856/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-856/2021

01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-856/2021 01.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi İsrafil Şahverdiyevin iştirakı ilə, İddiaçı «xxxx» KB ASC-nin Cavabdeh qarşı «pul» tələbinə dair 2(006)-2292/2020 saylı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» KB ASC Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı “xxxx” KB ASC-nin xeyrinə 399,53 manat əsas, 308,56 manat faiz, 120,98 manat cərimə, cəmi 829,07 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı «xxxx» KB ASC ilə cavabdeh arasında bağlanmış 30.09.2016-cı il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 39 ay müddətinə illik 32% ödəmək şərtilə 2891 manat məbləğində kredit limiti verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 31.01.2020-ci il tarixinə «xxxx» KB ASC-yə 399,53 manat əsas, 308,56 manat faiz, 120,98 manat cərimə, cəmi 829,07 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 11.02.2015-ci il tarixli, 728nkBANK/l5 saylı kredit müqaviləsinə əsasən bank cavabdehə 36 ay müddətinə, illik 23% olmaqla 4000 USD məbləğində kredit vermişdir. Sonradan 30.09.2016-cı il tarixində cavabdeh banka müraciət edərək, USD kreditinin bağlanması şərtilə ona yeni AZN valyutasında kreditin ayrılmasını xahiş etmişdir. Həmin tarixə cavabdehin bank qarşısında USD kredit müqaviləsi üzrə borcu 1769.09 USD təşkil etmişdir. Tərəflər arasında bağlanmış 30.09.2016-cı il tarixli, 58nkYSM/16 saylı kredit müqaviləsi (hazırda mübahisə edilən) ilə bank cavabdehə 39 ay müddətinə, illik 32% otmaqla, 2891 manat kredit vermiş və həmin məbləğ 11.02.2015-ci il tarixli, 728nkBANK/l5 saylı (USD) kredit müqaviləsi üzrə qalıq 1769.09 USD borcunun ödənilməsinə yönəldilmişdir. 28.02.2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 551 saylı Fərmanına əsasən “xxxx” KB ASC ilə cavabdeh arasında bağlanmış 11.02.2015-ci il tarixli, 728nkBANK/15 saylı USD kredit müqaviləsi Fərmanın təsiri altına düşmüş, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Cavabdeh 2269,88 AZN kompensasiya hesablanmış və həmin kompensasiya “xxxx” KB ASC tərəfindən kart vasitəsilə cavabdehin sərəncamına verilmişdir. Həmin kredit (əvvəlki 11.02.2015-ci il tarixli, 728nkBANK/l5 saylı USD kredit müqaviləsi) üzrə hesablanmış kompensasiya cavabdehin sərəncamına verildiyi üçün həmin məbləğ tərəflər arasında bağlanmış 30.09.2016-cı il tarixli 58nkYSM/16 saylı AZN kredit müqaviləsi üzrə (hazırda mübahisə edilən) qalıq borcun ödənilməsinə yönəldib bilməzdi, çünki kompensasiya verildiyi vaxt AZN krediti üzrə cavabdeh tərəfindən qrafik üzrə vaxtında ödənişlər edildiyindən bank qarşısında gecikən borcu yaranmamışdı. Nəticə etibarilə 11.02.2015-ci il tarixli, 728nkBANK/15 saylı USD kredit müqaviləsi üzrə “xxxx” KB ASC tərəfindən 2269,88 manat kompensasiyanın kart vasitəsilə Cavabdeh sərəncamına verilməsi, cavabdehin aktiv olan digər AZN krediti (hazırda mübahisə edilən 58nkYSM/16 saylı kredit müqaviləsi) üzrə “xxxx” KB ASC qarşısında öhdəliyinin başlanması anlamına gəlmir. Fərmanda kompensasiyanın ödənilməsi ilə digər bir öhdəliyə xitam verilməsi və ya öhdəliyin başlanması barədə isə xüsusi bir bənd mövcud deyildir. Halbuki, dövlət tərəfindən problemli kreditlərə görə kopmpensasiyamn verilməsində məqsəd yalnız 2015ci il ərzində baş verən devalvasiyalara görə vətəndaşlara məruz qaldığı ziyanı ödəmək olmuşdur. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, «xxxx» KB ASC ilə Cavabdeh arasında bağlanmış 30.09.2016-cı il tarixli, 58nkYSM/16 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh illik 32 faiz ödənilməsi şərti ilə 39 ay müddətinə 2891 manat məbləğində kredit verilmişdir. Daha sonra, tərəflər arasında bağlanmış 30.09.2016-cı il tarixli, 58nkYSM/16 saylı kredit müqaviləsi (hazırda mübahisə edilən) ilə bank cavabdehə 39 ay müddətinə, illik 32% otmaqla, 2891 manat kredit vermiş və həmin məbləğ 11.02.2015-ci il tarixli, 728nkBANK/l5 saylı (USD) kredit müqaviləsi üzrə qalıq 1769.09 USD borcunun ödənilməsinə yönəldilmişdir. «xxxx» KB ASC tərəfindən verilmiş 31.01.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 58nkYSM/16 saylı kredit müqaviləsi üzrə banka 399,53 manat əsas borcu, 308,56 manat faiz borcu, 120,98 manat cərimə borcu olmaqla, cəmi 829,07 manat məbləğində borcu vardır. “Problemli kreditlərin kompensasiyası”na dair çıxarışdan görünür ki, Cavabdeh «xxxx» KB ASC ilə bağlanmış kredit müqaviləsi üzrə 2269,88 manat kompensasiya məbləği hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müayyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvalıq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pııl məbləği olduqda, o. kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən 27 mart 2019-cu il tarixdə ********** nömrəli Qərarla “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” təsdiq edilmişdir. Fərmanın 1-ci hissəsinə əsasən devalvasiyaların baş verdiyi tarixlərə (21.02.2015- ci və 21.12.2015-ci il tarixlərə) fiziki şəxslərin banklara 10.000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinə kompensasiyaların verilməsi, habelə 01 mart 2019-cu il tarixinə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollaradək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası nəzərdə tutulmuşdur. Fərmanın 8.6-cı bəndinə əsasən vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar başa düşülür. Beləliklə, tərəflər arasında bağlanmış 11.02.2015-ci il tarixli, 728nkBANK/l5 saylı kredit müqaviləsinə əsasən bank borcalana 4000 USD məbləğində kredit vermiş, sonradan tərəflər arasında bağlanmış 30.09.2016-cı il tarixli, 58nkYSM/16 saylı kredit müqaviləsi ilə bank borclana 2891 manat kredit vermiş və həmin məbləğ 11.02.2015-ci il tarixli, 728nkBANK/l5 saylı (USD) kredit müqaviləsi üzrə qalıq 1769.09 USD borcunun ödənilməsinə yönəldilmişdir. 28.02.2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 551 saylı Fərmanına əsasən, tərəflər arasında bağlanmış 11.02.2015-ci il tarixli, 728nkBANK/15 saylı USD kredit müqaviləsi Fərmanın təsiri altına düşdüyündən Cavabdeh 2269,88 AZN kompensasiya hesablanmış və Bank tərəfindən kart vasitəsilə cavabdehin sərəncamına verilmişdir. Beləliklə, 11.02.2015-ci il tarixli, 728nkBANK/15 saylı USD kredit müqaviləsi üzrə cavabdehə hesablanmış və verilmiş kompensasiya məbləği tərəflər arasında bağlanmış 30.09.2016-cı il tarixli 58nkYSM/16 saylı AZN kredit müqaviləsi üzrə yaranmış və hazırkı iş üzrə tələb edilən kredit borcunun tutulmasına dair iddianın tam və ya qismən rədd edilməli olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi qənaətə əsas vermir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmədiyindən və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Apellyasiya baxışında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 26.04.2021-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh ilə «xxxx» ASC arasında bağlanmış 30.06.2016-cı il tarixli, 58nkYSM/16 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu 31.12.2019-cu il tarixə əsas borc üzrə 392,85 manat, faiz borcu üzrə 289,45 manat; 31.01.2020-ci il tarixə əsas borc üzrə 392,85 manat, faiz borcu üzrə 291,09 manat təşkil edir. Həmçinin, qeyd edilmişdir ki, təqdim edilmiş iş materiallarında olan hesabdan çıxarış məlumatlarında ekspert qarşısında qoyulmuş sualda göstərilmiş Cavabdeh ödənilmiş 2269,88 manat kompensasiya məbləği öz əksini tapmamışdır. Beləliklə, Cavabdeh hesablanılmış və verilmiş 2269,88 manat kompensasiya məbləğinin Cavabdeh ilə «xxxx» ASC arasında bağlanmış 30.06.2016-cı il tarixli, 58nkYSM/16 saylı kredit müqaviləsi üzrə yaranmış borc üzrə iddiaçı Banka ödənilmədiyi müəyyən edildiyindən təqdim edilmiş ekspert rəyinə əsasən, əsas borc üzrə 392,85 manat, faiz borcu üzrə 289,45 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bununla yanaşı, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə kollegiyası iddia ərizəsi ilə tələb edilən cəribə borcunu tənasübsüz surətdə yüksək hesab edərək onun 20 manatadək azaldılmalı olduğu qənaətinə gəlmişdir. Habelə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia tələbi qismən təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı «xxxx» KB ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2292/2020 saylı, 25 dekabr 2019cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. Cavabdeh əsas borc üzrə 392,85 manat, faiz borcu üzrə 289,45 manat, cərimə borcu üzrə 20 manat olmaqla, cəmi 702 (yeddi yüz iki) manat 30 (otuz) qəpik pul və ödənilmiş dövlət rusumunun əvəzi olaraq 25 (iyirmi beş) manat 50 (əlli) qəpik pul iddiaçı «xxxx» KB ASC-nin xeyrinə tutulsun. İşin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 42 (qırx iki) manat 50 (əlli) qəpik pul Cavabdeh, 7 (yeddi) manat 50 (əlli) qəpik pul iddiaçı «xxxx» KB ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar