Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8565/2020 27.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 Əhəd oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «alqı-satqı müqaviləsinin və həmin müqavilənin əsasında verilmiş çıxarışın ləğv edilməsi» tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2623/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «alqı-satqı müqaviləsinin və həmin müqavilənin əsasında verilmiş çıxarışın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 saylı qeyri-yaşayış sahəsinə dair alqı-satqı müqaviləsinin və həmin müqavilənin əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Cavabdeh1 adına verilmiş Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 adına ünvan 1 saylıünvanda yerləşən qeyri-yaşayış binasına dair cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən çıxarış verilmişdir. Belə ki, Cavabdeh1 adına ünvan 1 saylı ünvanda yerləşən qeyri-yaşayış binasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin vermiş olduğu Çıxarış qanunun tələblərinə zidd alındığı ücün ləğv edilməlidir. Çünki notariat kontorunda alqı-satqı qanunun pozulması ilə baş vermişdir və buna görə də qanunsuzdur. Belə ki, yuxarıda qeyd edilən ünvandakı qeyri-yaşayış sahəsinin əvvəlki sahibi X2 iddiaçıya 38.000 ABŞ dolları borcu vardır. Həmin borcun iddiaçıya qaytarılması ilə bağlı Sabunçu ravon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(08)-874/2016 saylı qiyabi qətnaməsi mövcuddur. Həmin qətnamə əsasında Sabunçu rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən təqdimat verilmiş və xx.xx.2018-ci il tarixli qərardadla ünvan 1 ünvandakı X1 mülkiyyətində olan qeyrı-yaşayış obyektinin üzərinə həbs qoyulmuşdur. Lakin sonradan qevd edilən borclu tərəfindən iddiaçıya ödənilməli olan 38.000 ABŞ dolları ödənilmədən Sabunçu rayon Məhkəməsi tərəfindən xx.xx.2018-ci il tarixli 8(08)-328/20l6 saylı qanunsuz qərardadla həmin qeyd edilən qeyri-yaşayış sahəsi üzərindən həbs götürülmüşdür. Həmin həbsin götürülməsi iddiaçının hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2623/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən: X4) iddia tələbinin rədd edilməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2623/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarasinə qarşı «alqı-satqı müqaviləsinin və həmin müqavilənin əsasında verilmiş çıxarışın ləğv edilməsi» tələbinə dair iddiaçı Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Cavabdeh1 adına ünvan 2 saylı ünvanda yerləşən qeyri-yaşayış binasına dair cavabdeh Daşınmaz əmlakın Dövlət Reyestri Xidməti tərəfindən çıxarış verilmişdir. Cavabdeh1 adına ünvan 3 saylı ünvanda yerləşən qeyri- yaşayış binasına dair Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin vermiş olduğu Çıxarış qanunun tələblərinə zidd alındığı ücün ləğv edilməlidir. Çünki notariat kontorunda alqı-satqı qanunun pozulması ilə baş vermişdir və buna görə də qanunsuzdur. Belə ki, yuxarıda qeyd edilən ünvandakı qeyriyaşayış sahəsinin əvvəlki sahibi X1 iddiaçıya 38.000 (otuz səkkiz min) ABŞ dolları borcu vardır. Həmin borcun iddiaçıya qaytarılması ilə bağlı Sabunçu rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 2(008)-874/2016 saylı qiyabi qətnaməsi mövcuddur. Həmin qətnamə əsasında Sabunçu rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən təqdimat verilmiş və xx xxxxxx 2018-ci il tarixli qərardadla ünvan 1 ünvandakı X3 mülkiyyətdə olan, qeyri-yaşayış obyektinin üzərinə həbs qoyulmuşdur. Lakin qərardada qeyd edilən borclu tərəfindən iddiaçıya ödənilməli olan 38.000 (otuz səkkiz min) ABS dolları ödənilmədən Bakı şəhəri, Sabunçu rayon Məhkəməsi tərəfindən xx xxxxxx 2018-ci il tarixli 8(008)-328/2016 saylı qanunsuz qərardadla həmin qeyd edilən qeyri-yaşayış obyektinin üzərindən həbs götürülmüşdür. Həmin həbsin götürülməsi iddiaçının hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarmışdır. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir. Kollegiya iclasında iştirak edən Cavabdeh1 iddiaçının apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılması vaxtı və yeri haqqında digər cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən digər cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, işin materiallarında olan MA seriyalı ******* saylı "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən" Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu (indiki Xəzər rayonu) Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, 2-ci döngə, bina 5C ünvanında yerləşən qeyri-yaşayış binası "Ticarət Mərkəzi" mülkiyyət hüququ əsasında X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan xx xxxx 2018-ci il tarixli AN-İ seriyalı ******* saylı Daşınmaz əmlakın alqısatqı müqaviləsinin surətindən görünür ki, X2 Bakı şəhəri, Əzizbəyov rayonu (indiki Xəzər rayonu) Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, 2-ci döngə, bina 5C ünvanında yerləşən qeyri-yaşayış binasını Cavabdeh1 satmışdır. İş materiallarına əlavə olunmuş RX seriyalı ******* saylı "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən" Çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış binası mülkiyyət hüququ əsasında Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 8(008)-62/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadaına əsasən, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, 2-ci döngə, 5c saylı binada xüsusi mülkiyyətdə olan qeyriyaşayış binası “xxxx” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi səbəbindən həmin qeyriyaşayış binasının üzərinə qoyulmuş həbs “xxxx” QSC-nin şikayəti əsasında götürülmüşdür. Hüquqi dəyərləndirmə: Kollegiya iş materialları, apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatlarına əsasən müəyyən etmişdir ki, X2 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən qeyriyaşayış binasını xx xxxx 2018-ci il tarixli AN-İ seriyalı, ******* saylı Daşınmaz əmlakın alqısatqı müqaviləsi əsasında Cavabdeh1 satmışdır. Həmin əmlak üzərində Cavabdeh1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq RX seriyalı ******* saylı "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən" Çıxarışla rəsmiləşdirilmişdir. Mülki Məcəllənin 337.2-ci maddəsinin tələbinə görə, müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Bu müddəa onu deməyə əsas verir ki, müqaviləni mübahisələndirmək hüququ müqavilə tərəflərinə aid olan hüquq olduğundan iddiaçı sözügedən müqavilədə tərəf olmaması səbəbindən həmin müqaviləni mübahisələndirə bilməz. Kollegiya həmçinin birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, müqavilə yalnız müqavilə tərəfi olan şəxslər üçün vəzifə yaradır, müqavilə tərəfi olmayan şəxslər üçün isə müqavilənin vəzifə yaratması mümkün deyildir. Qeyd etmək lazımdır ki, Mülki Məcəllənin 337.2-ci maddəsində müqavilə tərəfi olmayan şəxslərə müqaviləni mübahisələndirmək qadağan olunmayıb. Belə ki, əqdin bir növü kimi müqavilənin tərəfi olmayan şəxsin onu mübahisələndirmək hüququ o halda tanına bilər ki, əqd onun hüququna, vəzifəsinə və ya qanuni mənafeyinə toxunmuş olsun. Hazırki işdə müqavilənin iddiaçının hüquqlarını pozması halı müəyyən edilmir. İddiaçının sözügedən qeyri-yaşayış sahəsinin üzərindən həbsin götürülməsi ilə bağlı qərardadın qanunsuz olması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, həmin qərardad qanuni qüvvəyə mindiyindən və hazırki apellyasiya şikayəti həmin qərardadla bağlı olmadığından mübahisələndirilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçı mübahisəli mənzilin alqısatqı müqaviləsində tərəf olmadığından və həmin müqavilə ilə hüquqlarının pozulması halı müəyyən edilmədiyindən apellyasiya şikayəti təmin edilməməli və birinci intansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2623/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8565/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8565/2020
27.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver