Məhkəmə qərarları › İş №2(103)-8582/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8582/2022

22.12.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8582/2022 22.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1849/2022 saylı iş üzrə 20 sentyabr 2022-ci il tarixli qərardadından cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən verilmiş şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, ******* saylı və xx.xx.2021-ci il tarixli, ******* saylı aktların ləğv olunması, **********00613 saylı abonent kodu üzrə ona hesablanmış 4326 manat və **********60000 saylı abonent kodu üzrə ona hesablanmış 956,88 manat debitor borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1849/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, ******* saylı və xx.xx.2021-ci il tarixli, ******* saylı aktlar ləğv edilməklə, iddiaçıya **********00613 saylı abonent kodu üzrə hesablanmış 4326 manat və **********60000 saylı abonent kodu üzrə hesablanmış 910,08 manat məbləğində borcun silinməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1849/2022 saylı iş üzrə 20 sentyabr 2022-ci il tarixli qərardadı ilə qətnamədən verilmiş apellyasiya şikayəti geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan cavabdehin nümayəndəsi şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmiş, eyni zamanda şikayətə əlavə olaraq müddətin bərpası barədə ərizə əlavə etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1849/2022 saylı iş üzrə 10 noyabr 2022-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kollegiya hesab edir ki, hazıki halda cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən verilmiş şikayətə baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsi şikayətin mümkünlük məsələsini yoxlayarkən onun MPM-in 361-ci maddəsində əks olunmuş formal tələblərə cavab verməsini qiymətləndirməklə yanaşı, verilmiş şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olub-olmamasını da yoxlamalıdır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Kollegiya qeyd edir ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1849/2022 saylı iş üzrə 20 sentyabr 2022-ci il tarixli qərardadından şikayət verməklə yanaşı müddətin bərpası barədə ərizə vermiş olsa da, birinci instansiya məhkəməsi həmin ərizəyə hüquqi qiymət vermədən şikayətə baxaraq hüquqi qiymət vermişdir. Kollegiya qeyd edir ki, hazırkı halda prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq birinci instansiya məhkəməsi cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən verilmiş müddətin bərpası barədə ərizəyə baxaraq hüquqi qiymət verməli və ərizənin nəticəsindən asılı olaraq şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərməsi məsələsi müzakirə edilməlidir. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1849/2022 saylı iş üzrə 20 sentyabr 2022-ci il tarixli qərardadından cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən verilmiş şikayətə baxılması qeyri-mümkün hesab edilməli, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən verilmiş müddətin bərpası barədə ərizə hüquqi qiymət verməlməsi üçün mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 366, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r а r а а l d ı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1849/2022 saylı iş üzrə 20 sentyabr 2022-ci il tarixli qərardadından cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən verilmiş şikayətə baxılması qeyri-mümkün hesab edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən verilmiş müddətin bərpası barədə ərizəyə hüquqi qiymət verilməsi üçün mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar