Məhkəmə qərarları › İş №2(103)-8605/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8605/2020

27.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8605/2020 27.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X6 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması və cavabdehin əlavə xərclərə cəlb edilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2478/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması və cavabdehin əlavə xərclərə cəlb edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X5 xəstəliyi ilə əlaqədar çəkilmiş xərclərin yarısı 25 (iyirmi beş) manat, oğlunun əməliyyatı üçün lazım olan məbləğin yarısı, cavabdehdən X10 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 (yüz yetmiş) manat alimentin, həmçinin sağlamlıq imkanları məhdud uşağı Cavabdeh daimi qulluq edilməsi ilə bağlı cavabdehin əlavə xərclərə cəlb edilməsi və bu məqsədlə ondan hər ay uşaq üçün 400 (dörd yüz) manat sabit pul məbləğinin tutulması və 50 (otuz) manat dövlət rüsumunun əvəzi alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə rəsmi xx xxx 2013-cü il tarixdə rəsmi nikahı dövlət qeydiyyatına alınmaqla ailə həyatı qurmuşlar. Birgə nikahdan xx xxx 2014-cü il təvəllüdlü X12 anadan olmuşdur. Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə nikahları pozulmuş və Cavabdeh 150 manat alimentin tutulması qərara alınmışdır. Oğlu X1, hidroçefaliya Şuntirovanie xəstəlikləri vardır, yəni oğlu gəzə bilmir, kənar şəxsin köməyi olmadan özü heç nə edə bilmir, daima qulluğa ehtiyacı vardır. 2014-cü ildə oğlu 4 aylıq olanda iki dəfə onurğa və başından əməliyyat olunmuş və başına beyninə su yığılmaması üçün aparat qoyulmuşdur. xx.xx.2015-ci il tarixdə X16 “sağ tərəfli hernioplastika" əməliyyatı edilmişdir. xx.xx.2019-cu il tarixdə X4 Həsənov müayinədə olmuş və müayinəyə 50 (əlli) manat ödəmişdir. Hazırda oğlu Amin Həsənovun yenidən əməliyyat edilməsi zəruridir. Lakin, Cavabdeh indiyə qədər oğlu Aminlə maraqlanmayıb, məhkəmə qərarı ilə kəsilmiş alimentdən başqa heç bir maddi yardım göstərmir, indiyə qədər uşağına edilmiş əməliyyatların heç birinin xərclərində, dərmanların alınmasında ona nə maddi, nə də mənəvi dəstək olmamışdır. Cavabdeh dəfələrlə oğlunun “hər iki ayaqda vətər uzadılması əməliyyatı” təyin olunmuş və təcili əməliyyat olunmalı olduğunu, əməliyyatın yubandığını, əməliyyata çəkiləcək xərcin yarısını onun tərəfindən yarısının digər tərəfdən qarşılanmasını bildirsə də, ona yalan dediyini, heç bir xərclərdə iştirak etməyəcəyini bildirmişdir. Bildirir ki, 6 ildir oğlu 2-3 aydan bir X14 2 həftəlik müalicə (fizioterapiya, elektrofarez, tok. maqnit, masaj, idman) olunur və bu müalicə daima davam edəcəkdir. Bu müalicə və digər müayinələr üçün, həmçinin uşaqlarının səhhəti ilə bağlı uzaq yol gəlməməsi üçün o, Bakı şəhərində kirayə yaşamağa məcburdur. Oğlunun xəstəliyi ilə əlaqədar daima qayğıya ehtiyacı olduğundan heç bir yerdə işləyə bilmir, oğlunun 2-3 aydan bir müalicə və müayinə olunması üçün Bakı şəhərində kirayə yaşayır, maddi vəziyyəti ağırdır. Uşağı təcili əməliyyat olunmalıdır lakin, cavabdehin uşağına qarşı laqeydliyi, uşağa çəkilən xərclərdə iştirak etməməsi, onun işləməməsi, maddi vəziyyətinin ağır olması səbəbindən o, uşağı əməliyyat etdirə bilmir və bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, cavabdeh oğlunun müalicəsi ilə bağlı xərclərdə iştirak etməli, oğlunun müalicəsi ilə bağlı çəkilmiş xərclərin, əməliyyatı üçün lazım olan məbləğin yarısı ondan tutulmalı, həmçinin uşağın sağlamlığını, iddiaçının uşağa baxmağı ilə əlaqədar işləyə bilməməyini nəzərə alaraq, cavabdehdən hər ay sabit pul məbləğində əlavə pul tutulmalı və təyin edilmiş aliment məbləği artırılmalıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2478/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, xx.xx.2020-ci il tarixdən başlayaraq, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə tutulan alimentin məbləğinin dəyişdirilərək, hər ay 170 (yüz yetmiş) manat müəyyən edilməsi, X10 müalicəsi üçün hər ay 50 (əlli) manat məbləğində əlavə xərc və müayinə xərci 50 (əlli) manat İddiaçı xeyrinə tutulması, hüquqi yardıma görə 100 (yüz) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh aid edilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2478/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, oğlu X2, hidroçefaliya şuntirovanie xəstəliklərindən əziyyət çəkir. Oğlu gəzə bilmir, kənar şəxsin köməyi olmadan özü heç nə edə bilmir, daima qulluğa ehtiyacı vardır. Həmçinin onun beyninə su yığılmaması üçün başına aparat qoyulmuşdur. Məhkəmə oğlunun yenidən əməliyyat olunması zərurətinin olmasını nəzərə almamışdır. İş materiallarında olan X15 xx.xx.2020-ci il tarixli, 10956/20 №li arayışdan görünür ki, Amin Həsənov X18 klinikasında hər iki ayaqda axil vətərinin, medial və lateral hemtringlərin uzadılması, sol ayaq biləyinin talonavıkulyar ardrotezi əməliyyatları olunmalıdır. Əməliyyat məbləği 3000 manatdır. Oğlunun daimi qulluğa ehtiyacının olması səbəbindən iddiaçı işləyə bilmir. İddiaçı əməliyyata çəkiləcək xərcin yarısının cavabdeh tərəfindən, yarısının isə özü tərəfindən çəkilməli olduğunu bildirmiş, cavabdeh isə bundan imtina etmişdir. Cavabdeh isə oğlu ilə maraqlanmır və alimentdən başqa heç bir maddi və mənəvi dəstək olmur. Cavabdehə əməliyyatla bağlı məlumat verilməsinə baxmayaraq, o heç bir xərclərdə iştirak etməyəcəyini bildirmişdir. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili H.Məmmədov apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İşə baxılması vaxtı və yeri haqqında cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan Astara RPŞ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsindən görünür ki, Həsənov Amin xx.xx.2014-cü il tarixdə Astara rayonunun Ərçivan kəndində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdür. İş materiallarında olan Nərimanov VVADQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2014cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İ 238511 №-li nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı nikahı ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi akt qeydləri kitabında xx.xx.2016cı ildə 119 № ilə qeyd aparılmışdır. İş materiallarında olan X15 xx.xx.2020-ci il tarixli, 5221/20 №-li arayışından görünür ki, Amin Həsənov X7 - Bakı” MMC-nin tabeçiliyində olan “X18” klinikasında həkim müayinəsində olmuşdur. Spina bifida diaqnozu ilə xəstəyə hər iki ayaqda vətər uzadılması əməliyyatı təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X3 imkanları məhdud uşaqdır. İş materiallarına əlavə edilmiş X15 xx.xx.2020-ci il tarixli, 10956/20 №-li arayışından görünür ki,Amin Fuad oğluna ondan ötürüki o“X7 - Bakı” MMC-nin tabeçiliyində olan “X18” klinikasında hər iki ayaqda axil vətərinin, medial və lateral hemtringlərin uzadılması, sol ayaq biləyinin talonavikulyar artrodezi əməliyyatları olunmalıdır. Əməliyyat məbləği 3000(üç min ) manatdır. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, İddiaçı hüquqi yardımın göstərilməsinə görə 200 manat məbləğində İsmayılbəyli və Partnyorları vəkil bürosuna ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş X15 ödəniş qəbzindən görünür ki, X10 həkim qəbulu üçün 50 manat məbləğində ödəniş edilmişdir. Hüquqi dəyərləndirmə: Kollegiya işin hüquqi mahiyyəti ilə bağlı aşağıdakı normaların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur; Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün; “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1 və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (8.2-ci bənd). Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər; Kollegiya iş materiallarında olan X10 həkim müayinəsinə dair sənədləri nəzərdən keçirərək və cavabdeh tərəfin də maddi imkanlarını nəzərə alaraq hesab edir ki, Cavabdeh sağlamlıq imkanları məhdud uşağa daimi qulluq edilməsi məqsədilə hər ay 50 manat əlavə xərcin İddiaçı xeyrinə tutulması hər iki tərəfin mənafeləri baxımından məqsədəmüvafiqdir. Belə ki, Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2015ci il tarixli qərarında qeyd olunur ki, AM-nin 80 və 81-ci maddələrinin “əmək qabiliyyəti olmayan” müddəası yetkinlik yaşına çatmış övladın bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi kimi başa düşülməlidir. AM-nin 81.1-ci maddəsinin “və digər hallarda” müddəası əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidməti və ya müalicə ilə bu və ya digər şəkildə əlaqədar olan tibbi xidmətləri ehtiva edir. AM-nin 81-ci maddəsinin “göstərilən kənar xidmət” müddəası birbaşa tibbi xidməti deyil, yetkinlik yaşına çatmış və maddi yardıma ehtiyacı olan övladlar üçün göstərilmiş və ya gələcəkdə göstərilməsi zəruri olan əlavə xidmətlərə görə xərcləri nəzərdə tutur. 3000 manat əməliyyat məbləğinin yarısının cavabdeh tərəfindən ödənilməli olmasına dair iddiaçının apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, həmin məbləğin tələb edildiyi əməliyyatın icra edilməsinin vacibliyi, təcililiyi və bu barədə məcburi tibbi göstərişin, həkim rəyinin olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən və ya iş materiallarında aşkar edilmədiyindən həmin hissədə qətnamənin ləğvi üçün əsas ola bilməz. İddiaçı xx.xx.2020-ci il tarixli arayışa (i.v. 64) istinad etsə də, həmin arayışda xəstənin müvafiq əməliyyatları olunması qeyd edilmiş, lakin həmin əməliyyatların icrasının vacibliyi, təcililiyi və ya hansı müddət ərzində edilməsi göstərilməmiş və həmin əməliyyatların edilməməsinin nəticələri məlum deyildir. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətində qətnamənin yalnız iddianın təmin edilməyən hissəsində deyil tam ləğv olunması xahiş olunduğundan, apellyasiya instansiyası məhkəməsi qətnaməni tam yoxlayır. Belə ki, uşağa qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, xx.xx.2020-ci il tarixdən başlayaraq, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə tutulan alimentin məbləğinin hər ay 170 (yüz yetmiş) manat müəyyən edilməsindən ibarət birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2478/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar