Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8578/2021 20.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İlham Kərimli və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, onun vəkili Nümayəndə və Cavabdeh5 vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 12 saylı Notariat Ofisi, Bakı şəhəri 14 saylı Notariat Ofisi, 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi, Cavabdeh4 Bəybala qızı, Cavabdeh5 və DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə qarşı “vərəsəlik şəhadətnamələrinin və reyestr çıxarışların etibarsız hesab edilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin 21.06.2021-ci il tarixli qərardadından Cavabdeh5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, iddiaçı tərəfindən verilmiş “iddianı təmin etmə tədbirinin görülməsi barədə” ərizə təmin edilsin, Cavabdeh5 məxsus olan, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 136 №-li evin və Yasamal rayonu, 2-ci Alatava küçəsində yerləşən, ümumi sahəsi 195,7 kv.m olan qeyri-yaşayış binasının üzərinə həbs qoyulsun. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin və ərizə rədd olunsun. Şikayət təmin edilə bilməz. Belə ki, həmin daşınmaz əşyalar mübahisə predmetidir. Mübahisə həll edilənə qədər daşınmaz əşyalar özgəninkiləşdiriləcəyi təqdirdə tərəflər arasındakı mübahisə daha mürəkkəbləşəcək, mübahisəyə yeni şəxslər cəlb ediləcək, əlavə mübahisələr yaranacaq. Bunlar isə son nəticədə qətnamənin icrasını çətinləşdirə və ya mümkünsüz edə bilər. Ona görə də məhkəmə Mülki-Prosessual Məcəllənin 157 və 158-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etmə tədbirinin görülməsi barədə ərizəni təmin etməklə düzgün nəticəyə gəlib, qərardadın ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin 21.06.2021-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-8578/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8578/2021
20.08.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver