Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8610/2020 23.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Sarıyev Xəyal Əjdər oğlu və İsgəndərov Akif Əsgər oğlundan ibarət tərkibdə, Rüstəmov Emin Elbrus oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)- 3518/2020 saylı qərardadından İddiaçı1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, X1, İddiaçı3, İddiaçı4 cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının “xxxxx” MMC-yə, Cavabdeh2 QSC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı ipoteka müqavilələrinə xitam verilməsi və sair tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı1 nümayəndəsi və vəkili Vəkil həmçinin iddianın təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək mülki işə məhkəmədə mahiyyəti üzrə baxılıb qurtaranadək Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsi 134A nömrəli 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi, Bakı şəhəri, Nəsimi rayonu, X5 küçəsi 5A saylı binanın, 4 otaqlı, 28 saylı və Bakı şəhəri, Nəsimi rayonu, X5 küçəsi 5A saylı binanın, 4 otaqlı, 30 saylı mənzillərin satılması üçün açıq hərracın keçirilməsinin Azərbaycan Respublikası Xammal və X6 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə qadağan olunması, qeyd olunan ipoteka predmetlərinə dair xx.xx.2020-ci il tarixdə saat 11:00-da keçiriləcək hərracın dayandırılması, hərrac keçirildiyi təqdirdə onun nəticələrinin icra edilməsinin dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3518/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, mübahisə məhkəmədə mahiyyəti üzrə həll olunana qədər Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsi 134A nömrəli 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin, Bakı şəhəri, Nəsimi rayonu, X5 küçəsi 5A saylı binanın, 4 otaqlı, 28 saylı və Bakı şəhəri, Nəsimi rayonu, X5 küçəsi 5A saylı binanın, 4 otaqlı, 30 saylı mənzillərin satılması üçün açıq hərracın keçirilməsinin Azərbaycan Respublikası Xammal və X7 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə qadağan olunmuş və qeyd olunan ipoteka predmetlərinə dair xx.xx.2020-ci il tarixdə keçirilmiş hərracın (hərrac baş tutmuşdursa) nəticələrinin icra edilməsi dayandırılmışdır. Cavabdeh2 QSC qərardaddan şikayət verərək ləğv edilməsi və iddianın təmin tədbiri barədə ərizənin rədd edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3518/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Yasamal Rayon Məhkəməsinin 2(004)-3518/2020 saylı, 07 iyul tarixli qərardadından Cavabdeh2 QSC-nin şikayətinin təmin edilməsi və Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsi 134A nömrəli 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin, Bakı şəhəri, Nəsimi rayonu, X5 küçəsi 5A saylı binanın, 4 otaqlı, 28 saylı və Bakı şəhəri, Nəsimi rayonu, X5 küçəsi 5A saylı binanın, 4 otaqlı, 30 saylı mənzillərin satılması üçün açıq hərracın keçirilməsinin Azərbaycan Respublikası Xammal və X6 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə qadağan olunması və qeyd olunan ipoteka predmetlərinə dair xx.xx.2020-ci il tarixdə keçirilmiş hərracın (hərrac baş tutmuşdursa) nəticələrinin icra edilməsinin dayandırılmasına dair Yasamal Rayon Məhkəməsinin 2(004)-3518/2020 saylı, 07 iyul tarixli qərardadı ləğv edilmiş və İddiaçı1 nümayəndəsi və vəkili Vəkil iddianın təmin etmə tədbiri barədə ərizəsinin rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Yasamal Rayon Məhkəməsinin 2(004)-3518/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayəti təmin edilmiş Cavabdeh2 QSC tərəfindən verilmiş şikayətə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)-3518/2020 saylı qərardadı ilə Yasamal Rayon Məhkəməsinin 2(004)-3518/2020 saylı, 07 iyul tarixli qərardadından Cavabdeh2 QSC-nin nümayəndəsi X3 tərəfindən verilən şikayət təmin edilmiş, Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsi 134A nömrəli 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin, Bakı şəhəri, Nəsimi rayonu, X5 küçəsi 5A saylı binanın, 4 otaqlı, 28 saylı və Bakı şəhəri, Nəsimi rayonu, X5 küçəsi 5A saylı binanın, 4 otaqlı, 30 saylı mənzillərin satılması üçün açıq hərracın keçirilməsinin Azərbaycan Respublikası Xammal və X6 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə qadağan olunması və qeyd olunan ipoteka predmetlərinə dair xx.xx.2020-ci il tarixdə keçirilmiş hərracın (hərrac baş tutmuşdursa) nəticələrinin icra edilməsinin dayandırılmasına dair Yasamal Rayon Məhkəməsinin 2(004)-3518/2020 saylı, 07 iyul tarixli qərardadı ləğv edilmiş və İddiaçı1 nümayəndəsi və vəkili Vəkil iddianın təmin etmə tədbiri barədə ərizəsi rədd edilmişdir. İddiaçı1 nümayəndəsi və vəkili Vəkil həmin qərardaddan şikayət vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)-3518/2020 saylı qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil bildirdi ki, iddianın təmini tədbiri barədə ərizə ona görə təmin edilməlidir ki, iddia təmin olunarsa ipotekaya xitam veriləcək, ipotekanın dövlət qeydiyyatı ləğv ediləcəkdir. Nəticədə ipoteka ilə yüklü edilmiş əmlaklar ipolekadan azad olunacaqdır. Əgər ipotekasaxlayan hərracı udarsa və əmlakın öz mülkiyyətinə keçirilməsi üçün müəyyən xərclər çəkəcək, müvafiq rüsumlar ödəyəcəkdir. Eyni zamanda məhkəmədə işə baxılan zamanda hərrac yekunlaşdıqdan sonra icra tədbiriləri həyata keçirilə bilər, borcluların evdən çıxarılması məsələləri ola bilər ki, bu da iddiaçılara fiziki və mənəvi əzab verə bilər. Eyni zamanda əmlaklar digər şəxslərə satıla bilər ki, sonradan iddianın təmin edilməsi barədə qətnamə olduğu halda əmlakın geri qaytarılması əlavə problemə çevrilə bilər. Odur ki, şikayətin təmin olunmasını xahiş etdi. İşə baxılması vaxtı və yeri haqqında işdə iştirak etməli olan digər şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı(bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1-ci və 158.1.1-ci, 158.1.2-ci və 158.1.3-cü maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək kimi kimi tədbirlər görülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2018-ci il tarixli qərarında qeyd olunru ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər əsassız olduğundan qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, birinci instansiya məhkəməsi iddianı təmin tədbirinin tətbiqinə dair ərizəni rədd edərkən qənaətini belə əsaslandırmışdır ki, öz qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrası məcburidir. Öz qanuni qüvvəsini almış məhkəmə aktı hökmən icra edilməli olduğundan, qanuni qüvvəyə minmiş qətnamənin icrası iddia təmin tədbiri ilə dayandırıla bilməz. Apellyasiya instansiya məhkəməsi vurğulayır ki, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşısada və işi qabaqcadan mahiyyəti üzrə həll etməsədə, hazırkı iş üzrə də iddianın təmini tədbiri verilmiş iddia tələbinin məzmununa və həddinə mütənasib olmamışdır. Bundan başqa, iddiaçının nümayəndəsi və vəkilinin təqdim etdiyi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)-2959/2020 t saylı qətnaməsi ilə iddiaçı Cavabdeh2 QSC-nin iddiası təmin edilərək ipoteka və mübahisə predmeti olan evə və mənzillərə dair keçirilmiş hərraclar etibarsız hesab edilmişdir. Düzdür həmin qətnamə qanuni qüvvəsini almasa da, artıq ipoteka saxlayanın iddiası əsasında həmin əmlaklara dair keçirilən hərracın etibarsızlığı hazırki iş üzrə olan iddianın təmini tədbirinə dair ərizənin təmin edilməsinin yaxud edilməməsinin əhəmiyyətinin olmadığına dəlalət edir. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək etmək hüququ vardır. Şərh olunanları nəzərə alaraq, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilmədən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)- 3518/2020 saylı i qərardadıdəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı1 nümayəndəsi və vəkili Vəkil şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)- 3518/2020 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-8610/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8610/2020
23.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver