Məhkəmə qərarları › İş №2(103)-8568/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8568/2020

27.11.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8568/2020 27.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 4 saylı “Asan Xidmət” Mərkəzində notariat ofisinə qarşı “vərəsəlik hüququnun müəyyən edilməsi” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1876/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 4 saylı “Asan Xidmət” Mərkəzində notariat ofisinə qarşı “vərəsəlik hüququnun müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X19 və xx.xx.2019-cu il tarixdə vəfat etmiş X5 üzrə vərəsə olması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun anasının əmisi qızı xx.xx.1937-ci il təvəllüdlü, X25 xx.xx.2019 -ci ildə vafat etmişdir. Vəfatından sonra onun oğlu X17 anasından qalmış miras əmlakını qəbul etmək üçün notariusa müraciət etmiş və onun ərizəsinə əsasən V-415/2019 saylı vərəsəlik işi açılmışdır. Lakin, müraciətindən sonra, xx.xx.2019-cu il tarixdə o, ölmüşdür. İddiaçı qohumları olan X23 və onun oğlu X15 dəfn etmiş və bütün lazım olan xərclərini çəkmişdir. Həmin vaxtdan qeyd olunan miras qalmış mənzili faktiki olaraq qəbul etmiş və sahiblik etmişdir. Buna əsaslanaraq xx.xx.2019-cu il tarixdə iddiaçı ölən X13 və anasının beşinci növbədə vərəsəsi kimi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ş.Şuşinski küçəsi, ev 2, mənzil 13-cü mənzilinə dair vərəsəlik hüququ haqqında Şəhadətnamənin verilməsi üçün notariusa müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası Mülki Məcəllənin 1159.5 madəsinə və 1134.1-ci maddələrinə istinad etməklə iddiaçıya qanun üzrə vərəsəlik Şəhadətnaməsinin verilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanuna uyğun deyil, məhkəmə qaydasında onun vərəsəlik hüququ müdafiə olunmalıdır və ona həmin şəhadətnamə verilməlidir. Belə ki, iddiaçının babası X31 və X34 doğma qardaşdırlar. İddiaçının anası Nikulina Nadejda X2r, ölən (mirası qoyan) Gerasimenko Lidiya X4r. X1r. Ölən X17 ölən X6r. Başqa vərəsələr olmadığına görə iddiaçı ölən həm Lidiyanın, həm onun oğlu Sergeyin qanun üzrə vərəsəsidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1876/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (sədrlik edən: Adilə Paşayeva). Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1876/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: İddiaçı iddia ərizəsinin məzmununa uyğun olan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının anasının əmisi qızıxx.xx.1937-ci il təvəllüdlü, X25 xx.xx.2019-cu il tarixində vəfat etmişdir. Vəfatından sonra onun oğlu X17 anasından qalmış miras əmlakını qəbul etmək üçün notariusa müraciət etmiş və onun ərizəsinə əsasən V-415/2019 saylı vərəsəlik işi açılmışdır. Lakin, müraciətindən sonra, xx.xx.2019-cu il tarixdə o, ölmüşdür. İddiaçı qohumları olan X23 və onun oğlu X15 dəfn etmiş və bütün lazım olan xərclərini çəkmişdir. Həmin vaxtdan qeyd olunan miras qalmış mənzili faktiki olaraq qəbul etmiş və sahiblik etmişdir. Buna əsaslanaraq xx.xx.2019-cu il tarixdə iddiaçı ölən X13 və anasının beşinci növbədə vərəsəsi kimi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ş.Şuşinski küçəsi, ev 2, mənzil 13-cü mənzilinə dair vərəsəlik hüququ haqqında Şəhadətnamənin verilməsi üçün notariusa müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası Mülki Məcəllənin 1159.5 madəsinə və 1134.1-ci maddələrinə istinad etməklə iddiaçıya qanun üzrə vərəsəlik Şəhadətnaməsinin verilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanuna uyğun deyil, məhkəmə qaydasında onun vərəsəlik hüququ müdafiə olunmalıdır və ona həmin şəhadətnamə verilməlidir. Belə ki, iddiaçının babası X31 və X34 doğma qardaşdırlar. İddiaçının anası Nikulina Nadejda X2r, ölən (mirası qoyan) Gerasimenko Lidiya X4r. X1r. Ölən X17 ölən X6r. Başqa vərəsələr olmadığına görə iddiaçı ölən həm Lidiyanın, həm onun oğlu Sergeyin qanun üzrə vərəsəsidir. İddiaçı apellyasiya şikayətinin əsası kimi qeyd edilən hallara və Azərbaycan Respublikası Konstitusiyasının 29, 71, Mülki Məcəllənin 1159.1, 1159.1.1, 1159.1.2, 1159.1.3, 1159.1.4, 1159.2, 1159.3, 1159.4, 1159.5, Mülki Prosessual Məcəllənin 384, 385, 386, 387, 357-ci maddələrinə istinad etmişdir. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir. Kollegiya iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, kollegiya iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdıraraq iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti və iddia tələbi qismən təmin edilməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan 4 saylı Bakı “Asan Xidmət” mərkəzində yerləşən notariat ofisinin 80 saylı, xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı onun anasının əmisi qızı X7 miras əmlakın vərəsə kimi qəbul etmək barədə ərizəsinə baxılmış və qanunvericiliyə uyğun olaraq ona beşinci növbədə vərəsə kimi qəbul etmək istədiyi miras əmlak olan ünvan 1 ünvanında yerləşən 13 nömrəli mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmişdir. xx xxxxxx 1974-cü il tarixli, İ-ЖГ 298468 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X35 xx xxxxxx 1974-cü il tarixdə 77 yaşında vəfat etmişdir. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxx 2009-cu il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X29 xx xxxx 2009-cu il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxx 2009-cu il tarixdə 577 nömrəli akt qeydi tərtib olunmuşdur. Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X17 xx xxxxxxx 2019-cu il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxxxx 2019-cu il tarixdə 224 nömrəli akt qeydi tərtib olunmuşdur. Suraxanı rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2006-ci il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X33 xx xxxxxx 2006-cı il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxxxx 2006-cı il tarixdə 1111 nömrəli akt qeydi tərtib olunmuşdur. 4 saylı Bakı “Asan xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X25 xx xxxx 2019-cu il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxx 2019-cu il tarixdə 1493 nömrəli akt qeydi tərtib olunmuşdur. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüququqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 073822 saylı qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şuşinski küçəsi, 2 saylı evin, 13 saylı mənzili X21 adına xx.xx.2001-ci il tarixdə qeyda alınmışdır. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, miras qoyan X25 xx xxxx 2019-cu ildə vəfat etdiyinə görə həmin mübahisə ilə bağlı xx.xx.2000-ci il redaksiyalı Mülki Məcəllənin müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (1133.2-ci maddə). Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.5-ci madəsinə əsasən qanun üzrə vərəsəlik zamanı beşinci növbədə xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1252-ci maddəsinə əsasə əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Həmin Məcəllənin 1253.1-ci maddəsinə əsasən mirasın irsi transmissiya üzrə qəbul edilməməsi vərəsəni bilavasitə ölən vərəsəyə çatası mirası almaq imkanından məhrum etmir. Həmin Məcəllənin 1253.2-ci maddəsinə əsasən əmlakı irsi transmissiya üzrə almaqdan imtina edildikdə əmlak ölmüş vərəsələrlə birlikdə mirası qəbul etməyə çağırılmış şəxslərə keçir. 4 saylı Bakı “Asan” Xidmət Mərkəzində notariat ofisinin İddiaçı ünvanladığı xx xxxxxx 2020-ci il tarixli 80 saylı məktubundan məlum olmuşdur ki, notariat ofisinin notariusu miras qoyan X19 ərizəçi İddiaçı anası olmuş X24 sonra vəfat etməsi səbəbindən İddiaçı qanun üzrə vərəsələrin sırasına daxil etməsindən imtina etmiş və belə qənaetə gəlmişdir ki, miras qoyanın vərəsəsinin olmaması səbəbindən onun əmlakı dövlətə keçməlidir. Notarius öz hüquqi əsaslandırmasını belə izah etmişdir ki, Mülki Məcəllənin 1134-cü maddəsinə əsasən, qanun üzrə vərəsə yalnız miras qoyanın öldüyü məqam sağ olmuş şəxslər və ya onun ölümündən sonra doğulmuş şəxslər vərəsə ola bilər. X3 olmuş X22 anasından miras qalmış əmlakı qəbul etmək üçün ərizə ilə müraciət etdikdən sonra vəfat etmişdir. Belə olduğu tədqirdə Mülki Məcəllənin 1252-ci maddəsində nəzərdə tutulmuş irsi transmisiyanın müddəaları həmin mübahisəyə tətbiq edilməlidir. İrsi transmisiya üzrə vərəsələr mövcud olmadığı tədqirdə Mülki Məcəllənin 1165.1-ci maddəsinə əsasən vərəsəsi olmayan əmlak kimi dövlətə keçməlidir. Qeyd olunanlara əsasən 4 saylı Bakı “Asan” Xidmət Mərkəzində notariat ofisinin notariusu İddiaçı qanun üzrə vərəsələrin sırasına daxil etməkdən və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Kollegiya iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq, aşağıdakıları qeyd etməyi zəruri bilir: 4 saylı Bakı “Asan” Xidmət Mərkəzində notariat ofisinin notariusu tərəfindən İddiaçı qanun üzrə vərəsələrin sırasına daxil edilməməsi üçün gətirdiyi arqumentlər aşağıdakılardan ibarətdir: 1)xx xxxx 2019-cu ildə vəfat etmiş miras qoyan X19 ərizəçi İddiaçı anası olmuş xx xxxx 2009cu ildə vəfat etmiş X24 sonra vəfat etməsi səbəbindən Mülki Məcəllənin 1134-cü maddəsinə əsasən İddiaçı qanun üzrə vərəsələrin sırasına daxil edilməsinin mümkün olmaması. 2)X3 olmuş X17 anasından miras qalmış əmlakı qəbul etmək üçün ərizə ilə müraciət etdikdən sonra vəfat etməsi səbəbindən Mülki Məcəllənin 1252-ci maddəsində nəzərdə tutulmuş irsi transmisiya institutunun işə düşməsi və X13 vərəsələrinin olmaması səbəbindən miras qoyan X19 miras əmlakının Mülki Məcəllənin 1165.1-ci maddəsinə əsasən dövlətə keçməli olmasının zəruriliyindən. İlk öncə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsində qanun üzrə vərəsəlik zamanı kimlərin vərəsə olmaq hüququn olması öz əksini tapmışdır. Eyni zamanda Həmin Məcəllənin 1159-cu maddəsində miras qoyanın qanun üzrə vərəsə olmaq hüququna malik olan şəxslərin dəqiq siyahısını göstərilmişdir. Həmin maddənin 5-ci bəndində miras qoyanın ölümündən sonra onun xalası uşalarının, bibi uşaqlarının, dayısı uşaqlarının, əmisi uşaqlarının, onlar sağ olmadıqda isə onların uşaqlarının bərabər pay hüquqlu vərəsələr sayılması öz əksinin tapmışdır. Qeyd olunan məsələyə dair məhkəmə hesab edir ki, Mülki Məcəllənin 1134.1-ci maddəsi həmin Məcəllənin 1159-cü maddəsinin ümumi anlayışını verir. Yəni Mülki Məcəllənin 1159cu maddəsi hazırki mübahisə üzrə xüsusi norma kimi çıxış edir. Göründüyü kimi hər iki maddədə qanun üzrə vərəsələrin kateqoriyası müəyyən edilir, lakin 1134.1-ci maddənin tələbləri 1159.5-ci maddənin tələblərinə ziddir. Belə ki, Mülki Məcəllənin 1134.1-ci maddəsində miras qoyan şəxsin ölümündən sonra sağ olan şəxsin qanun üzrə vərəsə ola bilməsi göstərildiyi tədqirdə, həmin Məcəllənin 1159.5-ci maddənin sonunda “onlar sağ olmadıqda isə onların uşaqlarının bərabər pay hüquqlu vərəsələr sayılması” öz əksini tapmışdır. Belə olduğu tədqirdə kollegiya hesab edir ki, burada olan kolliziyasının aradan qaldırılması məqsədi ilə “Normativ hüquqi aktlar” haqqında Azərbaycan Respublikası Konstitusiya Qanununun 10.3-cü maddəsinə istinad olunmalıdır. Həmin Qanunun 10.3-cü maddəsində qeyd olunmuşdur ki, ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. Göründüyü kimi hazır ki, mübahisə üzrə sahə normativ akt funksiyasını Mülki Məcəllənin 1159.5-ci maddəsi oynayır. Həmin maddənin tələbləri baxımından İddiaçı qanun üzrə vərəsələrin sırasına daxil edilməsi üçün hər hansı bir məhdudiyət yoxdur. Ona görə də məhkəmə notariat ofisinin notariusu tərəfindən imtinanın əsası kimi gətirdiyi 1-ci arqument ilə razılaşmır. Notariat ofisinin notariusu tərəfindən imtinanın əsası kimi gətirdiyi 2-ci arqumenti araşdıraraq məhkəmə qeyd etməyi zəruri bilir ki, Mülki Məcəllənin 1253-cü maddəsində irsi transmisiya üzrə vərəsələrin miras əmlakı qəbul etməməsinin nəticələri göstərilmişdir. Belə ki, həmin maddənin tələbləri baxımından irsi transmisiya üzrə miras əmlakın qəbul edilməməsi nəticəsində miras əmlakın vərəsəsi olmayan əmlak kimi dövlətə keçməsi öz əksini tapmamışdır. Əksinə maddənin tərifindən məlum olur ki, irsi transmiya üzrə miras əmlakın qəbul edilməməsi nəticəsində vərəsənin ümumi əsaslarla miras əmlakı qəbul etməyə subyektiv hüququ əmələ gəlir. Buna görə də 4 saylı Bakı “Asan” Xidmət Mərkəzində notariat ofisinin notariusu tərəfindən İddiaçı qanun üzrə vərəsələrin sirasına daxil olunması üçün gətirdiyi 2-ci arqumentlə də məhkəmə razılaşmır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, İddiaçı mübahisəli mənzildə pay hüququnun müəyyən edilməsi və öz adına həmin paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbində haqlıdır. Bundan başqa iş materiallarına nəzər saldıqda məlum olur ki, İddiaçı mərhum X19 yeganə vərəsəsi olmaqla miras əmlakın qəbul edilməsi ilə bağlı notariat kontoruna müraciət etmişdir. Bundan başqa, İddiaçı mərhum X12mış miras əmlakı faktiki olaraq qəbul etmişdir. Belə olan halda hesab olunur ki, X20 miras qalmış mənzildə İddiaçı payı müəyyən edilməli və o, yalnız X8 üzrə vərəsəsi hesab olunmalıdır. İddia tələbinin xx.xx.2019-cu il tarixdə vəfat etmiş X5 üzrə vərəsəsi hesab olunması tələbinə dair məhkəmə qeyd etməyi zəruri bilir ki, mərhum X18 mərhum anası olan X19 vərəsəlik üzrə hər hansı bir əmlakını qəbul etməmişdir və notariat ofisində açılmış vərəslik işi X11 miras qalmış əmlakın vərəsəlik işinin rəsmiləşdirilməsi ilə bağlı deyil. Hesab olunur ki, X17 anasından miras qalmış əmlakı qəbul etmədən vəfat etdiyinə görə ona çatası pay irsi transmisiya qaydasında vərəsələri tərəfindən qəbul edilməli idi və həmin əmlak X13 vərəsələri tərəfindən qəbul edilmədiyinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1253-cü maddəsinin tələbləri baxımından X20 miras qalmış əmlak həmin Məcəllənin 1159.5-ci maddəsinə əsasən ümumi əsaslarla İddiaçı adına rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təstiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 99-cu bəndinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Kollegiya qeyd etmək istəyir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin prinsiplərindən biri də mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyət toxunulmazlığı, müqavilələr azadlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsidir. (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Məcəllənin 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Kollegiya nəzərə almışdır ki, Azərbaycan Respublikasının MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Beləliklə, apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və İddiaçı iddia tələbi qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1876/2020 saylı, xx.xx.2020ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çılxarılsın. İddia tələbi qismən təmin edilsin. İddiaçı xx.xx.2019-cu il tarixdə vəfat etmiş X8 üzrə vərəsəsi hesab edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar